Digərləri
2023-02-02 15:51:00
İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu ilə görüşüb.
2023-02-02 15:30:00
Zəngəzur dəhlizinin açılması bütün tərəflərin xeyrinədir və dəhlizin açılması bütün regiona sülh və sabitlik gətirəcək.
2023-02-02 15:29:00
İran Azərbaycanda 18 deputatın seçilməsinə nail olmaq üçün 50 milyon vəsait ayırmışdı.
2023-02-02 14:45:00
Ölkəyə mobil telefonların gətirilməsi üzərində ciddi nəzarət başlayır. Belə ki, indiyədək vətəndaşlar xaricdən fərdi şəkildə gətirdikləri mobil telefonları bəyan etsələr də, İMEİ nömrələrini gömrükdə qeydiyyatdan keçirmirdilər. Nəticədə nəzarət qurumları hansı İMEİ kodlu telefonların ölkəyə daxil olduqları görə bilmirdilər.
2023-02-02 14:23:00
Yasamal rayon sakinləri yol kənarındakı iri gövdəli ağacların hər an aşacağından ehtiyyat edir.
2023-02-02 13:39:00
Zərdabın Burunlu kənd sakinləri bərbad kənd yolunun yarasız vəziyyətindən şikayətçidirlər. Belə ki, payız-qış aylarında vəziyyət daha acınacaqlı olur.
2023-02-02 13:35:00
Serbiya və Azərbaycan qaz nəqlinə dair müzakirələri davam etdirəcək.
2023-02-02 13:24:00
Mədəniyyət Nazirliyi Mədəniyyət Elmi-Texniki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli işində yol verdiyi ciddi qanun pozuntularına görə tutduğu vəzifəsindən azad edilib.
2023-02-02 13:17:00
19-cu əsrin sonlarında tikilən binanın hər gün qorxu yaşayan sakinlərindən danışacağıq. Onları qorxudan rəqəmlərin tarixi deyil, tarixin yaddaşına köçən köhnəlmiş binalarıdır.
2023-02-02 13:00:00
Fevralın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.
2023-02-02 12:33:00
Belə adamlar həmişə istifadə edilir. Qurulan isə İranın öz oyunu və vəziyyəti öz xeyrinə dəyişdirmə cəhdidir. Terrorçunun ağlı yerindədir, bunu səfirlikdəki görüntülər də sübut edir.
2023-02-02 11:50:00
Qida sahəsində fəaliyyət göstərən sahibkarlar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən biznes subyektlərinə göstərilən müxtəlif xidmətlərlə bağlı "Bakı KOB evi"nə müraciət edə bilərlər.
2023-02-02 11:00:00
Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlər həyata keçirilir.
2023-02-02 10:57:00
Erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Kanadanın "The Hill Times" nəşrinin müxbiri ilə söhbətində Laçın dəhlizində azərbaycanlı ekofəalların keçirdikləri etiraz aksiyasına toxunub. Qondarma qurumda "nazir" vəzifəsini tutan Vardanyan müsahibəsində Kanada və beynəlxalq ictimaiyyəti Laçın dəhlizinin açılması üçün Bakıya təzyiq göstərmək kimi cəfəng fikirlər səsləndirib.
2023-02-02 10:42:00
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir. Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback kartı istifadəçiləri yanvar ayında bonuslardan ortalama 55 manat pul qazanıblar.
2023-02-02 10:41:00
ABB TamGənc kartı sahibi olmaqistəyən gənclər üçün gözəl fürsət yaradıb. Bankın elan etdiyi kampaniya çərçivəsində 15 fevrala qədər TamGənc kartını onlayn sifarişlər zamanı pulsuz almaq olar.
2023-02-02 10:17:00
Tehran Bələdiyyəsinə hakim kəsilmiş mafiya 15 yaşdan kiçik uşaqları işlədir.
2023-02-02 09:27:00
Dövlət Sərhəd Xidməti tərəfindən 2023-cü ilin yanvar ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilmişdir.
2023-02-02 08:59:00
Qanqren (yun. gangraina) - toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsi (nekrozu). Toxumalara oksigen ya heç çatmadıqda, ya da cüzi miqdarda çatdıqda başlayır. Adətən ürəkdən çox aralı nahiyələrdə, məsələn, barmaqlarda, yaxud infarkt zamanı ürək əzələsində, ya da ağciyərdə olur. Qan damarlarığın trombozu, ateroskleroz, endarteriit və s. xəstəliklər, habelə mexaniki (travma), fiziki (yanıq, donma), kimyəvi (qatı turşu və qələvilərin təsirindən), şüa və s. amillərin təsiri nəticəsində baş verir.
2023-02-02 08:55:00
Bronxoostruktiv sindrom bronx keçiriciliyinin pozulmasıdır. Xronik obstruktiv bronxitdə obstruksiya geridönən və davamlı komponentə malik olur. Geridönən komponent bronxların saya əzələlərinin yığılması, bronxial vəzlərin hipersekresiyası və bronxların selikli qişasının ödemi ilə şərtlənir. Xəstəlik zamanı bronxial vəzlərin destruksiyası, peribronxial fibroz, bronxiolların formasının dəyişməsi ilə özünü göstərir. Tənəffüs yollarının mexaniki xassələrinin pozulması onların nəfəsvermədə yaprıxmasına səbəb olur. Bu sindromun qayıtma əlaqəsi prinsipinə görə inkişafı öskürmə səbəbli pozğunluqları gücləndirir, yerli müdafiəni aşağı salır. Bu zaman həmin hissədə dairə qapanır və xəstəlik sağalmaz olur. Xəstəliyin əmələ gəlməsində virus və bakteriyanın rolu ikincili xarakter daşıyır. Yüksək özlü bəlğəmin toplanması, müdafiə qüvvələrinin azalması, bronxial keçiriciliyin pozulması xəstəlik irəlilədikcə infeksiyanın aşağı yayılmasına və xəstəliyin kəskinləşməsinə səbəb olur. Xəstəlik tədricən inkişaf edir, müalicə olunmadıqda kəskinləşir və xroniki hala keçir. Bronxoostruktiv sindromda xəstələrin şikayətləri aşağıdakılardan ibarət olur: - səhərlər bəlğəmli öskürək - isti otaqdan soyuğa çıxdıqda öskürək - selikli-irinli bəlğəm - arterial hipertenziya - qanhayxırma - fiziki iş zamanı təngnəfəslik - nəfəsvermədə çətinləşmə - temperatur - tez yorulma - yorğunluq. Xəstəliyə diaqnozun qoyulmasında rentgenoloji müayinənin, bronxoqrafiyanın, kompyuter tomoqrafiyanın və anamnezin nəticələri əsas götürülür. Müalicə antibiotiklərdən, vitaminlərdən istifadə etməkdən və qıcıqlandırıcı faktorlardan uzaq durmaqdan ibarətdir.
2023-02-02 08:51:00
Dölyanı maye - amnion maye. Bu maye dölü əhatə edən mayedir və amnion maye adlanır. Amnion maye xaricdən qişalarla əhatə olunmuşdur. Həmin qişa 2 hissədən ibarətdir. - daxili qat - döləbaxan qat - xarici qat - uşaqlığa baxan və ya uşaqlığa bitişən qat. Dölü əhatə edən qişa kisəyə oxşayır. Uşaqlığa baxan səthin bir hissəsi, ciftin daxili səthinə bitişir və göbək ciyəsini əhatə edir. Amnion qişanın içərisi amnion maye ilə dolu olub hamiləliyin axırında 1-1,5 litrə çatır. Bu mayenin tərkibi ananın qan damarlarının tərləməsi, amnion epitelinin ifrazı, dölün böyrək fəaliyyəti ilə əlaqədar olaraq tənzimlənir. Mayenin tərkibində zülal, duz, şəkər, hormonlar olur. Dölyanı mayenin əsas fizioloji xüsusiyyətləri aşağıdakılardır: 1. Dölün hərəkət və inkişafı üçün şərait yaradır. 2. Dölyanı mayenin miqdarı az olduqda dölün anadangəlmə eybəcərliklərinə səbəb ola bilir. 3. Dölyanı maye dölün maddələr mübadiləsində əsas rol oynayır. 4. Dölü xarici təsirlərdən qoruyur. 5. Göbək ciyəsini döl və uşaqlıq divarı arasında sıxılmağa qoymur. 6. Dölyanı maye doğum vaxtı dölün doğum yollarından irəliləməsinə şərait yaradır.
2023-02-02 08:46:00
Xroniki pnevmoniya ağciyər toxumasının, ağciyərin eyni zədələnən hissəsində residivləri ilə təzahür edən lokal iltihabi prosesdir. Bu proses ağciyər toxumasında pnevmosklerozun, bronxalveolyar ağacının lokal xronik bronxit tipində geridönməz patologiyalara səbəb olur. Xroniki pnevmoniyanın əmələ gəlməsinə səbəb kəskin pnevmoniyadır. Belə ki, kəskin pnevmoniya uzun gedişə malik olduqda və ya müalicə olunmadıqda xroniki hala keçir. Xəstəlik ağciyərlərdə yayılmasına görə: - ocaqlı - seqmentar - paylı, gedişinə görə - kəskinləşmiş - residivləşmiş formalı olur. Xroniki pnevmoniya həmişə kəskin pnevmoniyanın nəticəsi hesab olunur. Xroniki pnevmoniyanın kəskinləşmə dövründə əsas klinik simptomlar aşağıdakılardır: * Xəstə zəiflikdən, gecələr tərləmədən, bədən hərarətinin çox qalxmasından, iştahanın azalmasından, selikli-irinli bəlğəmin ayrılması ilə baş verən öskürəkdən, bəzən döş qəfəsində olan zəif ağrıdan şikayətlənirlər. Xəstələrdə aşağıdakı əlamətlər özünü göstərir. * Bədən kütləsinin azalması. * Səsin kütləşməsi * Yaş xırıltılar * Zədələnmə ocağı üzərində krepitasiyalar. Xəstəliyə diaqnoz qoymaq üçün rentgenoloji müayinənin, bronxoqrafiyanın, bronxoskopiyanın nəticələri əsas götürülür.Qanın ümumi və biokimyəvi müayinəsi və bəlğəmin bakterioloji müayinəsi diaqnozun təsdiqlənməsində böyük rol oynayır. Müalicə orqanizmin möhkəmlənməsi və antibakterial müalicədən ibarət olur. Xəstəliyin ağır formalarında antibiotik birbaşa ağciyərə yeridilir.
2023-02-02 08:25:00
Asfiksiya kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır. Bu zaman orqanizmə oksigen daxil olmur və karbon qazı xarici mühitə verilmir. Asfiksiyanın əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır: * tənəffüs yollarının sıxılması, mənfəzinin şiş toxuması və ya yad cisimlə tutulması * ağciyərlərə maye dolması - suda boğulan adamların ağciyərlərinə su dolduqda - dölün tənəffüs yoluna dölyanı maye dolduqda * qırtlağın iltihab nəticəsində daralması * tənəffüs əzələlərinin iflici * toxuma tənəffüsünün pozulması. Asfiksiya zamanı hipoksiya, hiperkaphiya və asidoz müşahidə edilir. Asfiksiyanın inkişaf etməsi 4 mərhələdə gedir. Birinci mərhələdə təngnəfəslik müşahidə edilir, arterial təzyiq yüksəlir, ürək vurğuları sürətlənir. İkinci mərhələdə ekspirator təngnəfəslik meydana çıxır, təzyiq yüksəlir, sinir sisteminin fəallığı artır. Üçüncü mərhələ tənəffüsün bir-neçə saniyədən bir 1-2 dəqiqə dayanması ilə xarakterizə olunur. Bu zaman arterial təzyiq azalır. Asfiksiyanın dördüncü mərhələsi terminal mərhələ hesab edilir. Bu zaman sinir mərkəzinin sarsıntısı nəticəsində reflekslər itir, bəbəklər genəlir, əzələlərin tonusu itir, arterial təzyiq kəskin surətdə aşağı düşür, ürək yığılmaları azalır, passiv nəfəsvermə müşahidə edilir. Müşahidələr göstərmişdir ki, asfiksiya zamanı ürək fəaliyyəti tənəffüsün dayandığı andan sonra bir müddət davam edir. Asfiksiya baş verən zaman onu yaradan səbəb aradan qaldırlmalı, toxumaların oksigenlə təhcizatı təmin olunmalıdır. Bu zaman süni tənəffüs, ürəyin xarici massajı və s. üsullarından istifadə edilir.
2023-02-02 08:23:00
Teleqraf.com-un suallarını fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi cavablandırıb.
2023-02-02 08:21:00
Aspirasion pnevmoniya çox vaxt ağız boşluğu və udlaqda yerləşən (sağlam şəxslərin 50%-i ağız udlaq sekretini aşağı tənəffüs yollarına aspirasiya edirlər) anaerob və onların anaerob qrammənfi mikroflora ilə birgə iştirakı nəticəsində baş verir. Bu zaman baş verən pnevmoniya çoxlu miqdar qusuntu kütləsi aspirasiya olunduqda və ya onun içərisində anaerob mikroflora olduqda törənir. Öskürmə funksiyasının pozulması, həmçinin mukosiliar klirensin pozulması pnevmoniya riskini artırır. Pnevmoniyanın anareob törədicilərinin mənbəyi aşağıdakılar hesab edilir: - diş ərpi - dişlər - dişlərarası yırtıqlar. Xəstəliyin baş verməsi ağciyər iltihabının yaranmasına səbəb olan infeksiyanın oraya daxil olması və orqanizmin zəif olması ilə əlaqədardır. İnhalyasion hissəciklərin tənəffüs yollarında paylanması ilk növbədə onların ölçülərindən asılıdır. Diametri 10 mkm-dən böyük olan hissəciklər başlıca olaraq burun boşluğuna və yuxarı tənəffüs yollarına daxil olurlar. Bu infeksiyalar bronxlara və alveollara çokdükdən sonra daxilə nüfuz edir və xəstəlik törədirlər. Buna görə də pnevmoniyanı əmələ gəlməsində çox vaxt inhalyasiya edə biləcək törədicilərin rolu olduğu öz təsdiqini tapır. Vərəm, qrip, histaplazmoz xəstəliklərinin törədiciləri də bu yolla pnevmoniyanın əmələ gəlməsinə səbəb olur. Pnevmoniyanın törədiciləri bilavasitə alveollarla baş verdiyinə görə aspirasion pnevmoniya adlanır. Aspirasion pnevmoniya zamanı xəstələrin şikayətləri aşağıdakılardan ibarət olur: - zəiflik - iştahanın itməsi - titrətmə - təngnəfəslik - döş qəfəsində ağrı. Xəstəliyin başlanğıc dövründə öskürək quru, əziyyətverici olur, sonra isə yumşalır və bəlğəm əmələ gəlir. Xəstəliyə diaqnozun qoyulmasında rentgenoloji müayinənin və həkimin obyektiv müayinəsinin rolu böyükdür.
2023-02-02 08:17:00
Qazaxıstanın Sənaye və Ticarət Nazirliyi ölkənin Rusiyadakı ticarət nümayəndəliyinin ləğvi ilə bağlı sənəd layihəsi hazırlayıb.
2023-02-02 08:15:00
Qan dövranında problem olarsa, buna diqqət etməmək mümkün deyil. Təzyiqin düşməsi, yorğunluq, təngnəfəslik, soyuq əllər və ayaqlar - qan dövranının pozulmasının aşkar əlamətləridir. Qan dövranının belə dayanması hipertoniya, damarlarda varikoz genişlənməsi və gözlərin altında tünd kölgələrin əmələ gəlməsi ilə nəticələnir. Bundan əlavə zəif qan dövranı - ürək çatışmazlığını yaradan amillərdən biridir. Sağlamlıqla bağlı ciddi problemlərdən uzaq olmaq və ürəyin işini yaxşılaşdırmaq üçün bir neçə təbii üsullardan istifadə etməyiniz vacibdir.
2023-02-02 08:11:00
Ağciyərlərin alveolyar mikrolitiazı alveollarda mineral birləşmələr və proteinlərdən təşkil olunmuş maddələrin çikməsi ilə xarakterizə olunan xəstəlikdir. Xəstəliyə 20-40 yaşlı adamlarda rast gəlinir. Xəstəliyin əmələ gəlməsində irsi faktor və peşə zərərlərinin təsi olduğu güman edilir. Xəstəliyin mahiyyəti alveollarda zülalların hiperproduksiyası və yığılmasından ibarətdir ki, burada da kalsium fosfat və karbonatın mikrokristalları toplanaraq ventilyasiya sistemini pozur.Bu da intersistal fibroz və tənəffüs çatışmazlığına səbəb olur. Xəstəlik aşağıdakı patologiyalara səbəb olur: - ağciyər toxumasının, xüsusən aşağı payıarın sıxılması artır - alveollarda və bronxiollarda kalsiumkarbonat, mis, natrium, kalium, sink, maqnezium mikroelementlərinin 1-3 mm diametrli mikrokonkrementləri aşkar edilir - xəstəlik proqressivləşdikcə mikroelementlər artır - mikrolitlər yerləşən zonada makrofaqlar qalır. Xəstəlıik uzun müddət narahatçılıq vermədən keçir. Lakin əlamətlər artdıqda xəstələrdə aşağıdakı şikayətlər baş qaldırır: - tez yorulma - təngnəfəslik - ümumi zəiflik - ürəkdöyünmə - döş qəfəsində ağrı.
2023-02-02 08:05:00
Çoxdöllü hamilə qadınlar bütün doğan qadınların 1,5%-i təşkil edir. Çoxdöllü hamiləlikdə ölüm halları digər doğuşlardan 3-4 dəfə artıq olur. Hamiləlik zamanı qadında 2 və daha artıq döl ayırd edilərsə, çoxdöllü hamiləlik adlanır. Çoxdöllü hamiləlikdən dünyaya gələn uşaqlar əkiz uşaqlar adlanır. Hər 70-80 doğulan uşaqdan birində əkiz, 6000-7000 doğuşdan birində isə 3 uşaq doğulur. Çoxdöllü hamiləliyin səbəbləri bir sıra faktorlardan asılıdır: * ər və arvadın ailələrində yaxud nəslində əkizlərin olması * qadının yaşı 18 az və ya 30-dan yuxarıdırsa * hamiləliyə qədər aybaşı tsiklinin pozulması * hormonal müalicə * ovulyasiyanın stimulyasiyası * hormonal kontraseptivlərin qəbulu. Çoxdöllü hamiləlik eyni vaxtda yetişmiş 2 yumurtahüceyrənin mayalanması və ya döllənmiş bir yumurtahüceyrədən iki dölün inkişaf etməsi nəticəsində baş verir. Eyni yumurta əkizləri bir yumurtahüceyrədən əmələ gəlir və ya bir spermatozoidlə mayalanır. Bu zaman hər iki dölün ciftində qan damarları arasında anastamozlar olur. Tək yumurta əkizləri adətən eyni cinsdən olur. Müxtəlif yumurta əkizləri mütəlif ciftə, su və xorion qişasına malik olur. Çoxdöllü hamiləlikdə hamilə qadının orqanizmində adi hamiləliyə nisbətən daha yüksək dəyişikliklər gedir. Əksər hallarda ürək-damar sistemi, tənffüs sistemi, qaraciyər, böyrəklər və digər orqan və sistemlərdə bir sıra pozğunluqlar baş verir. Çoxdöllü hamiləlikdə toksiplazmoz və nefropatiya təkdöllü hamilələrdəki kimi müxtəlif əlamətlərlə özünü göstərir. Bu zaman ürəkbulanma, qusma, qəbizlik, ödem, ağız suyunun axması baş verə bilir.
2023-02-02 07:25:00
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən fevral ayının 16-da Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabad şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.