Digərləri
2023-02-02 22:55:00
Şəhid Mütəhərri buyurur: "Bir silsilə mənəvi ləzzətlər vardır ki, mənəviyyatımızı ucaldar. Gecə namazının öz ləzzəti vardır. Gecə namazı qılan şəxsin hiss etdiyi ləzzəti barlarda əylənməyə gedən insanların hiss etdiyi ləzzət ilə müqayisə etmək olmaz. Onlar bu ləzzəti heç vaxt hiss edə bilməzlər. Gecə namazının ləzzəti çox dərin bir ləzzətdir. İnsana güc və sevinc bəxş edər. Ancaq əgər biz özümüzü dünya ləzzətlərinə qərq etsək, məsələn, gülüb-danışsaq, hətta qeybət belə etməsək, sonra da süfrə açıb, doyunca qarnımızı doydursaq və sonra da ölü kimi yatağa uzansaq, bu ləzzəti hiss etməyəcəyik.
2023-02-02 22:50:00
Qəlbin qəsavəti (bərkiməsi)Öz qəlbinin sağlamlığını, səadətini düşünən bir şəxs hətta kiçik olsa belə, günah işlərdən ciddi şəkildə çəkinməlidir İnsanın qəlbi ilk əvvəldə səfa, nuranilik, mehribanlıq və xüsusi rəhmətə malik olur. Başqa insanların, hətta heyvanların belə, əzab-əziyyətdə olmasından, narahatlığından ruhən əzab çəkir. Başqalarının da xoşluqda, rahatlıqda və firavan yaşamasını istəyir, başqalarına yaxşılıq etməkdən sevinir, mənəvi ləzzət alır. Özünün pak niyyəti ilə Allaha diqqət yetirir, ibadətdən, duadan, raz-niyazdan, yaxşı işlər görməkdən sevinc duyur, günah işə mürtəkib olduqda dərhal təsirlənərək peşmanlıq hissi keçirir. Əgər fitrətin çağırışına cavab versə və ona uyğun əməl etsə günbəgün daha artıq səfalı, nurani, mehriban və ürəyi yanan olur. Dua və ibadət nəticəsində günbəgün Allahla ünsiyyətə, dua və ibadətə rəğbət tapır. Amma əgər öz daxili hisslərini və atifələrini nəzərə almayaraq, onun əksinə əməl edərsə nuraniyyəti tədricən azalmağa üz qoyur, axırda elə bir həddə çatır ki, hətta onun tamamilə məhv olub sönməsi də mümkündür. Belə olan halda başqalarının başına gələn acı hadisələri və xoşagəlməz şeyləri gördükdə azacıq belə təsirlənmir, hətta mümkündür ki, başqalarının yoxsulluq, aclıq və zəifliyindən, hətta zindana düşüb işgəncəyə məruz qalmasından, qətlə yetirilməsindən belə sevinib ləzzət alsın. İnsan günaha mürtəkib olduğu ilk vaxtlarda narahat və peşman olur, lakin əgər bir dəfə günaha mürtəkib olarsa ikinci dəfə daha hazırlıqlı olur, üçüncü dəfə günah iş onun üçün daha asan olur. Günahın davam etdirilməsi nəticəsində elə bir həddə çata bilər ki, günahdan nəinki peşmançılıq hissi keçirməz, üstəlik onu nailiyyət hesab edərək şad olar. Belə şəxslərin qəlbi qaralıb tamamilə dəyişilir və Quran və hədislərin dili ilə "qəsavət bağlamış" (bərkimiş, daşlaşmış) hesab olunur. Şeytan onların qəlblərini özünün tam ixtiyarına keçirir; Allahın müqərrəb mələklərini oradan çıxarır. Nicat yolları bağlanır, artıq onun tövbə edib Allah dərgahına qayıdacağına bir ümid yoxdur. Allah Quranda buyurur: "Nə üçün Bizim bəlamız onlara çatdığı zaman tövbə edib yalvarmırlar? Onların qəlbləri qəsavət bağlamış, şeytan onların çirkin işlərini onların nəzərində gözəl cilvələndirmişdir." ("Ənam" surəsi, 43-cü ayə ) Başqa bir ayədə buyurulur: "Vay olsun o kəslərin halına ki, qəlbləri Allahı yad etməkdən (qafil olaraq) qəsavət bağlamışdır. Belə şəxslər aşkar azğınlıqdadırlar." ("Zumər" surəsi, 22-ci ayə ) İmam Məhəmməd Baqir (ə) buyurub: "Hər mömin bəndənin qəlbində ağ bir nuraniyyət vardır. Əgər günaha mürtəkib olaraq onu yenidən təkrar edərsə, onda qara bir nöqtə əmələ gələcəkdir. Əgər özünün günah işlərini davam etdirərsə qara nöqtə tədricən genişlənir, qəlbin ağlığını bütünlüklə örtür. Belə olduqda həmin qəlbin sahibi heç vaxt xeyrə doğru qayıtmır. Allah-təalanın Quranda buyurduğu "əksinə, əməlləri onların bütün qəlblərini örtmüşdür" deyə buyurduğu şəxslərdən olur." ("Biharul-ənvar", 73-cü cild, səh.361) Əmirəlmöminin Əliyyibni Əbitalib (ə) buyurur: "İnsanın gözünün yaşı yalnız qəlbin qəsavəti nəticəsində quruyar. Qəlb də yalnız günahın çoxluğu nəticəsində qəsavət bağlayır." ("Biharul-ənvar", 73-cü cild, səh.354) Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Dörd şey insanın bədbəxtçilik əlamətlərindəndir: Gözün quruması, qəlbin bərkiməsi, ruzi axtarmaq üçün həddən artıq hərislik və günahlarda davamlı olmaq." ("Biharul-ənvar", 73-cü cild, səh379) Məhz buna görə də məsum imamlar (ə) dualarda qəlbin bərkiməsindən və qəsavətindən Allaha pənah aparmışlar. Nümunə olaraq aşağıdakıları qeyd edirik: İmam Səccad (ə) dua edərək deyir: "Pərvərdigara! Vəsvəsələr sayəsində daim dəyişilməkdə olan, aludəlik və möhürlənməklə yanaşı olan qəlbin bərkliyindən Sənə şikayət edirəm. Sənin qorxundan ağlamayan, onu sevindirən şeylərə göz dikən bir gözdən Sənə şikayət edirəm!." ("Biharul-ənvar", 94-cü cild, səh.143) Deməli, öz qəlbinin sağlamlığını, səadətini düşünən bir şəxs hətta kiçik olsa belə, günah işlərdən ciddi şəkildə çəkinməli, öz nəfsini həmişə yaxşı işlərlə - ibadət, dua, raz-niyaz, nəvaziş, ürəyi yananlıq, mehribanlıq, başqalarına ehsan və kömək etmək, məhrumları, məzlumları müdafiə etmək, xeyirxahlıq, xeyir işlərdə həmkarlıq, ədaləti istəmək, ədalətli olmaq və s. zinətləndirməlildir. Belə ki, tədricən yaxşı işlərə adət etsin, batini nur və səfası davam edərək təkamülə çatsın ki, onun qəlbi Allahın müqərrəb mələklərinin xüsusi yerinə çevrilə bilsin.
2023-02-02 22:45:00
Son illərdə bütün dünyada çəki problemi olan uşaqların sayında sürətli artım müşahidə olunur və bu, həm pediatrların, həm də valideynlərin problemə ciddi yanaşmasını tələb edir. Bu barədə "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsində (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) mütəxəssislərin hazırladığı məqalədə bildirilir.
2023-02-02 22:40:00
Bu suala cavab vermək üçün əvvəl şübhə və şəklərimizin köklərini tapmalıyıq. Ona görə də əvvəl köklərini tapaq, sonra bu kökləri qurudaq ki, ondan sonra şəkk aradan getsin. Əgər insan şəkk etsə, ancaq sonra onu aradan qaldıra bilsə - həmin şəkk onun üçün təhlükəli olmaz. Şəkk öz-özlüyündə təhlükəli deyildir. Xüsusilə də əgər elm üçün müqəddimə olarsa. Şəkk o zaman pis sayılır ki, ya insan onu aradan qaldırmağı düşünməz, ya da düzgün şəkildə onu aradan qaldıra bilməz.
2023-02-02 22:30:00
Xərçəngin inkişafında insanın tək fiziki sağlamlığı deyil, emosional sağlamlığı da böyük rol oynayır. Bu haqda həkim-onkoloq, cərrah, tibb elmləri namizədi İvan Karasyov məlumat verib.
2023-02-02 22:25:00
Bədəndə, göz dibində sarılıq, əllərdə saralma sirrozun əlamətidir.
2023-02-02 22:23:00
Yevlax-Ağdam-Laçın yolunun 38 km-də baş verən dəhşətli yol qəzasında ölənlərin adları açıqlanıb.
2023-02-02 22:20:00
Qurani-Kərimin əlli beşinci surəsi "Ər-Rəhman" adlanır. 78 ayədən ibarət olan bu surə 27-ci cüzdə yerləşdirilmişdir. Bu surənin Məkkə və ya Mədinədə nazil olması ilə bağlı fikir ayrılığı var. Bu surə İslam Peyğəmbərinə (s) nazil olan doxsan yeddinci surədir.
2023-02-02 21:55:00
Allah Rəsulu (s) buyurmuşdur: "من وقي شر قبقبه و لقلقه و ذبذبه فقد وقي الشر كله" (Kim özünü qarnının, dilinin və şəhvətinin şərindən qorusa, bu zaman bütün şərlərdən qorunmuş olur.) Hər bir insanın üç düşməni var ki, onlardan qorunmağa vəzifəlidir. Onları tanımalı və onlardan qorunmalıyıq. Siz əzizlərin qorunmanıza və bu düşmənləri tanıntdırmağa ehtiyac olmadığına baxmayaraq, lakin, təzəkkür etmək faydalıdır: "وَ ذَكِّرْ فَإِنَّ الذِّكْرى تَنْفَعُ الْمُؤْمِنين" (1) (Sən öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir.)
2023-02-02 21:50:00
İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə Məhəmməd ibn Müslimə müraciətlə deyilir: "Ey Məhəmməd! Oruc tutduqda qulağın, gözün, dilin, ətin, nəfəsin, dərin, tükün, bədənin də oruc olsun". ("Rövzə əl-vaizin", c. 2, səh. 350) İmam Sadiq (ə) öz yaxın səhabəsinə, şagirdinə buyurur ki, oruc tutduqda sənin eşitmə hissin də oruc olmalıdır. Görmə hissin də oruc olmalıdır. Dilin də oruc olmalıdır. Ətin, dərin, qanın, tükün də oruc olmalıdır. Yalan danışmamalı, mömin insanları bəlaya salmamalısan. Sadə könülləri aldatmamalı, müsəlman qardaşların üçün, İslam cəmiyyəti üçün fitnə hazırlamamalısan. Bədxahlıq etməməli, ittiham etməməli, çəkidə aldatmamalı, əmanətdarlıq etməlisən. Ramazan ayında öz nəfsini yeməkdən, içməkdən, nəfsani istəklərdən, ehtiraslardan, intim duyğulardan qorumaqla oruc tutan insan öz dilini, öz qulağını, bütün bədən üzvlərini oruc hesab etməlidir. Özünü Allaha həsr etməli, günahlardan uzaq olmalıdır. Hədisin ardında deyilir: "Oruc olduğun gün oruc olmadığın gün kimi olmasın". ("Rövzə əl-vaizin", c. 2, səh. 350) Oruc tutduğun gün adi günlər kimi olmasın. Ramazan ayında digər adi günlərdə olduğu kimi davranmamalısan. Nəfsinin tərbiyəsinə diqqət etməli, bu fürsəti qənimət sanmalısan.
2023-02-02 21:45:00
Alimlər insanları daha tez qocaldan pis vərdişlər barədə araşdırma aparıblar.
2023-02-02 21:40:00
Namaz haqqında onun dəyərini, faydasını, mənasını və sirlərini ifadə edən yüzlərlə Quran ayəsi və din böyüklərinin kəlamları vardır. Çoxsaylı ayə və hədislər arasında namazın çehrəsini göstərən bəzi məqamları qeyd edirik:
2023-02-02 21:35:00
Xərçəngin yaranmasının əsas 2 səbəbi var: irsən və təsadüfi, sonradan yaranma.
2023-02-02 21:34:00
Gələn aydan ölkədə ödənişsiz hüquqi yardım aksiyalarının keçirilməsi nəzərdə tutulub.
2023-02-02 21:33:00
"Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Sabah hər iki ölkənin dövlət neft şirkəti "Romqaz" və SOCAR yeni sazişə imza atacaqlar".
2023-02-02 21:30:00
İnsanların böyük əksəriyyəti yeməkdən əvvəl ya da sonra mütləq çay içməyə üstünlük verir. Çayın şəkərli və ya şəkərsiz istehlak edilməsinin zərərli yaxud da faydalı tərəfləri ola bilər.
2023-02-02 21:25:00
"Son illərdə uşaqlarda ikinci tip diabet xəstəliyi artmaqdadır".
2023-02-02 21:20:00
Məsumlarımız (ə) həmişə əmanətə sadiq olmaq və düz danışmağı sevən insanlar olmuş və insanları da ona əməl etməyə həvəsləndirmişdilər.
2023-02-02 21:15:00
Əllə yeyilən yemək daha dadlıdır. Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, bu nəticəyə Stivens Universitetinin alimləri gəliblər.
2023-02-02 21:10:00
"Leader.ir" saytı Ayətullahul Üzma Seyyid Əli Xameneinin üzdə hansı miqdarda tükün olması saqqal hesab edilir? sualına cavabını təqdim edir:
2023-02-02 20:46:00
Azərbaycanın Avroviziyada nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova seçim prosesi və potensial qaliblər barədə məlumatları açıqlayıb.
2023-02-02 20:00:00
Moskvanın Tverskoy Məhkəməsi şəhərin mərkəzindəki Qırmızı Meydanda buzovla gəzən amerikalı heyvan hüquqları müdafiəçisi Alisiya Dayın 13 sutkalıq həbs edilməsinə dair qərar verib. Onun polisə itaətsizlik göstərdiyinə görə həbs edildiyi bildirilib.
2023-02-02 19:51:00
Berkayla Murat Bozun içkili çıxdığı səhnə sosial mediada viral olub.
2023-02-02 19:00:00
Ötən ilin iyul ayında Şüvəlan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli xüsusi internat məktəbində Elman Nuruzadə ilə Nazpəri Osmanovanın toy mərasimi keçirilmişdi. Təhsil TV Gənclər Günü münasibətilə cütlüyün evində qonaq olub.
2023-02-02 18:22:00
Terror İran üçün yeni məsələ deyil. 90-cı illərdə Ziya Bünyadovun qətlə yetirilməsi birmənalı sübut olundu ki, bunu İran tərəfi edib. Niyə edib? Çünki Z.Bünyadov Azərbaycanda Quranı tərcümə edən ilk şəxs idi.
2023-02-02 17:22:00
"Bu, faciədir. Heç nəyə baxmadan biz yardımımızı etməliyik".
2023-02-02 16:51:00
Aldıqları evə görə ödədikləri məbləğin ƏDV - nin bir hissəsinin qaytarılması prosesi davam edir. Ötən ilin noyabr ayının 20-sindən artıq 110 belə müraciət vergi orqanı tərəfindən təsdiqlənib.
2023-02-02 16:31:00
4 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar gec - gec gəlir, gələndə də dolu olur. Sumqayıt şəhər Corat qəsəbəsinin sakinləri deyirlərki, bu vəziyyət uzun müddətdir davam edir.
2023-02-02 16:20:00
İlk tibbi yardım insana qəza zamanı və qəfil halı pisləşdikdə göstərilən təcili tibbi müdaxilədir. Bu yardım vasitəsilə ilə səhhəti pisləşən şəxsin həyatı təhlükəsini azaltmaq qismən də olsa mümkündür. Amma bir çoxları belə tibbi müdaxilələrdə məlumatsızdır.
2023-02-02 16:00:00
Xoyda baş verən zəlzələ və Tehran Respublikasının zəlzələdən zərər çəkənlərə heç bir yardım etməməsi Şimali Azərbaycanda ciddi narahatlıqla izlənilir və yardım çağırışları edilir.