Mixail Qusmanın filminin premyerası baş tutacaq


Dünya 23 May 2025 16:48:00 54 0

Mixail Qusmanın filminin premyerası baş tutacaq

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın "Birləşmiş Millətlər Təşkilatı. Müharibələr və sülh" adlı sənədli filminin premyerası 16 iyun tarixində BMT-nin Cenevrə bölməsində baş tutacaq. Film BMT-nin 80 illiyinə həsr olunub.

Son.az xəbər verir ki, bu barədə layihənin müəllifi "Dünyanın transformasiyası: problemlər və perspektivlər" mövzusunda keçirilən XXIII Beynəlxalq Lixaçov Elmi Oxularında məlumat verib.

"Peşəkar həyatımda elə gətirib ki, artıq 30 ildən çoxdur Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti maraq dairəmdədir. BMT-yə rəhbərlik etmiş doqquz baş katibdən altısı ilə müsahibə aparmaq, filmlər çəkmək şərəfinə nail olmuşam. İndi isə BMT-nin 80 illiyinə həsr olunmuş bir saatlıq filmi tamamladıq. Filmdə elmi məsləhətçi kimi Anatoli Vasilyeviç Torkunov - BMT-yə Dəstək Assosiasiyasının sədri çıxış edir, baş məsləhətçi isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Vladimirovna Zaxarovadır", - deyə Qusman bildirib.

O, TASS-a açıqlamasında qeyd edib ki, filmin premyerası 16 iyun tarixində BMT-nin Cenevrə bölməsində baş tutacaq, oktyabr ayında isə BMT-nin Nyu-Yorkdakı baş qərargahında ekran işinin nümayişi planlaşdırılır.

"Bu gün BMT tənqidə məruz qalır, bir çoxları onun islahat olunmasından danışır. Digər tərəfdən isə, prezidentimiz Vladimir Vladimiroviç Putinin də qeyd etdiyi kimi, bu, misilsiz bir təşkilatdır və bu gün onun əvəzləyicisi yoxdur. Bəllidir ki, BMT-nin ciddi problemləri də mövcuddur. Bu film günümüzdə - əsrlər qovşağında, dünyada baş verən tektonik dəyişikliklər fonunda, BMT-nin sülhə töhfə verən unikal institut kimi rolu haqqında olacaq", - deyə Qusman əlavə edib.

Film Rusiya İnformasiya Agentliyi TASS-ın dəstəyi ilə çəkilib.

XXIII Beynəlxalq Lixaçov Elmi Oxuları "Dünyanın transformasiyası: problemlər və perspektivlər" mövzusunda 22-23 may tarixlərində Sankt-Peterburqda keçirilir. Oxuların təşkilatçıları - Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universiteti (SPbHİHU), Rusiya Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Bölməsi və Rusiya Təhsil Akademiyasıdır. Forum akademik Dmitri Lixaçovun təşəbbüsü ilə 1993-cü ildən "Elm günləri" kimi keçirilməyə başlanıb.

Rusiya prezidenti Vladimir Putinin 2001-ci il fərmanı ilə foruma dövlət statusu verilib. Bu illər ərzində forumda 59 ölkənin nümayəndələri iştirak ediblər.

Ermənistan hakimiyyəti sülh mesajlarında səmimi deyil – Sahil Kərimli like
  • 23 May 16:39  
Siyasət Ermənistan hakimiyyəti sülh mesajlarında səmimi deyil – Sahil Kərimli

Ermənistan rəhbərliyinin sülh mesajları, sülh müqaviləsi ilə bağlı b�

arrow Ətraflı
Xəyalpərəst Sübhani yenə nifaq toxumu səpir like
  • 23 May 16:30  
Siyasət Xəyalpərəst Sübhani yenə nifaq toxumu səpir

İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin son açıqlamaları bir daha

arrow Ətraflı
Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevi təbrik edib like
  • 23 May 16:25  
Siyasət Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin P

arrow Ətraflı
Qazaxıstanda zəlzələ oldu like
  • 23 May 16:21  
Dünya Qazaxıstanda zəlzələ oldu

Qazaxıstanın şərqində yerli vaxtla baş verən zəlzələ sakinlər arasın

arrow Ətraflı
Bloqerlərin "qızıl dövrü" başa çatır  Yeni reklam qanunu nə vəd edir? like
  • 23 May 16:09  
Digərləri Bloqerlərin "qızıl dövrü" başa çatır Yeni reklam qanunu nə vəd edir?

Sosial mediada reklam fəaliyyətinə nəzarət gücləndirilib. Artıq bloqerl�

arrow Ətraflı
İbrahim Borçalının ailəsində İTKİ like
  • 23 May 16:04  
Şou-biznes İbrahim Borçalının ailəsində İTKİ

Müğənni İbrahim Borçalının ailəsində ağır itki üz verib.

arrow Ətraflı
Röya lüks avtomobilləri ilə görüntüləndi  VİDEO like
  • 23 May 16:00  
Şou-biznes Röya lüks avtomobilləri ilə görüntüləndi VİDEO

Xalq artisti Röya Ayxan videosu ilə diqqət çəkib.

arrow Ətraflı
Azərbaycan ərazilərinin işğalında xaricilərin iştirakı təsdiqləndi – Manukyan ifadə verdi like
  • 23 May 15:54  
Siyasət Azərbaycan ərazilərinin işğalında xaricilərin iştirakı təsdiqləndi – Manukyan ifadə verdi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Az

arrow Ətraflı
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib like
  • 23 May 15:47  
Siyasət Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev Prezident

arrow Ətraflı
Ağcaqanad 1 yaşlı uşağın həyatını məhv etdi  6 ildir yataq xəstəsidir  FOTO like
  • 23 May 15:43  
Digərləri Ağcaqanad 1 yaşlı uşağın həyatını məhv etdi 6 ildir yataq xəstəsidir FOTO

Eskişehirdə yaşayan 8 yaşlı Mehmet Emir Özbakanın taleyi ağcaqanad sanc

arrow Ətraflı
Çətin günlər geridə qaldı – Bu BÜRCLƏR xoşbəxtlik tapacaq like
  • 23 May 15:30  
Digərləri Çətin günlər geridə qaldı – Bu BÜRCLƏR xoşbəxtlik tapacaq

Ulduzlar bu dəfə dörd bürc üçün sevindirici mesaj göndərir. Son aylarda

arrow Ətraflı
Pensiyaçıların nəzərinə! like
  • 23 May 15:15  
Digərləri Pensiyaçıların nəzərinə!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki D�

arrow Ətraflı
Bakıda məktəb direktorunun səs yazısı yayıldı  Araşdırma aparılacaq like
  • 23 May 15:09  
Digərləri Bakıda məktəb direktorunun səs yazısı yayıldı Araşdırma aparılacaq

Bakıda 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva və məktəbin

arrow Ətraflı
Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini məhkəmədə təsdiqlədi like
  • 23 May 15:06  
Dünya Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini məhkəmədə təsdiqlədi

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dindirilə

arrow Ətraflı
Pyotr Qlıboçko Mehriban Əliyevanı təbrik etdi like
  • 23 May 15:05  
Siyasət Pyotr Qlıboçko Mehriban Əliyevanı təbrik etdi

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr

arrow Ətraflı