Filarmoniyada 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş konsertlər
Kriminal 01 Mar 2025 17:02:00 138 0
6 Mart 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Azərbaycan Dövlət Simli Kvartetinin"Notların ahəngindəki poeziya" adlı özünəməxsus konserti keçiriləcək.
Bu xəbəri də oxu: Tanınmış hakim təqaüdə göndərildi
8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş bu konsertdə poeziya və musiqidə olan axıcılıq, rəvanlıq ən nəcib insan duyğuları ilə səsləşəcək. Gecədə dinlənilən əsərlər qüdrətli ilhamın həm danışan, həm də səslənən ifadəsi olacaq... Əziz izləyicilər, bu gözəl axşamı qaçırmayın!
7 Mart 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və solist Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əliyarovanın (piano) iştirakı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş maraqlı konsert baş tutacaq. Proqramda L.v.Beethoven Piano və orkestr üçün 3 saylı konsert (c-moll, op.37), H.Berlioz "Macar marşı" və A.Dvorak "Slavyan rəqsləri" dinləyicilərə təqdim olunacaq...
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Alimlər 79-cu ildə Vezuvi vulkanının püskürməsi zamanı dağılan qədim

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında milli muğam sənətinin gör

Bir neçə gün öncə həyat yoldaşı ilə qızaya düşən aktrisa Müjde Ar
