143 milyonluq mənimsəmə: Kapitana hökm oxundu
Digərləri 21 May 2025 15:53:00 72 0
Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı ilə bağlı daha bir təqsirləndirilən "N" saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlunun məhkəməsi başa çatıb.
Bu xəbəri də oxu: Daha bir direktor barəsində tədbir görüləcək
Son.az teleqraf-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Vahid Novruzlu 11 il azadlıqdan məhrum edilib.
İttihama görə, o, 2024-cü ildə üzrlü səbəb olmadan xidmət etdiyi hərbi hissəyə qayıtmayıb.
Qeyd edək ki, "N" saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.
İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs qətimkan tədbiri seçilib.
Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı üzrə bir neçə icraatda cinayət işlərinə Bakı Hərbi Məhkəməsində baxılıb. 2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti - Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar.
Bakı Hərbi Məhkəmənin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.
Bundan başqa, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev və digər şəxslər də DTX-nin vəsatəti əsasında həbs ediliblər. Onların hər biri də Bakı Hərbi Məhkəməsinin hökmü ilə məhkum olunublar.
ABŞ Prezidenti Donald Tramp və komandası, onun adı ilə əlaqəli kriptovaly

Uşaqlarınız çox sevinəcək! 16 mart tarixində Bakıda ilk dəfə interakti

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan yeni cinayət işi üzrə it

Xəbər verdiyimiz kimi, Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova qeyri-rəs

30 may 2025-ci il saat 17:00-da Gəncə Dövlət Filarmoniyasında 1 iyun Uşaql

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

Bir neçə gün əvvəl Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Malayziyan�

Mexikonun meri Klara Bruqadanın şəxsi katibi Ximena Quzman və onun müşavir

"İndi göylə gedir, o kadrlarını yayımlasam, yerlə bir olar"

Sosial şəbəkələrdə naməlum qadının digər şəxsə qarşı qeyri-adekva

Mayın 21-də Budapeştdə Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir N

Rusiyada üç hava limanı təhlükəsizlik səbəbilə müvəqqəti bağlanıb.
