Bu ixtisaslar üzrə keçid balı artacaq
Digərləri 08 Mar 2025 22:05:00 105 0
Qarşıdan qəbul imtahanları gəlir. Abituriyentlər və valideynlər həyəcanla bu imtahanları gözləyirlər. Statistikaya görə, son illər ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulunun artması müşahidə olunur. Belə ki, 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə 74 min nəfərdən çox şəxs qəbul edilib. 2005-ci və 2017-ci illərlə müqayisədə qəbul sayları müvafiq olaraq 2.2 dəfə və 1.7 dəfə artıb.
Bu xəbəri də oxu: Azərbaycanda uşaq bağçasında uçqun dağıntılar altında qalan var
Bəs, görəsən, builki qəbul imtahanları necə olacaq? Hansısa yeniliklər gözlənilirmi? Qəbul planında artım və ya azalma olacaqmı? Keçid balları ilə bağlı proqnozlar nədən ibarətdir?
İmtahanlar tədricən mürəkkəbləşir
Son.az Kaspi.az-a istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov hesab edir ki, son illərdə qəbul imtahanlarının tədricən mürəkkəbləşdiyi müşahidə olunur. Onun sözlərinə görə, qəbul imtahanlarında təfəkkürə və tətbiqi biliklərə əsaslanan sualların artması ehtimalı yüksəkdir:
"Xüsusilə məntiqi təfəkkürü yoxlayan suallara daha çox yer ayrılması mümkündür. 2023-cü və 2024-cü illərdə keçirilmiş imtahanların sual modelləri göstərir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məqsədi tək bilikləri yoxlamaq deyil, həm də onları tətbiq etməyi tələb edən situativ sualları artırmaqdır. Bu tendensiya builki imtahanlarda da davam edə bilər. Qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün əsas tövsiyə məntiqi və analitik təfəkkürə əsaslanan suallara üstünlük vermək, müxtəlif tipli testləri işləməklə imtahan formatına uyğunlaşmaq və vaxtı effektiv idarə etməkdir. Xüsusilə riyaziyyat və məntiq əsaslı tapşırıqlarda sürətli və dəqiq cavab vermək qabiliyyətinin inkişaf etdirilməsi vacibdir".
İmtahanların formatında köklü dəyişikliklər olmayacaq
Ekspert vurğulayır ki, qəbul imtahanlarının formatında köklü dəyişikliklərin olması gözlənilmir: "DİM imtahanların strukturunu ani və kəskin dəyişikliklərlə yox, tədricən transformasiya etməklə yeniləyir. Lakin bəzi fənlər üzrə açıq sualların və situasiya əsaslı tapşırıqların artması mümkündür. Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərində yazılı cavab tələb edən sualların nisbətinin artması ehtimalı var".
Qəbul planında artım və ya azalma məsələsinə gəlincə, mütəxəssis bunun bir neçə amildən asılı olduğunu bildirir:
"2024-cü ildə tələbə qəbulu planında bəzi universitetlər üzrə kiçik dəyişikliklər olsa da, ümumi qəbul planında ciddi azalma müşahidə olunmadı. 2025-ci ildə universitetlərdə yerlərin sayının necə tənzimlənəcəyi iqtisadi və sosial amillərdən asılıdır. Xüsusilə texniki və tətbiqi ixtisaslara marağın artması fonunda həmin ixtisas qruplarında qəbul yerlərinin artırılması mümkündür. Digər tərəfdən, bəzi ixtisaslar üzrə tələbatın az olması səbəbindən qəbul yerlərinin azaldılması da ehtimal edilə bilər".
Keçid ballarında ciddi dəyişiklik
Ekspert onu da qeyd edir ki, əgər qəbul planı genişlənərsə və plan yerlərinin sayı artarsa, keçid balları müəyyən qədər aşağı düşə bilər:
"Əksinə, əgər plan yerləri azaldılarsa və ya abituriyentlərin nəticələri əvvəlki illərlə müqayisədə yüksələrsə, keçid ballarının artmasını müşahidə edəcəyik".
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin direktor

Kanadanın Toronto şəhərində kafedə baş verən atışma nəticəsində 12

"İran ABŞ-ilə danışıqlara getməyəcək, çünki Vaşinqton yalnız �

Təməli 2023-cü ildə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən q

Xalq artisti Aygün Kazımova həmkarları Tünzalə Ağayeva və Röya Ayxanla

Əməkdar artist Yusif Mustafayev ünvanına yazılan tənqidi şərhlərdən da

Müğənni Aysun İsmayılova mühafizəçisinin onu qucaqlaması ilə bağlı y

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan 65 yaşı

2025-ci ildə brendlər daha cəsarətli və yaradıcı olmağı təklif edirlə

Bəziləri üçün hədiyyənin dəyəri önəmli deyil, əsas odur ki, sevgi il

Yaz fəslində təbiət yenilənir və orqanizm üçün vacib olan təbii vitami

İran məsələsi iki yolla həll oluna bilər: hərbi yolla və ya müqavilə b

Türkiyəli məşhur "Çakal" ləqəbli reper Emirhan Cinin (Ceyhun
