Bloqerlərin "qızıl dövrü" başa çatır Yeni reklam qanunu nə vəd edir?
Digərləri 23 May 2025 16:09:00 65 0
Sosial mediada reklam fəaliyyətinə nəzarət gücləndirilib. Artıq bloqerlər və influenserlər üçün "qızıl dövr" başa çatır.
Son.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz reklam qanunvericiliyinə edilmiş yeni dəyişiklikləri şərh edərək bildirib:
"Yeni qanun artıq qüvvəyə minib. Sosial şəbəkədə reklam paylaşan hər bir bloqer reklam və sponsorluq olduğunu açıq şəkildə qeyd etməlidir. Bununla yanaşı, onlar VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi təqdim etməməli, sifarişçi haqda məlumat verməli və lisenziyalaşdırılan məhsullar üçün müvafiq sənədləri paylaşmalıdırlar".
Osman Gündüz sosial media reklam bazarının həcmi ilə bağlı da rəqəmlər açıqlayıb:
"Hazırda bu sahənin illik dövriyyəsi təxminən 10 milyon manatdır. Bu bazarda əsas pay "Meta" (Instagram, Facebook) və "Google" (YouTube) platformalarına məxsusdur. "TikTok" da sürətlə irəliləyir. Az sayda bloqer var ki, aylıq dövriyyəsi 50 min manatı keçir. Amma əksəriyyət üçün bu fəaliyyət ciddi qazanc mənbəyi deyil".
Əlavə edib ki, əvvəllər bu reklam pulları daha çox televiziyalara axırdı, indi isə rəqəmsal bazar bu vəsaitin əsas ünvanına çevrilib.
Osman Gündüz bildirir ki, bu dəyişikliklər:
Reklam bazarında peşəkarlığı artıracaq,
Vergi ödəməyən fəaliyyəti nəzarətə alacaq,
İstehlakçıların aldadılmasının qarşısını alacaq,
Sifarişçilər üçün etibarlı əməkdaşlıq mühiti yaradacaq.
Amma bununla yanaşı, risklərə də diqqət çəkib:
"Qanunun icrasında həddindən artıq sərtlik, gənc və yeni bloqerlər üçün çətinliklər yarada bilər. Sosial media fərqli fikirlərin və yaradıcı azadlığın olduğu məkandır. Əgər platformada yalnız standart, kommersiya yönümlü kontent qalarsa, maraq azalacaq və sektor zəifləyə bilər".
Osman Gündüz bu sahədə maarifləndirmə və ictimai nəzarətin balanslı həyata keçirilməsinin vacibliyini vurğulayıb:
"Əgər tətbiq şəffaf və ədalətli olmazsa, yaradıcı gənclər bu sahədən uzaqlaşa bilər, xarici reklamlar üstünlük qazana bilər və sektorun inkişafı geriləyə bilər".
Kənan Son.az
Müğənni İbrahim Borçalının ailəsində ağır itki üz verib.

Xalq artisti Röya Ayxan videosu ilə diqqət çəkib.

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Az

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev Prezident

Eskişehirdə yaşayan 8 yaşlı Mehmet Emir Özbakanın taleyi ağcaqanad sanc

Ulduzlar bu dəfə dörd bürc üçün sevindirici mesaj göndərir. Son aylarda

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki D�

Bakıda 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva və məktəbin

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dindirilə

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr

Sosial mediada reklam nəzarətə götürüldü: bloqerlər üçün yeni dövr b

Gözəllik, moda və rəqs mövzularında paylaşdığı videolarla tanınan və

Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayıl

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Pr

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.
