Digərləri
2022-12-30 17:18:00
Bu gün Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Vahid Rasim oğlu Hacıyevin Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqda sərəncam imzalayıb.
2022-12-30 16:48:00
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
2022-12-30 16:46:00
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində səkkiz uşağı olan ailə otuz ildir ki, birotaqlı evdə çətin vəziyyətdə yaşayır.
2022-12-30 16:42:00
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 85 nəfər müalicə olunaraq sağalıb.
2022-12-30 16:40:00
Bölgələrdəki bəzi Təhsil müəssisələri qəzalı vəziyyətdədir.
2022-12-30 16:24:00
Son.az bildirir ki, paytaxtda aparılan Yeni İli Harada Və Necə Qarşılayacaqsınız? Sorğusuna paytaxt sakinləri müxtəlif cavablar vermişlər.
2022-12-30 16:20:00
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
2022-12-30 16:16:00
Bu ilin 11 ayı ərzində "Piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində 637 yol-nəqliyyat hadisəsi qeydə alınıb və 335 nəfər həlak olub, 349 nəfər isə xəsarət alıb". Ekspertlər bildirirlər ki, piyada vurulması halları daha çox yeraltı və yerüstü keçidlərdən istifadə edilməməsi səbəbindən baş verir.
2022-12-30 16:14:00
Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunub.
2022-12-30 16:00:00
Türkiyə Respublikasının 159 illik tarixə malik "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsi olan "Ziraat Bank Azərbaycan" ASC 8 il bundan öncə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30.12.2014-cü il tarixli 255 saylı lisenziyası əsasında fəaliyyətinə başlamışdır.
2022-12-30 15:50:00
Özünü 13-cü mərtəbədən atıb öldürən gəncin kimliyi məlum olub.
2022-12-30 15:36:00
Dövlət bağçalarına müəllim və tərbiyəçilər imtahanlar qəbul olunsalarda, bu qayda özəl bağçalara aid deyil.
2022-12-30 15:34:00
Azərbaycana qarşı qərəzli bəyanat verən Nikolay Platoşkin Moskva Humanitar Universitetinin diplomatiya və beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsindən azad edilib.
2022-12-30 14:53:00
Yolkalar, müxtəlif bəzəklər, şaxta baba və yeni il dekorları.
2022-12-30 14:01:00
Dekabr ayının 29-da saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonunun Perimbel kəndi, saat 14:30-da isə Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavalarının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
2022-12-30 13:58:00
Ermənistan-Rusiya münasibətləri yenidən kəskinləşib. Əvvəlcə mövcud hakimiyyət Laçın yoluna görə Rusiyanı və rus sülhməramlılarını günahlandırdı. Sonra Paşinyan Kremlə ultimatium göndərib, Qarabağa çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə hədələdi. Təbii ki, Rusiya tərəfinin reaksiyası gecikmədi. Moskva bildirdi ki, münaqişənin iki tərəfi arasında razılıq olarsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər, bu, təkcə Ermənistanla bağlı deyil, həm də Azərbaycanla bağlıdır. Siyasi dairələr bu gərginlikdən narahatdırlar, bu vəziyyət 2020-ci il müharibəsindən əvvəl də mövcud idi.
2022-12-30 13:55:00
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq on doqquzuncu gündür ki, davam edir.
2022-12-30 13:29:00
Paytaxtın Yasamal rayonunda məhəllərdə uşaq meydançalarının əksəriyyəti baxımsız vəziyyətdədir.
2022-12-30 13:27:00
Daxili İşlər Orqanlarında növbəti kadr dəyişikliyi baş tutub.
2022-12-30 13:23:00
Mövcud konseptual inkişaf sxeminə əsaslansaq, Xırdalana metro xəttinin çəkilməsi aktual deyil.
2022-12-30 13:20:00
Bir əsrdən çox yaşı olan qəzalı yataqxana binasında yaşamaq həqiqətən təhlükəlidir.
2022-12-30 13:15:00
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.
2022-12-30 12:57:00
Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
2022-12-30 12:55:00
PAŞA Holding 44 günlük Vətən Müharibəsi və 2022-ci ilin sentyabrındakı erməni təxribatları zamanı şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladlarına sosial dəstək çərçivəsində tibbi sığorta proqramına başlayır. PAŞA Sığorta tərəfindən təmin olunan sığorta proqramı 1 yanvar 2023-cü il tarixindən tətbiq ediləcək.
2022-12-30 12:24:00
Dekabr ayının 28-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Balışov Elmir Əziz oğlu və Xaçmaz rayon sakini 1988-ci il təvəllüdlü Bayramov Cəlal Akif oğlu saxlanılıblar.
2022-12-30 11:58:00
Son günlər bəzi kütləvi informasiya vasitələrində guya ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun parklama ərazisində 1998-ci il təvəllüdlü Ağayev Nicat Fəxrəddin oğlunun qayınatası ilə mübahisəsi zamanı ağır xəsarət aldığı və qayınatasının ona bir neçə balta zərbəsi endirdiyi barədə xəbər yayılıb.
2022-12-30 11:26:00
Qaradağ rayonundakı "Qoç ət" KFT MMC-yə məxsus kəsim sexində bədbəxt hadisə baş verib.
2022-12-30 11:24:00
Bərdədə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
2022-12-30 10:54:00
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank bank xidmətlərinə olan tələbatı nəzərə alaraq və müştərilərə göstərilən xidmət keyfiyyətini artırmaq məqsədilə Xırdalan şəhərində sayca 2-ci filialını istifadəyə verdi. Açılan yeni filial Xırdalan şəhərinin mərkəzində, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 31-ci məhəllə, ev 3 ünvanında yerləşir. Xırdalan filialı müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.
2022-12-30 10:14:00
2023-cü ildə dövlət büdcə xərclərinin ÜDM-ə nisbətinin 30%-i üstələyəcəyi gözlənilir.