Bakının mərkəzində söküntü başlayır Bu qədər kompensasiya ödənəcək


Digərləri 19 May 2025 18:39:00 45 0

Bakının mərkəzində söküntü başlayır  Bu qədər kompensasiya ödənəcək

Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq.

Son.az "Teleqraf"a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda, Təzə Pir məscidinin tinindən Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun binalarına qədər olan ərazilər sökülüb Mərkəzi Parka birləşdiriləcək.

Hazırda ərazidə yaşayan sakinlər və obyekt sahibləri ilə danışıqlar aparılır. Söküntü Təzə Pir məscidinin tinindən yuxarıda 199 nömrəli məktəb (Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev küçəsi, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi, Çingiz Mustafayev küçələri), sol tərəfdə isə Nizami küçəsinin bir hissəsini əhatə etməklə DİN və Baş Prokurorluğun binalarına qədər olan ərazidə aparılacaq.

Söküntüdən sonra ərazidə hər hansı başqa yaşayış, qeyri-yaşayış binalarının tikintisi nəzərdə tutulmayıb və Mərkəzi Parka birləşdiriləcək.

Söküləcək evlərin hər kvadratına görə 2700 manat, qeyri-yaşayış obyektlərinin hər kvadratına görə 3000 manat kompensasiya ödəniləcək. Maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirəcək.

Hazırda əsas problem kvadratı az olan mənzillərlə bağlıdır. Söküntü aparılacaq ərazidə xeyli sayda 15-25 kvadratmetrlik evlər var. Hökumətdə qəbul edirlər ki, onların sahiblərinə ödənilən kompensasiya ilə Bakıda yeni mənzil sahibi olmaq mümkün deyil. Ona görə də vəziyyətdən çıxış yolları axtarılır.

Əldə etdiyimiz digər xəbərə əsasən, məsələyə Nazirlər Kabinetində baxılır və kvadratı az olan evlərlə bağlı vahid tarif hazırlanır. Qurumun yaxın vaxtlarda söküntü zamanı az kvadratlı (20-25-30) evlərə ödənilən kompensasiya məbləği ilə bağlı qərar verməsi gözlənilir.

Bəs həmin ərazilərdəki tarixi abidələrin taleyi necə olacaq?

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidəki tarixi abidələr qorunacaq. Məlumata görə, Mərkəzi Parkın genişləndirilməsi zamanı həmin əraziyə düşəcək tarixi və mədəniyyət abidələrinin siyahısı tutulub.

"Bakı şəhəri Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev küçəsi, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi, Çingiz Mustafayev küçələri arasında çoxlu sayda (72) tarix və mədəniyyət abidələri yerləşir.

Sözügedən məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə vətəndaşlar tərəfindən də müraciətlər daxil olub. Məsələ aidiyyəti dövlət orqanları ilə birgə yerində araşdırılıb, müzakirələr aparılıb. Dövlət Xidməti tərəfindən tarixi abidələrlə bağlı müvafiq məlumatlar aidiyyəti üzrə təqdim olunub. Həmin abidələr dövlət mühafizəsindədir və hər hansı tarixi abidənin sökülməsi nəzərdə tutulmur", - qurumdan qeyd olunub. Son.az

"Cəhənnəmdə yanacağamsa, sizə nə?!" like
  • 19 May 18:30  
Şou-biznes "Cəhənnəmdə yanacağamsa, sizə nə?!"

Müğənni Əminə Şirin açıqlamasına görə onu qınayanlara cavab verib. 

arrow Ətraflı
“Suraxanı” muzeyi növbəti “Rəssamların döyüşü”nə ev sahibliyi etdi  FOTO like
  • 19 May 18:27  
Kriminal “Suraxanı” muzeyi növbəti “Rəssamların döyüşü”nə ev sahibliyi etdi FOTO

Beynəlxalq Muzeylər Günü münasibətilə Arts Council Azerbaijan QHT-si əfs

arrow Ətraflı
İtalyan pianoçu ilə ustad dərsi təşkil edilib  FOTO like
  • 19 May 18:16  
Kriminal İtalyan pianoçu ilə ustad dərsi təşkil edilib FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-M

arrow Ətraflı
Qadın sürücüdən qayda pozuntusu: Üç uşağı avtomobilin "baqaj"ında DAŞIDI like
  • 19 May 18:06  
Digərləri Qadın sürücüdən qayda pozuntusu: Üç uşağı avtomobilin "baqaj"ında DAŞIDI

Lənkəranda qadın sürücü minik avtomobilinin yük hissəsində 3 azyaşlın

arrow Ətraflı
PKKnın buraxılması: Müharibənin sonu, yoxsa silah anbarı ilə yeni mərhələ? like
  • 19 May 18:00  
Siyasət PKKnın buraxılması: Müharibənin sonu, yoxsa silah anbarı ilə yeni mərhələ?

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Bu gün Xəqani Bağırovun 80 yaşı tamam olacaqdı  FOTO like
  • 19 May 17:59  
Digərləri Bu gün Xəqani Bağırovun 80 yaşı tamam olacaqdı FOTO

Bu gün Azərbaycanın xüsusi xidmət orqanlarının tanınmış nümayəndəsi

arrow Ətraflı
Azərbaycanda yeni medal təsis edilir like
  • 19 May 17:53  
Digərləri Azərbaycanda yeni medal təsis edilir

Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis ediləcək.

arrow Ətraflı
Mayın ikinci yarısında şanslı olacaq BÜRCLƏR  Yeni başlanğıclar üçün ideal vaxt like
  • 19 May 17:53  
Digərləri Mayın ikinci yarısında şanslı olacaq BÜRCLƏR Yeni başlanğıclar üçün ideal vaxt

Mayın ikinci yarısı bir sıra bürclər üçün xüsusilə uğurlu vəd edir.

arrow Ətraflı
Türkiyə və ABŞ bu mühüm məsələ üçün görüşəcək  Tarix verildi like
  • 19 May 17:46  
Dünya Türkiyə və ABŞ bu mühüm məsələ üçün görüşəcək Tarix verildi

Türkiyə və ABŞ-ın Suriya üzrə işçi qrupunun görüşü sabah Vaşinqton

arrow Ətraflı
Həkim İlkinə qadağalar qoydu like
  • 19 May 17:39  
Şou-biznes Həkim İlkinə qadağalar qoydu

Tele-aparıcı İlkin Həsəninin səhhəti ilə problem yaşayır.

arrow Ətraflı
Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi like
  • 19 May 17:34  
Digərləri Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi

Bu ilin yanvar ayında formalaşmış Sumqayıt Şəhər Bələdiyyəsinin sədr

arrow Ətraflı
"Day.Az" Cənubi Qafqazın rus dilli informasiya lideri oldu like
  • 19 May 17:31  
Digərləri "Day.Az" Cənubi Qafqazın rus dilli informasiya lideri oldu

Azərbaycanın aparıcı xəbər portallarından biri olan Day.Az Cənubi Qafqaz

arrow Ətraflı
Sosial şəbəkələrdə yüksək faizli gəlir təklifləri: Fırıldaq ya gəlirli yatırım? like
  • 19 May 17:30  
Digərləri Sosial şəbəkələrdə yüksək faizli gəlir təklifləri: Fırıldaq ya gəlirli yatırım?

Son dövrlər çox insanlar gəlir əldə etmək istəyərkən əslində illərl

arrow Ətraflı
Bu nazirliyin idarəsi üçün Cəbrayılda 3,4 milyonluq inzibati bina tikiləcək like
  • 19 May 17:25  
Digərləri Bu nazirliyin idarəsi üçün Cəbrayılda 3,4 milyonluq inzibati bina tikiləcək

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin

arrow Ətraflı