İtalyan pianoçu ilə ustad dərsi təşkil edilib FOTO
Kriminal 19 May 2025 18:16:00 53 0
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyi və Üzeyir Hacıbəylinin ev-muzeyinin dəstəyi ilə paytaxtın musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano ixtisası üzrə ustad dərsi keçirilib.
Bu xəbəri də oxu: “Suraxanı” muzeyi növbəti “Rəssamların döyüşü”nə ev sahibliyi etdi FOTO
Görkəmli Azərbaycan bəstəkarı, professional musiqimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunan ustad dərsi dahi bəstəkarın ev-muzeyində İtaliyanın tanınmış yapon əsilli pianoçusu Elena Chiavegato tərəfindən aparılıb. Ustad dərsinin açılışında pianoçu Elena Chiavegato çıxış edərək, Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında öz təəssüratlarını bölüşərək səfəri çərçivəsində onun yaradıcılığına göstərilən diqqət və qayğıdan məmnunluğunu bildirib. Daha sonra "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İB sədri İlahə Qismət öz çıxışında bu kimi layihələrin mədəniyyətimiz üçün əhəmiyyətindən, gənclərimizin yaradıcılığına göstərdiyi müsbət təsirindən danışıb. Həmçinin bir bəstəkar kimi əsərlərinin italyan pianoçunun repertuarına daxil edilməsinə görə çox sevincli olduğunu da vurğulayıb. Tədbirin yaradıcı hissəsi Elena Chiavegatonun ifasında səslənən Mendelson "Noktürn" və İlahə Qismətin "Kəpənəklərin rəqsi" əsərləri ilə başlanılıb. MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov dərsin əsas məqsədinin incəsənət təhsili səviyyəsinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin müəllim və şagirdlərin peşəkar inkişafı üçün həm nəzəri, həm də praktiki biliklərin artırılması olduğunu bildirirək qonağa xatirə hədiyyələri təqdim edib. E.Chiavegato müəllim və şagirdlər üçün innovativ tədris metodikası, dərs zamanı diqqət edilməli əsas məqamlar, peşəkar inkişaf üçün göstərişlər və düzgün repertuar seçiminin təşkilindən bəhs edib. Fortepiano tədrisinin metodikasındakı incəliklərin və pedaqogikanın əsas kateqoriyaları, musiqi pedaqogikasının öyrədilməsi sahəsində müasir tələblərə uyğun bilik və bacarıqları nəzəri və praktiki baxımından izah edib. Ustad dərsində Bakı şəhəri T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin VII sinif şagirdi Renat Şərifli və XI sinif şagirdi Ərtoğrul Balayev (müəllim Yelena Xalilulina), C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin IX sinif şagirdi Nəzrin Yuzbəyova (müəllim Lalə Mahmudova), L.və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin IX sinif şagirdi Zərrin Şükür (müəllim Afaq Rəhimova) maraqlı repertuarla çıxış ediblər. E.Chiavegato ilə Haydn, Şostakoviç, Raxmaninov və Bramsın əsərləri üzərində iş əyani olaraq icra olunub. Qeyd edək ki, 20-dən çox nüfuzlu mükafatın laureatı olan pianoçu dünyanın aparıcı konsert salonlarında çıxış edib. Bunlara Milan "Teatro alla Scala", Venesiya "Teatro La Fenice", Paris "Salle Cortot", Barselona "Palau de la Música Catalana" və digərləri aiddir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Lənkəranda qadın sürücü minik avtomobilinin yük hissəsində 3 azyaşlın

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Bu gün Azərbaycanın xüsusi xidmət orqanlarının tanınmış nümayəndəsi

Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis ediləcək.

Mayın ikinci yarısı bir sıra bürclər üçün xüsusilə uğurlu vəd edir.

Türkiyə və ABŞ-ın Suriya üzrə işçi qrupunun görüşü sabah Vaşinqton

Bu ilin yanvar ayında formalaşmış Sumqayıt Şəhər Bələdiyyəsinin sədr

Azərbaycanın aparıcı xəbər portallarından biri olan Day.Az Cənubi Qafqaz

Son dövrlər çox insanlar gəlir əldə etmək istəyərkən əslində illərl

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin

Səma hadisələri may ayının sonuna qədər bəzi bürclər üçün emosional

Bir neçə gün əvvəl vəzifədən kənarlaşdırılan İmişli Rayon Ağsaqqa

Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının 23-də respublika üz

Bakının ən böyük qəsəbələrindən biri də Binədir. Son illərdə qəs�
