Türkmənistanda 28 May Müstəqillik Günü qeyd olunub FOTO


Kriminal 29 May 2025 14:41:00 75 0

Türkmənistanda 28 May  Müstəqillik Günü qeyd olunub  FOTO

Azərbaycanın Türkmənistandakı Səfirliyində 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

Trend xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxış edərək, 107 il əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət kimi qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən bəhs edib. Cəmi 23 ay mövcud olmuş bu respublikanın xalqımızın müstəqillik əzmini dünyaya göstərdiyini qeyd edib. Səfir, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət quruculuğunda, demokratik institutların və iqtisadi sistemin formalaşmasında böyük uğurlar qazandığını, beynəlxalq aləmdə isə qlobal inteqrasiyaya nail olduğunu vurğulayıb. O, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dayanıqlı inkişaf yolunda irəliləyərək, müasir dövlətə çevrildiyini bildirib.

Həmçinin, Qismət Gözəlov çıxışında bildirib ki, bu gün Azərbaycan Avrasiya məkanında çoxtərəfli əlaqələrin gücləndirilməsində mühüm rol oynayan enerji, nəqliyyat və logistika təşəbbüslərində fəal iştirak edir. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji enerji dəhlizləri, beynəlxalq dəmir yolu və nəqliyyat şəbəkələri, yaşıl dəhlizlər və alternativ enerji ötürmə layihələri vasitəsilə qlobal əməkdaşlıqda əsas aktora çevrilib. Səfir əlavə edib ki, Azərbaycan enerji siyasətində mühüm dəyişikliklər həyata keçirərək, təkcə neft və qaz ixracatçısı deyil, eyni zamanda etibarlı yaşıl enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir. 2024-cü ildə Bakıda uğurla keçirilən COP29 tədbiri Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə lider mövqeyini daha da gücləndirib. COP29 çərçivəsində Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, eləcə də Qlobal Cənub və Qlobal Şimal arasında ortaq anlayışın formalaşdırılması üçün səylər göstərib və konfrans Bakı Maliyyə Məqsədi də daxil olmaqla bir sıra tarixi razılaşmalarla yekunlaşıb.

Eyni zamanda səfir, çıxışında 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə və regional sülh gündəliyi barədə məsələlərə diqqət çəkib. Qismət Gözəlov Azərbaycanın Vətən müharibəsi nəticəsində beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyini qeyd edib. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri, ərazilərimizə həyata keçirilən böyük qayıdış, habelə mina təhlükəsinə xüsusi vurğu edib. Hazırda Azərbaycanın Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərdiyini, Azərbaycanın Ermənistana hər iki ölkənin ərazi bütövlüyünü və sərhədlərini tanıyan sülh sazişi təklif etdiyini diqqətə çatdırıb. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdiyini və sərhədlərin delimitasiya prosesinin aparıldığını vurğulayıb. Regionda münaqişənin başa çatması ilə ilk növbədə nəqliyyat-kommunikasiya sektorunda yeni əməkdaşlıq imkanlarının yarandığını və bu imkanların təkcə Cənubi Qafqaz üçün deyil, həm də bütün regionun maraqlarına xidmət edəcəyini bildirib.

Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətlərə toxunan Səfir, Azərbaycanın sülh və əməkdaşlıq siyasətinin qardaş ölkələrlə münasibətlərində də özünü göstərdiyini vurğulayıb. Qismət Gözəlov Azərbaycan və Türkmənistan arasındakı münasibətlərin xüsusi önəm daşıdığını, bu əlaqələrin ortaq tarix, dil, etnik və mədəni bağlılıqlar, həmçinin ümumi soykökə əsaslandığını qeyd edib. Səfir, ölkə rəhbərlərinin uzaqgörən siyasəti sayəsində Azərbaycan və Türkmənistan münasibətlərinin strateji tərəfdaşlığa yüksəldiyini, hazırda əməkdaşlığın müxtəlif sahələrdə uğurla dərinləşdiyini bildirib.

Səfir, parlamentlərarası əlaqələrin və Xarici İşlər Nazirlikləri arasında dialoqun ölkələrimizin münasibətlərinin güclənməsində mühüm rol oynadığını, Birgə Hökumətlərarası Komissiya çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, energetika və mədəni-humanitar sahələrdə fəal inkişaf etdiyini vurğulayıb. O, hər iki ölkənin iqlim dəyişikliyi ilə mübarizədə, xüsusilə Qlobal Metan Öhdəliyi kimi təşəbbüslərdə birgə səylər göstərdiyini, neft və qaz ehtiyatlarına baxmayaraq, ekoloji layihələrə töhfə verdiklərini qeyd edib. 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsinin təxminən 384 milyon ABŞ dolları təşkil etdiyini və bu göstəricinin əlaqələrin dinamik inkişafını əks etdirdiyini, 2025-ci ildə daha da artacağına ümid etdiyini bildirib.

Qismət Gözəlov, 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli", Türkmənistanda isə "Beynəlxalq Sülh və Etimad İli" elan olunmasına diqqət çəkərək vurğulayıb ki, bu qərarlar hər iki ölkənin sülhə, sabitliyə və birgə tərəqqiyə olan sarsılmaz bağlılığını nümayiş etdirir. Qeyd olunub ki, ölkə rəhbərlərinin qətiyyətli siyasi iradəsi ilə qardaş xalqlarımız arasında tarixi köklərə əsaslanan əlaqələr daha da dərinləşəcək, regionda və dünyada sülh və rifah naminə birgə səylər yeni zirvələrə çatacaq, eləcə də möhkəm təməl üzərində Azərbaycan və Türkmənistan gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqdır.

Tədbirdə Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nökərqulu Ataquliyev çıxış edərək, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun təbriklərini çatdırıb, Azərbaycana firavanlıq və uğurlar arzulayıb. Hər iki ölkənin rəhbərləri arasında yaranmış yüksək səviyyəli dialoqun ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb, xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin tarixi köklərə əsaslandığını, ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələr də daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib və bunun məmnunluq doğurduğunu ifadə edib.

Ziyafət Azərbaycanın xalq və bəstəkar musiqilərinin, xüsusilə dahi Üzeyir Hacıbəylinin əsərlərinin səsləndiyi zəngin musiqi müşayiəti ilə davam edib. Monitorda "Arşın mal alan" operettasından seçilmiş səhnələr nümayiş etdirilərək qonaqlara milli musiqi və teatr sənətimizin nadir nümunələri təqdim olunub.

Tədbir iştirakçılarına Azərbaycanın zəngin folklorunu əks etdirən milli rəqs nömrələri də təqdim olunub.

Tədbir boyunca ekran vasitəsilə ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafını əks etdirən videoçarxlar nümayiş etdirilib. Qonaqlara Azərbaycan mətbəxinin dadlı nümunələri, şirniyyatlar və milli içkilər təqdim olunub.

Eyni zamanda, ölkəmizin tarixi irsi, incəsənəti, xalçaçılıq sənəti və turizm potensialını əks etdirən materiallar, milli musiqi alətləri, həmçinin "Made in Azerbaijan" brendinə aid məhsullar sərgilənib və iştirakçılara təqdim olunub. Mərasim zamanı azerbaijan.travel və Made in Azerbaijan platformalarını tanıdan bannerlər də nümayiş etdirilib.

Tədbirdə Türkmənistanda akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri və əməkdaşları, media nümayəndələri, ictimaiyyət təmsilçiləri, həmçinin Türkmənistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

“Komedixana”nın evli rejissorla eşq yaşayan aktrisası KİMDİR? – like
  • 29 May 14:24  
Şou-biznes “Komedixana”nın evli rejissorla eşq yaşayan aktrisası KİMDİR? –

2019-cu ildən "Xəzər" telekanalında yayımlanan "Komedixana&q

arrow Ətraflı
Belqradda azərbaycanlı qadını maşın vurdu, ayağı qopdu like
  • 29 May 13:59  
Digərləri Belqradda azərbaycanlı qadını maşın vurdu, ayağı qopdu

Belqradda yaşayan azərbaycanlı qadını maşın vurub.

arrow Ətraflı
Zelenski uzun müddət sonra ilk dəfə kostyum geyindi  FOTO like
  • 29 May 13:27  
Dünya Zelenski uzun müddət sonra ilk dəfə kostyum geyindi FOTO

Zelenski uzun müddət sonra ilk dəfə kostyum geyinib.

arrow Ətraflı
Sabah 33 dərəcə isti olacaq like
  • 29 May 12:55  
Digərləri Sabah 33 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu

arrow Ətraflı
Dörd BÜRC üçün böyük şans  Hər şey indi başlayır like
  • 29 May 12:52  
Digərləri Dörd BÜRC üçün böyük şans Hər şey indi başlayır

Yazın son ayları bəzi bürclər üçün dönüş nöqtəsi ola bilər. Kainat

arrow Ətraflı
"Estetik əməliyyatlarımın qiyməti 80 min manatdır" like
  • 29 May 12:38  
Şou-biznes "Estetik əməliyyatlarımın qiyməti 80 min manatdır"

Müğənni Qumral Musayeva maraqlı etiraf edib. Son.az xəbər verir ki, efi

arrow Ətraflı
Elgünün ölüm səbəbi açıqlandı  DTX, DİN və Baş Prokurorluq birgə məlumat yaydı like
  • 29 May 12:31  
Digərləri Elgünün ölüm səbəbi açıqlandı DTX, DİN və Baş Prokurorluq birgə məlumat yaydı

Xəbər verildiyi kimi, mayın 13-də 2007-ci il təvəllüdlü Elgün İbrahimo

arrow Ətraflı
Zaur Qurtsiyev öldürüldü  FOTO like
  • 29 May 12:27  
Digərləri Zaur Qurtsiyev öldürüldü FOTO

Mayın 29-na keçən gecə Stavropolda yaşayış binasının həyətində partl

arrow Ətraflı
Türkiyəli şagirdlər Azərbaycanı belə təbrik etdi  VİDEO like
  • 29 May 12:20  
Digərləri Türkiyəli şagirdlər Azərbaycanı belə təbrik etdi VİDEO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

arrow Ətraflı
Zeynəb Xanlarovanın adından dələduzluq edildi like
  • 29 May 12:15  
Şou-biznes Zeynəb Xanlarovanın adından dələduzluq edildi

Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.

arrow Ətraflı
Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib like
  • 29 May 11:53  
Siyasət Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Ali Məhkəmədən "TikTok"da təhqir məsələsi ilə bağlı mühüm qərar like
  • 29 May 11:50  
Digərləri Ali Məhkəmədən "TikTok"da təhqir məsələsi ilə bağlı mühüm qərar

Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul ed

arrow Ətraflı
Maldiv Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 29 May 11:45  
Siyasət Maldiv Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikası

arrow Ətraflı
Ermənistan tərəfi dezinformasiya yayır  MN like
  • 29 May 11:42  
Digərləri Ermənistan tərəfi dezinformasiya yayır MN

Mayın 29-da gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri

arrow Ətraflı
Mayora hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı  11 ilə kimi həbs! like
  • 29 May 11:40  
Digərləri Mayora hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı 11 ilə kimi həbs!

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, əməkdar məşqçi Fuad Zeynalovla

arrow Ətraflı