KOBİAnın ayırdığı qrant hesabına BDUda “EkoEnerji” məntəqəsi açılıb


Digərləri 23 İyn 2025 18:03:00 72 0

KOBİAnın ayırdığı qrant hesabına BDUda “EkoEnerji” məntəqəsi açılıb

Günəş və külək enerjisindən istifadə edən "EkoEnerji" məntəqəsi elektrik avtomobilləri üçün təmiz ekoenerjidən istifadə imkanları yaradır.

Bakı Dövlət Universitetinin (BDU) ərazisində BDU və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə tərəfdaşlığı ilə elektromobillərin bərpa olunan enerji hesabına elektrik enerjisi ilə doldurulmasını təmin edən "EkoEnerji" məntəqəsi istifadəyə verilib.

Son.az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycanda "yaşıl enerji", "yaşıl iqtisadiyyat" məsələlərinə dövlət səviyyəsində xüsusi önəm verilir. BDU da yeni yanaşma ilə bu məsələdə öz töhfəsini verir. Bugünkü layihə həm günəş, həm külək enerjisindən istifadə etməklə BDU əməkdaşları və təhsilalanları üçün təmiz ekoenerjidən istifadə imkanı yaradır. Rektor diqqətə çatdırıb ki, "Clean-Charge" AC enerji doldurma stansiyası" adlı layihə KOBİA tərəfindən keçirilən KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 5-ci qrant müsabiqəsinin qalibi olub. Bu, BDU-nun KOBİA ilə elm, təhsil, innovasiya sahəsində səmərəli əməkdaşlığının nümunəsi olmaqla yanaşı, universitetin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əməl edilməsi istiqamətində atdığı addımlardan biridir. "EkoEnerji" məntəqəsi "yaşıl enerji"dən istifadə etməklə fəaliyyət göstərəcək, tədris prosesində də bu məntəqədən istifadə olunacaq.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurum üçün innovasiya yönümlü layihələrin dəstəklənməsinin prioritet olduğunu bildirib. KOBİA ilə BDU arasında imzalanan əməkdaşlıq memorandumu uğurla icra olunur. Agentlik sədri "Clean-Charge" AC enerji doldurma stansiyasının yaradılması layihəsi üçün KOBİA tərəfindən 20 min manata yaxın qrant ayrıldığını vurğulayıb. Qeyd edilib ki, layihə universitetin əməkdaşları, tələbələr və sahibkarlar üçün faydalı olacaqdır.

Elm və Təhsil Nazirliyinin elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman müasir universitet quruculuğunda belə layihələrin həyata keçirilməsinin önəmli olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ali təhsil sahəsində dövlət qurumları ilə yanaşı, özəl qurumların maliyyələşmə mexanizmlərinin də olması mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə nazirlik elm və təhsil sahəsində cəmiyyət üçün faydalı layihələrə dəstəyi daha da artırmaq niyyətindədir. Nazirliyin şöbə müdiri yeni layihənin təhsil prosesinə inteqrasiya olunmasının vacib məqam olduğunu vurğulayıb.

Layihə rəhbəri, BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov deyib ki, məqsəd elektrik enerjisinin bərpa olunan enerji qaynaqlarından alınması ilə karbon emissiyasının azaldılmasına xidmət etməkdir: "Stansiyanın ümumi gücü 22 kv saatdır. Layihənin məqsədi elektromobillərin sürətli və ekoloji təmiz elektrik enerjisi ilə doldurulması nəticəsində sıfır karbon emissiyası ilə təbiəti qorumaq və Dayanıqlı İnkişaf Məqsədlərinə riayət etməkdir".

Sonra "EkoEnerji" məntəqəsində elektromobilin şarj olunma prosesi əyani olaraq iştirakçılara nümayiş etdirilib.  

"Supermen" təmizlikçi zibili havada tutub, sürücüyə qaytardı  "Bir daha atma!" like
  • 23 İyn 18:00  
Digərləri "Supermen" təmizlikçi zibili havada tutub, sürücüyə qaytardı "Bir daha atma!"

Türkiyənin Çorum şəhərində qeyri-adi anlar yaşanıb. Avtomobildən yola

arrow Ətraflı
Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Şah Abbas Namə" tamaşasının premyerası keçirilib  FOTO like
  • 23 İyn 17:54  
Kriminal Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Şah Abbas Namə" tamaşasının premyerası keçirilib FOTO

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, iyunun 21-də və 22-

arrow Ətraflı
Amerikanın biznes nümayəndə heyəti Azərbaycana səfər edəcək like
  • 23 İyn 17:50  
Digərləri Amerikanın biznes nümayəndə heyəti Azərbaycana səfər edəcək

ABŞ-Azərbaycan ticarət-sənaye palatası (USACC) , Amerika-Gürcüstan Biznes

arrow Ətraflı
Türkiyədə güclü zəlzələ oldu like
  • 23 İyn 17:37  
Digərləri Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Aralıq dənizi sahillərində zəlzələ baş verib

arrow Ətraflı
"Evin"həbsxanası hücumdan sonra like
  • 23 İyn 17:30  
Dünya "Evin"həbsxanası hücumdan sonra

İsrailin "Evin" həbsxanasına hücumu ilə bağlı İran dövlət te

arrow Ətraflı
"“Ac qalmasınlar” deyə gələcəyimizi bəzi müəllimlərə qurban verə bilmərik" like
  • 23 İyn 17:22  
Digərləri "“Ac qalmasınlar” deyə gələcəyimizi bəzi müəllimlərə qurban verə bilmərik"

"2025-ci ilin sertifikasiya imtahanları bir daha sübut etdi ki, Azərbayc

arrow Ətraflı
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxundu like
  • 23 İyn 17:06  
Digərləri Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxundu

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun barəsində Döv

arrow Ətraflı
Dövlət Xidmətindən kiberməkanda genişmiqyaslı məlumat sızması ilə bağlı XƏBƏRDARLIQ like
  • 23 İyn 17:03  
Digərləri Dövlət Xidmətindən kiberməkanda genişmiqyaslı məlumat sızması ilə bağlı XƏBƏRDARLIQ

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberməkan

arrow Ətraflı
Ərdoğandan ABŞın İrana hücumuna ilk REAKSİYA like
  • 23 İyn 17:00  
Digərləri Ərdoğandan ABŞın İrana hücumuna ilk REAKSİYA

Dünyanı narahat edən müharibəyə 10-cu gündə qoşulan ABŞ  B-2 ağır

arrow Ətraflı
Tanınmış aktrisa vəfat etdi like
  • 23 İyn 16:55  
Şou-biznes Tanınmış aktrisa vəfat etdi

"Sanford and Son" və "The Waltons" filmlərinin aktrisası

arrow Ətraflı
Aşura günü nə vaxtdır? like
  • 23 İyn 16:53  
Digərləri Aşura günü nə vaxtdır?

Bu il Aşura günü iyulun 5-nə təsadüf edir.

arrow Ətraflı
ABŞın zərbələrindən sonra dağıdılan İranın nüvə obyektləri – Peyk görüntüləri yayıldı like
  • 23 İyn 16:45  
Dünya ABŞın zərbələrindən sonra dağıdılan İranın nüvə obyektləri – Peyk görüntüləri yayıldı

ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra yayımla

arrow Ətraflı
Elarizin qızı məhkəməyə çağırıldı like
  • 23 İyn 16:23  
Digərləri Elarizin qızı məhkəməyə çağırıldı

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqıs�

arrow Ətraflı