Zelenski Prezident İlham Əliyevi təbrik edib
Siyasət 25 May 2025 13:11:00 48 0
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir Ceyhun Bayramov
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Ukrayna xalqı adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Azad Ukrayna və Azərbaycan həmişə öz münasibətlərini ortaq dəyərlərə, qarşılıqlı dəstəyə, hörmətə və hərtərəfli əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq ruhunda inkişaf etdirməyə çalışmışlar.
Əminəm ki, strateji tərəfdaşlıq münasibətlərinin dinamikası yalnız qorunub saxlanılmayacaq, eyni zamanda, Ukrayna və Azərbaycan xalqlarının maraqları naminə daha da möhkəmləndiriləcəkdir.
Bu gün Rusiyaya qarşı mübarizədə Ukrayna beynəlxalq dəstəyi yüksək qiymətləndirir və biz Azərbaycanın dövlətimizin suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq dəstəkləməsinə, eləcə də humanitar yardım göstərilməsinə görə minnətdarıq.
Bu fürsətdən istifadə edərək, Sizə, çox hörmətli cənab Prezident, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzulayıram".
Diqqət Əskikliyi və Hiperaktivlik Sindromu (DƏHS) olan şəxslər piylənmə

"Aydın depressiyaya düşən vaxtlarda Mehman Əhmədli, Rəşad Dağlı o

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

Türkiyənin xarici işlər naziri Hakan Fidan 26-27 may tarixlərində Rusiya F

Azərbaycanlı zəvvarların bir qrupu Həcc ziyarətinə yola düşəcək.

"Leyla: Hayat, Aşk, Adalet" serialının tamaşaçılarını gözlən

"İstilik təchizatı haqqında" yeni qanun layihəsi hazırlanıb. Qa

"PİLOT-16" MMC-nin ekskavatorunu "molotov kokteyli" ilə ya

VII Etnoidman Mədəniyyət Festivalında Qarabağ atlarının qəlblərə toxun

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Kolumbiyanın qərbində tələbələri daşıyan avtobusun baryerə çırpılma

Müğənni Samirə ƏliMəryəm verilişlərə getməməsinin səbəbini açıql

Prezident İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə təb

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Bu gün 51 abituriyent Xankəndi şəhərində II və III ixtisas qrupları üzr
