Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinə hökm oxundu


Digərləri 22 May 2025 19:04:00 79 0

Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinə hökm oxundu

"Kərimə" dövləti qurmaq niyyəti ilə hakimiyyəti zorla ələ keçirməyə çalışmaqda təqsirləndirilən Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Arif Cümşüdov 17 il, Anar İsayev 17 il, Sənan Məmmədov 8 il, İqbal Axundov 8 il, Xəqani Məmmədov 8 il, Tərzan Qaraşov 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar cəzalarını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcəklər.

Qeyd edək ki, Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirici vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan "Kərimə" dövlətinin qurulması məqsədilə "müqavimətçi dəstə" yaratması barədə tapşırıqlar veriblər.

Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.

Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə "Kərimə" dövlətinin qurulması üçün "müqavimətçi dəstə" təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.

Saxlanılan şəxslər özlərini cəmiyyətdə "dindar" kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən onlara Cinayət Məcəlləsinin 234.1-1-ci (qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və daşıma, külli miqdarda törədildikdə) və 278.2-ci (Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi) maddələri ilə ittiham irəli sürülüb. Son.az 

Samux rayonunda Uşaq İncəsənət Festivalı keçirilib like
  • 22 May 19:01  
Digərləri Samux rayonunda Uşaq İncəsənət Festivalı keçirilib

Samux rayonunda  "Konstitusiya və Suverenlik İli"çərçivəsində

arrow Ətraflı
Pezeşkian ürək əməliyyatı həyata keçirdi like
  • 22 May 18:51  
Digərləri Pezeşkian ürək əməliyyatı həyata keçirdi

İxtisasca ürək cərrahı olan İran Prezidenti Məsud Pezeşkian əməliyyat

arrow Ətraflı
Qərbi Azərbaycan İcmasından Ermənistan XİNin bəyanatına like
  • 22 May 18:39  
Siyasət Qərbi Azərbaycan İcmasından Ermənistan XİNin bəyanatına

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin 21 may 2025-ci il tarixin

arrow Ətraflı
ICESCOnun Baş direktoru İlham Əliyevi təbrik edib like
  • 22 May 18:33  
Siyasət ICESCOnun Baş direktoru İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliy

arrow Ətraflı
Mikayıl Cabbarova yeni vəzifə verildi like
  • 22 May 18:32  
Digərləri Mikayıl Cabbarova yeni vəzifə verildi

Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədr

arrow Ətraflı
Kartdan karta pulu səhv köçürmüsünüzsə, pulu bu yolla qaytara bilərsiniz like
  • 22 May 18:23  
Digərləri Kartdan karta pulu səhv köçürmüsünüzsə, pulu bu yolla qaytara bilərsiniz

Son dövrlər Azərbaycanda vətəndaşlar arasında kartdan karta köçürməl�

arrow Ətraflı
Şəbnəm Vəfanı biabır etdi: "Bəsdir ilanlıq etdin" like
  • 22 May 18:13  
Şou-biznes Şəbnəm Vəfanı biabır etdi: "Bəsdir ilanlıq etdin"

Müğənnilər Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasında verilişdə mü

arrow Ətraflı
Ay Yerdən uzaqlaşır: Günlər daha uzun olacaq like
  • 22 May 18:00  
Dünya Ay Yerdən uzaqlaşır: Günlər daha uzun olacaq

Alimlər müəyyən ediblər ki, Yer kürəsinin təbii peyki olan Ay zamanla pl

arrow Ətraflı
Bitcoin rekord qırdı: Məzənnə 111 min dolları aşdı like
  • 22 May 17:53  
Digərləri Bitcoin rekord qırdı: Məzənnə 111 min dolları aşdı

"Bitcoin" kriptovalyutası tarixində ilk dəfə olaraq 111 min dollar

arrow Ətraflı
Hava limanında nə baş verib?  Bloqerə rəsmi cavab like
  • 22 May 17:47  
Digərləri Hava limanında nə baş verib? Bloqerə rəsmi cavab

Dövlət Gömrük Komitəsi "iconmekh" kimi tanınan bloqer Mehin Okta

arrow Ətraflı
ABŞ “Trump card” proqramına start verir like
  • 22 May 17:39  
Digərləri ABŞ “Trump card” proqramına start verir

ABŞ yaxın həftələrdə Prezident Donald Trampın təşəbbüsü ilə xarici

arrow Ətraflı
Aysunun keçmiş əri özündən 16 yaş kiçik xanımla EVLƏNİR  FOTO like
  • 22 May 17:27  
Şou-biznes Aysunun keçmiş əri özündən 16 yaş kiçik xanımla EVLƏNİR FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliy

arrow Ətraflı
Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL like
  • 22 May 17:24  
Digərləri Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL

"Lion Centre" MMC ilə Bakı Baş Gömrük İdarəsi arasında qalmaqa

arrow Ətraflı