Bakıda söküntü zamanı insident: Şirkətin ekskavatoru yandırıldı
Digərləri 25 May 2025 11:18:00 58 0
"PİLOT-16" MMC-nin ekskavatorunu "molotov kokteyli" ilə yandıran şəxs məhkəmə zalında həbs edilib. Texnika sahibinə 210 min manat ziyan dəyib.
Bu xəbəri də oxu: Yeni qanunla sosial media reklamı tənzimlənir Nələr dəyişəcək?
Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, 55 ünvanında yerləşən və Məhbubə Əli qızı Quliyevanın adına olan mənzilin söküntüsü ilə bağlı aylardır məhkəmə çəkişmələri davam edir.
Mənzil sahibi aralarında razılaşma olmadan şirkətin onlara məxsus evi qanunsuz olaraq sökdüyünü iddia edir. Buna görə, tərəflər arasında məhkəmə çəkişməsi var.
Bu məhkəmə çəkişmələri davam edən ərəfədə daha bir insident baş verib. Məhbubə Quliyevanın qardaşı Əsəd şirkətə məxsus ekskavatoru yandırıb.
Bununla da şirkətə 210 min manat maddi ziyan dəyib.
Əsəd ifadəsində bildirib ki, gecə saatlarında şirkətin 10 nəfər işçisi onların evini sökmək istəyən zaman səs-küyə yuxudan oyanıb. Həyətə çıxan zaman işçilər onu görərək, "vurun onu" deyib. Bundan sonra həyətə keçərək, manqalda olan benzini götürüb üzərinə salfet bağlayaraq onlara tərəf atıb. Əsədin sözlərinə görə məqsədi ekskavatoru yandırmaq yox, onları qorxutmaq olub.
Zərərçəkmiş tərəfin iddiasına görə dəymiş zərər 210 min manatdır.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Əsəd məhkəmə zalında həbs edilib.
VII Etnoidman Mədəniyyət Festivalında Qarabağ atlarının qəlblərə toxun

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Kolumbiyanın qərbində tələbələri daşıyan avtobusun baryerə çırpılma

Müğənni Samirə ƏliMəryəm verilişlərə getməməsinin səbəbini açıql

Prezident İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə təb

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Bu gün 51 abituriyent Xankəndi şəhərində II və III ixtisas qrupları üzr

Mayın 25-də Günəşdə yüksək enerji səviyyəli - X sinifinə aid güclü

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupl

Azərbaycanda sosial mediada reklam fəaliyyəti ilə bağlı yeni qanunvericili

Çində keçirilən texnologiya yarmarkasında maraqlı hadisə baş verib.

Reytinqə həm köhnə modellər, həm də davamlılığı ilə təəcübləndir
