Budapeşt Zirvə görüşü Zəngəzur dəhlizinə qlobal əhəmiyyətli layihə kimi baxıldığını nümayiş etdirdi Sevil Mikayılova


Siyasət 22 May 2025 18:37:00 64 0

Budapeşt Zirvə görüşü Zəngəzur dəhlizinə qlobal əhəmiyyətli layihə kimi baxıldığını nümayiş etdirdi  Sevil Mikayılova

Türk Dövlətləri Təşkilatı son illərdə mühüm əməkdaşlıq platformasına çevrilib. Təşkilata üzv ölkələr yalnız mədəni və tarixi bağlara əsaslanan birlik olmaqla kifayətlənmir, həm də siyasi, iqtisadi və təhlükəsizlik sahələrində bir-birini dəstəkləyir. Azərbaycan bu təşkilatda fəal və təşəbbüskar mövqe tutur. Prezident İlham Əliyevin Budapeştdə Zirvə görüşündə iştirakı bu liderliyin bir daha təsdiqi idi. Zirvə görüşündə ölkəmiz TDT-nin inkişafında əsas istiqamətverici qüvvələrdən biri olduğunu nümayiş etdirdi.

Prezident İlham Əliyevin görüş zamanı çıxışları tək ölkəmizin maraqlarını deyil, ümumtürk dünyasının ümumi prioritetlərini əks etdirir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, Azərbaycan uzun illərdir Türk dünyasında inteqrasiya proseslərinin fəal təşəbbüskarı kimi çıxış edir.

"Xüsusilə 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Türk Şurasının yaradılması, 2021-ci ildə isə bu qurumun Türk Dövlətləri Təşkilatı adı ilə yeni mərhələyə qədəm qoymasında Azərbaycan mühüm rol oynayıb.

Prezident İlham Əliyevin prinsipial mövqeyi bu təşkilatın real güc mərkəzinə çevrilməsində həlledici olub.

Budapeştdə baş tutan Zirvə görüşündə Prezident İlham Əliyevin iştirakı bir daha göstərdi ki, ölkəmiz TDT-nin gələcək strategiyasında əsas aktordur. Zirvə toplantısında irəli sürülən təşəbbüslər, strateji planlama ölkəmizin rolunun məntiqi davamıdır. Azərbaycan türk dünyasının birliyi və ortaq tarixi-mədəni mirasın qorunması istiqamətində fəal siyasi iş aparır. Həmçinin, Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü bu baxımdan böyük əhəmiyyət daşıyırdı. Budapeştdə isə bu ideoloji xəttin Avropaya inteqrasiya çalarları ilə zənginləşdirilməsi mühüm addım oldu", - deyə deputat əlavə edib.

Sevil Mikayılovanın sözlərinə görə, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə deyib ki, Türk birliyi sadəcə etnik və dil birliyi deyil, bu, həm də ortaq siyasi iradə və qlobal çağırışlara ortaq cavabdır.

"Bütün bunları analiz edərkən görürük ki, Azərbaycan TDT-nin əsas ideoloji beyin mərkəzidir. Bundan başqa, ölkəmizin əlverişli coğrafi yerdə yerləşməsi, təbii ehtiyatları və uğurlu xarici siyasəti TDT-nin "strateji lokomotivi" statusuna layiq olduğunu göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz türk dünyasında həm siyasi, həm də iqtisadi layihələrin reallaşdırıcısı kimi çıxış edir. Budapeşt Zirvəsi Azərbaycanın bu rolunun qəbul olunduğunu və tərəfdaş ölkələr tərəfindən yüksək qiymətləndirildiyini göstərdi", - deyə o əlavə edib.

Deputat bildirib ki, Azərbaycan artıq TDT-də prosesləri yönləndirən əsas ölkələrdəndir.

"Bu isə Azərbaycanın həm Türk dünyasında, həm də Avrasiya məkanında artan nüfuzunun və güclənən geosiyasi mövqeyinin açıq göstəricisidir. TDT-in Zirvə görüşləri təkcə siyasi deyil, həm də iqtisadi fürsətlər yaradan platformadır. Azərbaycan isə son illər ərzində regionda irimiqyaslı iqtisadi layihələrin təşəbbüskarı və icraçısı kimi çıxış edir.

Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələr fonunda Azərbaycan Mərkəzi Asiya, Qafqaz və Avropanı birləşdirən əsas tranzit ölkəyə çevrilməkdədir. Bununla yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Əlat Azad İqtisadi Zonası kimi layihələr TDT ölkələrinin investorları üçün cəlbedicidir. Prezident İlham Əliyev Azərbaycanın ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu qeyd edib. Dövlət başçısı onu da bildirib ki, Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur. Belə bir fondun formalaşdırılması Azərbaycanın infrastruktur və sənaye layihələrinə TDT ölkələrindən sərmayə cəlbini artıracaq.

Nəticə olaraq, Prezident İlham Əliyevin Budapeşt Zirvə görüşündə iştirakı Azərbaycanın yalnız siyasi yox, iqtisadi platformalarda da fəal oyunçu kimi çıxış etdiyini göstərdi. Görüş çərçivəsində müzakirə olunan layihələr və əməkdaşlıq formatları Azərbaycanın milli iqtisadi maraqlarına cavab verir və ölkəmizə regional liderlik statusunu daha da gücləndirmək imkanı yaradır", - deyə S.Mikayılova əlavə edib.

Deputat bildirib ki, görüş çərçivəsində aparılan yüksək səviyyəli siyasi dialoq Zəngəzur dəhlizi də daxil olmaqla, bütün alternativ nəqliyyat marşrutlarının aktuallığını bir daha gündəmə gətirdi.

"Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi Naxçıvanla quru əlaqəsini təmin etməklə yanaşı, onu Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa istiqamətində uzanan Orta Dəhlizin əsas halqasına çevirəcək. Bu, Azərbaycanın beynəlxalq yükdaşımalar üzrə əsas tranzit ölkələrdən biri statusunu gücləndirəcək. Dəhlizin işə düşməsi ilə logistika sektorunda məşğulluq artacaq, gömrük və tranzit rüsumlarından gəlir yüksələcək. Bunlarla yanaşı, ölkəmizə beynəlxalq şirkətlərin investisiya marağı artacaq və azad ticarət zonaları yaradılacaq. Bu da ölkəmizi siyasi və iqtisadi cəhətdən daha güclü edəcək.

Beləliklə, Budapeşt Zirvə görüşü Zəngəzur dəhlizinə qlobal əhəmiyyətli layihə kimi baxıldığını nümayiş etdirdi. Zəngəzur dəhlizi artıq bir layihə olmaqdan çıxaraq, Azərbaycanın regional liderlik strategiyasının əsas sütunlarından birinə çevrilib. Budapeşt Zirvəsində aparılan danışıqlar bu dəhlizin reallaşmasının yalnız Azərbaycanın deyil, ümumilikdə Türk dünyasının və Avrasiyanın inkişaf maraqlarına xidmət etdiyini bir daha sübut etdi", - deyə S.Mikayılova vurğulayıb.

Deputat qeyd edib ki, TDT təkcə siyasi və iqtisadi əməkdaşlıq platforması deyil, eyni zamanda, ortaq dilə, mədəniyyətə, tarixə və sivilizasiyaya söykənən dərin mənəvi birlikdir.

"Budapeşt Zirvə görüşü bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Görüşdə iqtisadi məsələlərlə yanaşı, mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi də əsas mövzulardan idi. Ortaq milli kimliyimizin gücləndirilməsində bu da çox vacibdir. Azərbaycanın bu istiqamətdəki fəaliyyəti onun regionda həm mədəni, həm də mənəvi lider statusunu bir daha təsdiqləyir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa və strateji mərkəzi Bakı bu proseslərin mərkəzinə çevrilməkdədir. 2023-cü ildə Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşü mədəni diplomatiyanın real nümunəsi kimi tarixə düşdü. Şuşanın türk mədəniyyətinin beşiyi kimi təqdim olunması Azərbaycanı ortaq irsin daşıyıcısı və qoruyucusu kimi tanıdır.

TDT-nin Budapeşt Zirvə görüşü qlobal və regional enerji gündəminin prioritet məsələlərindən biri olan enerji təhlükəsizliyi və yaşıl keçid mövzularına geniş yer verdi. Azərbaycan bu müzakirələrin mərkəzində dayandı. Belə ki, Azərbaycan artıq uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş kimi çıxış edir. TANAP və TAP kimi layihələr Xəzər qazının Avropaya çıxarılmasını təmin etməklə, Azərbaycanın enerji diplomatiyasını praktiki müstəviyə keçirib. Azərbaycan təkcə neft-qazla deyil, həm də bərpa olunan enerji potensialı ilə diqqət mərkəzindədir. Azərbaycanın ötən il COP29-a ev sahibliyi etməsi ölkəmizi qlobal iqlim diplomatiyasının ön sıralarına çıxarır. Bu, həm də TDT ölkələri üçün böyük fürsətdir.

Budapeşt Zirvə görüşündə enerji təhlükəsizliyi və yaşıl keçid məsələlərinin müzakirəsi Azərbaycanın bu sahədə lider mövqeyini daha da gücləndirdi. Prezident İlham Əliyevin təşəbbüsləri yalnız ölkəmiz üçün deyil, bütövlükdə Türk dünyası üçün də yeni əməkdaşlıq imkanları açır", - deyə S.Mikayılova fikrini tamamlayıb. Son.az

ICESCOnun Baş direktoru İlham Əliyevi təbrik edib like
  • 22 May 18:33  
Siyasət ICESCOnun Baş direktoru İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliy

arrow Ətraflı
Mikayıl Cabbarova yeni vəzifə verildi like
  • 22 May 18:32  
Digərləri Mikayıl Cabbarova yeni vəzifə verildi

Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədr

arrow Ətraflı
Kartdan karta pulu səhv köçürmüsünüzsə, pulu bu yolla qaytara bilərsiniz like
  • 22 May 18:23  
Digərləri Kartdan karta pulu səhv köçürmüsünüzsə, pulu bu yolla qaytara bilərsiniz

Son dövrlər Azərbaycanda vətəndaşlar arasında kartdan karta köçürməl�

arrow Ətraflı
Şəbnəm Vəfanı biabır etdi: "Bəsdir ilanlıq etdin" like
  • 22 May 18:13  
Şou-biznes Şəbnəm Vəfanı biabır etdi: "Bəsdir ilanlıq etdin"

Müğənnilər Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasında verilişdə mü

arrow Ətraflı
Ay Yerdən uzaqlaşır: Günlər daha uzun olacaq like
  • 22 May 18:00  
Dünya Ay Yerdən uzaqlaşır: Günlər daha uzun olacaq

Alimlər müəyyən ediblər ki, Yer kürəsinin təbii peyki olan Ay zamanla pl

arrow Ətraflı
Bitcoin rekord qırdı: Məzənnə 111 min dolları aşdı like
  • 22 May 17:53  
Digərləri Bitcoin rekord qırdı: Məzənnə 111 min dolları aşdı

"Bitcoin" kriptovalyutası tarixində ilk dəfə olaraq 111 min dollar

arrow Ətraflı
Hava limanında nə baş verib?  Bloqerə rəsmi cavab like
  • 22 May 17:47  
Digərləri Hava limanında nə baş verib? Bloqerə rəsmi cavab

Dövlət Gömrük Komitəsi "iconmekh" kimi tanınan bloqer Mehin Okta

arrow Ətraflı
ABŞ “Trump card” proqramına start verir like
  • 22 May 17:39  
Digərləri ABŞ “Trump card” proqramına start verir

ABŞ yaxın həftələrdə Prezident Donald Trampın təşəbbüsü ilə xarici

arrow Ətraflı
Aysunun keçmiş əri özündən 16 yaş kiçik xanımla EVLƏNİR  FOTO like
  • 22 May 17:27  
Şou-biznes Aysunun keçmiş əri özündən 16 yaş kiçik xanımla EVLƏNİR FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliy

arrow Ətraflı
Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL like
  • 22 May 17:24  
Digərləri Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL

"Lion Centre" MMC ilə Bakı Baş Gömrük İdarəsi arasında qalmaqa

arrow Ətraflı
İcra başçısı qadın müəllimi özünə müavin təyin etdi like
  • 22 May 17:20  
Digərləri İcra başçısı qadın müəllimi özünə müavin təyin etdi

Oğuz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

arrow Ətraflı
Tatlıtuğ ilk dəfə xəstəliyini açıqladı  İllərdir əziyyət çəkirmiş... like
  • 22 May 16:50  
Şou-biznes Tatlıtuğ ilk dəfə xəstəliyini açıqladı İllərdir əziyyət çəkirmiş...

Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğ uzun illərdir gizli mübarizə

arrow Ətraflı
Diplom var, iş yox... Universitetlər niyə əmək bazarına uyğun kadr yetişdirmir? like
  • 22 May 16:09  
Digərləri Diplom var, iş yox... Universitetlər niyə əmək bazarına uyğun kadr yetişdirmir?

Azərbaycanda ali təhsil sistemi ilə əmək bazarı arasında ciddi uyğunsuzl

arrow Ətraflı
Ərdoğan yenidən prezidentliyə namizəd olacaq? like
  • 22 May 15:57  
Digərləri Ərdoğan yenidən prezidentliyə namizəd olacaq?

"Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrim yoxdur" .

arrow Ətraflı
Prezident İlham Əliyev bir sıra qanunlarda dəyişikliyi təsdiqlədi like
  • 22 May 15:55  
Siyasət Prezident İlham Əliyev bir sıra qanunlarda dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "İstehlakçıların hüquqlarının müdafiəsi h

arrow Ətraflı