Digərləri

Evinizdə cəfəri yetişdirin!

2023-01-12 08:59:00

Evinizdə cəfəri yetişdirin! Bu sizin bir çox xəstəliklərdən xilas olmağınıza səbəb ola bilər. Cəfəri insan orqanizmi üçün faydalı sayılan bitkilərdən biridir. Onun hətta, ev şəraitində yetişditilməsi çox asandır. Cəfəri əkildikdən yarım ay sonra cücərməyə başlayr və il boyu öz bəhrəsini verir. Mütəxəssislər cəfərini marketlərdən ala bilməyən insanlara onu evdə dibçəkdə yetişdirməyi məsləhət bilir. Çünki ondan müxtəlif məqsədlərlə itifadə edilir. Cəfəridən müxtəlif salatların hazırlanmasında, müalicə məqsədilə və kosmetoloji vasitə kimi istifadə edilir. Cəfərinin orqanizm üçün həddindən çox faydası var. Onun tərkibində olan C vitamini limonun və potağalı tərkibindəkindən 5 dəfə artıqdır. Cəfəri B1, B2, K, PP vitaminləri, dəmir, kalium, kalsium, fosfor, maqniumla da zəngindir. Gün ərzində 50 qram cəfəri yemək orqanizmin C vitamininə və karotinə olan ehtiyacını ödəyir. Cəfəridən xalq təbabətində geniş istifadə edilir. Onun kökünün dəmləməsi göz xəstəlikləri zamanı çox faydalıdır. Belə ki, bu dəmləmə gözü işıqlandırır və görməni yaxşılaşdırır. Dəmləməni hazırlamaq üçün cəfərinin kökü təmiz yuyulur, zəif odda 10-15 dəqiqə qaynadılır və gündə 2-3 dəfə içilir. Dəmləməni gözə sürtmək də mümkündür. Qastrit zamanıgün ərzində 5 dəfə 10 ml cəfəri şirəsi içmək xəstəliyin əlamətlərini azaldır. Kosmetologiya sahəsində də cəfəridən geniş itifadə edilir. Cəfəri suyu dərini tonuslandırır. Ən cox da gözətrafı dərinin tonuslanması üçün cəfəri suyunun tayı bərabəri yoxdur. Yağlı dəriyə cəfəri şirəsi ilə suda islanmış herkules maskası çox faydalıdır. Bu qarışımdan hazırlanan buzla yağlı dərini sildikdə dərinin yağ balansı normallaşır. Quru dəri üçün isə cəfəri şirəsi qatılmış kəsmik maskası çox fydalıdır. Saçları yuduqdan sonra cəfəri dəmləməsilə yaxaladıqda saçlar parlaq və güclü olur. Cəfəridən hazırlanmış losyonla saç dərisini yuduqda isə dəri sağlamlaşır.

Xərçəng xəstəliyinə yaxalanmamaq itəyirsənsə

2023-01-12 08:55:00

Xərçəng xəstəliyinə yaxalanmamaq itəyirsənsə, o zaman aşağıdakı qidalara "yox" de! 1. Rafinəedilmiş yağlar 2. Heyvan mənşəli süd 3. Yeməklərə qatılan dadlandırıcılar 4. Qazlı, şirin sular 5. Rafinə edilmiş qənd 6. Mikrodalğalı soba 7. Doğuşa qədər mammoqrafiya 8. Sıx büstqalter 9. Spirtli içkilər 10. Dondurulmuş qidalar 11. Soyuducuda plastik qablarda salanılan sular 12. Hamiləlik əleyhinə dərman preparatları 13. Dezodorantlar 14. Şəkər tozu ( onkoloji xəstələrə qəti surətdə şəkər qəbul etmək olmaz) Xərçəng xəstəliyinə yoluxmamaq üçün aşağıdakı qidalara "hə" deyin! 1. Tərəvəzlər 2. Zəif miqdarda şəkər 3. Bitkli yağları 4. Yeməkdən əvvəl 2 stəkan su içmək 5. Yeməkdən əvvəl dişləri yumaq 6. İsti su içmək 7. Xərçəng əleyhinə şirə qəbulu( aloe, zəncəfil ,  cəfəri , kərəviz qarışımından hazırlanan şirə) 8. Hər gün yerkökü və ananas şirəsi içmək Amerikanın onkoloji xəstəliklər assosiasiyasının həkimləri xərçəng xəstəliyinə yaxalanmamaq üçün aşağıdakıları məsləhət bilir: 1. Plastik fincanlarda çay içmək olmaz. 2. Polietilen və kağız paketdən isti qida yeməyin. 3. Yeməyinizi mikrodalğalı sobada plastmas qabda isitməyin. Mütəxəssislər xərçəngin 52 növünün əmələ gəlməsində plastmas qabların rolunun olduğunu söyləyirlər.

Xaçmazda kişi özünü

2023-01-12 08:52:00

Yanvarın 11-də saat 23 radələrində Xaçmaz rayonu Laman kəndində Ağyazı Buduq kənd sakini 1988-ci il təvəllüdlü Rəşid Apayevin ölməsi barədə polisə məlumat daxil olub.

Sistiti ev şəraitində təbii vasitələrlə necə müalicə etmək olar?

2023-01-12 08:51:00

Sistit uroloji xəstəlikdir. Sistit sidik kisəsinin iltihabi xəstəliyidir. Sistit zamanı infeksiya sidik kisəsi ilə birlikdə sidik axarlarının da iltihablaşmasına səbəb olur. Sistit xəstəliyinə yenidoğulmuşlardan tutumuş ahıl yaşda olan adamlara kimi, hamı tutula bilir. Xəstəliyi vaxtında və lazimi qaydada müalicə etməsikdə xroniki hala keçə bilir.

Qanda xolesterinin, qlükozanın normallaşmasına səbəb olan meyvə şirəsi

2023-01-12 08:46:00

Bu yaxınlarda mən qanımı müayinə etdirdim və qanımda lipidlərin, triqliseridlərin və xolesterinin miqdarı normadan çox artıq çıxdı. Mən müayinə olunmaq üçün həkimə müraciət etdim. Yaşlı və ailə dostumuz olan bir hematoloqla məsləhətləşdim və o mənə bu cür qanla uzun müddət yaşaya bilməyəcəyimi dedi. Ailə dostumuz həkimin mənə yazdığı reseptə baxdıqdan sonra resepti kənara qoyub ona qulaq asmağımı tövsiyə etdi.

Yüksək təzyiq zamanı xalq təbabəti

2023-01-12 08:41:00

Yüksək təzyiq son illərin ən çox geniş yayılan xəstəliklərindən sayılır. Yüksək arterial təziq müxtəlif xəstəliklər səbəbindən meydana gələ bilir. Bəzən isə yüksək təzyiq heç bir xəstəlik olmadan yanlız sərbəst şəkildə insanları narahat edir. Bu təzyiq xəstəliyi sayılır və xəstədən qayğı və diqqət tələb edir. Aşağıda yüksək təzyiq və onun əmələ gətirdiyi patologiyaları aradan qldıra bilən 5 bitki qarışımından əmələ gələn dəmləmə resepti verilib. Bu dəmləmələr yüksək təzyiqlə yanaşı, nevroz, aritmiya, beyin qan dövranı xəstəlikləri, venoz durğunluq zamanı da çox faydalıdır. Dəmləməni hazırlamaq üçün aptekdən aşağıdakı bitkiləri almaq lazımdır. Dəmləmədə aşağıdakı bitkilərdən və aşağıda göstərildiyi miqdarda istifadə edilir.

Əzələ ağrılarına, revmatoid artritə, skleroza, dəri xəstəliklərinə yardım edən çay

2023-01-12 08:25:00

Kəklikotundan qida sənayesində bir-çox yeməkləri dadlandırmaq məqsədilə istifadə edilir. Onun yarpaqlarının tərkibində olanlar orqanizm üçün çox faydalıdır. Kəklikotundan dəmlənən çaydan qədim romalılar, yunanlar, misirlilər istifadə edib. Kəklikotu dəmləməsinin faydasından qədim zamanlardan müalicə məqsədi kimi istifadə edilib.

Bakıda yol qəzasında 2 nəfər xəsarət alıb FOTO

2023-01-12 08:24:00

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qara yemişan çayı və onun faydaları

2023-01-12 07:51:00

Qara yemişanın yarpaq və meyvəsinin həm təzəsindən, həm də qurudulmuşundan hazırlanan çay eyni təsirə malikdir. Qara yemişan çayından il boyu istifadə etmək üçün onun meyvəsini və yarpaqlarını qurudub saxlamaq lazımdır. Bu çay adi çaya alternativ hesab edilə bilər, amma onun tərkibində kofein olmur. Qara yemişanın müalicə məqsədilə mürəbbəsindən də istifadə edilir. Qara yemişan və onun yarpaqları orqanizmə aşağıdakı təsirləri göstərir: Qara yemişanın və onun yarpaqlarının tərkibində B1, C, PP vitaminləri , marqanes və fosfor var. Toxumlarının və yarpaqlarının tərkibi təbii turşular, efir yağları, karotin, dublin və pektinlə zəngindir. Tibbdə qara yemişan çayından aşağıdakı məqsədlərlə istifadə edilir:   * görmənin yaxşılaşması * şəkərin aşağı düşməsi * sidikqovucu. Qara yemişan çayı göz damarlarını genişdirməklə gözün qan dövranını yaxşılaşdırır və gözlərdəki yorğunluğu aradan qaldırır. Bu çay qanda şəkərin miqdarının normallşmasına səbəb olur, iltihab əleyhinə və sidikqovucu təsirə malikdir. Çayın dəmlənməsi: 100 qram qurudulmuş qara yemişanın üzərinə 1 litr soyuq su tökülür və 10 dəqiqə qaynadılır. Yarpaqları isə adi çay dəmlənən kimi dəmlənir. Bu zaman yarpaqların üstünə qaynar su tökülür və dəmlənir. Qara yemişanın yarpaqlarını 15 dəqiqədən çox dəmləmək məsləhət görülmür. Qara yemişanın meyvələrini və yarpaqlarını başqa bitki yarpaqları ilə qarışdırıb dəmləmək mümkündür. Onu ev şəraitində quruda və ya apteklərdən hazır şəkildə ala bilərsiniz.

Almanlar tərəfindən 3 sadə məhsuldan hazırlanan dərman...

2023-01-12 07:41:00

Bu dərmanın tərkibi 3 sadə məhsulun qarışımından hazırlanıb, amma, onun orqanizmə faydası çox böyükdür. Dərmanı ilk dəfə Almaniyada... Bu dərmanın resepti almanlar tərəfindən düşünülüb. Dərmanın tərkibi 3 sadə tərəvəzdən ibarətdir. Bu dərman arteriya damarlarını təmizləyir, qanda xolesterinin miqdarını azaldır, soyuqdəyməni sağaldır. Qarışımdan uzun müddət istifadə edildikdə xroniki yorğunluq əlamətləri aradan qalxır, xroniki infeksiya xəstəliklərinin kəskinləşmə dövründə əmələ gətirdiyi ağırlaşmalar azalır. Dərman immun sistemi möhkəmləndirir, qaraciyəri və orqanizmi toksinlərdən təmizləyir. Eliksiri hazırlamaq üçün aşağıdakılar lazımdır: * sarımsaq - 4baş * limon - 4 ədəd * zəncəfil - 1 kök * su - 2 litr Hazırlanması: Limon yuyulur, toxumları çıxarılır və xırda doğranır. Sarımsağın qabığı soyulur, zəncəfil də xırda doğrandıqdan sonra hamısı birlikdə blenderdə üyüdülür. Sonra qarışım şirli qazana tökülür və üzərinə su əlavə edilib qaynadılır. Qaynayana kimi qarışım qarışdırılmalıdır. Qaynadıqdan sonra soyumağa qoyulur və soyuduqdan sonra tənziflə şüşə butulkalara süzülür və soyuducuda saxlanılır. Qarışımdan hər gün yeməkdən 2 saat əvvəl acqarna yarım stəkan içilir. İçən zaman sarımsağın iylənməsindən qorxmayın. Onun iyini limon neytrallaşdıracaq

Behçet xəstəliyi

2023-01-12 07:31:00

Bu xəstəlik Türk həkimi Hulusi Behçet tərəfindən 1937 ildə tibb elminə daxil edilmişdir. Xəstəlik özünü ağızda, cinsi orqanlarda, dəridə əmələ gələn, tez-tez təkrarlanan yaralarla və gözlərdə damarların, sinirlərin tutulmasıyla özünü biruzə verir. Behçet xəstəliyi nadir hallarda rast gəlinən və imun sistemin zəifliyi ilə əlaqədar olan bir xəstəlikdir. Behçet xəstəliyi bir çox orqanları zədələyə bilir. Xəstəlik kəskin və xroniki olmaqla 2 növə ayrılır. Behçet xəstəliyinə ən çox 30-40 yaşı olan adamlarda rast gəlinir. Xəstəliyə ən çox Asiya qitəsinin ölkələrində rast gəlinir. Xəstəlik əmələ gətirdyi iltihabi yaralarla və gözdə əmələ gələn pozğunluqlarla meydana çıxır. Əksər hallarda korluq meydana çıxır. Behçet xəstəliyi orqanizmlərdə ağırlaşmalara səbəb ola bilir. Bu ağırlaşmalara iflic, şəxsiyyət pozğunluqları və meningit aiddir.

Yevlaxda həkimi qətlə yetirən şəxslər

2023-01-12 07:25:00

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin isti izlərlə açılması təmin edilib.

Meyvə çayları və onun faydaları

2023-01-12 07:21:00

Meyvə çayı meyvə, gilmeyvə və onların yarpaqlarından dəmlənən çaydır. Meyvə çayının tərkibində müxtəlif efir yağları var. Bu çayı isti və soyuq halda içmək olur. Bu çayın tərkibində kofein yoxdur, ona görə də meyvə çayını günün istənilən saatında içmək mümkündür. Meyvə çayını istənilən meyvədən hazırlaya bilərsiniz. Bu çayların dadında və rəngində müxtəliflik hiss olunsa da onlar orqanizmə, zərərsiz deyil, çox fadyalı olurlar.

Hiperlordoz nədir?

2023-01-12 07:11:00

Lordoz onurğa sütununun önə doğru əyilməsi səbəbindən meydana çıxan bir vəziyyətdir. Lordoz xəstəliyi zamanı xəstənin duruşundan fərqlilik gözlə görüləcək qədər nəzərə çarpır. Bu bir növ duruş pozunuqluğudur. Onurğanın bu vəziyyətə düşməsi hamiləlik zamanı, qocalıqda, kökəldikdə meydana çıxa bilir. Lordoza bəzən üzgüçülüklə məşğul olan adamlarda da rast gəlinir. Lordoz həddindən çox nəzərə çarpacaq qədər inkişaf etdikdə hiperlordoz adlanır. Xəstəliyin hansı səbəbdən əmələ gəlməsi dəqiq araşdırılmalı və aradan qaldırılımalıdır.

Vahid Əhmədov: Müavinətlər minimum pensiya məbləğinə yaxın olarsa...

2023-01-12 07:05:00

Teleqraf.com Milli Məclisin deputatı Vahid Əhmədovla müsahibəni təqdim edir:

Qibiskus çayı və onun faydaları

2023-01-12 07:01:00

Çin qızılgülündən dəmlənən çayın faydaları barədə eştmisinizmi? Çin qızılgülü (qibiskus) ən çox sevilən otaq bitkilərindən biridir. Bu bitkinin faydaları barədə yəqin ki, eşitməmisiniz. Şərq ölkələrində çin qızılgülünün çiçəklərindən müxtəlif xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir. Müalicə məqsədilə qibiskusun çiçəyinin ləçəklərindən istifadə edilir.   Qibiskus çayından qədim Misirdə çox istifadə edilib. Bu çayın faydasını tibb elminin araşdırmaları da təsdiqləyib. Qibiskus çayının çapıq toxumanı sağlamlaşdırmaq qabiliyyəti var. Bu səbəbdən də onun damarlarda əmələ gələn patologiyalar zamanı içilməsi çox faydalıdır. Bu çay qan damarlarının möhkəmlənməsinə səbəb olur, damarların divarlarında yığılıb qalmış xolesterin artıqlarının həll edir. Qibiskus dəmləməsi qanda pis xolesterinin azaalmasına və tədricən yox olmasına səbəb olur. Bu çayı davamlı olaraq içməklə bağırsaqların fəaliyyətini sürətləndirmək, defekasiyanı çoxaltmaq və bağırsaqlardan şlakların və toksinlərin xaric olmasına nail olmaq olar. Davamlı olaraq uzun müddət qibiskus çayı qəbul eləmək orqanizmdən ağır metal zərərlərini, toksinlərin və şlakların xaric edilməsinə, immun sistemin yüksəlməsinə səbəb olur.

Bu qidalar xərçəng hüceyrələrinin əmələ gəlməsinə və inkişafına səbəb ola bilir

2023-01-12 06:02:00

Bəzi qida maddələri xərçəng şişinin qidalanmasına səbəb olur. Bu barədə onkoloq cərrah Harri Fettke öz leksiyalarında çıxış edərkən deyib. Onun sözlərinə görə orqanizm üçün lazımlı olan yağların və tərkibində karbohidrat az olan qidaların qəbulu şiş hüceyrələrinin böyüməsinə səbəb olur. Bu xərçəngin metobolizmə uğramasıdır. Xərçəng hüceyrələrinin metobolizmə uğraması onun genetik mutasiyaya uğramasıdan əmələ gəlir. Mütəxəssislər bütün xəstəliklərin baş verməsində mitoxondril disfunksiyanın rolu olduğunu söyləyirlər. Bunun kökündə isə mitoxondrlarda qlükozanın metobolozmi durur.

Bu içki sizin orqanizminizi vitaminlə təmin edəcək

2023-01-12 05:03:00

Lazım olanlar: * çuğundur - 1 ədəd * portağal - 1 ədəd * yerkökü - 2 ədəd * zəncəfil - 1 dilim Hazırlanması: Çuğundur təmizlənir, qabığı soyulur, xırda hissələrə bölünür və blenderdə üyüdülür. Şirə bankaya tökülür və 1 saatlıq soyuducuya qoyulur. Portağal soyulur, tumları çıxarılır, təmizlənmiş yerkökü və zəncəfillə birlikdə blenderdə üyüdülür və çuğundur şirəsinə əlavə olunur. Nuş olsun!

İçdiyiniz suyun dadlı olmasını istəyirsinizsə...

2023-01-12 04:03:00

Limon və çiyələk 1. İçdiyiniz suyun içərisinə çiyələk, limon qatsanız qəbul elədiyiniz su çox dadlı olacaq. Xoşunuza gəlirsə bu suya rozmarin də əlavə edə bilərsiniz. 2. Portağal, laym, limonun hərəsindən bir dilim suya salıb içsəniz suyunuzda olan mikroelementlərin miqdarı artacaq, ətirli və dadlı suya çevriləcək. Adları çəkilən meyvələrin qarışımı olmasa, birindən də suya əlavə eləmək suyun dadını dəyişə bilir. 3. Nanə və ananas dilimi salınmış suyu içmək suyunuzu dadlandırmaqla yanaşı , sizin ürək yanğınızı aradan qaldıracaq və nəfəsinizi təravətləndirəcək. 4. Moruq və laym Moruq və laym əlavə edilmiş su da çox dadlı olur və orqanizm üçün çox faydalıdır. 5. Böyrütkən və adaçayı suya qatıldıqda sudan xüsusi tam gəlir. 6. Portağal, zəncəfil və ananas Bu 3 məhsulun qarışımı suda xüsusi bir dadın əmələ gəlməsinə səbəb olur. Qarışım hazırlanıb bankada soyuducuda saxlanılır və lazım olduğu zaman suya əlavə edilir. 7. Qarpız və rozmarin Qarpız və rozmarin suya qatıldığı zaman qəbul edilən su orqanizmdə köp və şişkinlik əmələ gətirmir. 8. Xiyar və nanə Bu su dadlı olmağı ilə yanaşı orqanizmə detoks təsiri bağışlayır və sərinləşdirici təsir edir. Əgər dadlı su içmək istəyirsinizsə, və lazım olan zaman əliniz altında istədiyiniz meyvə yoxdursa o zaman xoşunuza gələn ətirli meyvələrdən buz kubiki düzəldib soyuducuda saxlaya bilərsiniz.

Sizin üçün təhlükəli olan və sizin bilməyib əməl elədiyiniz 7 vərdiş

2023-01-12 03:03:00

1. Vitaminlərin qəbulu Multivitaminlərin və bioloji aktiv maddələrin qəbul edilməsi orqanizmin xəstəliklərə yaxalanma riskini azaltmır. Bu dərmanlar insanın yaddaşını və əmək qabiliyyətini yüksəltmir. Bu nəticəyə Amerikada 450 000 adam üzərində aparılan araşdırmalardan sonra gəliblər. Araşdırmalar hətta vitaminlərin qəbulunun orqanizm üçün zərərli ola biləcəyini qeyd edirlər. 2. Tərkibində spirt olmayan antibakterial gel Antibakterial gellər əllərdə olan müxtəlif növ bakteriya və virusların məhvinə səbəb olur. Amma, tərkibində 60%-dən az spirt olan gellər effektli hesab edilmir. Onıar əlləri təmizləmir, sadəcə olaraq qoxunu aradan qaldırır. 3. Duzun miqdarını azaltmaq   Mütəxəssislər gün ərzində qəbul edilən duzun miqdarının azalmasının orqanizm üçün zərərli olmağını söyləyirlər. Bəzi mənbələr çox duz qəbul etməyin orqanizm üçün zərərli olduğunu deyirlər, amma, gün ərzində 3 qramdan aşağı miqdarda duz qəbulu müxtəlif patologiyaların əmələ gəlməsinə səbəb olur. 4. Orqanizmin detoks edilməsi Detoks dieti vasitəsilə çoxları orqanizmdən toksinlərin xilas olmağına çalışır. Mütəxəssislər isə orqanzmin özü-özünü təmizləmək qabiliyyətinin olduğunu söyləyirlər. Əgər orqanizmin böyrəkləri və qaraciyəri sağlamdırsa, o zaman detoks çayına heç bir ehtiyac yoxdur. 5. Təbii meyvələr Xarici ölkələrdən gətirilən və üstünə " bio" yazılan meyvələrin bioloji təmiz olmasına inanmayın və belə meyvələri qəbul etməkdən çəkinin. 6. Ultradalğalı soba Ultradalğalı sobada yemək isitmək qidanın tərkibinin korlanmasına sbəb olur. Yeməyinizi isidərkən qaz və ya işıq piltəsindən istifadə edin. 7. Yağlı qidalar Mütəxəssislər yağdan tamamilə imtina etməyin orqanizm üçün təhlükəli olduğunu söyləyirlər. Yağlar, karbohidratlar orqanizm üçün əvəzolunmazdır. Amma, pəhriz saxlamaq adı altında tərkibində yağın miqdarı çox olan meyvələrdən istifadə eləmək çox zərərlidir.

Qadınların ərə getməsinə mane olan səbəblər

2023-01-12 02:44:00

Qadınlarda evliliyə mane olan beş əsas amil açıqlanıb.

Qidalanma haqqında əfsanələr və həqiqətlər

2023-01-12 02:02:00

1. Deyilənlərə görə axşam saat 18.00-dan sonra yemək olmaz. Amma, əslində yatmazdan 3-4 saat əvvələ kimi qida qəbul etmək olar. 2. Deyilənə görə qara çörək orqanizm üçün faydalıdır. Amma onun orqanizmə faydası ağ çörəkdəki qədərdir.   3. Deyilənə görə istənilən qədər təzə çəkilmiş şirə qəbul eləmək orqanizm üçün çox faydalıdır. Amma əslində gün ərzində 3 stəkandan artıq təzə çəkilmiş şirə qəbul eləmək olmaz. 4. Deyirlər ki, şokolad yemək fiquranı korlayır və insanı kökəldir. Amma şokolad orqanizm üçün çox faydalıdır və insanı kökəltmir. 5. Deyilənə görə az yemək insanı arıqladır. Amma bu belə deyil, arıqlamaq üçün gün ərzində 5-6 dəfə yemək lazımdır.   6. Gün ərzində 2 litrdən çox su içməyin insanı arıqlatdığı deyilir. Amma bu yalandır, orqanizmin suya ehtiyacı nə qədərdirsə, o qədər də su qəbul eləməlidir. 7. Deyirlər ki, arıqlamaq üçün yağdan imtina etmək lazımdır. Amma, yağdan tamamilə imtina eləmək orqanizm üçün çox zərərlidir. 8. Zeytun yağının az kalorili olduğu düşünülür, amma bu belə deyil. Zeytun yağının tərkibində olan kalori digər yağların tərkibindəki qədərdir. Zeytun yağı orqanizmə digər yağlardan daha faydalıdır. 9. Deyirlər ki, karbohidratlar orqanizm üçün çox zərərlidir, amma zərərli olan sadə karbohidratlardır. Mürəkkəb karbohidratlar orqanizm üçün çox faydalıdır. 10. Deyirlər ki, qəhvəyi qənd orqanizm üçün faydalıdır. Amma əslində bu belə deyil, qəhvəyi qənd ağ qənd qədər orqanizm üçün təhlükəlidir. 11. Ən yaxşı desertin meyvə olduğu söylənilir, amma, meyvəni yeməklər arasında olan məsafə zamanı yemək lazımdır. 12. Deyilənə görə səhərlər nə istəsəniz onu yeyə bilərsiniz. Amma bu belə deyil, ən yaxşı səhər yeməyi zülal, yağ, karbohidrat və lifli qidalardan ibarət olmalıdır. 13. Deyirlər ki, kalorilərdən idman zalında xilas olmaq olur, amma, insan yatanda da, işləyəndə də kalori verə bilir. 14. Deyirlər ki, meyvələr tərəvəzlər qədər orqanizm üçün faydalıdır, amma, bu belə deyil. Tərəvəzlərin orqanizm üçün faydası daha çoxdur. Gün ərzində 4 hissə tərəvəz, 1 hissə meyvə yemək lazımdır.

Bürclərin sevgi xüsusiyyətləri Sevgiyə möhtac qoçlar, qısqanc əqrəblər...

2023-01-12 01:22:00

İnsanların sevgiyə olduqca fərqli baxışları mövcuddur. Bəziləri çox sevdiyi halda, bir çoxları sadəcə sevilməyi arzulayırlar.

Qoltuqaltı tərləmələri nədən baş verir?

2023-01-12 01:01:00

Qoltuqaltı tərləmələri nədən baş verir? Hiperhidroz nədir? Sən demə tərləmələrin səbəbi parazitlərdir. Mütəxəssislər qoltuqaltı tərləmələrin orqanizmdə olan parazitlər səbəbindən baş verdiyini deyirlər. Son illərin araşdırmaları parazitlərin bəzi qida vasitələri ilə orqanizmı daxil olduğunu qeyd edirlər. Bəzi qida maddələri də parazitlərin artıb-çoxalmasına və bakteriyaların çoxalaraq artıq tərləmə əmələ gətirdiyini təsdiqləyirlər. Son illərə kimi həddindən çox tərləmənin vegetativ sinir sistemi ilə əlaqədar olduğu düşünülürdü. Düzdür, sinir sistemi tərləməyə səbəb ola bilir. Amma son illərin araşdırmaları həddindən çox tərləmələrin mədə-bağırsaq sistemində olan parazitlər səbəbindən baş verdiyini sübut edib. Parazitlər orqnizmdə nəinki hiperhidroza, hətta ən ağır xəstəliklərə səbəb ola bilir. Mütəxəssislər orqanizmdə müxtəlif xəstəliklərin baş verməməsi üçün bağırsaqlarda parazitlərin olub-olmamasını nəzarət altında saxlamağı məsləhət bilir. Bunun üşün isə ən azı ildə bir dəfə müayinə olunmaq lazımdır. Çünki araşdırmalar hətta xərçəngin əmələ gəlməsində parazitlərin rolu olduğunu sübut etmişdir. Parazitlər insanın ürəyində kök salıb müxtəlif xəstəliklər əmələ gətirdiyini söyləyirlər. Ürəkdə parazitlərin kök salması qəfil ölümə də səbəb ola bilir. Parazitlər qadın cinsiyyət orqanlarında müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilirlər. Yumurtalıqların iltihabı xəstəlikləri, fibromioma, mioma, fibroz-kistoz mastopatiya böyrəküstü vəzin xəstəlikləriu, sidik ifrazat sisteminin xəstəliklərinin əmələ gəlməsinə parazit xəstəlikləri səbəb ola bilir. Parazitlər dərinin vaxtından əvvəl qocalmasına da səbəb olur. Orqanizmdə parazitlərin olmasını aşağıdakı əlamətlərdən bilmək olur: * həddindən çox tərləmə * allergiya əlamətləri * Tez-tez angina, soyuqdəymə xəstəliklərinin baş verməsi * xroniki yorğunluq * baş ağrıları * qəbizlik və ya ishal * bədəndə ağrılrın olması * əsəbilik * tez yorulma * əsəbilik, yuxunun pozulması * göz altında tünd rəngli torbaların əmələ gəlməsi

Günün qoroskopu: Başqalarının uğurlarına sevinməyi bacarın

2023-01-12 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Çətin, amma yüksək tələbat olan peşə

2023-01-11 23:45:00

Metal gündəlik həyatımızın ayrılmaz parçasıdır. Bu materialdan bir çox istehsal və tikinti sahələrində geniş şəkildə istifadə olunur. Bu gün metal parçalarını birləşdirən qaynaqçı peşəsinə təlabat artmaqdadır.

Avtomobillərdə “səssiz ölüm”

2023-01-11 23:15:00

Soyuq, saxtalı qış günlərində bəzi sürücülər öz avtomobillərində qızınmaq üçün istilik sistemini işə salırlar. Təəssüf ki, bəzi hallarda bu, faciə ilə nəticələnir.

Nazir Aydın Quliyevin oğlu ilə bağlı əmr imzaladı

2023-01-11 23:10:00

Daxili İşlər Naziri Vilayət Eyvazov Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi vəzifəsinin müvəqqəti icrası ilə bağlı əmr imzalayıb.