Digərləri

Orduda atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib VİDEO

2023-02-04 10:40:00

Quru Qoşunlarının 2023-cü il üzrə döyüş hazırlığı planına uyğun olaraq, atıcı silahlar və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.

İrandan Azərbaycan narkotik keçirilməsinin qarşısı alındı FOTO

2023-02-04 10:15:00

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" və "Göytəpə" sərhəd dəstələrinin əməkdaşları tərəfindən 18 kiloqram 610 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Bəzi məmurlara zorla peykə bağlı çip qoymaq istəyirlər

2023-02-04 09:40:00

Rusiya Dövlət Dumasında xaricdə tez-tez tətil edən məmurların "çiplənməsi" təklif olunub.

BQXKya məxsus 8 avtomobilin aksiya ərazisindən keçidinə şərait yaradıldı FOTO

2023-02-04 09:22:00

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 8 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

Kaverna

2023-02-04 08:59:00

Ümumi məlumat:

Ağciyərləriniz sağlamdırmı? –

2023-02-04 08:55:00

Ağciyərlərin xərçəngdən başqa digər xəstəliklərinin əmələ gəlməsində immun sisteminin, ailə-məişət şəraitinin, ətraf ortamın rolu böyükdür. Ən çox rast gəlinən ağciyər xəstəlikləri aşağıdakılardır: * kəskin pnevmoniya * xroniki pnevmoniya * plevrit * bronxhektazlar * vərəm. Ağciyər xətəliklərinin sayı staistik hesablamala görə 5 ildən bir 2 dəfə artır. Xüsusilə də vərəm xəstəliyinin son illərdə sürətlə yayılmasını nəzərə alsaq əhalinin bu barədə maariflənməyə ehtiyacı olduğu aydınlaşır. Əgər sizdə aşağıdakı əlamətlərdən bir-neçəsi aşkarlanarsa mütləq pulmanoloqa müraciət etməniz lazımdır: * bəlğəmli və ya quru öskürmə * titrəmə * qızdırma * iştahsızlıq * halsızlıq * tez yorulma * əzginlik * qanhayxırma * sinədə və kurəkdə ağrılar.

Moldova bu ölkə vasitəsilə Azərbaycandan

2023-02-04 08:53:00

Moldova Azərbaycanın SOCAR və Rumıniyanın "Romgaz S.A." şirkətləri arasında imzalanmış saziş sayəsində Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir.

Hamiləlikdə kriminal xəbərlər

2023-02-04 08:51:00

Qadın xəstəlikləri və doğuş həkimlərinin araşdırmaları hamiləlik zamanı kriminal xəbərlərin və qanlı hadisələrin hamilə qadınlara pis təsi edəcəyini təsdiqləmişdir. Mütəxəssislərin araşdırmaları qanlı kriminal hadisələrin hamilələrdə əsəb pozğunluqlarına, depressiyaya səbəb olacağını deyirlər. Buna səbəb isə yumurtalıqların funksiyasının pozulmasını göstərirlər. Kriminal hadisələr hamilələrə nə kimi təsir edə bilər? 1. Uzun sürən stresslər kortizol və bu kimi hormonların qanda artmasına səbəb olur ki, bu da qan təzyiqini artırır. Artan qan təzyiqi damarların daralmasına səbəb olur və bətndəki uşağa qanın və oksigenin az getməsinə gətirib çixarır. 2. Əgər stresdən hamilə qadın tez çıxmağı bacararsa dölə zərər dəyməz. Yox əgər qadının sinir sistemi, immuniteti zəif olasa və stresin təsiri altında uzun müddət qalarsa, orqanizmin infeksiyaya yoluxma riski artar və erkən doğuş baş verə bilər. 3. Hamiləliyin ilk 3 ayında stresslər uşağın mərkəzi sinir sistemini sağlam formalaşmamasına səbəb olur. 4. Xroniki depressiya və qəfil stress yarada biləcək xəbərlər hamiləliyin pozulmasına səbəb ola bilər. Hər bir orqanizm ətrafda baş verən xoşagəlməz hadisələrə müxtlif cür reaksiya verir. Hamilə qadınlar ətraflarında baş verən kriminal hadisələrdən və sosial mediada yayımlanan kriminal xəbərlərdən nə qədər uzaq durarsa, bir o qədər yaxşıdır.

Hamiləlikdə çəki artımı

2023-02-04 08:46:00

Ana olmağa hazırlaşan hər bir qadın doğulacaq uşağının sağlam olması üçün qidalanmasına diqqət yetirməlidir. Sağlam ana, sağlam qida - sağlam uşaq deməkdir. Hamiləlik zamanı qadınlar yediyi qidalara diqqətlə yanaşmalıdırlar.  Bəzən iştahanın artması, qəbul edilən vitaminlər səbəbindən həddindən çox qida qəbulu, hormonal sistemdə baş verən dəyişikliklər, hamilə qadınların çəkisinin artmasına səbəb olur. Sağlam və keyfiyyətli qidalarla qidalanma ananın südünün keyfiyyətli olması ilə bərabər onun çəkisinin də artmasına səbəb olur. Qəbul edilən qidaların tərkibində olan dəmir və vitaminlər doğuşdan sonra körpənin həyatının ilk 6 ayında vitaminlərə olan ehtiyacını ödəyir. Hamilə qadın tərkibində şəkər və yağın miqdarı yüksək olan qidalardan başqa, hər bir qidadan az miqdar da olsa qəbul eləməlidir. Az miqdar yağın ana üçün heç bir təhlükəsi yoxdur. Hamiləlik zamanı tərkibində qatqı maddələri olan qida məhsullarından istifadə etmək olmaz. Gələcəyin hər bir anası dünyaya göz açacaq körpəsinin sağlamlığı üçün 9 ay boyunca qidasına diqqət yetirməlidir.

Ağciyər arteriyası qapağının çatışmazlığı

2023-02-04 08:41:00

Ağciyər arteriyası qapağının çatışmazlığı ağciyər arteriyasının qapağının taylarının örtülməməsi ilə xarakterizə olunur. Bu diastola zamanı ağciyər arteriyasından sağ mədəciyə qanın patoloji requrgitasiyasına və sağ mədəciyin yüklənməsinə səbəb olur. Xəstəliyə nadir hallarda rast gəlinir. Xəstəliyin 2 növü ayırd edilir: -  Ağciyər arteriyası qapağının üzvi çatışmazlığı. Bu patologiyanın əmələ gəlməsinə (qapağın büzüşməsi və deformasiyaya) gətirib çıxaran xəstəliklər aşağıdakılardır: - infeksion endokardit - revmatizm - Marfan sindromu - sifilis və s. Ağciyər arteiyası qapağının nisbi çatışmazlığı: Nisbi çatışmazlığın əmələ gəlməsinə kəskin ağciyər hipertenziyası, ağ ciyər arteriyası kökünün və qapağının fibroz dəliyinin genişlənməsi olan xəstələrdə rast gəlinir. Bu xəstəliklər aşağıdakılardır: - mitral stenoz - ağciyər ürəyi - birincili ağciyər ürəyi - ağciyər arteriyasının trombaemboliyası. Ürəyin bu qüsurunda olan hemodinamik dəyişikliklər aorta qapağın çatışmazlığında olan kimidir. Ağciyər arteriyası qapağının çatışmazlığı zamanı aşağıdakı patologiyalar meydana çıxır: 1. Diastola zamanı qanın geriyə qayıtması nəticəsində sağ mədəciyin yüklənməsi ilə əlaqədar hipertrofiya və dilatasiya inkişaf edir. 2. Əvvəllər ağciyər arteriyasının hipertenziyası olan xəstələrdə ağciyər arteriyası qapağının çatışmazlığının meydana gəlməsi sağ mədəcik əlamətlərini genişləndirir. 3. Ağciyər arteriyasında nəbz təzyiqi kəskin artır. Xəstəlik özünü ağciyər hipertenziyası, sağ mədəciyin hipertrofiyası və dilatasiya əlamətləri ilə biruzə verir. Ağciyər arteriyasının qapağının çatışmazlığında daha vacıb kliniki əlamət döş sümüyünün sol kənarı boyunca üfürücü diastolik küydür. Xəstəliyə diaqnoz qoymaq üçün EKQ, exokardioqafiya və rentgenoloji müayinə üsullarından istifadə edilir.

Hamiləlik zamanı ən çox istənilən qidalar

2023-02-04 08:35:00

1. Şokolad. Şokolad hamilə qadınların yeməkdən doymadığı qidalardandır. Bunun səbəbi şokolodın insanda depressiyanı aradan qaldırmaq xüsusiyyəti ola bilər. 2. Ədviyyatlı qidalar. Bunun səbəbi hamilə qadının bədən tempraturunun aşağı olması ola bilər. 3. Təbaşir. Təbaşir yeməyin səbəbi qanın aşağı düşməsi ola bilər. 4. Turşular. Turşu yemənin səbəbi orqanizmdə hormonal sistemdə baş verən dəyişikliklərlə əlaqədar olaraq dad hissiyatının pozulması ola bilər. 5. Çips. Çips ədviyyatlı və duzlu olduğu üçün ağızda olan dadsızlığı aradan qaldırmaq üçün ola bilər. 6. Meyvə. Hamilə qadının meyvə istəməsinin səbəbi orqanizmin vitaminə olan ehtiyacını təmin etmək ola bilər. 7. Limon. Hamiləlik zamanı limon yemənin səbəbi C vitamini çatışmazlığı ola bilər. Limon həm də ağız dadlandırıcıdır. 8. Dondurma. Hamiləlik zamanı dadlı və sərinləşdiricilərə ehtiyac olduğundan arzu oluna bilər. 9. Qazlı sular. Hamiləlik vaxtı qazlı sulara əksər qadınlar meyl edirlər. Lakin içən zaman qazlı suyun kofeinli olmamasına və keyfiyyətli olmasına diqqət yetirmək lazımdır. 10. Kofe. Həkimlər hamiləlik vaxtı kofe içilməsini düzgün saymır. Ancaq kofe depressiyanı aradan qaldırdığına və baş ağrılarını kəsdiyinə görə bəzi hallar istisna ola bilər

Rusiya neft məhsullarına "tavan"

2023-02-04 08:34:00

Aİ ölkələri fevralın 5-dən etibarən G7 ölkələri ilə birlikdə Rusiya neft məhsullarının qiymət tavanı ilə bağlı razılığa gəliblər.

Hamilə qadınlarda bel ağrıları

2023-02-04 08:25:00

Hamilə qadınların bətnindəki uşaq böyüdükcə bədənin ağırlıq mərkəzi dəyişir. Bununla əlaqədar olaraq bel əzələlərinin yükü artır. Hormonlar orqanizmi doğuşa hazırladığı üçün bel fəqərələri və çanaq sümüklərində gərginlik baş verir. Bu səbəblərdən də qadınlarda bel ağrıları (lümbalgiya) olur. Hamiləlik zamanı beldə ağrıları azaltmaq üçün geyilən ayaqqabıya diqqət etmək lazımdır. Həddindən çox hündür və ya dabansız ayaqqabı geymək fəqərələrin duruşuna təsir edib, sinirləri sıxdığı üçün beldə ağrıların əmələ gəlməsinə səbəb olur. Bədəninizin gəzərkən aldığı vəziyyət, duruş tərzi, hər hansı qaldırılmış yükün ağırlığı hamilələrdə bel ağrılarının baş verməsinə səbəb ola bilir. Hamilə qadın belində ağrıların baş verməməsi üçün aşağı əyildiyi zaman, yataqdan qalxdığında, yana əyildiyi zaman hərəkətlərinə diqqət yetirməlidir. Hamiləlikdə bel ağrılarının olması patoloji hal sayılmır. Əgər ağrılar həddindən artıq və dözülməzdirsə təbii vasitələrlə onu aradan qaldırmağa çalışmaq lazımdır.

Süni mayalanma üçün vaxtın seçilməsi

2023-02-04 08:21:00

Süni mayalanma lazım gəldikdə qadın və kişinin sağlamlığının diqqətli müayinəyə ehtiyacı olduğu kimi, süni mayalanma üçün vaxtın seçilməsi də önəmli faktorlardan biridir. Ovulyasiyanın dəqiq vaxtının müəyyənləşdirilməsi mümkün olmadığı üçün süni insemiasiyanı tsikl ərzində 3 dəfə keçirmək məsləhətlidir. 27 günlük mestural tsikl zamanı tsiklin 11-ci günündən başlayaraq, 28 günlük tsikl zamanı isə 13-cü günündən süni mayalandırmağa başlamaq və onu 2 günlük fasilələrlə 2-3 dəfə təkrar etmək lazımdır. Süni mayalandırmadan sonra bir saat ərzində uzanıqlı vəziyyətdə qalmaq və ya spermanı saxlamaq məqsədilə qadın kondomlarından (uşaqlıq boynu qapaqcığından) istifadə etmək lazımdır.

Suraxanıda motosiklet qəzasında sürücü

2023-02-04 08:17:00

Bakının Suraxanı rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.

Anemiya nədir?

2023-02-04 08:15:00

Anemiya qanın vahid həcmində hemoqlabinin miqdarının azalmasıdır ki ,bu da öz növbəsində orqanizdə olan qanın azalmasına gətirib çıxarır.Əsər hallarda anemiyalarda qanın vahid həcmindəki eritrositlərinin də miqdarı azalmış olur(dəmir defisit anemiya. talasmmiya istisnadır) Anemiyanın baş verməsində bir çox səbəblər rol oynayır: 1)) Dəmir defisiti 2) Kəskin posthemmorragik 3) Profirin sintezi və utilizasiyanınpozulması ilə əlaqədar 4) RNTvəDNT-ninsintezinin pozulması ilə əlaqədar 5) Hemolitik 6) Sümük iliyində hüceyrələrin proliferasiyasının pozulması Yuxarıda göstərilən səbəbdən baş verən anemiyaların hər birinin özünəməxsus etiologiyası vardır.Buna görə də anemiyalı xəstələri müayinə edərkən diqqətli olmaq lazım gəlir. Etiologiyası: Qanaxmalar .Buraya uşaqlıq yolunun qanaxmaları,mədə bağırsaq Bqanaxmaları,ağ ciyər xəstəlikləri zamanı baş verən qanaxmalar aiddir, Orqanizmdə dəmir sərfinin artması Buraya hamiləlik, uşaqəmizdirmə dövrü,cinsi yetişkənlik dövrü,xroniki infeksiyalar,qurd xəstəlikləri və sis xəstəlikləri aiddir. Dəmirin sorulmasının pozulması Buraya mədənin rezeksiyası,enterit aiddir. Dəmirin daşınmasının pozulması. Anadangəlmə dəmir defisiti Patogenez: Dəmir defisit anemiya hemoqlobinin sintezinin pozulması səbəbindən yaranır.Hemoqlabinin kifayət qədər sintez oluna bilməməsi toxumalarda hipoksiyaya səbəb olur və bu da öz növbəsində sirkulyator hipoksiya sindromunun inkişafına gətirib çıxarır. Dəmir defisit anemiya həmçinin toxuma fermentlərinin pozulması və toxuma metobolizminin pozulmasına səbəb olur.Bu zaman da tez yetişen epitel toxuması zədələnir. Dəmir defisit anemiyalı xəstsləlir dərisinin rəngi avazımıç olur,dəridə quruluq artır,Saçların tökülməsi ,dırnaqların sınması də müşayət olunur.Bütün orqanlarda qanazlığı səbəbindən müxtəlif cür xoşagəlməz əlamətlər özünü biruzə verir. Diaqnoz qoymaq üçün laborator analizlər verilir.daxili orqanlarda qanaxmanın olub olmaması yoxlanılır. Müalicəsi: Əgər xəstədə qanaxma varsa təcili olaraq tədbir görülməlidir.Daha sonra isə qanin artırılması istoqamətində təxitəsalınmaz tədbirlər görülməlidir. Dəmir defisit təhlükəsi olan pasiyentlər: -yarıçıq doğulmuşlar -çoxdöllü hamiləlikdən doğulanlar -cinsi yetkinlik dövründə olan və sürətlə böyüyən qızlar -metrorragiyalar Profilaktikası Qida rasionunun tərkibində çoxlu miqdar dəmir olan qidalar qəbul etmək. Buraya dəniz məhsulları,mal əti daxildir

Aİ Rusiyaya qarşı 10 milyard avroluq

2023-02-04 08:14:00

Brüsselin fevralın 24-dək tətbiq etməyi planlaşdırdığı Aİ-nin Rusiyaya qarşı onuncu sanksiyalar paketi 10 milyard avroluq məhdudiyyətləri nəzərdə tutur.

"Zaminbank"ın ən vəzifəli şəxsinin cəzası yüngülləşdirildi

2023-02-04 08:13:00

"Zaminbank" ASC-nin Müşahidə şurasının sabiq sədri Nadir İsmayılovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Beyin exinokokkozu

2023-02-04 08:11:00

Beyin exinokokkozu exinokokk tərəfindən törədilir. Bu zaman beyində exinokk ətrafında reaktiv iltihab başlayır və bir neçə qatdan ibarət birləşdirici toxuma kapsulu yaranır. Exinokokk qovuqları yaxınlığında olan qan damarları və qişalar infiltratlaşır, parazit ətrafında beyin toxuması yumşalır. Həcmcə exinokokk kiçik noxuddan toyuq yumurtasına qədər böyüyə bilər. Beyində exinokokk ən çox mərkəzi qırşıqlarda, alın payında, yarımkürələrin dərinliyində yerləşır. Çoxkameralı exinokokk beynin bir neçə nahiyyəsində yerləşə bilər. Simptomları: Xəstəliyin əlamətləri beyin şişini xatırladır. Bu zaman həm ümumi, həm də məhəlli əlamətlər meydana çıxır. Göz dibində durğunluq olur, xəstədə ümumi və məhəlli epileptik çırpıntılar, psixi pozğunluq müşahidə olunur. Exinokokkun həcmi və yerləşməsindən asılı olaraq xəstəliyin əlamətləri müxtəlif ola bilər. Bəzən exinokokkun yerləşdiyi yerdə kəllə sümüyü nazikləşir və uzərində naxışlar görünür. Get- gedə xəstə zəifləyir, arıqlayır. Xəstəlik bir neçə ay müddətində kəskinləşıb, epileptik çırpıntıların artmasına və xəstənin ölümünə səbəb olur. Müalicəsi: Xəstəliyin müalicəsi simptomatikdır. Bəzən cərrahi müalicə tətbiq edilir.

Ağrı nədir?

2023-02-04 08:05:00

Ağrı insanın həyata gəldiyi gündən mövcud olan və insanın həyat fəaliyyətinə mane olan və hətta fəaliyyətlərini əlindən ala bilən bir hissdir. Ağrı hissi yuxu pozğunluqlarına, özünə idarəetmənin pozulmasına, əsəb sistemi pozğunluqlarına, əmək qabiliyyətinin itməsinə, psixalogiyanın pozulmasına, depressiyaya, ümidsizliyə, kobudluğa səbəb ola bilir. Buna görə də ağrı hissi hətta ailədə söz-söhbətə səbəb olur. Ağrı fiziki və psixoloji səbəblərdən baş verir və aşağıdakı növləri var: - qəfil başlayan ağrılar - xəstəliklərə bağlı olan ağrılar - bəlli olmayan səbəblərdən baş verən ağrılar. Qəfil başlayan ağrılar bəlli bir səbəbdən baş verir. Böyrək və öd daşı xəstəliklərində, miqrendə, sinir xəstəlikləri belə ağrılarla müşayiət olunur. Xəstəliklərlə bağlı olan ağrılar sancı, tutmaşəkilli və küt ola bilir. Bu cür ağrılar istənilən xəstəliklərə xas ağrılardır. Adətən kəsici, deşici və küt, sızıldayıcı olur. Bu cür ağrılar xəstəlik sağalandan sonra keçib gedir. Səbəbsiz baş verən ağrılar əsəb sistemi xəstəlikləri zamanı baş verir. Adətən belə ağrılar depressiyalı xəstələrdə baş verir. Ağrıya səbəb olan xəstəliklər: Baş ağrılarına miqren, baş və boyun hissədə olan infeksion xəstəliklər, beyin şişləri, boyunda olan yırtıqlar, stress və boyun-kürək əzələlərinin xəstəlikləri səbəb olur. Oynaq və sümük ağrılarına revmatoid artrit, revmatizma, bel və boyun yırtıqları, əməliyyatlardan sonra baş verən patologiyalar səbəb olur. Qarın ağrılarına daxili orqanların xəstəlikləri səbəb olur. Vaxtaşırı baş verən ağrıları ağrıkəsicilərin köməyi ilə sakitləşdirmək düzgün sayılmır. Hər bir ağrı hansısa patologiyanın göstəricisidir. Ona görə də ağrı zamanı həkimə müraciət etmək ən doğru qərar sayılır.

Ağrı və müalicəsi

2023-02-04 07:51:00

Ağrıların müalicəsi sadə ağrıkəsici dərmanların qəbulu ilə başlayır. Əgər ağrı daha şiddətlidirsə, morfi kimi güclü ağrıkəsicilərə ehtiyac ola bilir. Dərman müalicəsindən başqa ağrı hissini aradan qaldırmaq üçün digər vasitələrdəndə istifadə etmək olar. Belə müalicə üsullarına fizioterapevtik, iynəterapeyası aiddir. Sinir səbəbli ağrıları kəsmək üçün ağrıkəsici dərmanla birlikdə sakitləşdiricilərə də ehtiyac duyulur. Xüsusilə də depressiyanın müalicəsində bu üsuldan istifadə edilir. Ağrıkəsicilərdən vaxtaşırı qəbul edən şəxs ağrını və dərmanın yanaşı təsirini mütləq nəzarət altında saxlamalıdır. İnsan ağrı hiss etdiyi zaman istədiyi dərmanı, istəsiyi kimi qəbul edə bilməz. Çünki ağrını kəsməklə biz hansısa xəstəliyin əlamətini gizlətmiş oluruq. Bu bizim ziyanımıza ola bilər. Məsələn, kor bağırsaq ağırdığı zaman ağrıkəsici qəbul eləməklə biz vəziyyətimizi daha da kəskinləşdirə bilərik. Ağrıkəsici qəbul edən zaman onun yanaşı təsirləri, bərabər sutkalıq dozası da nəzərə alınmalıdır. Dərmanın dozası düzgün qəbul edilməsə, xəstəyə xeyrindən çox zərəri dəyə bilər. Əgər sizin hər hansı bir orqanınızda vaxtaşırı ağrılar müşahidə edilirsə, mütləq həkimə müraciət etməlisiniz. Çünki ağrı dözməniz gərək olan bir hiss deyil. Dünya ağrısız daha gözəldir.

Hamiləlik vaxtı dəridə olan ləkələr

2023-02-04 07:41:00

Hamiləlik zamanı qadınların dərilərində bəzi problemlər meydana çıxır. Hormonal sistemdə baş verən dəyişikliklər, orqanizmin vitamin balansının aşağı düşməsi dəridə quruluğu artırır, qaşıntı, səpgilər, çatlar meydana gəlir. Hətta bəzi hamilə qadınlarda hamiləlik boyu bədənin əksər hissəsi ləkələrlə örtülür. Hamiləlik zamanı dəridə ləkələrin meydana gəlməsinə hormonların miqdarının artması səbəb olur. Belə ləkələrdən ən çox rast gəlinəni Melasmadır. Hamiləlik maskası adlanan bu ləkələr, üzün görünən bütün hissəsini tutur. Bu zaman yanaqlar, çənə, alın, burunun üstü və yanları, üst dodaq qəhvə rəngində piqment ləkələrlə örtülür. 70-80% qadınlarda hamiləlik zamanı əmələ gələn bu ləkələr adətən doğumdan sonra itib gedir. Dəridə belə ləkələr əmələ gəlməsin deyə hamilə qadınlara günəş altında gəzmək məsləhət görülmür. Yaz aylarının azacıq günəşi belə dəridə ləkələrin əmələ gəlməsinə səbəb ola bilir. Hamiləlik zamanı dəridə əmələ gələn ləkələrdən biri də üzdə, boyunda, bəzəndə qarın nahiyyədə əmələ gələn, kapilyar damarlarda baş verən qansızmalardır. Bu qansızmalar hörümçəkşəkilli olur. Hamiləlikdə sıx rastlanan dəri problemlərindən biri də qarın nahiyyəsində əmələ gələn qırmızı rəngli çatlardır. Çatlar doğuşdan sonra rəngini dəyişib gümüşü rəng olurlar. Bu gümüşü çat izləri qalıcı olur.

Cavid Allahverdiyev

2023-02-04 07:35:00

Azərbaycan Autizm Assosiasiyasının Baş katibi Cavid Allahverdiyev vəfat edib.

Ağciyərlərin xronik obstruktiv xəstəlikləri

2023-02-04 07:31:00

Ağciyərlərin xronik obstruktiv xəstəlikləri xronik, ləng proqressivləşən xəstəlik olub bronx ağacının geri dönməyən və ya hissəvi geri dönən obstruksiyası ilə xarakterizə olunur. Patologiyanın bronx ağacını zədələməsi, ağciyərlərin emfizeması və ya bunların müştərək olması xarakterizə edir. Xəstəlik tənəffüs çatışmazlığına və ağciyər ödeminə səbəb olur və ağciyər hipertenziyasi ilə fəsadlaşır. Xəstəliyin özlüyündə aşağıdakılar durur: - xronik obstruktiv bronxit - ağır bronxial astma - ağciyərlərin emfizeması. Son iki onildə xəstəlikdən ölənlərin sayı 5 ildən bir 2 dəfə artır. Ağciyərlərin obstruktiv xəstəliklərinin əmələ gəlməsində xroniki obstruktiv bronxitin, bronxial astmanın da rolu olduğu güman edilir. Xəstəlırin sikayətləri aşağıdakılardan ibarət olur: - artan ekspirator təngnəfəslik - fiziki gərginlik zamanı halsızlıq - bəlğəmli öskürək - arıqlama. Xəstəliyin kəskinləşməsi zamanı bəlğəmin miqdarı və təngnəfəslik artır. Xəstəliyin kəskinləşməsində papirosçəkmənin xüsusi əhəmiyyəti var. Ağciyərlərin xronik obstruktiv xəstəlikləri zamanı obyektiv müayinənin əlamətləri diaqnozun qoyulmasında əsas prinsiplərdən hesab edilir. Obyektiv müayinə zamanı xəstələrdə köməkçi əzələlərin tənəffüsdə iştirakı, uzadılmış nəfəsvermədə boyun venalarının şişməsi, sianoz, periferik ödemlər qeyd edilir. Diaqnoz qoymaq üçün ağciyərlərin auskultasiyası və rentgenoloji müayinələr əsas götürülür. İltihabın kəskinləşməsi dövründə bronxlarda yaş xırıltılar müşahidə edilir. Bronxoqrafoya və bronxoskopiya diaqnozun tam dəqiqləşməsinə əminlik yaradır.

Hamiləlikdə necə qidalanmalı?

2023-02-04 07:21:00

Hamilə qadınlar hamiləliyin ilk 3 ayında az və tez-tez qidlanmalıdırlar. Yağsız, iysiz, ədviyyatsız qidalardan istifadə etməkdə fayda var. Bu zaman kəsiyində hamilə qadınlar istədikləri hər yeməyi yeyə bilərlər, amma gərək yediyi qidalar genetik kodu dəyişdirilməmiş qidalar olsun. Ananın qidasını balıq, süd və süd məhsulları təşkil eləsə yaxşı olar. Əgər bu qidalar anada ürəkbulanmaya səbəb olursa, məcburən qəbul etməməlidir. Hamilə qadın tərkibində qatqılar olan qidalardan uzaq durmalıdır. Bu qidalara aşağıdakılar aiddir: * sosislər * kolbasalar * hazır meyvə suları * hazır şirniyyat məmulatları. 3 ay keçdikdən sonra hamilə qadınlar qidalarına daha diqqətlə yanaşmalıdırlar. 3 ayından doğuma qədər ana həm özü, həm də uşağın sağlamlığı üçün qidasına daha həssas yanaşmalıdır. Bu zaman kəsiyində analar gün ərzində 5-6 dəfə qida qəbul eləməlidirlər. Qəbul etdikləri qidaların arasında meyvə, süd, qatıq nə qədər çox olarsa, bir o qədər yaxşı olar. Hamilələr həftədə ən az 2 dəfə ət yeməlidirlər. Hamilə qadın yediyi ətə diqqət yetirməlidir. Ət və ət məhsullarının yaxşı bişməsi lazımdır ki, hamilələrdə heyvan mənşəli xəstəliklər baş verməsin. Hamilə qadınlar həftədə 1 dəfə  balıq yeməlidirlər. Hamilələrin axşam yatmazdan əvvəl meyvə və zeytun yeməklərində fayda var. Hər gün bir-neçə dənə qoz, badam, əncir qurusu yemək hamilə qadının Omeqa 3 yağına olan təlabatını az da olsa ödəyir. Hamilə qadın gün ərzində bol su və ya açıq rəngli çay içməlidir. Hamiləlik zamanı ananın çəkisi 10-14 kq arta bilir. Qidasına nəzarəti artırmaqla yanaşı hamilə qadın hər gün piyada gəzməlidir. Hamiləlik zamanı üzmək, yoqa ilə məşğul olmaq və hamilə qadınlar üçün nəzərdə tutulmuş idman növləri ilə məşğul ola bilər.

Kəskin pnevmoniyanın əmələ gəlmə səbəbləri

2023-02-04 07:11:00

Ağciyərlərin iltihabının inkişafı infeksiyanın nüfuz etməsi mexanizmi, bu nüfuzetmənin şəraiti və orqanizmin vəziyyəti ilə əlaqədardır. İnhalyasion hissəciklərin tənəffüs yollarında paylanması və inkişaf etməsi infeksiyanın həcmindən asılıdır. Xəstəliyin törədiciləri az miqdarda da olsa patologiyanın əmələ gəlməsinə səbəb ola bilir. Əksər hallarda xəstəliyin törədicisi Staphylococcus aureusdur. Törədici ağciyər toxumasına nüfuz edir və pnevmoniyanın əmələ gəlməsinə səbəb olur. Xəstəlik orqanizmi zəif olan adamlarda daha tez əlamətlərin göstərir. Bu əlamətlərə aiddir: - səsin tutulması - qırtlaq üstlüyünün bağlanması - öskürək refleksi - tənəffüs yollarında nazik selik qatı - mukosilitar klirens - udqunmanın pozulması. Kəskin pnevmoniyanın inkişafına virus infeksiyası, bronx şaxələrinin obstruksiyası, papirosçəkmə və havanın sənaye çirklənməsi, döş qəfəsinin travması, durğunluq ürək çatmazlığı və cərrahi əməliyyatdan sonrakı dövr də şərait yaradır. Xəstəliyin əmələ gəlməsinə stafilokokklar, göy irin çöpləri, klebsiellalar, viruslar və mikoplazmalar səbəb ola bilir. Xəstələr ümumi zəiflikdən, iştahanın olmamasından, titrətmədən, təngnəfəslikdən, döş qəfəsində ağrıdan şikayət edir. Xəstəliyin əlamətləri kəskinləşdikcə mialgiya əlamətləri meydana çıxır. Kəskin pnevmoniyaya diaqnozun qoyulmasında obyektiv müayinə və rentgenoqrafiyanın nəticələri əsas götürülür. Müxtəlif laborator analizlərin və bəlğəmin müayinəsi xəstəliyi törədən mikroorqanizmlərin növünün tapılmasında və müalicədə çox yardımçı olur.

Dəhşətli qəzada ölən bir ailənin 4 üzvü FOTO

2023-02-04 07:05:00

Fevralın 2-də Bərdədə baş verən və 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.

Bronxial astmanın müxtəlif növləri

2023-02-04 07:01:00

İnfeksiyadan asılı variant. Bronxial astmanın bu növünə 35-40 yaşdan yuxarı adamlarda rast gəlinir. Bu zaman xəstəliyin əlamətləri ağır formada üzə çıxır. Xəstəliyin ağır formada olmasına kəskin bronxit, pnevmoniya, tonzillit, haymorit və s. səbəb olur. Belə xəstələrdə boğulma tutmaları az kəskinliyi ilə digər tutmalardan fərqli olur, uzun müddət davam edir. Xəstənin tənəffüsü sərt və xırıltılı olur. Bronxial astmanın infeksiyadan asılı növündə xəstələrdə daima bəlğəmli öskürək müşayiət edilir. Xəstələrdə aşağıdkı əlamətlər meydana çıxır: - subfebril qızdırma - gecələr titrətmə - kürək nahiyədə üşütmə hissi - boyun və ənsədə tərləmələr. Xəstələr müalicə olunduqdan sonra boğulma əlamətləri dayandıqda bütün bu əlamətlərin izi aradan qalxır. İnfeksiyadan asılı bronxial astma xəstələrində xəstəlik ağırlaşdığı və ya müalicəyə tabe olmadığı zaman xəstələrdə bəzi ağırlaşmalar meydana çıxır: - ağciyərlərin enfizeması - xroniki ürək çatışmazlığı - ağciyər ürəyi simptomu. Diaqnoz: Xəstliyə diaqnozun qoyulmasında rentgenoloji müayinənin rolu böyükdür. Bundan başqa qanın ümumi analizləri, bəlğəmin analizi və bronxoskopik müayinənin nəticələri diaqnozun qoyulmasında mühüm əhəmiyyət kəsb edir. Dishormonal variant. Bronxial astmanın dishormonal variantı hormondan asılı olaraq əlamtlərini dəyişdirir. Belə ki, bu xəstələrin müalicəsində qlükokortikoid preparatının sistemli tətbiqi mütləqdir. Çünki dərmanın kəsilməsi və ya dozasının azaldılması xəstəliyin əlamətlərinin kəskinləşməsinə səbəb ola bilər. Bronxial astmanın dishormonal variantı qlükokortikoid hormonunun çatışmazlığı zamanı meydana çıxır. Xəstəliyin diaqnozu qanda hormonun miqdarının normal olmamasıyla öz təsdiqini tapır. Müalicə həkimin təyin etdiyi dozada hormon qəbulu ilə aparılır və vaxtaşırı qanda qlükokortikosteroidin miqdarı yoxlanılır.

Sayrışan hallar nevrozu

2023-02-04 06:05:00

Sayrışan hallar nevrozu - sayrışan qorxular(fobiyalar) və ya fikirlər müxtəlif olur. Bu nevrozlar həm uşaqlar, həm də böyüklər arasında rast gəlinir. Səbəbləri: -aşağı intellekt və xarici defektlər sayəsində kollektivdə adaptasiyanın pozulması -ailədə xoşagəlməz atmosferin olması, valideynlərin soyuq münasibəti -anadan erkən ayrılma -psixoemosional travma-stress yaradan hər bir hadisə -bütün sferalarda total həyatı çətinliklər Simptomları: Simptomları 3 yerə bölünür: sayrışan qorxular, sayrışan fikirlər və sayrışan hərəkətlər. Sayrışan qorxular fobiyalar adlanır. Belə adamlar istənilən şeydən qorxa bilərlər. Bunlara misal olaraq qaranlıqda qorxma, açıq və ya qapalı mühitlərdən qorxma, yoluxucu xəstəliklərdən, həşəratlardan qorxma ola bilər qorxu hissi həm özü, həm də yaxınları üçün ola bilər. Belə adamlar xüsusi "rituallar" yerinə yetirirlər. Məsələn, infeksiyadan qorxu olduqda tez-tez əllərini sabunla yuyurlar, dəsmalla silmirlər. Sayrışan fikirlər insanlara rahatlıq vermir, onlar bu fikirlərdən qurtula bilmir. Məsələn, evdən çıxanda bir neçə dəfə evə qayıdırlar ki, qazı, suyu bağlasınlar. Sayrışan hərəkətlərdə məs. tez-tez əllərini müəyyən sayda masaya vururlar, başın tüklərini çıxardırlar və s. Siz nə edə bilərsiniz: Belə adamlarla sakit, səbirlə davranmaq lazımdır. Müalicə üçün psixoterapevtə, nevroloqa, psixiatra müracıət etmək lazımdır. Həkim nə edə bilər: Əsas müalicə psixoterapevt tərəfindən aparılır. Həkim sakitləşdirici, psixotrop, antidepressant preparatlar təyin edir.

Yan amiotrofik skleroz

2023-02-04 05:04:00

Yan amiotrofik skleroz sinir sisteminin xroniki ikişaf edən xəstəliyi olub, baş beyin və onurğa beyni hərəki neyronlarının zədələnməsi, kök-onurğa beyni və kök-nüvə liflərinin degenerasiyası ilə xarakterizə olunur. Xəstəlik zamanı ətrafların və gövdə əzələlərinin periferik iflici, həmçinin üçlü, dil-udlaq, azan və dilaltı sinirlərin hərəki funksiyalarında pozulmalar baş verir. PATOGENEZİ: Xəstəliyin etiologiyası müasir günümüzədək öyrənilməmişdir. Xəstəliyin visrus səbəbindən baş verməsi və ləng infeksiya tipi üzrə gedişi güman edilir. Yan amiotrofik sklerozlu xəstələrdə bir sıra autoimmun pozulmaların aşkar edilməsi proqresin virus mənşəli olmasını sübut edir. PATOLOGİYASI: Xəstəlik zamanı morfoloji dəyişikliklər əsasən onurğa beynin ön buynuzlarında və yan kanallarında baş verir. Onurğa beynin ön buynuzlarında mikroskopik olaraq neyronlarda degenerativ dəyişikliklər, onların tələf olması aşkar edilir. Adətən beyin kötüyündə bəzi kəllə sinirlərinin hərəki nüvələri zədələnir. Bu sinirlərin zədələnməsi ilə də beyin yarımkürələrinin qabığının hərəki hüceyrələrindən tutmuş bütün uzunluğu boyunca zədələnir. KLİNİKASI: Mərkəzi və periferik neyronlar zədələnir. Xəstəliyin başlanğıcında əlin distal əzələllərinin atrofiyası, parezi, fassikulyasiyası daha tez-tez baş verir. Parez və atrofiyalar tədricən inkişaf edərək çiyin qurşağını, beli, döş qəfəsini əhatə edir, adətən simmetrik olur. İflic olmuş ətraflarda əzələ tonusu yüksələ bilir, əgər periferik parez əlamətləri daha çox müşahidə edilərsə, onda əzələ tonusu aşağı olur. GEDİŞİ: Xəstəlik daha çox 50-60 yaşlı adamlarda baş verir, sürətlə inkişaf edir. Əgər proses bel büzdüm forması ilə başlayarsa xəstəlik sonralar inkişaf edərək yuxarı kürək hissəyə doğru artmağa başlayır. DİAQNOZU: Diaqnoz çanaq üzvlərinin funksiya pozulmalarına, mərkəzi və periferik parez əlamətlərinin müşahidə edilməsinə və xəstəliyin sürətlə inkişaf etməsinə əsaslanaraq qoyulur. MÜALİCƏSİ: Simptomatik müalicə aparılır. Metobolik preparatlar, B qrup vitaminlər, E vitamini, ATF, nootropil, serebrolizin təyin edilir. Xəstəyə hormon müalicəsi aparılır. Müalicə ildə bir neçə dəfə aparılır. Xəsətliyin proqnozu ümidverici deyil, davametmə müddəti 2-10 ildir.

Hamiləlikdə istirahət və yuxu

2023-02-04 04:04:00

Yuxu bütün canlıların ettiyac duydyğu bir zaman kəsiyidir. Bu zaman kəsiyində beyin başda olmaqla, bütün orqanlar dincəlir. Normal insan sutka ərzində ən azı 6 saat yatmalıdır. Hamiləlik qadının yuxu və istirahətə ən çox ehtiyac duyduğu bir zamandır. Yuxululuq adətən hamiləliyin ilkin əlamətlərindən biri sayılır. Hamiləliyin ilk aylarında hormonların qadınlarda yaratdığı yorğunluq hissi onların istər-istəməz istiratət etməyə məcbur edir. Hamiləliyin ikinci üçaylığında yorğunluq hissi keçsə də qadınlar istirahətlərinə diqqət yetirməlidirlər. Əgər hamilə qadın gün ərzində uzun müddət ayaq üstə dayanıbsa, fürsət tapan kimi oturub ayağını irəli doğru uzatmalıdır. Bu cür oturuş tərzi ayaqların yükünü azaldır, ayaqlarda olan ağırlıq hissini aradan qaldırır. Yox əgər hamilə qadının oturaq işi varsa 2 saatdan bir ən azı 10 dəqiqə onun durub gəzməsi lazımdır. Hamilə qadın sutkanın ən azı 8 saatını yatmalıdır. Doğuşa 1-1,5 ay qalmış hamilə qadınlarda yuxu azalmağa başlayır. Yuxusuzluq ən çox son həftələrdə özünü biruzə verir. Bunun səbəbi aşağıdakılardır: - mədə qıcqırması - tez-tez sidiyə çıxma - ayaqlarda qaşınmalar. Mədə qıcqırmasının yuxusuzluğa səbəb olmaması üçün yatmazdan 2 saat əvvəl və az miqdar qida qəbul etmək lazımdır. Yatan zaman yastığı yuxarı qaldırmaq mədədə olan qıcqırma hissini azaldır. Tez-tez sidiyə getməmək üçün maye qəbulunu azaltmaq və ya "yuxuqaçırıcı" qazlı içkilərdən istifadə etmək olmaz.