Digərləri

Çoxdöllü hamiləlik

2023-02-02 08:05:00

Çoxdöllü hamilə qadınlar bütün doğan qadınların 1,5%-i təşkil edir. Çoxdöllü hamiləlikdə ölüm halları digər doğuşlardan 3-4 dəfə artıq olur. Hamiləlik zamanı qadında 2 və daha artıq döl ayırd edilərsə, çoxdöllü hamiləlik adlanır. Çoxdöllü hamiləlikdən dünyaya gələn uşaqlar əkiz uşaqlar adlanır. Hər 70-80 doğulan uşaqdan birində əkiz, 6000-7000 doğuşdan birində isə 3 uşaq doğulur. Çoxdöllü hamiləliyin səbəbləri bir sıra faktorlardan asılıdır: * ər və arvadın ailələrində yaxud nəslində əkizlərin olması * qadının yaşı 18 az və ya 30-dan yuxarıdırsa * hamiləliyə qədər aybaşı tsiklinin pozulması * hormonal müalicə * ovulyasiyanın stimulyasiyası * hormonal kontraseptivlərin qəbulu. Çoxdöllü hamiləlik eyni vaxtda yetişmiş 2 yumurtahüceyrənin mayalanması və ya döllənmiş bir yumurtahüceyrədən iki dölün inkişaf etməsi nəticəsində baş verir. Eyni yumurta əkizləri bir yumurtahüceyrədən əmələ gəlir və ya bir spermatozoidlə mayalanır. Bu zaman hər iki dölün ciftində qan damarları arasında anastamozlar olur. Tək yumurta əkizləri adətən eyni cinsdən olur. Müxtəlif yumurta əkizləri mütəlif ciftə, su və xorion qişasına malik olur. Çoxdöllü hamiləlikdə hamilə qadının orqanizmində adi hamiləliyə nisbətən daha yüksək dəyişikliklər gedir. Əksər hallarda ürək-damar sistemi, tənffüs sistemi, qaraciyər, böyrəklər və digər orqan və sistemlərdə bir sıra pozğunluqlar baş verir. Çoxdöllü hamiləlikdə toksiplazmoz və nefropatiya təkdöllü hamilələrdəki kimi müxtəlif əlamətlərlə özünü göstərir. Bu zaman ürəkbulanma, qusma, qəbizlik, ödem, ağız suyunun axması baş verə bilir.

Vilayət Eyvazov bu rayonların sakinlərini

2023-02-02 07:25:00

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən fevral ayının 16-da Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabad şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Ağciyər hipertenziyası

2023-02-02 07:21:00

Xəstəlik ağciyər arteriyası və oun şaxələrinin konseptrik fibrozu, hipertrofiyası, həmçinin çoxsaylı arteriovenoz səbəbli meydana çıxır. Xəstəliyə ən çox qadınlar arasında rast gəlinir, çox vaxt hamiləlik zamanı üzə çıxır. Belə fərz olunur ki, bu sindromla təzahür edən xəstəlik heterogen qrup xəstəlikdir. Bəzən ailəvi xarakter daşıyır. Xəstəliyin genetik xarakter daşıması fərziyyəsi mövcuddur. Ağciyər hipertenziyasının əmələ gəlməsində aşağıdakı faktorların rolu olduğu söylənilir: - damar tonusunun tənzim mərkəzinin pozğunluğu - aktiv damardaraldıcı maddələrin təsiri (serotonon, endotelinin) - trombositlərin aqressiyasının yüksəlməsi - mikrotrobların formalaşması ilə anadangəlnə və qazanılmış qüsur. Xəstəlik zamanı ağciyərlərin xırda venalarında proliferasiya və fibroz baş verir, kapillyar damarların okklüziyası əmələ gəlir. Bu zaman ağciyər hemangiomatozu və metastzlaşmayan xoşxassəli damar törəmələri meydana çıxır. Xəstəlik aşağıdakı əlamətlərlə mözünü biruzə verir: - azacıq fiziki gərginlikdə belə boğulma hissi - tez yorulma - döş sümüyü arxasında ağrılar - ürəkdöyünmə - huşun itməsi - başgcəllənmə tutmaları. Müayinə zamanı xəstələrdə təngnəfəslik, kəskin sianoz, falanqaların"təbil çubuğuna" bənzəməsi aşkar edilir. Xəstələrdə qan dövranı pozğunluqları səbəbli arterial hipertenziyanın da müşahidə edilməsi diqqəti çəkir. Diaqnozu dəqiqləşdirmək üçün EKQ, rentgenoloji və laborator analizlərin nəticələri əsas götürülür. Ağciyər hipertenziyasının müalicəsi aşağıdakı istiqamətlərdə aparılır: 1. İzomerik gərginlikləri məhdudılaşdırmaq 2. Ağciyər infeksiyalarının aktiv müalicəsi 3. Vazodiladatorlarla müalicə. Xəstəliyin etioloji müalicəsi yoxdur.

Respirator disstress sindromu

2023-02-02 07:11:00

Respirator disstress sindromu kəskin tənəffüs çatışmazlığı ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir: - ağciyərlərin müxtəlif kəskin zədələnmələri - ağciyərlərin qeyri-kardiogen ödemi - xarici tənəffüsün pozulması - hipoksiya - ağciyərdə infiltirasiya. Respirator distress sindromu ağciyərləri birbaşa və ya dolayısı ilə zədələyir. Müayinə zamanı xəstənin qanında ağciyərlərin zədələnməsinə səbəb olan bioloji aktiv maddələrin çoxluğu müəyyən edilir. Ağciyərləri zədələyən maddələrdən trombositlərin aqressiyasının pozğunluqları zamanı da qanda aşkar edilir. Xəstəlik zamanı aktivləşmiş leykositlər və trombositlər sitotoksik maddələr ifraz edərək ağciyərlərin kapiliyarlarında aqreqat şəklində toplanırlar. Bu zaman ağciyər kapiliyarlarının alveollarının zədələnməsi baş verir ki, bu da alveolların (hava boşluqlarının) maye ilə dolması və surfaktant ifrazatın azalmasına səbəb olur. Sonra 3-10 sutka ərzində fibroblastların proliferasiyası baş verir və alveollar arakəsməsi qalınlaşır. 2-3 həftə ərzində əlamətlər kəskinləşir və intersistal fibroz baş verir. Xəstəliyin klinik simptomları zədələyici faktorun təsirindən bir-neçə saat sonra təzahür edir. Xəstələrdə səthi tənəffüs, təngnəfəslik, hipoksemiya əmələ gəlir. Respirator disstress sindromun açıq şəkli 2 gün ərzində aydın olur. Daima oksigen inhalyasiyası verilmədikdə xəstələrdə sianoz meydana gəlir, dəridə göy ləkələr görünür. Diaqnozun qoyulmasında qanın və qan plazmasının ümumi analizləri, qanın qaz tərkibinin analizlərinin nəticələri, rentgenoloji müayinə əsas rol oynayır. Müalicə xəstəxana şəraitində reanimasion tədbirlərin tətbiqi ilə ararılır.

Qəzada həlak olan polkovnikleytenant imiş...

2023-02-02 07:05:00

Xəbər verdiyimiz kimi, fevralın 1-də Kəlbəcərin Qılınclı kəndi ərazisində "Niva" markalı avtomobil idarəetməni itirərək Tərtər çayına aşıb.

Kəskin dağınıq ensofalomielit

2023-02-02 06:04:00

Kəskin dağınıq ensofalomielit sinir sisteminin yoluxucu allergik xəstəliyidir. Xəstəliyin törədicisinin neyrotrop viruslar olduğu güman edilir.Virusun orqanizmə daxil olma yolları yuxarı tənəffüs yolları və mədə bağırsaq traktıdır. Virusların baş beyin və onurğa beyinə hematogen yolla daxil olur. Xəstəliyin patogenezində baş beyin və onurğa beyində mielinsizləşməyə səbəb olan allergik reyaksiyalar mühüm rol oynayır. Morfoloji olaraq baş beyində kəskin damar dəyişikliyi ilə diffuz edilən ocaqla aşkar edilir. Əsasən beynin ağ maddəsi zədələnir, proses mielinsizləşmə xarakteri daşıyır. KLİNİKASI: Xəstəlik çox vaxt kəskin başlayır, ümumu yoluxucu, qişa və ocaq əlamətləri təzahür edir, bədənin hərarəti qalxır, kataral əlamətlər və baş ağrısı təzahür edir. Tez-tez kəllə sinirlərinin innervasiya pozulmaları qeyd olunur, aşağıdakı əlamətlər meydana çıxır: - görmə zəifliyi - nistaqm - çəpgözlülük - üz sinirinin asimmetriyası - bulbar əlamətlər. Nadir hallarda xəstələrdə miokloniya, əsmə baş verir, xəstələr tez-tez döş qəfəsində və ətraflarda ağrıdan şikayətlənirlər. Xəstəliyin yoluxucu və nevroloji əlamətləri sürətlə yayılır. DİAQNOZU: Xəstəliyin diaqnozu yoluxucu əlamətlərlə kəskin başlamasına və çoxsistemli multifoqal pozulmalarına əsaslanaraq qoyulur. Anamnestik məlumat diaqnozun qoyulmasında mühüm rol oynayır. MÜALİCƏSİ: Kəskin hallarda desesibilizə və dehidratasiyaedici müalicə tətbiq olunur. Xəstəyə kortikosteroidlər təyin edilir, bulbar əlamətlər müşahidə edildikdə reanimasiya tədbirləri görülür. Xəstəyə B qrup vitaminlər, metobolik prosesləri normaya salmaq üçün dərmanlar təyin edilir.

Hamiləlikdə böyrəklərin zədələnməsi zamanı qanın laxtalanma sistemi

2023-02-02 05:02:00

Hemostazın pozulması hamiləlik vaxtı ilk növbədə aşağıdakı əlamətlərlə aşkarlanır: - endotelin yayılmış zədələnməsi - qanın laxtalanması - toxuma hipoksiyası - trombositlərin aktivləşməsi. Hamiləlikdə böyrəklərin zədələnməsi zamanı trombositlərin aqreqasiyası artır, trombosit mənşəli maddələrin (tromboksan, tromboqlobilin) səviyyəsi yüksəlir. Bu zaman yayılmış damardaxili laxtalanma sidromu inkişaf edir. Xəstəliyin kliniki variantının gedişindən asılı olaraq qanın laxtalanma sistemi müxtəlif ağırlıq dərəcəsində olur və müxtəlif formada təzahür edir. Laborator müayinədə trombositopeniya, eritrositlərin fermentasiyası, fibrinolizin aktivləşməsi və fibrinogenin qan plazmasında deqradasiyası məhsullarının artması tipik sayılır. Hemostazın laborator göstəricilərinin dinamikada izlənməsi yayılmış damardaxili laxtalanmanın diaqnostikasını asanlaşdırır. Prosesin inkişaf etməsi nəticəsində yayılmış damardaxili laxtalanmanın klinik əlamətləri qeyd olunur. Bunlara aşağıdakılar aiddir: - lokalizasiyalı hemoragiyalar - tromb nəticəsində böyrəyin funksiyasının pozulması - tromb nəticəsində qaraciyərin funksiyasının pozulması. Ağır dərəcədə damardaxili laxtalanma baş verdikdə doğuş zamanı profuz uşaqlıq qanaxması və massiv hemoliz müşahidə olunur. Hemoliz anemiya, qanda sərbəst bilirubinin artması, hemoqlubinuriya ilə aşkar olunur.

Bronxial astmanın pilləli müalicəsi

2023-02-02 04:03:00

Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az dərman vasitlərindən istifadə etməklə bronxial astmanın təzahürlərini azaltmaqdan ibarətdir. Astma zamanı dərmanların miqdarı və qəbul edilmə tezliyi xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilir. Xəstəliyin birici mərhələsində dərmanlar fiziki gərginlikdən əvvəl verilir. Xəstəyə həkim dozasını təyin etməklə teofillin verilir və allergenlə spesifik immunoterapioya aparılır. Sonralar xəstəyə inhalyasyon kortikosteroidlər təyin edilir. Bronxial astmanın təzahürləri aradan qalxmadıqda gündəlik olaraq xəstəyə iltihabəleyhinə dərman vasitələri təyin edilir. Bu zaman xəstələrə uzunmüddətli təsirə malik bronxodilatatorlardan istifadə edilir. Bu adətən gecə tutmaları baş verən xəstələrə təyin edilir. Xəstəliyin gedişi ağır olduqda xəstəliyə tam nəzarət etmək mümkün olmur. Bu zaman xəstələrə əvvəlki dərmanlarla yanaşı adrenomimetiklər təyin edilir. Bu zaman adrenomimetiklərlə yanaşı xəstəyə xolinoblakatorlar da təyin edilir. İnholyasiya xəstəliyin qısamüddətdə əlamətlərinin aradan qaldırılmasında çox yardımçı olur. İnholyasiya qısamüddətli təsirli adrenomimetiklər simptomları yüngülləşdirmək üçün lazımdır, amma sutka ərzində 3-4 dəfədən çox olmamalıdır. Bronxial astmanın müalicəsində aşağıdakı müalicə tədbirlrindən istifadə edilməlidir: * Xəstələrə allergenlə spesifik müalicə, yüngülləşdirici pəhriz terapiya, baroterapiya, iynərefleksoterapiya tətbiq edilir. * İnfeksiyadan asılı astmalı xəstələrdə infeksiya ocağının sanasiyası, mukolitik müalicə tətbiq edilir. * Autoimmun astmalı xəstələrə qlükokortikoidlərdən başqa sitostatik preparatlar təyin edilir. * Aspirin astmalı xəstələrə antileykotrein preparatlar təyin edilir. * Hormondan asılı astmalı xəstələrə klükokoprtikosteroidlərin təyini sxemlə təyin edilir. * Kəskin ifadə olunmuş xolinergik variantlı xəstələrə xolinoblakatorlar təyin edilir. * Bronxial astmalı xəstələrə xəstəliyin hər mərhələsində müalicə bədən tərbiyəsi effektli təsir göstərir.

Doğuş və onun başlaması

2023-02-02 03:03:00

Doğuş fizioloji proses olub dölün uşaqlıq boşluğundan xaric olunması deməkdir. Bu hamiləliyin 40 həftəsində baş verir. Doğuşun baş vermə səbəbləri müxtəlifdir. Hamiləliyin axırında qadın orqanizmində çoxlu dəyişikliklər baş verir ki, bu da doğuşun başlamasına səbəb olur. Belə ki, hamiləliyin axırında baş-beyin qabıq maddəsinin oyanması baş verir. Onurğa beyin, uşaqlığın əzələ və sinir elementlərinin də oyanıqlıqları artır ki, bu zaman uşaqlıqda mexaniki, kimyəvi qıcıqlar çoxalır. Hamiləliyin sonlarında dölün böyüməsi, dölyanı mayenin çoxalmasına səbəb olur. Bu səbəbdən hamilə qadının orqanizmində kimyəvi maddə ifrazı artır. Bir yandan hamiləliyin sonunda uşaqlığın aoyanıqlığının artması, digər yandan kimyəvi qıcıqların artması uşaqlığın sinir elementlərinə təsir edir. Sinir ucları bioloji maddə ifraz edir ki, bu da uşaqlıqda fəallığı artırır və doğuş başlayır. Doğuşun başlanmasının bildlrən əlamətlər aşağıdakılardır: - uşaqlığın dibinin enməsi - dölün başı çanaq girəcəyinə dirənir - uşaqlıq boynu yumşalır - oma və qarınin alt hissəsində sancılar baş verir - dölyanı suyun açılması baş verir. Doğuşun başlamasını bildirən əsas əlamət isə uşaqlığın tənzim olmayan yığılması və uşaqlıq boynunun ifrazatının olması. Uşaqlıq əzələsinin yığılması doğuşun əsas qovucu qüvvəsi sayılır. Bu zaman sancılar başlayır, əvvəl gec-gec, sonralar isə tezləşərək baş verir. Daha sonra hamilə qadına doğuşun ikinci pilləsi olan güc gəlir və qadın güc verməklə dölün uşaqlıqdan xaric edilməsinə yardım edir.

Hamilələrin endokrin sistemində baş verən dəyişikliklər

2023-02-02 01:01:00

Hamiləlik vaxtı qadınların endokrin sistemində bir sıra dəyişikliklər baş verir. Hamiləliyin əvvəllərində yumurtalıqlarda gedən proseslər, əsasən də hamiləlik sarı cismdə progesteronun hormon ifrazına səbəb olur. Mayalanma baş verdikdə fgollikul inkişaf etmir, yetişmir, partlamır, yəni ovulyasiya getmir. Bu da sarı cismin hormonlarının hesabına baş verir. Hamiləliyin ikinci yarısında sarı cismin işini və funksiyasını cift görür. Cift daxili sekresiya vəzilərinin ən aktiv rolunu oynayır. Burada estrogen, cift laktogeni, progestron, qonodotropin və s. hormonlar, eyni zamanda bioloji aktiv maddələr (oksitasın, relaksin, vazopressin) əmələ gəlir. Bu hormonların miqdarı hamiləliyin miqdarından asılı olaraq dəyişir. Belə ki, hamiləliyin birinci yarısında doğum fəaliyyətinin hormonları, ikinci yarısında isə estrogen hormonlarının miqdarı çoxalır. Hamiləliyin axırında oyanıqlığın artmasında progestronlar artır və əsas fəaliyyətə malik olurlar. Hipofiz. Hamiləlik vaxtı hipofizin ön payı hüceyrələrinin çoxalması və qalınlaşması hesabına hipofiz vəzi böyüyür və hormon ifraz edir. Hipofizin hormonu qonodotropin sarı cismin hesabına çoxalır. Hipofizin ön payı aşağıdakı hormonların və üzvlərin fəaliyyətini stimulyasiya edir. - döş vəzi funksiyası - qalxanvari vəzi - böyrəküstü vəzi - boy hormonu. Hipotalamusun nüvəsində oksitasinin əmələ gəlməsi çoxalır ki, bu da hamiləliyin axırında və doğuş vaxtı sancıların əmələ gəlməsidə rol oynayır. Qalxanabənzər ətraf vəzi. Hamiləlik zamanı Ca mübadiləsində rol oynayır. Hamiləlik dövründə əzələlərdə qıcolma tutmalarının olması Ca çatışmazlığı səbəbindən baş verir. Böyrəküstü vəzi. Burada kartizon, hidrokartizon hormonları ifraz olunur ki, bu da hamiləlik dövründə zülal və karbohidrat mübadiləsinin tənzimlənməsinə yardım edir.

Günün qoroskopu: Mühüm sahəni nəzarətsiz qoymayın

2023-02-02 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Samsung yeni Galaxy S23 Seriyasını təqdim etdi: Bu günün və sabahın premium təcrübəsi

2023-02-01 22:30:00

Galaxy S23 Ultra-nın ən qabaqcıl kamerası, təkmilləşdirilmiş oyun təcrübəsi və daha ekoyönlü dizaynı Samsung-un ən innovativ Galaxy S seriyasında

“Avroviziya” təmsilçimiz finalsız “seçilib”?

2023-02-01 21:57:00

Seçim mərhələsinə qatılmış bəzi ifaçıların şəxsi sosial səhifələrində son iki gün ərzində yaydıqları məlumatlar böhtan xarakterli iddialardır.

Fevral ayında bürcünüz

2023-02-01 21:51:00

Planetlərin hərəkətləri və enerjiləri birbaşa bürclərə təsir göstərir. Astroloqlar bu hərəkətləri şərh edir və bürclərə təsirlərini aşkar edirlər.

Bakıda kişi faciəvi şəkildə

2023-02-01 21:30:00

Bu gün saat 19:15-də "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yük qatarı Abşeron-Puta mənzilinin 32-ci km-də hərəkətdə olarkən Lökbatan qəsəbə sakini 1981-ci il təvəllüdlü Zaur Ağababa oğlu Cavadov qəflətən qatarın yoluna çıxıb.

BNAdan bu səlahiyyət geri alındı

2023-02-01 21:20:00

Bakı Nəqliyyat Agentliyi dayanma və ya durma qaydalarının pozulmasına görə cərimə edə bilməyəcək.

Əhaliyə XƏBƏRDARLIQ: Fevral ayının bu günlərində...

2023-02-01 21:15:00

Fevral maqnit qasırğasının aktivliyinin ən təhlükəli dövrü olmayacaq, lakin meteohəssaslara çoxlu narahatlıq gətirəcək. 

Qubalı qız əvvəlcə “Zil”, sonra avtobus sürücüsü oldu VİDEOREPORTAJ

2023-02-01 21:00:00

"Əhməd haradadır?" filmindəki Nərgiz xalanın yük maşını sürməyini görəndən sonra qərar verdim ki, mən də sürücü olacağam. Valideynlərim məni müxtəlif yollarla fikrimdən döndərməyə çalışsalar da, arzularımın arxasınca getdim. 1975-ci ildə Bakıda sürücülük məktəbinə yazıldım. İki yüz oğlanın arasında bircə qız mən idim. Altı aylıq kursdan sonra imtahandan uğurla keçib sürücülük vəsiqəmi aldım. İlk sürdüyüm maşın isə "Zil" markalı yük avtomobili idi.

Bəxtiyar Hacıyevin məhkəməsi oldu

2023-02-01 20:59:00

Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Haclyevin barəsində seçilmiş həb qətimkan tədbirinin girovluqla əvəz edilməsi ilə bağlı məhkəmə iclası keçirilib.

Çıxarış almaq asanlaşdı VİDEO

2023-02-01 20:11:00

Bütün daşınmaz əmlakların qeydiyyata alınması prosesi bir günə və bir prosedurla həyata keçirilir.

“Geely” uçan avtomobilin ilk sınaqlarını keçirdi FOTO

2023-02-01 18:29:00

Çinin "Geely" şirkəti AE200 X01 uçan avtomobilinin ilk sınaqlarını keçirib.

Otlaq sahələrində əsaslı tikintilər qadağan edilir

2023-02-01 18:00:00

Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

Güclü külək olacaq, yağış yağacaq

2023-02-01 17:29:00

Bakıda və Abşeron yarımadasında fevralın 02-si axşamdan 03-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Satmaq öhdəliyi ilə verilən mənzillərin kirayəçilərinin cərimələnəcəyi hal müəyyənləşdi

2023-02-01 17:25:00

İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə ediləcək.

Daşkəsən–Astaf yolu yenidən quruldu VİDEO FOTO

2023-02-01 17:09:00

Dövlət başçısının sərəncamına əsasən Daşkəsən rayonunun Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolu yenidən qurulub. Yolun uzunluğu 31 km təşkil edir.

Borcverənin müqavilə ilə faiz almaq hüququ tanınacaq

2023-02-01 16:51:00

Borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətlər konseptual olaraq təkmilləşdirilir.

Bu "Meydan", bu da "Azad" şeytancıqlar

2023-02-01 16:50:00

Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum birmənalı şəkildə terror hadisəsi olmaqla yanaşı, beynəlxalq hüququn pozuntusudur. Səfirliyə hücum bir daha göstərdi ki, terror dövləti olan İran bu statusu saxlamaqda israrlıdır. Lakin təəssüflə qeyd edilməlidir ki, hələ də, dünya dövlətləri bu terrora lazımi qiymət verməyə tələsmirlər.  Maraqlı olan odur ki, hadisənin üstündən xeyli keçsə də, İran tərəfi nəinki hadisələrin araşdırılmasına şərait yaradır, əksinə, hər vəchlə ona maneçilik törədir. Hətta terrorçunu "psixi xəstə" adı altında xəstəxanaya saldığı barədə də xəbərlər yayılır. Burada da qeyri-adi nəsə yoxdur. Bu şəxs İran dövlətinin birbaşa tapşırğı və əmri ilə səfirliyə hücum edib. Ola bilsin bir müddət sonra azadlığa çıxa, naməlum şəkildə vəfat da edə bilər.