Paşinyan və Lukaşenko Kremldə qısa görüş keçirib
Digərləri 09 May 2025 14:31:00 83 0
Bu xəbəri də oxu: SOCARda yeni təyinat
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında Moskvada, Kremldə qısa görüş keçirilib.
Son.az-ın məlumatına görə, "Pul Pervoqo" Teleqram kanalı liderlərin görüntülərini yayıb.
Kadrlarda onların səmimi şəkildə söhbət etdiyi əks olunur, baxmayaraq ki, görüş son ayların siyasi gərginlikləri fonunda baş tutub.
Son vaxtlar Ermənistan ilə Belarus arasında münasibətlərdə ciddi soyuqluq müşahidə olunurdu. Gərginliyin əsas səbəbi Lukaşenkonun 2020-ci il Qarabağ müharibəsi ilə bağlı verdiyi açıqlamalar olub. Belarus liderinin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi İrəvan tərəfindən narazılıqla qarşılanıb. Paşinyan bu mövqeni əsas gətirərək Ermənistan rəsmilərinə Belarusla yüksək səviyyəli təmasları qadağan edib.
Tənqidçilər hesab edir ki, Paşinyanın bu addımı Ermənistanın regional diplomatiyada getdikcə daha da təcrid olunmasına səbəb olur. KTMT kimi kollektiv təhlükəsizlik platformasında iştirak edən bir ölkənin bu cür ikitərəfli gərginlik yaratması, təşkilatın birliyinə də xələl gətirir. Paşinyan hökuməti bir tərəfdən təşkilatdan şikayətlənir, digər tərəfdən isə üzv dövlətlərlə siyasi körpüləri yandırır.
Ekspertlər bu görüşü, Ermənistan rəhbərliyinin sərt ritorikasına baxmayaraq, reallıqla hesablaşmaq məcburiyyətində qalmasının göstəricisi kimi dəyərləndirirlər. Lukaşenko ilə baş tutan bu qısa dialoq, İrəvanın öz siyasi ritorikasını yumşaltmaq məcburiyyətində qaldığını göstərir.
Kənan Son.az
ABŞ Prezidenti Donald Tramp zəngin amerikalılar üçün vergi dərəcəsini

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 9-da Azərbaycan Respublik

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 9-da Azərbaycan Respublik

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 9-da Azərbaycan Respublik

Ağ rəngi və parlaq qırmızı toxumları ilə çiyələyi xatırladan ananasl

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş ve

Rusiya Prezidenti Vladimir Putin paraddan öncə xarici ölkə liderləri ilə

Hava nəqliyyatı hər bir ölkənin iqtisadi inkişafında və beynəlxalq əla

Əməkdar artist Nuriyyə Hüseynova tələbə vaxtlarından danışıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron

Astroloqlar deyirlər ki, bəzi bürclər doğuşdan zəka, analitik düşüncə

Bəzən insana elə gəlir ki, müharibələr bitir. Toplar, tüfənglər susur.

Faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Qələbə pa
