Digərləri
2023-02-12 21:01:00
Günorta tez-tez əsnəyən insan bu simptoma fikir verməlidir. Bu bəzi çox təhlükəli xəstəliklərin ilk simptomu kimi meydana çıxa bilər.
2023-02-12 20:58:00
Şəmkir rayonunun Şiştəpə kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
2023-02-12 20:55:00
Əhli-beyt imamlarının, xüsusilə, Ali-əbadan sayılan Həzrət Əli, Həsən, Hüseyn və Fatimənin (ə) fəzilətləri barədə yüzlərlə hədis həm şiə, həm də sünni mənbələrini bəzəyir. Qeyd deməliyik ki, Əhli-beytin üstünlükləri barədə sünni mənbələrindəki hədisləri, sünni üləmasının bu mövzuda söylədiyi yüksək fikirləri saymaqla qurtaran deyil. Nəinki Əhli-beyti sevən şiəli-sünnili müsəlmanlar, hətta Əhli-beytlə düşmən olan nasibilər belə, tarix boyunca bu müqəddəs zatların fəzilətini etiraf etməyə məcbur olmuşlar. Çünki Allahın hər cür eyibdən təmizləyib pak etdiyi (Əhzab, 33) məsum zatları heç bir nöqsanda ittiham etmək mümkün deyil. Onların uca məqamına və məsumluq zirvəsinə kölgə sala biləcək bircə mötəbər rəvayət belə, tarix səhifələrində qeydə alınmayıb.
2023-02-12 20:50:00
Əsrlər boyunca insanları maraqlandıran, müxtəlif mübahisələrə səbəb olan mövzulardan biri də qəribə elmlərdir (ülumi-qəraib). Müasir dildə bunlara metafizik, mistik biliklər və fövqəltəbii hallar deyilir. Tarixin hər bir mərhələsində qəribə elmlərə böyük maraq olmuşdur. Dünya sivilizasiyalarının əksəriyyətinin tarixində bu iş sahiblərinin cəmiyyətdə böyük şöhrət sahibi olmasının, bəzən isə dövlət və din tərəfindən təqib edilməsinin şahidi oluruq. Xüsusilə, Şərq dünyasına məxsus qədim Misir, Babilistan, fars, ərəb sivilizasiyalarında qəribə elmlər geniş yayılmışdı. Digər rasional elmlərlə yanaşı, bu elmlər də xüsusi məktəblərdə və ya fərdi formada öyrədilir, gündəlik həyatda praktikaya tətbiq edilirdi. Orta əsrlər Avropasında bu işlərlə məşğul olanları cadugər adıyla təqib edir, inkvizisiya məhkəmələrində mühakiməyə məruz qoyur, əksər hallarda tonqalda yandırır, suda batırır yaxud digər üsullarla edam edirdilər. Cadugərliklə yaxından-uzaqdan əlaqəsi olmayan şəxslər, hətta kilsənin bəyənmədiyi və qəbul etmədiyi elmi bilikləri yayan alimlər də qəribə elmlərlə məşğul olmaq ittihamı ilə üzləşirdilər. Aşağıdakı məqalədə qəribə elmlərin təsnifatı, mövzusu, İslam tarixində yeri və İslam dininin bunlara münasibəti haqqında qısaca da olsa məlumat verməyə çalışacağıq. Diqqətdən qaçırmamalıyıq ki, mövzu əqli və rasional çərçivəni aşdığına görə bu barədə düzgün və qərəzsiz informasiya əldə etmək çətindir.
2023-02-12 20:45:00
Bir çoxları ömür boyu qara, yaşıl, uzağı kəklikotulu çaydan başqa heç nə içmir. Amma elə çaylar var ki, orqanizmi enerji və vitaminlərlə təmin edir, xəstəliklərin qarşısını alır.
2023-02-12 20:40:00
Şükür məqamı haqq yolçularının çatmaq istədiyi ən dəyərli məqamlardandır. Bu məqama çatmaq çətin olduğundan ona nail olanlar çox azdır.
2023-02-12 20:39:00
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
2023-02-12 20:38:00
Sabah üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.
2023-02-12 20:20:00
İmam Mehdini (ə.f) bir çox peyğəmbərlərə bənzədirlər. İmam Mehdi (ə.f) sonuncu kamil din sayılan İslam dininin sonuncu nümayəndəsi olduğu üçün onda bütün peyğəmbərlərin nişanəsini görmək olar. Belə bir bənzətmələrdən biri də Həzrət Mehdinin (ə.f) həyatının bəzi nüanslarının Yusif peyğəmbərin (ə) həyatına oxşamasıdır. İndi isə İmam Mehdi (ə.f) və Həzrət Yusif (ə) peyğəmbər arasında olan fərqlərə baxaq. Yusif peyğəmbər (ə) və İmam Mehdi (ə.f) arasında olan oxşar cəhətlərdən biri qeybdir. Hər ikisi onları sevənlərin gözündən uzaq düşmüşlər. Fərq ondadır ki, Həzrət Yusifin (ə) qeybi nisbidir. Həzrət Yusif (ə) atası, qardaşları və sair əzizlərindən uzaq və qeybdə olsa da misirlilərin gözü qarşısında idi. İmam Mehdinin (ə.f) qeybi isə mütləq qeybdir. Yəni o, hər kəsin gözündən qeybdədir. Həzrət Yusifin (ə) qardaşları baş vermiş qıtlığa görə Misirə tərəf üz tutdular. Onlar Həzrət Yusiflə (ə) qarşılaşdıqda onu tanımadılar, amma peyğəmbər (ə) onları tanıyır. İmam Mehdi (ə.f) ictimai yerlərdə insanların arasında yol gedir, amma onu heç kəs tanımır. Allah-Taala özünü tanıtmağa icazə versə, İmam (ə.f) özünü tanıdır. Həzrət Yusifə (ə) də ona özünü tanıtmaq üçün icazə verildikdə o, kimliyini aşkar etdi. Yusif peyğəmbər (ə) gözəllik və səxavətinə görə cəmiyyət içində məşhurlaşmışdı. İmam Mehdidə (ə.f) də hər iki xüsusiyyət vardır. Həzrət Yusifi (ə) qardaşları çox ucuz qiymətə satdılar. Bunun səbəbi isə qardaşlarının həqiqi dəyərini bilməmələri idi. Belə bir sayğısızlıq, əfsuslar olsun ki, İmam Mehdiyə (ə.f) qarşı da edilib. Əbu Tahir Muhəmməd ibn Əli ibn Bilal tamahkar birisi olduğu üçün İmam Mehdinin (ə.f) malına əl qoyaraq özünü onun (ə.f) vəkili kimi təqdim etməyə çalışırdı. Qardaşları tərəfindən işgəncə və zülmlərə məruz qalan Yusif (ə) quyuya atıldı, illər boyu atasından uzaq düşdü. Bəzi qardaşları onu unutsa da atası daim onu xatırladı, onun yolunda gözləri ağlamaqdan tutuldu. İmam Mehdi (ə.f) qeybə çəkildikdən sonra onun həqiqi intizarını çəkənlər hər gün onu xatırlayır, zühuru üçün dua edir və bu inqilab üçün zəminə yaratmağa çalışdılar və çalışırlar. Amma bəzi dönüklər hətta İmamı (ə.f) inkar etməkdən belə əl çəkmədilər. Həzrət Yusiflə (ə) görüş elə də asan olmadı. Belə ki çoxlu əziyyət və çətinliklərdən sonra bu görüş baş tutdu. İmam Mehdi (ə.f) də belə asanlıqla zühur etməyəcəkdir. Bu zühur da uzun sürən əziyyət və çətinliklərdən sonra baş verəcəkdir. İmam Əli (ə) bu haqda buyurur: "İnsanların gözündə ölüdən də alçaq olmayacağınıza qədər Allahın yardımı sizə tərəf gəlməyəcək. Bu, Allahın "Yusif" surəsindən buyurduğu həmin şeydir: "Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə (yəqin etdikdə) köməyimiz onlara yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz!". ("Yusif" 110). Bunu unutmaq lazım deyil ki, Həzrət Yusif (ə) ilə onu sevənlər arasında olan ayrılıq gec-tez sona çatdı və parlayan günəş tutqun buludlar arasından aşkar oldu. İmam Mehdi (ə.f) haqqında verilən vəd də sona çatacaqdır və Allah-Taala höccətini aşkar edəcəkdir. İmam Mehdi (.f) zülm ilə dolmuş dünyanı ədalətlə dolduracaqdır.
2023-02-12 20:15:00
Bəzi qidalar var ki, onları cavanlıqdan çox yeməklə, daim istifadə etməklə hipertoniya - yüksək təzyiq xəstəliyi qazanmaq olur.
2023-02-12 19:55:00
"Tövbə" sözünün ərəb dilindən tərcüməsi "qayıdış" deməkdir. Tövbə edən şəxs sanki günahlardan itaətə doğru qayıtmış olur. Dini anlamda insanın öz günahını etiraf edib peşman olmasına və bir daha bunu təkrar etməyəcəyi barədə Allaha vəd verməsinə tövbə deyilir.
2023-02-12 19:50:00
Yer üzünə gəlib-getmiş insanların ən xeyirlisi olan Həzrət Mühəmməd Peyğəmbərin (s) əxlaqı və davranışı barədə mənbələrdə minlərlə hədis vardır. O həzrət öz danışıq və sükutu, sevinc və qəzəbi, oturub-durmağı ilə səhabələrə nümunə idi. Peyğəmbərin hərəkətlərini izləyən hər kəs ən gözəl əxlaqi xüsusiyyətləri Ondan öyrənirdi. Səhabələr gecə-gündüz Onu izləyir, təqlid edir, Onun davranışlarını nümunə kimi bir-birinə ötürürdülər. Peyğəmbərlə (s) ünsiyyətdə olmuş heç kəs Onun əxlaqında zərrə qədər də olsa nöqsan görməmiş, xoşagəlməz cəhət sezməmişdir. Xanımı Aişənin dediyi kimi, Həzrətin əxlaqı sanki Quranın özü idi. Quran ayələri necə ali, ülvi dəyərləri ehtiva edirsə, Peyğəmbərin hər bir hərəkəti də o qədər pak və əxlaqi idi. Quranın təbliğ etdiyi bütün yüksək bəşəri əxlaq normalarını Həzrət öz həyatı boyunca ən yüksək səviyyədə yaşayır və ətrafdakılara aşılayırdı. Aşağıda Peyğəmbər Əfəndimizin (s) gözəl əxlaqı barədə dini mətnlərdəki bəzi nümunələri diqqətə çatdırırıq.
2023-02-12 19:47:00
Onlar Türkiyədəki zəlzələnin qurbanlarıdır. Sağ çıxanı, həlak olanı.
2023-02-12 19:20:00
Adətən Əhli-Beyt davamçıları Peyğəmbər (s) və onun Əhli-Beytinə salavat göndərərkən ardınca "Və əccil fəracəhum" (Onların zühurunu tezləşdir) deyirlər. Bu ifadə müsəlmanlar üçün sədaqət rəmzidir. Bu ifadəni işlətməklə sanki onlar İmamın (ə.f) dəvətinə "Ləbbeyk!" deyirlər. Əhli-Beyt (ə) ardıcılları İmamın (ə.f) zühurunun həsrətindədirlər. Aşiqlər hər gün İmamlarının (ə.f) intizarındadırlar. İmamın (ə.f) fərəci üçün dua etmək Şeytanın belini sındıracaq əməllərdən hesab edilir. Salavatdan sonra "və əccil fəracəhum" demək İmam Zamana (ə.f) qarşı beyəti təzələmək, verilən əhdin üzərində durmaq, tağut və batilə qarşı nifrət, həqiqət tərəfdarı olmağın nişanəsidir. Bu kəlməni dilə gətirmək zəmanənin imamının diqqətini cəlb etmək sayılır. Müsəlman kəs Peyğəmbər (s) və Əhli-Beytə salavat göndərərkən bunu uca səslə deməli, aydın şəkildə tələffüz etməlidir. Hədislərdə qeyd olunmuşdur ki, salavatı uca səslə demək insanı münafiqlik kimi sifətlərdən uzaq saxlayır və Şeytanı sarsırdaraq lərzəyə gətirir. İmam Mehdini (ə.f) dua edən kəs salavatı bu cür də deyə bilər. Çünki salavat da bir duadır. Salavat Həzrət Muhəmməd (s) və onun Əhli-Beyti üçün nəzərdə tutulmuş bir rəhmətdir. Bu rəhmət müsəlmanlara da şamil olur. Belə ki İmamın (ə.f) zühuru ilə insanlar Allahla aralarında qırılmış rabitəni yenidən bərpa edəcəklər. Hədislərdə nəql olmuşdur ki, Həzrət Muhəmməd (s) və onun Əhli-Beytinə (ə) salavat göndərərkən fərəc üçün olunan duadan sonra insan hacətlərini istəsə belə bir dua müstəcab olar. Bir gün mərhum Hacı Muhəmmədəli Fəşəndi həyat yoldaşı ilə bir yerdə Cəmkəran məscidinə gedir. Hacı Muhammədəli bir nəfərin salona daxil olaraq məscidə tərəf getdiyini görür. Öz-özünə deyir ki, bu kişi uzaq yol gəlib, susuzdur. Bir qab su hazır edib içmək üçün həmin kişiyə uzadır. Suyu içib qabı qaytaran kişi cavabında: "Bizim ardıcıllarımız bizi su içmək qədər də sevmirlər. Əgər istəsəydilər dua edər və fərəc də yetişərdi" - deyir. İnsanların çoxu İmam Mehdini (ə.f) unudaraq nəticə etibari ilə İmamdan (ə.f) məhrum olaraq bəlaya tuş gəliblər. İmam Mehdi (ə.f) və məhdəviyyət İslam dininin ən aktual mövzularından olsa da, çox təəssüflər ki, gözardı edilir. Belə bir əhəmiyyətli və bəşəriyyətin müqəddəratını həll edəcək bir mövzuya qarşı laqeyid yanaşmaq çox qəbahətli bir işdir və Peyğəmbərə (s) sədaqətlik göstərmək istəyən şəxs onun xilaskar övladına qarşı da diqqətli olmalıdır. Odur ki, İmam Mehdini (ə.f) sevənlər və onun yolunu səbirsizliklə gözləyənlər İmamın (ə.f) zühuru üçün bacardıqları qədər dua etməlidirlər.
2023-02-12 19:15:00
Balqabaq tumları kişi sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır.
2023-02-12 19:10:00
1-Həzrət Peyğəmbər (s) yeddi şeyi tövsiyə etmişdir: 1-Müsəlman şəxsin dəfn mərasimində iştirak etməyi. 2-Xəstənin görüşünə getməyi. 3-Asqıran şəxsə afiyət (sağlam ol) deməyi. 4-Məzluma kömək etməyi. 5-Salam verməyi. 6-Dəvəti qəbul etməyi. 7-And içənin xahişini yerinə yetirməyi.
2023-02-12 19:01:00
Aritmiya - ürək-damar sisteminin geniş yayılmış bir xəstəliyidir. Bu problem son zamanlar gənclər, hətta yeniyetmələrdə də aşkarlanır. Mersatel aritmiya kardioloq və aritmioloqa müraciət etmək üçün ciddi səbəbdir.
2023-02-12 18:58:00
Türkiyə zəlzələ bölgəsindəki oğurluq hadisələrini danışdığı ərəfədə "Masterchef" yarışmaçılarından olan Uğur Kardaş diqqət çəkən video yayımlayıb.
2023-02-12 18:57:00
Ucarda 3 minik maşınının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
2023-02-12 18:51:00
Hataylı 85 yaşlı İsmihan adlı qadın zəlzələnin 153-cü saatında xilas edilib.
2023-02-12 18:11:00
Türkiyədə baş verən şiddətli zəlzələdən sonra dağıntılar altından sağ çıxarılan gəncin sözləri böyük marağa səbəb olub.
2023-02-12 18:10:00
Bu gündən (fevralın 12-dən) Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindən Ceyhan terminalında neftin tankerlərə yüklənməsi bərpa edilib.
2023-02-12 17:51:00
1920-ci ilin yanvar ayında Ümumrusiya Fövqəladə Komissiyasının ("ÇK") iclasında xarici kəşfiyyat şöbəsinə kimin rəhbərlik edəcəyi müzakirə ediləndə əsas namizədlər arasında milliyyətcə erməni olan Ruben Katanyanın da adı hallanıb. Katanyan həmin ərəfədə Qırmızı orduda siyasi işlər idarəsinə rəhbərlik edib. "ÇK"-nın sədri Feliks Dzerjinski Katanyanı hələ oktyabr inqilabı dövründən, 1917-ci ildən yaxından tanıyıb və onun iş məhsuldarlığının bir o qədər də yüksək olmadığına yaxşı bələd olub. Məhz elə bu səbəbdən də Dzerjinski Ruben Katanyanın "ÇK"-nın xarici kəşfiyyat şöbəsinə rəhbərlik etməsinin tərəfdarı olmayıb. Amma buna baxmayaraq o, ümumi yığıncağın yekdil qərarının əksinə də gedə bilməyib.
2023-02-12 16:54:00
Son.az bildirir ki, manset.az-ın əldə etdiyi məlumata görə, adları hələ dəqiqləşdirilməmiş bir kişi, bir qadın və bir uşaq zəlzələnin dağıntıları altından çıxarılıb.
2023-02-12 16:25:00
Məlum olduğu kimi, fevralın 6-da Kahramanmaraşda 9 saat fasilə ilə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər böyük dağıntılara səbəb olub. Zəlzələdən sonra bölgədə afterşoklar baş verir, axtarış-xilasetmə işləri davam edir.
2023-02-12 16:18:00
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası günorta saatlarında da canlanma müşahidə olunub.
2023-02-12 15:00:00
Hatayda dağıntılar altından çıxarılaraq müalicə olunduqdan sonra Ankara Bilkent Şəhər Xəstəxanasına gətirilən 32 yaşlı Yüksel Ergit zəlzələ zamanı yaşadıqlarını "Anadolu" agentliyinə danışıb.
2023-02-12 14:57:00
Erməni işğalçıları qədim Qarabağ torpağı talan edilməklə yanaşı, burada yüz minlərlə mina yerləşdirib. Nəinki əsrlərlə burada yaşamış azərbaycanlılara, onların torpağına qarşı 30 il cinayətlər törətmiş düşmən yalnız tarlaları və təmas xətlərini deyil, həmçinin yolları, cığırları, aşırımları və hətta qəbiristanlıqları çoxsaylı minalarla doldurub. Onlar qurbanlarını gözləyir. Ermənilər özləri ilə ölüm və qan gətirmiş, geri çəkiləndə isə onları o günlərin qorxulu xatirəsi kimi saxlamışlar.
2023-02-12 13:40:00
Türkiyənin Hatay bölgəsində baş verən zəlzələnin 147-ci saatında 10 yaşlı Cudi adlı qız uşağı dağıntılar altından xilas edilib.
2023-02-12 13:11:00
Rusiya İrana aviasiya və hava hücumuna qarşı müdafiə sistemləri ilə bağlı texnologiyalar verir.
2023-02-12 12:40:00
Fevralın 13-də gözlənilən hava şəraiti aşıqlanıb.