"Oğlum dünyasını dəyişəndə mənə üç söz dedi"
Şou-biznes 09 Mar 2025 00:39:00 92 0
"Allahımdan xahiş edirəm ki, məni tez övladıma qovuşdursun. Biz Allaha üsyan etməməliyik. Bir müddət qapını bağlayıb tək qalıram ki, məni o cür heç kim görməsin. Hayqırmaq, çığırmaq istəyirəm ki, səsim Allaha qədər çatsın. Çatsın ki, mən niyə bu səhnədəyəm? 1 il yanımda kimisə görmək istəmədim. Gecələr qaçırdım dənizə, elə bağırırdım. Amma Allah mənə güc verdi. Lakin o vulkan içimdə sönmür. Bəzən deyib-gülürəm. Amma o vulkan elə anımda dartır məni ki, sənin sevinməyə haqqın yoxdur".
Bu xəbəri də oxu: Reytinqli proqram uzun müddət sonra ekranlara qayıdır
Son.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Həftənin qonağı" verilişində deyib. O, dünyasını dəyişən oğlu Əlinin son sözlərini belə xatırlayır:
"Balam dünyasını dəyişəndə mənə üç söz dedi. Halı yox idi, baxdı mənə. Birdən-birə infarkt oldu. Özü başa düşürdü. Amma mən yox. Mədəsində ağrı olduğunu dedi. Plovu çox yedim, özümü pis hiss edirəm, söyləyib uzandı. Dedi özümü yaxşı hiss etmirəm, su istəyirəm. Evdə də bacım qonaqlarımız var. Dedi, o stakana buz əlavə et. Cavab verdim ki, soyuq olar sənə. Dedi ki, ürəyim yanır, su istəyirəm. Suyu içdi, dedi getmə, ana, sənə söz demək istəyirəm. Mən oturmuşdum, o, isə uzanmışdı. Başını qucağıma aldım. Söylədi ki, ana, bizim əziyyətimizi çox çəkmisən, haqqını mənə halal et. Bu sözü xoşuma gəlmədi. Dedim o nə sözdür, halaldır. Söylədi ki, Tamerlanı (Əlinin oğlu - red.) sənə ümid oluram. Bir də dedi, heç vaxt səhnəyə qanıqara çıxma, səhnəni buraxma, bu sözlərimi qulağında sırğa kimi saxla. Fikirləşirdim ki, uşaqdır, zarafat edir. Amma bilmirəm niyə deyir. Sən demə o bilirmiş, getdiyi anı görür. Amma mən getdiyini görmürəm. Biz onu ciddiyə almadıq ki, bu, onun son sözləri olar. Ondan sonrasını danışmaq istəmirəm. Amma hər səhnəyə çıxanda Əlinin o sözləri qulağımdadır: Səni sevənlərin gözünü yolda qoyma, səhnəyə çıx, hər zaman şən əhval-ruhiyədə ol, dostumuz-düşmənimiz var. Başa düşmürdüm ki, bunları niyə deyir. Nə vaxt səhnəyə çıxıram, o səs qulağımdadır, elə bil dünən deyib".
Rusiya Suriyadakı hərbi bazalarını saxlamaq üçün razılaşma əldə etmə

Vətəndaşlara mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanında keçi

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Müğənni İntizar Məmmədzadə şəxsi həyatı ilə gündəmə gəlib.

Xəbər verdiyimiz kimi, bu gün Ermənistanın Lori bölgəsində yerli vaxtla

Rusiyanın Ukraynanın müdafiə xəttinin yararaq Kurskda irəliləməsindən s

Süni uşaq qidalarının qiymətlərində artım müşahidə edilir. Son 1 ayda

İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğu

"Oskar" mükafatı laureatı, 95 yaşlı amerikalı aktyor Cin Hekmən

Sosial Xidmətlər Agentliyi fevral ayında 12 uşağı övladlığa verib.

Xalq artisti Röya Ayxan 8 Mart Beynəlxalq Qadınlar Günü və Ramazan ayı m�

Qarşıdan qəbul imtahanları gəlir. Abituriyentlər və valideynlər həyəca

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin direktor
