Digərləri

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir

2023-01-07 15:02:00

Azərbaycan hərbçiləri Türkiyəyə təlimə gedib.

Gələcəyimizin TƏHLÜKƏ MƏNBƏYİ Yoxsulluq içində böyüyən uşaqlar necə təlim almalıdır?

2023-01-07 15:00:00

"Bu gün maddi imkanı olan ailələrin uşaqları asudə vaxtlarını müxtəlif kurslarda, dərnəklərdə, yaradıcılıq evlərində dəyərləndirə bilsələr də, aztəminatlı ailələrin övladları bir çox hallarda bu imkanlardan məhrumdurlar".

Bəzi idxal mallarını yerli istehsal məhsulları əvəz edəcək?

2023-01-07 14:47:00

Qlobal iqtisadi böhranın Azərbaycana təsirini azaltmaq üçün dövlət tərəfindən işlər görülməkdədir.

Qarpız pəhrizi əslində arıqlatmır

2023-01-07 14:40:00

Yayda xanımların əksəriyyəti qarpız pəhrizi saxlayaraq arıqlamaq istəyir. Lakin bu əslində bir mifdir.

Kafe və restoranlarda kababların qiyməti niyə fərqlidir?

2023-01-07 14:36:00

Çəkisi eyni olsa da, fərqli restoranlarda fərqli qiymətlərə təklif olunur.

Artım pensiya kapitalına necə təsir edəcək?

2023-01-07 14:24:00

Minimum pensiya məbləğinin 240 manatdan 280 manata çatdırılmasının pensiya kapitalının minimum məbləğinə də təsiri olacaq.

Qərbi Azərbaycandan olan Saday dayının yurd həsrəti

2023-01-07 14:17:00

1988-ci ilin qış ayları idi. Mənfur ermənilər kəndlərə soxulur, evləri qarət edir, azərbaycanlıları öldürürdülər. Qışın sərt keçməsinə və havaların şaxtalı olmasına baxmayaraq, yollar hələ də buz bağlamamışdı. Sanki canımızı qurtarmaq üçün Allah bizə yol açırdı. Beləcə qışın şaxtasında həmin yollarla yurd yerimizdən çıxdıq. Allah o günləri bir də göstərməsin...

Lerikli gənc təhsilini Cənubi Koreyada davam etdirəcək

2023-01-07 14:06:00

Lerik rayonundan olan Sevinc Nuriyeva Cənubi Koreyanın Kyung Hee Universitetinin Qlobal Təqaüd Proqramının qalibi seçilib.

Şah İsmayıl Xətainin ziyarət etdiyi Şeyx Zahid türbəsi

2023-01-07 13:55:00

İslam dini təşəkkül tapdıqdan sonra Azərbaycanda da bir sıra ziyarətgahlar - ocaqlar, türbələr, pirlər və xanəgahlar yaranıb.

Bir iynədən istifadə olunmaqla yaradılan təkrarolunmaz sənət nümunələri

2023-01-07 13:44:00

Zəngin və maraqlı qurama sənəti Azərbaycanda olduqca qədim ənənələrə malikdir. Bir zamanlar qənaət məqsədilə parça qalıqlarından tikilən quramalar sonralar tikmə sənətinin bir növünə çevrilərək məişətdə özünə geniş yer tapıb.

Sağlamlıq, sevinmək və yaxşı əhvalruhiyyə üçün

2023-01-07 13:40:00

Sağlamlıq, sevinmək və yaxşı əhval-ruhiyyə üçün 20 vərdişi inkişaf etdirmək təklif edilir. İndi onları izləməyə başlayın və bu sadə tövsiyələrə əməl etməklə hansı heyrətamiz dəyişikliklərə nail ola biləcəyinizi görəcəksiniz.

Gəncəli rəssamın hazırladığı qılınc növləri

2023-01-07 13:36:00

Əməkdar rəssam Mübariz Əkbərov evindəki kiçik emalatxanasında xəncər, qılınc, beybud, yamən, şpaqa, kukri və digər silah növlərini hazırlamaqla məşğuldur.

Hacıqabuldakı qədim məzarlıq və “Uçuq Pir”in tədqiqata ehtiyacı var

2023-01-07 13:25:00

Hacıqabul rayonunun Udulu kəndi ərazisində yerləşən və antik dövrlərə aid qəbiristanlıqda qədim məzarların baş daşları və kurqanlar bu günədək qalmaqdadır.

Parlaq dəri və güclü saçlar üçün avokado maskası

2023-01-07 13:20:00

Xanımların ən çox baxıma ehtiyac duyduğu və sağlamlığına diqqət etdiyi yerlər arasında saç və cild ilk sırada yer alır. Təkcə gözəllik deyil, həm də üzdə yaşlanma əlamətlərini gecikdirmək üçün müxtəlif baxım vasitələri, prosedurlar var.

Sabah Bakıda qar yağacaq PROQNOZ

2023-01-07 13:01:00

Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, sulu qar, axşama doğru qar yağacağı gözlənilir.

1417 yaşlı qızlar arasında ABORT sayı niyə artıb?

2023-01-07 12:40:00

"Son 1 ildə 14-17 yaşlı qızlar arasında abortların sayı 2 dəfə artıb. Bu da o deməkdir ki, qızlarımız cinsi həyata çox erkən başlayırlar. Bu isə ondan qaynaqlanır ki, yeniyetmə qızlar təhsildən yayınır və yaxud yayındırılır. Bu gün erkən ərəvermələr N qədərdir. Valideynlər qızlarını pula satırlar. Və yaxud təhsildən yayınan qızlar çox erkən cinsi həyata başlayırlar".

Polisdən təqdirəlayiq addım Vətəndaşa belə kömək etdi

2023-01-07 12:34:00

Xəzər rayonunda 3 yanvar tarixində intihara cəhd olub.

İstanbulda ağır qəza: Tramvayların hərəkəti dayandırıldı

2023-01-07 12:31:00

Türkiyənin İstanbul şəhərində Zeytinburnu Seyit Nizam küçəsində ağır qəza baş verib.

Marsda YENİLİK: Enerjinin effektiv əldə edilməsi ÜSULU

2023-01-07 12:20:00

Alimlər Mars planetinin iqliminin kompüter modelləşdirilməsini aparıblar. Bu üsulla onlar Marsda külək turbinlərinin yerləşdirilməsinin nə dərəcədə effektiv olduğunu öyrənmək istəyiblər.

Nizami Qocayevin yerinə o gətirildi

2023-01-07 12:03:00

Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə nazirliyin Gəncə şəhəri üzrə İcra İdarəsinə yeni rəis təyinatı olub.

Komando hərbi hissələrində xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ VİDEO

2023-01-07 11:52:00

Komando hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulu davam edir.

İsmayıllıda 21 yaşlı qız itkin düşüb

2023-01-07 11:45:00

İsmayıllı rayon sakini, 2002-ci il təvəllüdlü Ayişə Məmmədova ötən il dekabrın 26-da Ruşan kəndində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bakıda məşhur restoranın fəaliyyəti dayandırıldı

2023-01-07 11:35:00

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Azərbaycanda məktəbdə QƏTL:

2023-01-07 11:24:00

Ötən gün Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsində qətl olması barədə xəbər vermişdik.

Qazi Mirdavud Tahirov vəfat etdi

2023-01-07 11:21:00

Şuşa döyüşlərində ağır yaralanan və 2 ildən artıqdır müalicə olunan qazi Mirdavud Tahirov vəfat edib.

DYP sürücülərə

2023-01-07 10:52:00

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Müdafiə Nazirliyi ilə Dövlət Komitəsi arasında birgə tədbirlər planı imzalanıb

2023-01-07 10:45:00

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb.

Avtomobildə yatan gənc oğlan faciəvi şəkildə öldü

2023-01-07 10:39:00

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Ağdaşda naməlum xəstəlik: heyvanlar tələf olur

2023-01-07 09:46:00

Ağdaşda iri və xırda buynuzlu heyvanlar arasında tələfat qeydə alınıb.

Pnevmoniya zamanı fiziki müalicə metodları

2023-01-07 08:59:00

Pnevmoniya zamanı fiziki müalicə metodlarından az istifadə edilir. Halbuki bu xəstəliyin sağalmasında fiziki müalicənin tarixi uzun illərin müşahidlərinə əsaslanır. Bu müalicələrə aşağıdakılar aiddir: * Kəskin iltihab dövründə etitrop terapiya ilə yanaşı ağciyərin iltihab ocağı ətrafına UYT elektrik sahəsi tətbiq edilir. * Bədənin temperaturu normallaşdıqda və ya subfebril hərarət saxlandıqda 3-5 seans ultra bənövşəyi şüalanma təyin edilir. * Xəstəyə 6-8 seans induktotermiya aparılır. * Bronxial drenaj funksiyasını yaxşılaşdırmaq üçün 1-12 prosedur amplipulsterapiya tətbiq olunur. * Pnevmoniyanın uzun sürən gedişində həm zədələnmə nahiyyəsinə, həm də ağciyərlərin kökü və böyrəküstü nahiyyələrinə desimertli diapazonda elektromaqnit dalğaları tətbiq edilir. * Uzun sürən gedişli pnevmoniyada və qalıq əlamətlərini ləvğ etmək üçün qızdırıcı müalicə proseduraları (parafin, palçıq) tətbiq edilir. * Yarımremissiya dövründə və ya sağalma etapında distansion aeroionoterapiyadan (hər gün və ya günaşırı 10-15 terapiya) tətbiq edilir. * Pnevmoniyalı xəstələri temperaturu normallaşdıqdan 2-3 gün sonra xəstələrə müalicə bədən tərbiyəsi ilə məşğul olmağın faydası böyükdür. Bu zaman xəstənin döş qəfəsi divarının tənəffüs hərəkətliliyinin artmasına, plevral bitişmələrin dartılmasına kömək edən, qarın presini gücləndirən idman hərəkətlərindən istifadə edilir. * Pnevmoniya keçirən xəstələrə şəhər ətrafı meşə sahələrində kurort müalicəsi çox faydalı təsir göstərir.

“Azərbaycan “Türk axını”nda iştirakçı ola bilər”

2023-01-07 08:28:00

"Azərbaycan "Türk axını" təbii qaz layihəsində iştirakçı ola bilər".

Qazanılmış toksiplazmoz

2023-01-07 08:25:00

Xəstəliyin inkubasiya dövrü 3-10 gündür. Xəstələrdə bu zaman ümumi halsızlıq, əzələ və oynaq ağrıları bir-neçə həftə və ya bir-neçə ay davam edə bilir. Xəstəliyin kəskinləşməsi zamanı isə aşağıdakı əlamətlər meydana çıxır: - hərarətin yüksəlməsi - üşütmə - limfopadenopatiya. Qazanlmış toksiplazmoz zamanı xəstələrin dərisində səpgilər meydana gəlir, dabanda, əlin içərisində, başın tüklü hissəsində səpgilərə rast gəlmək olmur. Ümumi yoluxucu xəstəlik əlamətləri ilə yanaşı müxtəlif üzvlərin yoluxmasının göstərən klinik mənzərə qeyd edilir. Yəni xəstələrdə miokardit, pnevmoniya, ocaqlı nekrotik nefrit, hepatit inkişaf edə bilir. Qazanılmış toksiplazmoz mərkəzi sinir sisteminin yoluxmasına səbəb olduqda meningit, ensefalit, meninqoensefalit xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Bu zaman xəstələrdə ümumi beyin və meningial əlamətlər meydana çıxır ki, bu da parez, iflıc, tonik qıcolmalar, gözün hərəki pozulmaları və koordinator pozulmalar şəklində özünü biruzə verir. Bunlardan başqa xəstələrdə aşağıdakı patologiyalara da rast gəlinir: - şüur pozulmaları - letargiya - yaddaşın pozulması - məkan daxilində oriyentasiyanın itirilməsi - anemiya - lekositoz. Xəstəliyə diaqnozun qoyulmasında KT zamanı aşkarlanan abseslər, kalsinatlar, hidrosefaliyanın olması və qanın analizləri zamanı toksiplazmoz agentinin müəyyən olunmasının rolu böyükdür. Limfa düyünü və əzələnin bioptatında törədicinin tapılması xəstəliyin diaqnozunu təsdiqləyir. Müalicə xloridin və sulfadimezinin kompleks təyini ilə aparılır. Müalicə 5-10 gün aparılır, sonra 10 gün fasilə verilib yenidən 2 dəfə davam etdirilir.