Yeni dəyişiklik bloqerlərin cibinə necə təsir edəcək?


Digərləri 23 May 2025 15:00:00 73 0

Yeni dəyişiklik bloqerlərin cibinə necə təsir edəcək?

Sosial mediada reklam nəzarətə götürüldü: bloqerlər üçün yeni dövr başladı

Reklam haqqında qanuna edilən dəyişikliklərdən sonra sosial mediada fəaliyyət göstərən bloqerlər və influenserlər üçün yeni qaydalar qüvvəyə minib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bundan sonra sosial mediada reklam yerləşdirən hər kəs paylaşımında "reklam" və ya "sponsorluq" sözünü açıq şəkildə qeyd etməli, rəsmi VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi təqdim etməməli və lisenziya tələb edən məhsullarla bağlı müvafiq sənədləri təqdim etməlidir. Həmçinin sifarişi verən şirkət və ya şəxslə bağlı da məlumat verilməsi vacibdir.

Osman Gündüz qeyd edib ki, Azərbaycanda sosial media reklam bazarının illik həcmi təxminən 10 milyon manatdır. Bu bazarda əsas pay "Meta" platformalarına ("Instagram", "Facebook") və "Google"un ("YouTube") üzərinə düşür. "TikTok"un da son vaxtlar bu bazarda payı artmaqdadır. Hazırda az sayda bloqer var ki, bu sahədən aylıq 50 min manatdan artıq gəlir əldə edir. Paylaşımların qiyməti isə 50 manatdan başlayır, bəzi kampaniyalar üçün isə bu rəqəm 10-15 min manata qədər yüksəlir.

Əvvəllər bu reklam büdcəsi daha çox televiziya kanallarına yönəlirdi. Lakin indi rəqəmsal platformalar bu vəsaiti televiziya sektorundan alıb. Gündüzün fikrincə, bu dəyişikliklər reklam bazarında şəffaflığı artıracaq, vergi ödəməyən qeyri-peşəkarların qarşısını alacaq, keyfiyyətli kontentin və etibarlı əməkdaşlıq mühitinin formalaşmasına səbəb olacaq.

Amma bəzi risklər də mövcuddur. Ekspertin sözlərinə görə, qanunun sərt tətbiqi kiçik bloqerlərin fəaliyyətini çətinləşdirə, yaradıcı gənclərin yolunu bağlaya və sosial medianın rəngarəngliyinə zərər vura bilər. Əgər təkcə kommersiya məqsədli paylaşımlar ön plana keçərsə, bu, sektorun inkişafına mane ola bilər.

Ona görə də Gündüz düşünür ki, qanunun tətbiqi şəffaf, maarifləndirici və balanslı aparılmalı, ictimai nəzarət isə nifrət və aqressiya zəmininə çevrilməməlidir. Əks halda bu, yaradıcı azadlığın məhdudlaşdırılmasına və yerli reklam bazarının zəifləməsinə gətirib çıxara bilər.

Tanınmış bloqer canlı yayımda sevgilisi tərəfindən bıçaqlandı like
  • 23 May 14:46  
Dünya Tanınmış bloqer canlı yayımda sevgilisi tərəfindən bıçaqlandı

Gözəllik, moda və rəqs mövzularında paylaşdığı videolarla tanınan və

arrow Ətraflı
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi: Xaçmazda nə baş verib? like
  • 23 May 14:34  
Şou-biznes Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi: Xaçmazda nə baş verib?

Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayıl

arrow Ətraflı
Tatarıstan lideri Prezident İlham Əliyevi təbrik edib like
  • 23 May 14:33  
Siyasət Tatarıstan lideri Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Pr

arrow Ətraflı
İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi like
  • 23 May 14:19  
Siyasət İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.

arrow Ətraflı
Şahin Əliyev yeni vəzifəyə təyin olundu like
  • 23 May 14:14  
Digərləri Şahin Əliyev yeni vəzifəyə təyin olundu

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda kadr dəyişikliyi baş v

arrow Ətraflı
Cərimələr bu halda ləğv olunacaq  Qanuna dəyişiklik like
  • 23 May 14:04  
Digərləri Cərimələr bu halda ləğv olunacaq Qanuna dəyişiklik

Sürücülərin məsuliyyətə cəlb olunması ilə bağlı qanuna dəyişiklik

arrow Ətraflı
Tiktoker "Vaqa"nın həbs müddəti uzadıldı like
  • 23 May 13:56  
Digərləri Tiktoker "Vaqa"nın həbs müddəti uzadıldı

"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin həbs müddəti uzadı

arrow Ətraflı
Mirasdan imtina etməmək mirası qəbul etmək hesab olunacaq like
  • 23 May 13:52  
Digərləri Mirasdan imtina etməmək mirası qəbul etmək hesab olunacaq

Mirasdan imtina etməmək mirasın qəbulu şərti kimi müəyyən edilir.

arrow Ətraflı
9cu sinif imtahanlarının nəticələri bu gün açıqlanacaq like
  • 23 May 13:30  
Digərləri 9cu sinif imtahanlarının nəticələri bu gün açıqlanacaq

Dövlət İmtahan Mərkəzi bu gün 9-cu sinif şagirdlərinin buraxılış imta

arrow Ətraflı
Türkiyə Silahlı Qüvvələrində FETÖ əməliyyatı: 56 hərbçi saxlanıldı like
  • 23 May 13:26  
Digərləri Türkiyə Silahlı Qüvvələrində FETÖ əməliyyatı: 56 hərbçi saxlanıldı

Türkiyə Silahlı Qüvvələrində (TSK) FETÖ-yə qarşı keçirilən genişmi

arrow Ətraflı
Seneqal Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib like
  • 23 May 13:17  
Siyasət Seneqal Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Faye Prezident İlham Əliy

arrow Ətraflı
"Bakı və İrəvan arasındaki sülhə maraqlıyıq" like
  • 23 May 13:16  
Siyasət "Bakı və İrəvan arasındaki sülhə maraqlıyıq"

"Gürcüstan Azərbaycan - Ermənistan münaqişəsinə son qoymaqda çox m

arrow Ətraflı
1 vəkilə xəbərdarlıq edilib, 5 vəkilə töhmət verilib like
  • 23 May 13:11  
Digərləri 1 vəkilə xəbərdarlıq edilib, 5 vəkilə töhmət verilib

Mayın 23-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəya

arrow Ətraflı
Mirasa şərik olanların NƏZƏRİNƏ: Yeni qayda qəbul edilir like
  • 23 May 13:07  
Digərləri Mirasa şərik olanların NƏZƏRİNƏ: Yeni qayda qəbul edilir

Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhad�

arrow Ətraflı