Rusiya rahibələrdən Avropada təbliğat casusu kimi istifadə edir KİV


Digərləri 21 İyn 2025 23:41:00 86 0

Rusiya rahibələrdən Avropada təbliğat casusu kimi istifadə edir  KİV

Estoniya hökuməti Kremlin Baltikyanı regiondakı uzaq bir monastır vasitəsilə Avropaya qarşı aparılan hibrid müharibə çərçivəsində rus təbliğatını yaymaq üçün rahibələrdən istifadə etdiyini bildirir. 

Son.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Estoniyadakı Rus Pravoslav Kilsəsinin rahibələri Avropaya qarşı aparılan hibrid müharibədə Rusiya təbliğatının yayılmasında istifadə olunur.

Rahibələrlə Estoniya hökuməti arasındakı münaqişə, onları Moskva Patriarxlığı ilə əlaqəni kəsməyə məcbur edən yeni qanundan qaynaqlanır.

Estoniyanın şərqində yerləşən Pyukhtitski monastırı, din, millətçilik və imperiya nostaljisini birləşdirən "Rus Dünyası" ideologiyasının simvolu sayılır.

Estoniyanın şərqində yerləşən və rəsmi olaraq dünyəvi işlərdən uzaq olduğunu bəyan edən Pyukhtitski monastırı, əslində Qərbdə guya dini azadlıqların təhdid altında olduğunu iddia edən Kreml yönlü fikirləri yayır.

Rus Pravoslav Kilsəsinin rahibələri ilə Estoniya hakimiyyəti arasında davam edən münaqişənin mərkəzində, onları Patriarx Kirill ilə əlaqələri kəsməyə məcbur edən yeni qanun dayanır. Qeyd edək ki, Kirill Ukrayna müharibəsinin açıq tərəfdarıdır.

Monastır isə bu əlaqələri kəsməkdən imtina edir, kilsə qanunlarını əsas gətirir və Estoniya hakimiyyətini "geosiyasi məsələlərdə neytrallığı" pozmaqda ittiham edir.

Lakin Estoniya Daxili İşlər Nazirliyi bu "neytrallıq" iddiasını rədd edir və bildirir ki, monastır əslində Rusiyanın informasiya müharibəsinin bir hissəsidir və Qərbi guya günahsız pravoslav rahibələrə təzyiq göstərən aqressor kimi təqdim edir. Nazirlik həmçinin yeni qanunun monastırı bağlamağa yönəldiyini inkar edir.

Estoniya hökumətinin sözçüsü Martin Tulit "The Telegraph"a müsahibəsində bildirib ki, bu monastır sadəcə dini müəssisə deyil, Estoniya ərazisində Rusiyanın və Moskva Patriarxlığının təbliğ etdiyi "Rus Dünyası" ideologiyasının simvoludur. Bu ideologiya din, millətçilik və imperiya nostaljisini birləşdirir.

Onun sözlərinə görə, monastırın baş rahibəsi Filareta Kalatsova 2011-ci ildə Patriarx Kirill tərəfindən şəxsən təyin edilib və Estoniya tarixinə dair Rusiyanın rəsmi baxışlarını təbliğ edir.

Estoniya Rusiyanı mövcudluq üçün təhlükə kimi görməyə davam etsə də və Ukraynanı fəal şəkildə dəstəkləsə də, ölkədə təxminən 300 min rusdilli sakin yaşayır.

Monastırın baş rahibəsi Filareta isə Kremlə yaxın olmaq ittihamlarını qətiyyətlə rədd edir və bildirir ki, rahibələr sadəcə sakit və dua dolu bir həyat sürmək istəyirlər.

"Bizim həyatımız sadədir - dua və əməyə əsaslanır. Biz bu dünyadan çıxmışıq ki, Tanrıya qulluq edək," - deyə o, bildirib.

Ukrayna müharibəsində Moskva Patriarxlığının dəstəyinə və hücumlardan öncə silahların təqdis olunmasına münasibət bildirən Filareta deyib ki, monastır Kirillin bəyanatlarına görə məsuliyyət daşımır:

"Hər bir müharibə faciədir. Yalnız əsgərlər yox, uşaqlar, qadınlar, qocalar da ölür. Güllə və qumbara körpəni əsgərdən ayırmır. Ağlı başında olan insanlar başa düşür ki, müharibə böyük faciədir."

Monastırın niyə, məsələn, Konstantinopol Patriarxlığının tabeliyinə keçmədiyi sualına Filareta cavab verib ki, bu, kilsə qaydalarına zidd olar. Çünki yeni qanunun əsas tələb etdiyi budur: Rus Pravoslav Kilsəsi ilə kilsə əlaqələrinin tamamilə kəsilməsi.

Sözügedən qanun, Estoniya Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və konstitusiya quruluşunun zorla dəyişdirilməsini dəstəkləyən və ya maliyyələşdirən dini təşkilatlarla əlaqəni qadağan edir.

Moskva Patriarxlığı Ukraynadakı müharibəyə açıq dəstəyi səbəbilə bu qanuna əsasən belə bir təşkilat hesab olunur. Qanun əvvəlcə Estoniya Prezidenti Alar Karis tərəfindən "çox geniş" olduğu əsas gətirilərək veto edilsə də, dəyişdirilmiş formada parlamentə yenidən təqdim olunub və 68 lehinə, 17 əleyhinə səslə qəbul olunub.

Rahibə Filareta bildirib ki, monastır bu qanuna tabe olmaq niyyətində deyil. Yeni dəyişikliklər nəticəsində monastır artıq xüsusi hüquqi statusa malik hüquqi şəxs kimi fəaliyyət göstərə bilməyəcək. Sadəcə hüquqi imtiyazlar olmadan dini icma kimi fəaliyyətini davam etdirə biləcək.

Lalə Qüdrətova Son.az

Xamenei öldürülərsə, yeni lider necə seçiləcək? like
  • 21 İyn 23:22  
Digərləri Xamenei öldürülərsə, yeni lider necə seçiləcək?

Nüfuzlu "The New York Times" nəşri İranın Ali dini lideri Ayətul

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs vəfat etdi like
  • 21 İyn 23:09  
Digərləri Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsin

arrow Ətraflı
İmam və onunla qaçan 16 yaşlı qız danışdı like
  • 21 İyn 23:07  
Digərləri İmam və onunla qaçan 16 yaşlı qız danışdı

Xəbər verdiyimiz kimi, Abşeronda 16 yaşlı qız yaşadığı Aşağı Güzd�

arrow Ətraflı
Fatih Altaylı saxlanıldı like
  • 21 İyn 22:57  
Digərləri Fatih Altaylı saxlanıldı

Jurnalist Fatih Altaylı, YouTube kanalında dünən yayımlanan videosunda Tür

arrow Ətraflı
Aqil M. Quliyev bu yolla formada qalır like
  • 21 İyn 22:51  
Şou-biznes Aqil M. Quliyev bu yolla formada qalır

"Harada işləmişəm, yaşamışam yanımda "qantellər" olub. H

arrow Ətraflı
"23 ildir Amsterdamda yaşayır" like
  • 21 İyn 22:34  
Şou-biznes "23 ildir Amsterdamda yaşayır"

Rəqqasə Fatimə Fətəliyeva ailəsindən danışıb.

arrow Ətraflı
Bakıda qəbiristanlıqda həmyaşıdı öldürən yeniyetməyə like
  • 21 İyn 22:19  
Kriminal Bakıda qəbiristanlıqda həmyaşıdı öldürən yeniyetməyə

Bakıda həmyaşıdını qətlə yetirməkdə təqsirləndirilən Y.M.nin cinay�

arrow Ətraflı
Nadir Qafarzadədən səsküylü açıqlama: “Şərq qadını savadsızdır, Qərb qadını ağıllı!” like
  • 21 İyn 22:00  
Şou-biznes Nadir Qafarzadədən səsküylü açıqlama: “Şərq qadını savadsızdır, Qərb qadını ağıllı!”

Abşeronun Aşağı Güzdək qəsəbəsində baş verən qalmaqallı hadisə - 1

arrow Ətraflı
Səhnədə uşağı başından tutub qaldırdı  VİDEO like
  • 21 İyn 21:32  
Şou-biznes Səhnədə uşağı başından tutub qaldırdı VİDEO

Müğənni Nəfəs yenidən sosial şəbəkədə yayılan videosuna görə tənd

arrow Ətraflı
“İran danışıqlara hazırdır”  Pezeşkian like
  • 21 İyn 21:02  
Digərləri “İran danışıqlara hazırdır” Pezeşkian

"İran nüvə proqramının qlobal xarakterini təsdiqləmək üçün dialo

arrow Ətraflı
Cəlilabadda avtomobillər toqquşdu  Ölən var like
  • 21 İyn 20:24  
Digərləri Cəlilabadda avtomobillər toqquşdu Ölən var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Qaxın sabiq icra başçısı həbs olundu like
  • 21 İyn 20:09  
Digərləri Qaxın sabiq icra başçısı həbs olundu

Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev həbs edilib.

arrow Ətraflı
“Şans” imtahanı ilə bağlı abituriyentlərə ŞAD XƏBƏR like
  • 21 İyn 20:08  
Digərləri “Şans” imtahanı ilə bağlı abituriyentlərə ŞAD XƏBƏR

Bütün ixtisas qrupları üzrə qəbul imtahanının I cəhdinin nəticələri

arrow Ətraflı