Digərləri
2023-01-07 04:03:00
Bel hissədə baş verən ağrılar onurğada əmələ gələn patologiyalarla əlaqədar olur. Ağrıların baş vermsinin əsas səbəblərindən biri də disklər arasında əmələ gələn yırtıq səbəbindən olur. Bəzi mütəxəssislər onurğa yırtığı zamanı əməliyyat etmənin əleyhinədirlər. Onlar yırtığın ozonoterapiya vasitəsilə malicə oluna biləcəyini qeyd edirlər.
2023-01-07 03:31:00
Hər il Las-Veqasda keçirilən dünyanın ən böyük texnologiya sərgisi pandemiyadan sonra öz qapılarını yenidən açıb.
2023-01-07 03:03:00
Gənəcərçək yağının tərkibində çoxlu qidalandırıcı maddələr var. Bu maddələr saçlar və tüklərin dibi üçün çox faydalıdır. Bəzən saçların tökülməsi tük dibindəki problemlər, dərinin quruluğu və xəstəlikləri səbəbdən baş verir.
2023-01-07 02:02:00
İllər ərzində qan damarlarının divarında müxtəlif zərərli maddələr yığılır. Yığılıb qalmış bu maddələr arteriya damarlarının daralmasına və qanın yaxşı işləməməsinə səbəb olur. Arteriya damarlarının daralması ürəkdə və beyində müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Arteriya damarlarının daralması müxtəlif infeksiya xəstəliklərindən və xolesterinin çox olmasından baş verir.Siz damarların təbii yollıarla effektiv şəkildə təmizlənməsini istəyirsinizsə, bunu yonca toxumu vasitəsilə edə bilərsiniz. Yonca toxumu qanda olan xolesterinin miqdarını azaldır və damarları təmizləyir. Yonca toxumunun tərkibindəki liflər xolesterini və ödü udmaq qabiliyyətinə malikdir. Onun bu xüsusiyyəti arteriya damarlarında olan yağların və toksinlərin təmizlənməsinə səbəb olur. Hazırlanması: 1 stəkan suya 1 çay qaşığı yonca toxumu əlavə edilib 5 dəqiqə qaynadılır. Qaynadıqdan sonra dəmləməni dadlandırmaq üçün 1 qaşıq bal əlavə edilir və qarışdırılır. Qarışımdan səhər və axşam içilir. İçki səhərlər acqarına, axşamlar isə yatmazdan qabaq içilməlidir. Mütəxəssislər müalicə müddətində aşağıdakılara əməl etməyi məsləhət bilirlər: * qida rasionundan yağlı yeməkləri çıxarmağı * şəkər qəbulunun miqdarı azaltmağı * siqaretdən uzaq durmağı * meyvə-tərəvəzlrdən çoxlu istifadə edilir * gün ərzində 2-3 fincan yaşıl çay içilir * gün ərzində bir-neçə qoz yeyilməlidir * dəmləmədən ən azı 1 ay hər gün içilməlidir.
2023-01-07 01:01:00
Bu səhər yeməyi sizin ayda 5 kq arıqlamağınıza və orqanizminizin yığılıb qalmış toksinlərdən xilas olmağınıza səbəb olacaq. Biz günümüzə səhər yeməyi ilə başlayırıq. Səhər yeməyinin yaxşı olmağı bizim günümüzün necə keçəcəyini bəlli edir. Sağlam və bol vitaminli səhər yeməyi bizim gün ərzində enerjili olmağımıza səbəb olur. Mütəxəssislər insaların sağlamlığına səhər yeməyinin böyük rol oynağını qeyd edirlər. Vitamin və minerallarla zəngin səhər yeməyi isə orqanizmdə maddələr mübadiləsinin normal getməsinə və orqanizmin sağlamlığına səbəb olur. Dietoloqlar isə orqanizmdən yığılıb qalmış toksinləri xaric edən və bağırsaqlardan asanlıqla xaric olan səhər yeməyini məsləhət bilirlər. Bu reseptlə hazırlanmış səhər yeməyi qəbizliyi a radan qaldırır və ay ərzində 3-5 kq arıqlamağa səbəb olur. Dietoloqlar istənilən nəticəni əldə etmək üçün bu səhər yeməyini ən azı bir ay qəbul etməyi məsləhət bilir. Bu yeməyin ən azı bir ay yeyilməsi sizin orqanizminizi yığılıb qalmış toksinlərdən azad etməklə saçlarınızın və dırnaqlarınızın sağlamlığını bərpa edəcək və dərinizi cavanlaşdıracaq. Yeməyin hazırlanması: * yulaf - 2 xörək qaşığı * yağsız qatıq - 1 fincan * kakao tozu - 1 çay qaşığı * üyüdülmüş kətan toxumu - 1 çay qaşığı * quru gavalı - 5-7 ədəd Hazırlanması: 1. Yeməyin hazırlanmasına axşamdan başlamaq 2. Gavalının üzərinə 100 qram qaynar su tökülür və 10 dəqiqə saxlanılır. 3. Digər qabda yulaf, kakao və kətan toxumu qarışdırılır. 4. Qarışıma yağsız qatıq əlavə edilir. 5. Sonra yumşalmış gavalı doğranır və qarışıma qatılır. 6. Qarışım blenderdə üyüdülür. 7. Hazırlanmış məhsul soyuducunun dondurma gözündə saxlanılır. Qarışın hər axşam hazırlanır, soyuducuda saxlanılır və səhər donu açıldıqdan sonra otaq temperaturunda qəbul edilir.
2023-01-07 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2023-01-06 23:32:00
Bakı şəhərinin Nəsimi rayonunda yanğın baş verib.
2023-01-06 23:25:00
2023-cü ildə neftin bir barrelini qiyməti yenidən 100 dollara yüksələcək, çünki məhdud təklif artan tələbatla üst-üstə düşür.
2023-01-06 23:05:00
Son.az musavat.com-a istinadən unikal görüntüləri təqdim edir. Milli Qəhrəman Ramil Səfərov, əfsanəvi doyüşçü, Boz QURD Etibar Əmiraslanov, AVMVİB-nin sədri Füzuli Rzaquliyev, 1-ci Qarabağ müharibəsinin digər əfsanəvi döyüşçüləri qazi dostları Mubariz Quliyevin yubileyində rəqs edirlər.
2023-01-06 22:58:00
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov yanvarın 6-da imzalayıb.
2023-01-06 22:44:00
Dünyada ilk dəfə Böyük Britaniyada robot hüquqşünas məhkəmə işi aparacaq.
2023-01-06 22:17:00
"OMA" arxitektura bürosu qeyri-adi - "ReefLine" sualtı park layihəsini tamamlamaq üzrədir.
2023-01-06 22:11:00
Türkiyənin ilk elektromobili olan "TOGG" ABŞ-ın Las Veqas şəhərində dünyanın ən böyük texnologiya sərgilərindən birində yeni konseptlə təqdim edilib.
2023-01-06 21:57:00
21 yaşlı avstraliyalı Harri Sanders şəxsi biznesini qurub.
2023-01-06 21:50:00
Ermənistanın Azərbaycanla sərhədində meşə ərazisi yanır.
2023-01-06 21:43:00
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gədəbəy rayonunun Arıqdam kəndində qızıl emalı zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
2023-01-06 21:30:00
"CinemaPlus" kinoteatrlar şəbəkəsində dekabrın 15-dən etibarən son illərin ən çox gözlənilən filmlərindən biri olan - satış rekordları qırmağa davam edən "Avatar 2: Suyun Yolu" filminin nümayişi başlayıb.
2023-01-06 20:44:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
2023-01-06 19:55:00
Minimum əməkhaqqının artırılaraq 345 manata çatdırılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncam müəllimlər arasında müəyyən qədər çaşqınlıq yaradıb.
2023-01-06 19:00:00
Unibank 2022-ci il ərzində nəzərdə tutulan kapitallaşma prosesini uğurla başa çatdırıb. Bank kapitallaşmanı nəzərdə tutulan proqrama uyğun, investisiya qiymətli kağızlarının həm səhm, həm də subordinasiya borcu olan istiqraz buraxılışı formasında həyata keçirərək, Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəticəsində kapitalını ümumilikdə 31 milyon manata yaxın artırıb. Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımı il ərzində mərhələli şəkildə həyata keçirilib və 2022-ci ilin sonunda uğurla yekunlaşıb.
2023-01-06 18:56:00
Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkin ötən gün Dubayda səhnə alıb.
2023-01-06 18:38:00
Mobil cihazlar, sosial şəbəkələr və uşaqlar. Texnologiyanın elə bir dövrüdür ki, kiçik yaşlı uşaqların əlindindən də mobil telefonlar əskik olmur. Onların əyləncə məqsədi ilə daxil olduqları sosial şəbəkələrdəki kontentlər isə heç də hər zaman güvənli hesab edilmir.
2023-01-06 18:22:00
Gədəbəydə qızıl mədənində mis emalı sexində elektrik naqilləri arasında yaranmış qısaqapanma nəticəsində yanğın baş verib.
2023-01-06 18:05:00
Yanvarın 6-da Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə hər iki qurumun nümayəndə heyətləri Naxçıvan Muxtar Respublikasında dövlət sərhədindən buraxılış məntəqələrində olublar.
2023-01-06 17:45:00
Əlilliyi olan şəxslərin işlə təmin edilməsi prosesi elektronlaşdırılır.
2023-01-06 17:44:00
Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar nəticəsində birbaşa hava yüklərinin daşınmasında maneələr aradan qaldırılıb.
2023-01-06 17:35:00
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 121 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.
2023-01-06 17:22:00
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.