Sarkisyan məhkəmə qarşısına çıxarılır – Yeni ittiham
Digərləri 21 May 2025 15:23:00 63 0
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan yeni cinayət işi üzrə ittiham olunur və bu gün ilk dəfə olaraq məhkəmə qarşısına çıxarılacaq.
Son.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Serj Sarkisyanın Ermənistanın müdafiə naziri olduğu dövrdə 20 ilə yaxın davam edən torpaq alqı-satqısı ilə bağlı qanunsuz sövdələşmədə iştirakı iddia olunur.
Konkret olaraq, o, İrəvanın İsakov prospektində yerləşən torpaq sahələrinin dəyərindən aşağı qiymətə satılaraq, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın nəzarətində olan "Toyota-Yerevan" şirkətinin balansına keçməsində ittiham edilir.
Sarkisyanın vəkili isə yayılan ittihamların reallıqla heç bir əlaqəsinin olmadığını və siyasi motivli olduğunu bildirib.
Xatırladaq ki, Serj Sarkisyan 30 iyun 1954-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. O, 1989-1993-cü illərdə separatçı "Dağlıq Qarabağ Özünümüdafiə Qüvvələri Komitəsi"nə rəhbərlik edib. 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri, daha sonra isə milli təhlükəsizlik və daxili işlər naziri vəzifələrində çalışıb. 2000-2007-ci illərdə yenidən müdafiə naziri olub. 2008-ci ildən 2018-ci ilə qədər Ermənistan Respublikasının prezidenti və daha sonra qısa müddətə baş nazir postunu tutub.
Xəbər verdiyimiz kimi, Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova qeyri-rəs

30 may 2025-ci il saat 17:00-da Gəncə Dövlət Filarmoniyasında 1 iyun Uşaql

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

Bir neçə gün əvvəl Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Malayziyan�

Mexikonun meri Klara Bruqadanın şəxsi katibi Ximena Quzman və onun müşavir

"İndi göylə gedir, o kadrlarını yayımlasam, yerlə bir olar"

Sosial şəbəkələrdə naməlum qadının digər şəxsə qarşı qeyri-adekva

Mayın 21-də Budapeştdə Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir N

Rusiyada üç hava limanı təhlükəsizlik səbəbilə müvəqqəti bağlanıb.

Azərbaycanda mədəniyyətlə bağlı kanal var, ailə mədəniyyəti televiziy

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aun

Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava
