Digərləri
2023-02-25 05:03:00
Ümumi məlumat: Burun polipləri - burun boşluğunda və ya ətraf ciblərdə yerləşən, selikli qişanın hipertrofiyası ilə xarakterizə olunan törəmələridir. Belə poliplərin böyüməsi bir neçə mərhələdə gedir. İlkin mərhələdə ölçüsü kiçik olur və burunla tənəffüsə heç bir maneə törətmir. İkinci mərhələdə bir qədər böyüyür və nəfəs yollarının böyük qismini qapayır. Üçüncü mərhələdə isə poliplər nəfəs yollarını tam baglayır, nəticədə burunla tənəffüsü tam pozur. Səbəbləri: Xəstəliyin yaranmasında aşağıdakı faktorlar ola bilər: -xroniki infeksiya - xroniki rinit, frontit, haymorit kimi iltihabi ocaqların olması - yuxarı tənəffüs yollarını zədələyən allergik xəstəliklər - polinoz, allergik rinit -ekoloji amillər - burunun anatomik quruluşunda olan dəyişikliklər - burun çəpərinin əyriliyi Simptomları: Burun poliplərinin əlamətləri əksər hallarda gec aşkar olunur. Adətən burun tutulması və nəfəsalmanın çətinləşməsi ilə başlayır. Xəstələrin bir qismi damar daraldıcı burun damcılarından istifadə edir, lakin onların da effekti müvəqqəti olur. Burun tənəffüsünün pozulması tez-tez soyuqdəymələrin, virus və bakterial infaksiyaların baş verməsinə səbəb olur. Bundan əlavə burun polipozundan əziyyət çəkən xəstələr xoruldamağa başlayır. Gecikmiş hallarda poliplər o qədər böyüyür ki, nəinki gecə gündüz vaxtı da xəstəni narahat edir, baş ağrıları, xroniki yorğunluq, yaddaşın zəifləməsi kimi fəsadlar verir. Müalicəsi: Müasir tibbdə poliplərin bir neçə cərrahi müalicə üsulu tətbiq edilir: polip ilgəyi ilə polipin kəsilib çıxarılması, lazer üsülü və endonazal əməliyyat üsulu. Burun poliplərinin əməliyyatsız müalicəsi bir neçə üsuldan ibarətdir. Bunlardan ən genış yayılanı duz və bitki dəmləmələri ilə aparılan inhalyasiyalardır ki, selikli qişanı irindən, infeksiya və allergenlərdən təmizləyir, ödemi, şişkinliyi azaldır.
2023-02-25 04:03:00
Feoxromositoma böyrəküstü vəzilərin beyin maddəsinin, pressor aminlər sekresiyaedici fəaliyyətə malik xromafin hüceyrələrinin şişidir. Əksər xəstələrdə şiş böyrəküstü vəzinin beyin maddəsindən inkişaf edir. Şiş inkişaf edib həcmi artdıqda böyrək və sidik kisəsinin divarına doğru inkişaf edir. Feoxromositoma xoşxassəli şiş hesab olunur. Çox az hallarda bəd xassəli şişə çevrilir. Xəstəlik xoşxassəli olduqda böyrəküstü vəzdə baş verdiyinə baxmayaraq çox hallarda arterial təzyiq vermir. Şiş ölçüsünə görə müxtəlif olur, diametri 2-4 santimetrdən 6-8 santimetrə qədər böyüyür. Xəstəlik hər yaş qrup isanlarda baş verə bilir. Xəstəlikdə arterial təzyiq şişin böyrək damarlarının fəaliyyətini pozduğu zaman meydana çıxır. Feoxromositoma hipertonik kriz zamanı - ürəkdöyünmə, ürək nahiyəsində ağrılar, baş ağrıları, qusma, üşümə, arterial təzyiqin birdən-birə qalxması ilə özünü biruzə verir. Kriz tutmalar şəklində baş verir, tutmaların davamiyyəti və tezliyi müxtəlif olur. Başlanğıc dövrlərdə azmüddətli olsa da, xəstəlik ağırlaşdıqca tutmanın müddəti də artmağa başlayır. Diaqnoz: Feoxromositomanın diaqnozunu qoymaq əksər halda çətinliklə qarşılanır. Xəstəliyin əsas əlaməti kimi hipertonik krizlərin baş verməsi əsas sayılır. Bir neçə saat davam edən kriz əlamətləri xəstəliyin ağırlaşdığını bildirir. Diaqnozun qoyuluşunda USM və KT-nin nəticələri əsas götürülür. Müalicə cərrahi yolla aparılır.
2023-02-25 03:03:00
Peşə allergiyaları kimyəvi maddələrlə təmas halında işləyənlərdə, tozlu iş yerlərində çalışan adamlarda daha çox rast gəlinir. Bu cür şərtlər altında işləyən adamlarda aşağıdakı əlamətlər müşahidə olunur: - asqırma - öskürmə - nəfəs çatışmazlığı - bəlğəmli öskürək. Peşə allergiyasının müalicəsi digər allergiya müalicələri ilə eynidir. Sadəcə olaraq peşə allergiyasını törədən səbəbdən uzaq durmaq xəstəliyin əlamətlərinin aradan qalxmasına səbəb olur. Hətta vaxtında allergiyanı törədən səbəbdən uzaq dururularsa, müalicəyə də ehtiyac qalmaz. Vaxtında və düzgün qoyulmuş diaqnoz xəsəlikdən tez yaxa qurtarmağa yardım edir. Peşə allergiyası insanlarda bronxit, ağırlaşmalar zamanı isə astma xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Belə xəstələr daima xırıltılı nəfəs alır və burunlarında tutulma olur. Peşə allergiyasına diaqnoz qoymaq heç də çətin deyil. Belə adamlar iş günlərində özlərini pis hiss edirlər və iş günlərində onlarda allergiya əlamətləri müşahidə edilir. Amma istirahət günlərində onlar özlərini tam sağlam hiss edirlər. Allergiyaya səbəb olan maddələr həssas adamlara bir gündə və ya uzun illər müddətində yavaş-yavaş təsir gəstərə biir. Allergiyaya səbəb olan maddələr aşağıdakılar ola bilir: - tük, saç, heyvan dərisi, kürk - boyalar, yapıdığıcı maddələr, laminat və anhidritlər - dezinfeksiyaedici maddələr və digər kimyəvi maddələr - paroşok və şampunlar - platin, xrom, nikel, sulfat - kauçuk, lateks, pambıq, un, kətan, çovdar, buğda - tərkibində xlor, kükürd, dioksid kimi maddələr olan kimyəvi birləşmələr. Peşə allergiyasına risk altında olan adamlara aşağıdakılar aiddir: - ailəsində allergiya xəstəsi olanlar - allergiyaya meyilli olanlar - immuniteti zəif olanlar. Aşağıdakı peşələr allergiyaya səbəb ola bilir: - heyvanlarla işləyənlər - taxta və mebel sexlərində işləyənlər - dəyirmanda və şirniyyat sexlərində işləyənlər - xalı toxuyanlar - tarlada işləyənlər - bərbərlər - tibb işçiləri - farmaseftlər - dənizdə işləyənlər - rəngsazlar - tekstildə işləyənlər - plastik məmulatlarla işləyənlər.
2023-02-25 02:02:00
Böyrək vərəminin xüsusi klinik əlamətləri olmadığına görə onun diaqnozunu qoymaq çətinlik törədir. Əksər hallarda böyrək vərəmi xroniki pielonefritin, böyrəkdaşı xəstəliyinin, böyrək xərçənginin maskası altında gedir. Proses sidik kisəsinə yayıldıqda sidik kisəsi əlamətləri altında gizlənir. Böyrək vərəmi zamanı xəstələr böyrək nahiyyəsində sızıldayıcı bəzən isə sancı şəkilli ağrıdan şikayət edir. Əksər hallarda əlamətlər böyrəkdaşı xəstəliyinin klinikası adı altında özünü göstərir. Xəstələrdə dizuriya baş verir ki, bu da iltihab əleyhinə müalicəyə tabe olub müvəqqəti olaraq aradan qalxır. Böyrək vərəmi xəstələrində hematuriya baş verir ki, əksər hallarda böyrək şişi diaqnozu ilə qarışdırıla bilir. Böyrək vərəmi böyrəyin başqa xəstəlikləri ilə birgə baş verdiyi üçün diaqnozun qoyuluşunda çətinlik yaradır. Xəstənin vəziyyəti adətən qənatbəxş olur, temperatur yüksəlmir, nadir hallarda subfebril olur. Xəstədə arterial təzyiqin yüksəlməsi nadir hallarda baş verir. Böyrək vərəmi diaqnozunun qoyulması sidiyin müayinəsi zamanı bəlli olur. Belə ki, bu zaman sidiyin reaksiyası çox turş olur ki, bu da vərəm çöplərinin toksini hesab olunur. Sidiyin turş reaksiyası sidikliyi və sidik kanalını qıcıqlandırır və dizuriyaya, hətta tez-tez məcburi sidiyə çıxmağa səbəb olur. Ən müntəzəm müşahidə olunan və ya iltihab əlyhinə qeyri-spesifik müalicəyə pis tabe olan piuriyadır. Böyrək vərəminin ən dürüst əlaməti sidikdə vərəm mikrobakteriyalarının tapılmasıdır. Artıq qəbul olunmuşdur ki, sidikdə vərəm mikrobakteriyalarının tapılması yalnız böyrək vərəmi olduqda müşahidə edilir. Başqa orqanlarda vərəm xəstəliyi olduqda əgər böyrəklər sağlamdırsa, vərəm mikrobakteriyaları sidiyə keçə bilmir. Ancaq kişilərdə prostat vəzinin vərəmi olduqda sidikdə vərəm çöplərinə rast gəlmək olur. Böyrək vərəmində USM böyrək və sidik kisəsində baş verən destruktiv pozğunluqları göstərə bilir. Ancaq bu xəstəliyin gecikmiş formasında baş verir. Bu zaman böyrəklərdə kavernalar aşkar edilir. Xəstəliyin son mərhələsində böyük kavernalar kasacıqlarla, dar keçəcəklərlə birləşir, ya da heç birləşməyib məsafəli qala bilir. Xəstəlik böyrəklərdən sidik kisəsi və axarlarına yayıldığı zaman sidik axarı daralır. Daralma ən çox axarın ləyən-sidik axarı seqmentində və çanaq hissədə müşahidəı edilir. Sidik kisəsinin vərəmi zamanı sidik kisəsiniun ölçüləri kiçilir və kisə deformasiyaya uğrayır. Beləliklə böyrəklərdə bir və ya bir-neçə kavernanın olması sidik axarında və sidik kisəsində baş verən dəyişikliklər, vərəmin olmasının ən etibarlı əlamətlərindəndir.
2023-02-25 01:44:00
Bəzi insanlar öz yöndəmsizliyinə görə daim gülünc və ya gülməli vəziyyətlərə düşürlər. Onlar gah nəyisə sındırıb, dağıdır, gah kiminsə ayağını tapdalayır, gah da lazımsız sözləri ilə özlərin gülməli duruma salırlar.
2023-02-25 01:31:00
İsveçrənin İrandakı səfiri Nadin Lozanonun bir hərəkəti insanları qəzəbləndirib.
2023-02-25 01:01:00
Udlağın infeksion mənşəli xroniki gedişə malik olan zədələnməsi xroniki faringit adlanır. Səbəbləri : Xəstəliyin törədiciləri A qrup KOKSAKİ virusları, Episteyn-Bar, Şarder herpes virusları, Adeno virus, respirator sinsitial viruslar, para qrip ve qrip virusları; bakteriyalardan isə A qrup Hemolitik Streptokokklar, qonokoklar, difteriya çöpü , mikoplasma və xlamidiyalardır. Simptomları: Atrofik, Kataral və hipertofik formaları ayırd edilir. Xroniki faringit- boqazda quruluq, qıcıqlanma əlamətləri ilə, müsayiət olunur. Bəzən quru öskürək qeyd olunur, səs zəifləyir. Xarici müayinə zamanı udlağın arxa divarının selikli qişasının quru, nazik, parlaq olması görünür. Çox vaxt selikli qişa qartmaq şəklində qurumuş seliklə örtülü olur. Xroniki kataral və hipertrofiqk faringit: bu zaman xəstələr boğazda qıcıqlanma və yad cisim hisiyyatı və udqunma zamanı ağrıdan şikayətlənir. Xüsusilə hipertrofik faringit zamanı həkim müayinə etdikdə udlaqda çoxlu miqdar qatı selkli ifrazat aşkar edir. Bu da öskürmək və bəlğəmi çıxartmaq kimi hiss yaradır. Xüsusilə səhər daha çox öskürək baş verir və bu ürək bulanma və qusma ilə nəticələnir. Yumşaq damar və dilçək nazik və ödemli olur. Müalicə: Atrofik xroniki faringitdə simptomatik müalicə aparılır; qələvi məhlullarla qarqaralar, yağlı və qələvi inhalyasiyalar təyin olunur. Daxilə vitamin A, 3% li Kalium - yodid təyin olunur. Xronik hipertrofiq faringitdə 5-10%- li gümüş nitrat məhlulundan istifadə olunur. Proqnozu: həyat üçün çətinlik yaradır.
2023-02-25 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2023-02-24 23:52:00
Qardaşımız, əziz dostumuz Azərbaycan dəstəyi ilə, dərdimizə şərik olmaqla bizimlədir.
2023-02-24 23:48:00
Ordubadın polis rəisi vəzifəsindən azad edilərək sərəncama götürülüb.
2023-02-24 23:05:00
Bir neçə saat əvvəl Qəbələnin Zarağan kənd sakinləri olan iki qadın dərmandan zəhərlənmə diaqnozu ilə mərkəzi xəstəxanaya yerləşdirilib.
2023-02-24 23:00:00
Böyük Britaniyada soyuqdəymə əleyhinə geniş istifadə olunan "Nurofen" dərmanı ilə bağlı araşdırmalara başlanılıb.
2023-02-24 22:56:00
Havanın keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
2023-02-24 22:03:00
Göygöldə 6 nəfərin xəsarəti ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
2023-02-24 21:04:00
Dünyaca məşhur müğənni Dua Lipa növbəti dəfə geyimi ilə gündəm olub.
2023-02-24 20:29:00
Bələdiyyələrin ərazilərində nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, gələcəkdə bunlar öz həllini tapa bilər.
2023-02-24 19:56:00
Türkiyədəki zəlzələdən zərərçəkən insanlar üçün "Bir Kira Bir Yuva" kampaniyası başladılıb.
2023-02-24 19:45:00
2022-ci ildə İrandan Avropa Birliyinə sığınacaq üçün müraciətlərin sayı əvvəlki illərlə müqayisədə iki dəfə artıb.
2023-02-24 19:34:00
Türkiyəli müğənni Suavi və xanımı Könül Saydanın zəlzlədə ailəsini itirmiş bir uşağa qoruyucu ailə olmaq istəyi dövlət tərəfindən rədd edilib.
2023-02-24 18:46:00
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə yeni rəis təyin edilib.
2023-02-24 18:39:00
Azərbaycan Laçın yolunda gömrük-sərhəd buraxılış məntəqəsi yaratmalıdır.
2023-02-24 18:17:00
Türkiyədə "əsrin fəlakəti" adını alan dəhşətli zəlzələ anı şüşə qab mağazasında təhlükəsizlik kamerası vasitəsi ilə qeydə aınıb.
2023-02-24 17:55:00
İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində 24 yaşlı həkim İbrahim Riqi polis bölməsində döyülərək öldürülüb.
2023-02-24 17:50:00
Fövqəladə Hallar Nazirliyi fevralın 25-dən 26-ı səhərədək respublika ərazisində gözlənilən kəskin hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
2023-02-24 17:44:00
Hava küləkli və soyuq. Bu havada sakinlər dayanacaqsız qalıblar. Ərazidə nəinki dayanacaq, heç dayanacağı bildirən lövhə də yoxdur.
2023-02-24 17:22:00
İranda dövlət tərəfindən saxta qızıl sikkələrin tədavülə buraxıldığı iddia edilib.
2023-02-24 17:11:00
İcarəyə torpaq götürüb becərmək istəsələr də, prosesin mürəkkəbliyi buna mane olur. Söhbət dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəsindən gedir.
2023-02-24 17:08:00
Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.