Digərləri

Ermənistanda polis Rusiyanın hərbi bazasına

2023-01-08 13:32:00

Gümrü şəhərində polislər elan edilən anti-Rusiya aksiyasından əvvəl Rusiyanın bu şəhərdə yerləşən 102-ci hərbi bazasına girişləri bağlayıb.

Sizdə bu əlamətlər varsa, dünyada yeni yayılan virusa yoluxmusunuz

2023-01-08 13:08:00

XBB.1.5 indiyə qədər aşkar edilmiş ən yoluxucu Omikron alt variantı kimi təhlükə yaradır və tərkibindəki mutasiyalar sayəsində sürətlə yayılaraq hüceyrələrə yapışmağa və çoxalmağa imkan verir.

Sabah da qar yağacaq

2023-01-08 13:00:00

Sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-şərq küləyi əsəcək.

Təhsil İdarəsindən tualetsiz məktəblə bağlı VİDEOya reaksiya

2023-01-08 12:56:00

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yayılan videoya aydınlıq gətirilib.

Tovuzda 25 yaşlı qadın itkin düşüb

2023-01-08 12:20:00

Tovuzda itkin düşən şəxs axtarılır.

Hulusi Akar Azərbaycan xalqına təşəkkür etdi

2023-01-08 11:56:00

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan xalqına təşəkkür edib.

Evində alt paltarında gəzən qadın qızının TikTok VİDEOsuna düşdü

2023-01-08 11:08:00

Sosial şəbəkə fenomeni Geabriella Ellis paylaşımı ilə diqqət çəkib.

Sülhməramlılara aid daha bir minik maşını Laçın yolundan keçdi VİDEO FOTO

2023-01-08 10:50:00

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 28-ci gündür ki, davam edir.

Bu ərazilərə 18 sm qar yağıb

2023-01-08 10:26:00

Yanvarın 8-i saat 09:00-a olan məlumatına əsasən, 7-si axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağıntılı olub, dağlıq və Aran rayonlarında sulu qar, qar yağıb.

Şəmkirdə eyni vaxtda iki ev yanıb

2023-01-08 10:10:00

Şəmkirdə eyni vaxtda iki yanğın hadisəsi baş verib.

Bu qadının nə etmək istədiyini heç polislər də anlaya bilmədi VİDEO

2023-01-08 09:45:00

Bu qadının nə etmək istədiyini nə sürücülər anlaya bilir, nə polis, nə də izləyicilər...

Azərbaycanda keçmiş polis serjantı öldürüldü

2023-01-08 09:36:00

Yevlaxda keçmiş polis əməkdaşı öldürülüb.

Erotik rəqsi ilə konsertdə diqqət çəkdi VİDEO

2023-01-08 09:18:00

Sosial şəbəkədə yayılan görüntülər maraqla qarşılanıb.

Bakıda məşhur restoranın yaxınlığında partlayış olub FOTO

2023-01-08 09:08:00

Bakının Nərimanov rayonunda yanğınla müşahidə edilən partlayış qeydə alınıb.

Hansı xəstəliklər zamanı nə etməli?

2023-01-08 08:59:00

1. Tempratur yüksələn zaman xəstəni yatağa uzadıb, əynindəki isti paltarları çıxartmaq, alnına yaş əski qoymaq, tempratur 38 dərəcə C-dən artıq olarsa, qızdırmasalıcı dərmanlar vermək lazımdır. Qızdırmanı aşağı salmaq mümkün olmadıqda həkimə müraciət etmək lazımdır, çünki  qızdırma hər hansı bir xəstəliyin əlaməti ola bilər. 2. Mədə-bağırsaq pozğunluqları zamanı qarında ağrı, qusma və ishal baş verir. Bu zaman xəstəni ailə üzvlərindən tədric eləmək və anus ətrafını yaxşı yumaq lazımdır. Bir-neçə gün pəhriz və bitki müalicələri ilə əlamətlər aradan qalxmasa, mütləq həkimə müraciət etmək lazımdır. 3. Zəhərlənmə zamanı həkim gələnə qədər təcili xəstəni qusdurmaq lazımdır. Xəstənin dilinin qaidəsinə basmaqla, xəstənin süni surətdə qusdurulması müalicənin yarısı deməkdir. 4. Qıcolma zamanı həkiməqədər xəstəyə yardım etmək vacibdir. Bu zaman xəstəni düz yerə uzadıb, üzünü yana çevirmək lazımdır. Xəstəni əynindəki sıxıcı paltarlardan azad eləmək, pəncərələri açmaq, ətrafdakı adamları xəstədən kənarlaşdırmaq lazımdır. 5. Burun qanaxması zamanı xəstəni sakit uzadıb, aınına soyuq suda isladılmış dəsmal qoymaq lazımdır. Qanaxma güclü olarsa burun dəliklərinə tampon qoymaq və mütləq həkimə müracirət etmək lazımdır. Çünki burun qanaxmaları həyat üçün təhlükəli sayıla bilir. Burun qanaxmalarına qanyaradıcı orqanların xəstəlikləri zamanı, yüksək arterial təzyiq olduqda, burunun selikli qişalarının genişlənməsi və yaralanmalara səbəb ola bilir. 6. Yanıqlar zamanı ilk yardım yanığı törədən səbəbi aradan qaldırmaqdır. Bədənə yapışmış paltarları çıxarmaq və ya yanmış hissəni cəld cırıb çıxarmaq lazımdır. Yanıqlar zamanı dəriyə əllə toxunmaq olmaz. Kimyəvi yanıqları bol su ilə yumaq, mütləq həkimə müraciət etmək lazımdır. Bütün yanıqlar zamanı xəstəyə bol su içirmək lazımdır. 7. Qusma bir çox xəstəliklərin əlaməti ola bilər. Bu xəstəliklərə mədə xorası, kəllədaxili təzyiq, qastrit, öd kisəsi xəstəlikləri, miqren, zəhərlənmə və s. aiddir. Qusma zamanı xəstənin başını tutaraq qusmasına yardım etmək, sonra isə onu yatağa uzatmaq lazımdır. Xəstənin paltarının yaxasını açmaq, alnına soyuq suda islanmış əski qoymaq lazımdır. Qusmanın ardı-arası kəsilmirsə və səbəbi aydın deyilsə mütləq həkimə müraciət etmək lazımdır.

Ayaqlara necə qulluq etməli?

2023-01-08 08:55:00

1. Ayaq göbələyi. Ayaqdakı göbələklərdən xilas olmaq üçün ayağınızı vanna edəcək suya antiseptik ağızyaxalayıcısı tökün və bu prosesi bir neçə seans təkrarlayın. Bu zaman ayağınızdakı göbələk xəstəliyi tamamilə sağalacaq. 2. Bərkiyib əyilmiş barmaqlar. Bu kalsium defisiti, artrit və s. zamanı yarana bilir. Ayaq barmaqlarınızın əyildiyini hiss edirsinizsə o zaman barmaqlarınızı gimnastika edin. Mütəmadi ayaq barmaqlarının isti vanna və gimnastika edilməsi barmaqlarda baş verən deformasiyanın qarşısını alır. 3. Mazollar. Mazol olan hissəyə tünd dezedorant sürtüb selofonla bükmək mazolun yumuşalıb əriməsinə səbəb olur. 4. Ayaq sümüklərində ağrı. Qırmızı acı bibər blenderdə üyüdülür və vazilenə qatılır. Qarışım ayağa sürtülür və yanğı hissi başlayandan bir müddət sonra silinir. Qarışım ayaqda iltihab səbəbli əmələ gələn ağrıların aradan qalxmasına səbəb olur. 5. Döyənək. Alma sirkəsinə rəndələnmiş soğan əlavə edilib döyənəklərin üstünə qoyulub salafana bükülür və corab geyinilir .Bu proses döyənək yumşalıb qopana kimi təkrarlanır. 6. Podaqra. Podaqranın əmələ gəlməməsi üçün qida rasionunuzdan şəkəri çıxarın. Əgər hər səhər yarım çay qaşığı sodanı bir stəkan suya qatıb içsəniz, bu sizin orqanizminizin turşu balansını normallaşdıracaq və podaqranın inkişafını ləngidəcək. 7. Barmaqların arasında mikoz. Sarımsaq soyulub təmizlənir. Uzununa doğrandıqdan sonra barmaqların arasına qoyulur. Bu barmaqların arasında olan göbələk xəstəliyinin əlamətlərini aradan qaldıracaq və sağalma prosesindən sonra ayalardakı iy aradan qalxacaq. 8. Zədə. Ayaqlardakı zədələnmə səbəbli baş verən ağrıları aradan qaldırmaq üçün ağrıyan nahiyəyə mentol sürtmək lazımdır. Zədələnmə dərin olduqda isə mütləq həkimə müraciət etmək lazımdır. 9. Qalınlaşmış dəri. Ayaqlarda olan qalınlaşmış dərini aradan götürmək üçün 2 litr siya 6 xörək qaşığı hidrogen peroksid töküb ayaqları vanna etmək lazımdır. Bu zaman həmin hissə yumşalır və qalın dəri asanlıqla təmizlənir.

Bəzi xəstəliklər zamanı ilk tibbi yardım

2023-01-08 08:51:00

1. Gözə yad cismin düşməsi zamanı yad cisim göz qapağının altına düşüb buynuz qişanı zədələyə bilər. Buna görə də çalışıb ondan tez xilas olmaq lazımdır. Yad cisim adi qum və ya kül dənəciyi ola bilir və insanda narahatçılıq hissi yaradır. Gözə yad cisim düşdükdə ovuşdurmaq olmaz, çünki buynuz qişa zədələnə bilər. Gözdən yad cismi cıxarmaq üçün aşağı və ya yuxarı göz qapağını qabağa doğru dartır, suda islanmış təmiz yaylığın ucu ilə çıxardırlar. Əgər bu da kömək eləmirsə, dərin qaba su töküb gözü suyun içində bir-neçə dəfə açıb yumaq lazımdır. 2. Gün vurması zamanı xəstədə baş ağrıları, ürəkbulanma, qarında ağrılar və huşun itməsi baş verir. İlk yardım məqsədilə xəstəni sərin yerdə uzatmaq və təmiz havaya çıxarmaq, onu soyundurub nəm mələfəyə bükmək, başına buz və ya soyuq kompres qoymaq, buzlu içkilər vermək lazımdır. 3. Günəş yanıqları əmələ gəlməsin deyə dəriyə badam, qoz və ya şit yağ sürtmək lazımdır. Xalq arasında günəş yanıqları zamanı dəriyə xiyar suyu və ya qatıq sürtülür. 4. İldırım vurması zamanı xəstəyə təcili süni tənəffüs vermək və naşatır spirti iylətmək lazımdır. Xəstə təcili həkimə çatdırılmalıdır. 5. Qida zəhərlənmələri zamanı xəstəni təcili qusdurmaq lazımdır. Mütləq həkimə müraciət etmək lazımdır. 6. Oynaqların gərilməsi zamanı oynaqlarda ağrı, şişkinlik, hərəkətin çətinləşməsi baş verir. Gərginlik hiss olunan yerə sarğı qoyulub həkimə müraciət etmək lazımdır. 7. Sınıq və çıxıq şübhəsi olduqda həmin hissədə siddətli ağrılar olur və xəstə həmin nahiyyəni hərəkət etdirə bilmir. Bu zaman sınıq şübhəsi olan hissəni tərpənməz hala gətirib, xəstəni təcili xəstəxanaya çatdırmaq lazımdır. 8. Ürək -damar xəstəliklərinin əlamətləri təngnəfəslik, taxikardiya, sifətin göyərməsi, soyuq tər və sairədir. Bu zaman xəstəyə sakitlik vermək lazımdır. Onu yatağa uzatmalı başının altını isə hündür etmək lazımdır. Xəstənin üzünə və döşünə soyuq su çiləyir, pışikotu dəmləməsi və ya korvolol vermək olar. Xəstəni vəziyyətdən çıxardıqdan sonra mütləq həkimə müraciət edilməlidir.

Epididimit

2023-01-08 08:46:00

Epididimit xaya artımının iltihabi prosesi olub, angina, qrip, pnevmoniya və başqa xəstəliklər zamanı hematogen yolla infeksiyanın xaya artımına keçməsi nəticəsində baş verir. Infeksiya xaya artımına toxumçıxarıcı axar vasitəsilə onun antiperistaltik hərəkətləri sayəsində, sidik kanalının iltihabi prosesi zamanı , həmçinin kateterin sidik kanalında uzun müddət qalması zamanı baş verir. Klinikası: Epididemit qəflətən başlayır, xaya artımı böyüyür, ağrı meydana çıxır. Bədən hərarəti 38-40 dərəcəyə yüksəlir. Iltihabi proses və ödem xaya qişaları və xayalığa yayılır, xaya şişir, dərisi dartınır, hamarlaşır, hiperemiyalaşır və xaya qişalarının suluğu baş verir. Ağrılar qasıq nahiyəsinə, bəzən belə, büzdümə ötürülür. Hərəkət zamanı güclənir, odur ki, xəstələr yataqda uzanmağa üstünlük verirlər. Vaxtında müalicə aparıldıqda 2-3 gün sonra ağrı və ödem azalır, bədən hərarəti normallaşır. 3-4 həftəyə kəskin epididemit tamam sorulur və iltihabın zədələdiyi yerdə çapıq birləşdirici toxuma qalır. Təsadüfən iltihabi irinliklər birləşib xaya artımının absesini meydana çıxara bilir. Müalicəsi:  İlk növbədə xəstəyə yataq rejmi təyin olunmalıdır. Pəhrizdə kəskin və qıcıqlandırıcı qidalardan imtina olunur, çoxlu maye qəbul olunur. Xəstə suspenzoriydən istifadə etməlidir, xaya nahiyəsinə buz kisəciyi qoyulur. Xəstəliyi yaradan mikrobların təyini çətin olduğu üçün geniş spektrli antibiotiklərdən istifadə edilir , yaxud ximiopreparatlardan , ftorxinolonlardan istifadə olunur. Kəskin iltihabi proses sakitləşdikdən sonra isti-xayaya qızdırıcı kompres, diatermiya, ultrayüksək tezlikli cərəyan iltihabın tez sorulmasına kömək edir. Xaya artımında abses baş verdikdə onu cərrahi yolla işləmək lazım gəlir.

Bəzi xəstələrə ev şəraitində ilk tibbi yardım

2023-01-08 08:41:00

1. Böyrək sancılarını adətətən böyrək daşları verir. Sancılar əgər arxadan qabağa doğru və oradan da qasıq nahiyyəyə vurursa, bu daşın böyrəkdən sidik axarına düşdüyü zaman baş verir. Əgər xəstənin sidiyində qan görünürsə, bu diaqnozu təsdiqləyir. Bu zaman xəstəyə ediləcək ilk tibbi yardım onu isti yatağa uzatmaqdan ibarətdir. Belə vəziyyətlərdə xəstənin ağrıyan nahiyyəsinə isitqac qoyulur, xəstəyə ağrıkəsici dərman verilir. Sancı tutmaları zamanı xəstəyə bol maye içirtməkdə və isti vannaya oturtmaqda fayda var. Həkimə mütləq müraciət edilməlidir. 2. Öskürək bronxlarda, ağciyərlərdə və yuxarı tənəffüs uzvlərinin xəstəliklərində meydana çıxır. Quru, xırıltılı və yaş ola bilir. Öskürək uşaqlarda göyöskürək və qızılca zamanı da təzahür edə bildiyinə görə, mütləq həkimə müraciət etmək lazımdır. Xəstəyə ev şəraitində yardım məqsədi ilə isidici və tərlədici tədbirlərdən istifadə etmək olar. 3. Öd kisəsinin ağrıları xolisistit və öd kisəsinin daşı zamanı baş verir. Bu zaman xəstə qəfildən sağ qabırğaaltı nahiyyədə sancı hiss edir, ağrı sağ kürəyə də təsir göstərir və qusma ilə müşayiət olunur. Öd sancıları adətən yağlı, qızardılmış və xəmir xörəklərindən sonra tutur. Həkiməqədər ilk yardın xəstəni sakit yerdə uzatmaqdır. Xəstəyə spazmolitikdən başqa ayrı dərman vermək olmaz. 4. Appendisit korbağırsağın iltihabi xəstəliyidir. Sancılar baş verən zaman xəstəyə isitqac qoymaq və yemək verək olmaz. Xəstə təcili xəstəxanaya çatdırılmalıdır. 5. İlan sancması zamanı xəstənin ilan sancan yerdən yuxarı hissəsini bərk sıxmaq lazımdır. Bağı 1 saatdan sonra açıb yenidən bağlamaq lazımdır. Çalışıb xəstəni bir saat müddətində xəstəxanaya çatdırmaq lazımdır. 6. Arı sancması zamanı çalışıb steril iynə vasitəsilə arının neştərini çıxarmaq lazımdır. Arı sancan yerə durulaşdırılmış spirtdə isladılan əski qoymaq lazımdır. 7. Əqrəb sancması qorxulu hal hesab edilir. Çünki bu zaman xəstədə boğulmalar əmələ gəlir, xəstənin temperaturu yüksəlir, ümumi zəiflik əlamətləri müşayiət olunur, xəstə titrəyir. Həkiməqədər ilk tibbi yardım əqrəb sancan yeri qızdırılmış bıçaqla dağlamaqdır.

Prostat vəzin xoşxassəli hirerplaziyası

2023-01-08 08:35:00

Prostat vəzin xoşxassəli hiperplazioyası prostatın qeyri - şiş mənşəli böyüməsi olub sidik ifrazının qıcıqlanması ilə müşayət olunur. Əvvəlki dövrlərdə işlədilən adenoma sözü son illərdə hiperplaziya ilə əvəz olunub. Xəstəlik ən çox 50 yaşdan yuxarı kişilərdə müşayət olunur. 60 yaşdan yuxarı kişilərdə 50%, 70 yaşdan sonra isə 90% kişilərdə xəstəliyin əlamətləri tapılır. Hiperplaziya əsasən sidik kisəsinin boynunda, sidik axarının ətraf toxumalarında baş verir. Prostat vəzdə birəşdirici toxuma mənşəli düyünlər əmələ gəlir ki, bu düyünlər sidik kisəsini qıcıqlandırır. Xəstəlik sidik ifrazı zamanı ləngimənin olması, tez-tez, qırıq-qırıq sidiyə getmə, sidik şırnağının azalması əlamətləri ilə özünü göstərir. Sidik ifrarının tezləşməsi, miqdarının azalması və sidik ifrazına çağırış kimi siqnallar xəstəliyin əsas əlamətlərindən biridir. Xəstəlik vaxtında və düzgün müalicə olunmazsa ağaırlaşmalara səbəb olur. Prostat vəzin hiperplaziyasının ağırlaşması sidik kisəsinin dolu olub sidiyə çıxa bilməməkdir. Kisədə yığılıb qalan sidik ya qeyri-ixtiyari damcılayır, ya da sidik kisəsində qalıb infeksiyalaşır. İnfeksiyalaşmış sidik böyrəklər üçün əsil təhlükə mənbəyidir. Diaqnozu: Xəstənin anamnezinə əsaslanaraq, rektal müayinənin və USM-in nəticələrinə əsaslanaraq qoyulur. Müalicəsi: Müalicəsində hiperplaziyanı aradan qaldıran bitki və dərman vasitələrindən istifadə olunur. Xəstəlik müalicəyə tabe olmazsa cərrahi müdaxilə edilir.

Bayılma nədir?

2023-01-08 08:31:00

Bayılma düşüncənin qəfildən pozulması ilə xarakterizə olunan simptomdur.O beyin toxumasında qidalanmanın kəskin surətdə pozulması səbəbinən baş verir. Beyin damarlarının qısamüddətli spazmı və ya ürək yığılmalarının kəskin surətdə zəifləməsi bayılmaya səbəb ola bilir. Bu yığılmalara aiddir: - ürəyin blokadası - ekstrasistoliyadan sonra olan kompressator pauza. Beyin damarlarının qısamüddətli spazmına səbəb olan müxtəlif amillər (mənfi emosiyalar ,ağrı), bəzi farmokoloji preparatların (qanqiloblakatorların) həddindən artq qəbulu, bir sıra reseptor zonaların  (sinokarotid zona, vestibulyar aparat) kəskin surətdə qıcıqlanması bayılmaya səbəb ola bilir. Bəzən insan həddindən artıq fiziki gərginliyə məruz qaldıqda da bayılma vəziyyətinə düşə bilir. Bayılma adətən bir neçə dəqiqədən artıq davam etmir. Bu dövrdə xəstədə aşağıdakılar baş verir: - xəstənin ümumi vəziyyəti pisləşir - narahatlıq hissi yaranır - damar tonusu azalır - əzələ tonusu azalır - xəstənin huşu itir. Bayılma baş verməzdən əvvəl xəstədə ümumi zəiflik, baş ağrıları, öyümə, ürək nahiyyəsində xoşagəlməz hissiyyat müşahidə edilir. Bunun ardınca xəstənin gözləri qaralır, qulaqlarda küy yaranır. Bu dövrdə xəstədə vegetativ damar pozğunluqları müşahidə edilir, dərinin və selikli qişaların rəngi avazıyır, arterial təzyiq aşağı düşür. Bir neçə saniyədən sonra xəstə huşunu itirir və yıxılır. Bayılma zamanı xəstənin huşunun bərpa edilməsi prosesin ağırlığından asılı olaraq bir neçə saniyədən, bir neçə dəqiqəyə qədər dəyişir.

Əkscisim deffekti

2023-01-08 08:25:00

Bu xəstəlik yalnız oğlanlarda rast gəlinən allergik xəstəlikdir. Xəstəlik X deffektli xromosom daşıyan anadan residiv genlə oğluna keçir. Bu gen Xq22 gen B -limfositlərinin yetişməsində işrtirak edir. İlk yaşlardan uşaqlarda qrammüsbət və qrammənfi infeksiyalar, irinli dəri ifeksiyaları, tənəffüs və bağırsaq infeksiyaları , sepsis, meningit və paratizar xəstəliklər təkrar olunur. Aktiv vaksinasiya, məsələn, polimielit vaksinasiyası aparıldıqda uşaqlarda uzun müddət selikli qişa ifrazatlarında virulentliyini qorumuş törədici müəyyən edilir. Limfoid toxumanın böyüməsi qeyd edilmir, limfa düyünləırinin histoloji müayinəsində rüşeym mərkəzləri və plazmtik hüceyrələrin azlığı qeyd olunur. DİAQNOZU: İmmunoqrammada periferik qanda B-limfositlər tapılmır, sümük iliyində reseptorlu yetişməmiş B-limfositlər olur. Qan zərdabında İgM və İgA əkscismləri olmur, İgG əkscisimlərinın sayı və funksiyası normal olur. Diaqnoz adətən 3-4 yaşlarda qoyulur və xəstələr 20-25 il yaşayır, yanaşı infeksiyalardan dünyadan köçürlər.

Orqanizmdə baş verən ekstremal vəziyyətlər

2023-01-08 08:21:00

Ekstremal vəziyyətlərin bütün növlərində maddələr mübadiləsi və orqanizmin funksiyaları bir-birinə oxşayan dəyişikliklərə uğrayır. Onların hamısı toxuma hipoksiyasının inkişafına səbəb olur. Bəzi hallarda ekstrimal vəziyyət bilavasitə hipoksiya ilə əlaqədar olur. Ekstremal vəziyyətlər zamanı orqanizmin hüceyrələrindən qana çoxlu histamin, serotonin, lizasom fermentləri və başqa fizioloji aktiv maddələr keçir. Onlar sinir sistemi fəaliyyətinin, tənəffüsün, ümumi və yerli qan dövranının dəyişikliklərinə səbəb olurlar. Bütün ekstrimal vəziyyətlər mikrosirkulyasiyanın bu və ya digər dərəcədə pozulması ilə müşayiət edilir. Ekstrimal vəziyyətlərinən səciyyəvi göstəricilərindən biri ümumi hemodinamikanın pozulmasıdır. Pozulma həm birincili, həm də ikincili inkişaf edə bilər. Ekstremal vəziyyətlərin patogenezində bir-biri ilə əlaqədar yaranan və orqanizmdə olan pozğunluqları daha da dərinləşdirən patoloji reaksiyaların, yəni qüsurlu reaksiyaların mühüm rolu vardır. Məsələn, şok zamanı mərkəzi sinir sisteminin fəaliyyətində baş verən dəyişikliklər sayəsində qan dövranının və tənəffüs sisteminin tənzimedici sistemləri pozulur. Bu, orqanizmin hipoksiya vəziyyətinə düşməsinə səbəb olur. Hipoksiya isə öz növbəsində sinir, qan-damar və tənəffüs sistemi fəaliyyətinin pozulmalarını daha da dərinləşdirir, kollaps baş verir. Kollaps nəticəsində qarın boşluğu orqanlarında çoxlu miqdarda qan toplanır və dövran edən qanın miqdarı azalır. Bu zaman venalar vasitəsilə ürəyə az qan gəlir, nəticədə dövran edən qanın həcmi daha da azalır və orqanizmin ümumi vəziyyəti ağırlaşır. Ekstremal vəziyyətlər xarici tənəffüs funksiyasının bu və ya digər dərəcədə pozulması ilə müşayiət olunur. Adətən tənəffüsün dərinliyi, tezliyi, tənəffüsün ritmi, nəfəsalma və nəfəsvermə fazalarının qarşılıqlı münasibəti dəyişikliyə uğrayır. Ekstremal vəziyyətlərin əksəriyyəti geriyə dönə bilən proseslərdir. Lakin terminal hal spesifik təxirəsalınmaz tibbi yardım göstərilmədikdə orqanizmin məhv olması ilə nəticələnir.

Prostatın sağlamlığı üçün vacib olan 5 əsas faktor

2023-01-08 08:15:00

Prostat vəzi kişilərin ən vacib orqanlarından biridir. 40 yaşından sonra kişiləri incitməyə başlamasının səbəbi prostat vəzində böyümənin baş verməsidir. Prostat vəzində vaxtından əvvəl böyümənin olmaması üçün 5 əsas ünsürüdən vaxtında və düzənli istifadə etmək lazımdır: 1. Selenium. Mütəxəssislər gün ərzində qidadan əlavə 200 mq selenium qəbul edən kişilərdə prostat vəzi xəstəliklərinə və xərçənginə yaxalanma riskinin minimum olduğunu təsdiqləmuşlər. Selenium ən çox fındığın, sağımsağın, göbələyin tərkibində olur. 2. Likopen. Bir çox mütəxəssislər likopenin prostat xərçənginə qarşı qoruyucu təsirə malik olduğunu söyləyirlər. Likopen pomidorun, qarpızın, gavalının, itburnunun, cəfərinin, pul bibərin, qırmızı kələmin tərkibində olur. 3. D vitamini. D vitamininin də prostat xəstəliklərinə qarşı qoruyucu təsirə malik olduğu söylənilir. D vitamini günəş işığında, kərə yağında, ceyran ətində, keçi pendirində, yumurtada olur. 4. E vitamini. E vitamini prostat vəzinin funksiyasının qorunub saxlanılmasında rol oynayan bir vitamindir. Ən çox zeytun yağında, brokkli kələmində, Brüssel kələmində, qırmızı kələmdə olur. 5. Fol turşusu. Fol turşusu da prostat vəzi xərçənginin əmələ gəlməsini əngəlləyən ünsürlərdən biridir. Fol turşusu ən çox ispanaqda, itburnuda, mərcidə və qırmızı kələmdə olur.

Şok nədir?

2023-01-08 08:11:00

Şok orqanizmin neyrohumoral tənzim mexanizmlərində fövqəladə qıcıqlandırıcıların təsiri ilə əmələ gələn və mərhələlərlə inkişaf edən reflektor patoloji reaksiyalar kompleksidir. Şok toxumaların aşağıdakı simptomlarla xarakterizə olunur: - toxumaların qanla təhcizatının azalması - hipoksiya - həyati funksiyaların kəskin surətdə zəifləməsi. Şoka eksterimal vəziyyətə düşmüş orqanizmdə həyatın mühafizə edilməsinə yönəlmiş passiv qoruyucu reaksiyalar kompleksi kimi baxmaq olar. Bütün tipik patoloji prosesslər kimi, şok da bioloji növün mühafizəsinə yönəlmiş adaptiv xarakterli reaksiyalar kompleksidir. Şokun əmələ gəlməsinə aşağıdakılar səbəb ola bilir: - ağrılar - ağır travmalar - humoral amillər. Yarandığı vaxta görə şokun erkən və gecikmiş formaları var. Şok zamanı mərkəzi sinir sistemində oyanma, ləngimə və ya üzülmə baş verə bilir. Ümumi və yerli qan dövranında, tənəffüs sisteminin və endokrin vəzilərin fəaliyyətində, həmçinin maddələr mübadiləsində pozğunluqlar müşahidə edilir. Şokun ən çox təsadüf edilən səbəblərindən biri mexaniki travmalardır. Çox vaxt travmaların nəticəsi məhz orqanizmin şok vəziyyətinə düşüb-düşməməsindən asılı olur. Şok zamanı mərkəzi sinir sisteminin fəaliyyəti zəifləyir. Patologiya beyin qabığında ləngimə prosesini daha da dərinlşdirir, beyin kötüyünü və onurğa beyni əhatə edir.Beynin fəallığının azalması nəticəsində arterial təzyiq aşağı düşür, nəbz sürətli olsa da dolğun vurmur, tənəffüs seyrəkləşir. Şok orqanizmdə qəfildən baş verir və həyati əhəmiyyətli orqanlarda patoloji dəyişikliklərin əmələ gəlməsinə səbəb olur.

Prostata faydalı olan bitki çayları

2023-01-08 08:05:00

Qırmızı yonca çayı. Menopauza səbəli tərləmələrin, psorias xəstəliyinin müalicəsinə yardım etməklə yanaşı, qırmızı yonca çayı prostat vəzin böyüməsinin qarşısını alır. Qırmızı yonca dəmləməsi prostatdakı durğunluğu aradan qaldırmaqla yanaşı, sidiyin sidik kisəsindən tamamilə xaric olmasını təmin edir və prostat xərçənginin ənələ gəlməsinin qarşısını alır. Cücə palması çayı (Saw Palmetto) Amerika Birləşmiş Ştatlarında prostat vəzinin böyüməsinə qarşı ən çox içilən çaydır. Xüsusilə də xəstəliyin ilkin mərhələsində içilərsə tam sağalma qeydə alındığı yazılır. Gecələr tez-tez sidiyə çıxma və prostatın dəgər əlamətlərini aradan qaldırır. Gicirtkən çayı. Gicirtkən çayı bütün Avropa ölkələrində prostat vəzinin müalicəsində istifadə edilir. Mütəxəssislər gicirtkənlə çüçə palması çayının birlikdə dəmləməsinin sidik kisəsinin tam boşalmasına səbəb olduğunu söyləyirlər. Yakıotu çayı. Yakıotu dəmləməsi prostatın böyüməsinin qarşını alır və həmin bolgədə əmələ gələn infeksiyalaşmanın qarşısını alır. Prostat vəzində xəstlkilərin əmələ gəlməməsi üçün bunlara əməl etmək lazımdır: * 40 yaşından yuxarı kişələr ən az ildə 1 dəfə yoxlamadan keçməlidir. * Şəkər tərkibli qidalardan, spirtli içkilərdən, yağlı qidalardan az istifadə eləməli, meyvə və tərəvəzə üstünlük verməlidir. * Anus bölgəsinin əzələlərini çalışdıran hərəkətlər etməlidir. * Tərkibində A, C, E vitaminləri olan qidalarla qidalanmalıdır.

Hipertoniya xəstələrinin müalicə proqramı

2023-01-08 08:01:00

Bu proqram yüksək təzyiqdən əziyyət çəkənlər üçün tərtib edilmişdir. 1. Mənfi psixo-emosional və psixi-sosial stress vəziyyətinin aradan qaldırılması. 2. Dərmansız müalicə üsulları. 3. Medikamentoz hipotenziv müalicə. 4. Serebral qan dövranının yaxşılaşdırılması. 5. Təzyiq səbəbli ağırlaşmaların müalicəsi. 6. Ekstrakorporal terapiya. 7. Sanatoriya-kurort müalicəsi. Arterial təzyiqin ağırlaşmalarına aiddir: - hipertonik krizlər - serebral pozğunluqlar - sol mədəcik pozğunluqları - xroniki böyrək çatışmazlığı - durğun qan dövranı çatışmazlığı. Stressli, psixo-emosional və psixo-sosial vəziyyətlərin aradan qaldırılması, ailədə, işdə qarşılıqlı münasibətlərin normallaşdırılması, arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Bu adətən arterial təzyiqin ilkin dövrlərində baş verir. Bu üsulla arterial təzyiqi ilkin dövrlərdə dərmansız müalicə etmək mümkündür. Arterial təzyiqin ilkin dövrlərində 60% xəstələri müalicə proqramına əməl etməklə təzyiqlərini normal saxlamaq olur. Təzyiqin əsas dərmansız müalicə tədbirlərinə pəhriz, bədən çəkisinin azalması, kifayət qədər fiziki aktivlik daxildir. Yüksək təzyiqdən əziyyət çəkənlər pəhrizində xörək duzunu azaltmalı, karbohidrat və yağ istifadəsini məhdudlaşdırmalıdır. Pəhriz vaxtı qidada kaliumun miqdarının artırılması arterial təzyiqin aşağı düşməsinə səbəb ola bilər. Arterial təzyiqdən əziyyət çəkən şəxslər vaxtaşırı həkimin qəbulunda olmalı, təzyiqlərinin normada saxlanılmasına çalışmalıdırlar.

Mukovisidoz

2023-01-08 07:51:00

Mukovisidoz genetik autoson-resessiv monogen xəstəlikdir ki, ekzokrin vəzlərin sekresiyasını pozulması ilə xarakterizə olunur. Xəstəlik həyati vacib orqanların, ilk növbədə isə tənəffüs və həzm sisteminin pozulması ilə müşayət olunur. Hər il dünyada 45000 mukovissidozlu uşaq dünyaya gəlir. Mukovissidozun genini daşıyanlar 3-4% təşkil edir, bütün dünyada 275 milyon bu genin daşıyıcısı vardır. Xəstəlik xarici sekresiya vəzilərinin sekretinin qatılaşması ilə müşahidə edilir. Bronxlarda xroniki iltihabi proses inkişaf edir, bəlğəm çox özlü , qatı olur, çətin xaric olur, onun durğunluğu müşayət olunur. Bir müddət sonra bronxhektaz formalaşır ki, bu da vaxt gekdikcə daha da ağırlaşır. Mukovisidoz xəstəliyi müxtəlif əlamətlərlə təzahür edir. Yenidoğulmuşlarda xəstəlik özünü daha qabarıq göstərir. Tripsinin çatmazlığı səbəbli bağırsaq möhtəviyyatı bərk və özlü olur. Sonralar bağırsaq keçməzliyi inkişaf edir ki, bu da öd qatışığı ilə qusma, qarın köpməsi, bağırsağın öz funksiyasını yerinə yetirməməsinə səbəb olur. Ağır hallarda mukovissidozun xarakter əlaməti çoxlu miqdar, yağla zəngin, pis qoxulu nəcis ifrazıdır. Uşaqlarda bağırsaq pozğunluqları ilə bərabər öskürək də olur. Öskürək tutmaşəkilli olur, uşaqlarda təngənəfəsliyə və boğulmalara səbəb olur. Xəstəliyin 3 forması var: - yüngül forma - gedişin orta ağırlığı - ağır gediş Mukovissidoz xəstəliyi uşaqların mədəaltı və qara ciyər, öd yollarını da zədələyir. DİAQNOZU: Xəstəliyə diaqnoz qoymaqda anamnezin rolu böyükdür. Ailədə mukovissidozlu xəstənin olması, uşağın fiziki inkişafının ləngiməsi, baqırsaq əlamətləri diaqnozun qoyulmasını asanlaşdırır. MÜALİCƏSİ: Xəstəliyin müalicəsinə aşağıdakı tədbirlər daxildir: - bronxların müalicəsi - mukolitik bəlğəmgətiricilərin işlədilməsi - tənəffüs sistemini və nəfəsalmanı normallaşdırmaq - infeksiyanın növünü tapıb ona uyğun müalıcə aparmaq.

Sonsuzluq

2023-01-08 07:41:00

"Sonsuzluq" evli cütlüyün bir il ərzində qorunma olmadan cinsi münasibət yaşamasına baxmayaraq övlad sahibi olmadığı halda qoyulan diaqnozdur. Lakin bir şeyi anlamaq lazımdır ki, "sonsuzluq" diaqnozu heç də həmişəlik övlad sahibi olmamaq demək deyil. Bir çox hallarda bu problem müalicə olunur.

Qışda artan xəstəliklər – İnfeksion mononukleoz

2023-01-08 07:31:00

İnfeksion mononukleoz orqanizmdə aşağıdakıların baş verməsinə səbəb olur: - qızdırma - tonzillit - limfadenit - hepatonienal sindrom - hemotoloji dəyişikliklər. Alman alimi Pfeyfer xəstəliyi limfodenopatiya və damağın iltihabı ilə gedən vəzili qızdırma kimi təsvir etmişdir. Bu infeksion xəstəlik əksər hallarda havaların kəskin soyuduğu hallarda yayılmağa başlayır. Xəstəliyin əhali arasında geniş yayılması məktəbəqədər uşaqlarda 46,5%, 4-6 yaşlarında 80%, yaşlılarda 94% adamlarda rast gəlinir. Bunu xəstəliyin yayıldığı zaman xəstələrin selikli qişalarından tapılan mikroblar sübut edib. Xəstəliyin törədiciləri Barr virusları hesab edilir. Xəstəliyin əmələ gəlməsinə virus gəzdirən insanlar səbəb olur. Son illər bu xəstəliyin epidemiya şəklində yayılması halları çox müşahidə edilir. Bu əksər hallarda payız-qış aylarında soyuq aylarda baş verir. Xəstəlik ailəvi və kütləvi xarakter daşıyır. 4 Yaşa qədər uşaqların yoluxması  simptomsuz keçir, ya da kəskin respirator virus xəstəliyi kimi inkişaf edir. İmmun sistemi yüksək olan şəxslərdə də xəstəlik simptomsuz xəstəlik kimi kliniki əlamətə sahib olur və müsbət seroloji reaksiyalar verir. İnfeksion mononukleoz xəstəliyinin inkişafı ləng gedir, xəstəliyin atipik formaları çoxdur. Xəstəlik burun-udlaq vasitəsilə orqanizmə daxil olur qana keçir. Virus qan və limfa vaitəsilə orqanizmə yayılır və patoloji əlamətlər törədir. Xəstəlik qaraciyər və dalağın böyüməsinə səbəb olur və qanda dəyişikliklərə səbəb olur. İnfeksion mononukleoz qaraciyərin funksional pozğunluqlarına səbəb olur. Xəstəlik 7-10 gün çəkir, yüksək qızdırma, halsızlıq, damaqda qızartı, kefsizlik -baş ağrıları müşahidə edilir. Xəstələrdə limfa düyünləri böyüyür, qarında və əzələlərdə ağrılar baş verir.

İnklyuzon sitomeqaliya – Öpüş xəstəliyi

2023-01-08 07:21:00

İnklyuzon sitomeqalovirus infeksiyası çox geniş yayılmış virus xəstəliyi olub simptomsuz gedişdən ağır kliniki əlamətlərə qədər səbəb ola bilir. Virus transplasentar yolla da yoluxa bilir. İnfeksiya mənbəyi yoluxdurucu insandır. Virus ağız suyunda, süddə, sidikdə, nəcisdə, uşaqlıq boynu sekretində olur. Virus insandan insana təmas, öpüş və cinsi yolla transplasentar yoluxa bildiyinə görə ona"öpüş xəstəliyi" də deyilir. Xəstəlik bəzən qan və böyrəkköçürmə zamanı da yoluxa bilir. Virus orqanizmə tənəffüs, mədə-bağırsaq və cinsiyyət üzvlərinin selikli qişaları vasitsilə yoluxur. İlkin yoluxma immun dəyişikliklər əmələ gətirir. Virusun həmişəlik orqanizmdə qalması prosesin əmələ gətirdiyi patologiyalara əlavə təsirlər qatır. Cinsiyyət yolunda olan infeksiya doğum vaxtı uşağın yoluxmasına səbəb ola bilir. Amma virusun miqdarı qanda çox olduqda, ana bətnində olan dölü də xəstələndirir. Hamilələrin cinsiyyət yollarında persistə edən virusun yerli və ümumi immuniteti gücləndirməsi nəticəsində hamiləlik özbaşına pozulur. İnklyuzon sitomeqaliyanın inkubasiya dövrünün nə qədər olduğu məlum deyil. Xəstəlik zamanı virusun orqanizmdə gizli qalması onun yoluxma vaxtının dəqiqləşməməsinə səbəb olur. Xəstəlik kliniki əlamətlərinə görə bir neçə formalarda inkişaf edir. Xəstəliyin ilkin dövrlərində xəstələrdə qızdırma, kataral əlamətlər, üşütmə, zəiflik, əzələ ağrıları və ağız-boyun bölgəsində şişkinliklərlə müşahidə edilir. Xəstəliyin gedişi ağırlaşdıqda dalağın da böyüməsi, pnevmoniya, plevrit, miokardit, ensefalit müşahidə edilir. Xəstələrdə bəzən vegetativ sinir sisteminin pozulmaları meydana çıxır. Sitomeqalianın yayılmış forması bədxassəli şişilər, leykopeniya founda inkişaf edir və ağır gedişə malik olur. Bu zaman xəstəlik qızdırma, ümumi intoksikasiya, qaraciyərin və limfa vəzilərinin böyüməsi ilə müşahisdə edilir. Ləng gedişli pnevmoniya və bəlğəmdən xarakter hüceyrələrin tapılması xəstəliyin diaqnozunu təsdiqləyir.