Kriminal
2026-01-21 19:12:00
Bu gün Xalq artisti Şəfiqə Axundovanın doğum günüdür.
2026-01-21 18:11:00
Bakının Səbail rayonunda vətəndaşlardan birinin içərisində 220 manat və bank kartı olan pul kisəsi oğurlanıb.
2026-01-21 17:49:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə xalqımızın azadlıq uğrunda mübarizəsi, milli iradəsi və şəhidlərimizin unudulmaz xatirəsi dərin ehtiramla yad edilib.
2026-01-21 16:29:00
Beynəlxalq Muğam Mərkəzi Cahangir Cahangirov adına Xor kollektivinin bəstəkar mahnılarından ibarət "Sən güldən də gözəlsən" adlı konsert proqramı təqdim olunub.
2026-01-21 15:14:00
22 yanvar 2026-cı il tarixində saat 15:00-da Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə layihəsi çərçivəsində "Zamanın rənglə yazılan yaddaşı: Mirzə Qədim İrəvani" adlı mühazirə keçiriləcək.
2026-01-21 14:07:00
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq.
2026-01-21 09:03:00
30 və 31 yanvar tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Şərəf" və "Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə "Zal qızı Zalxa" komediyasının premyerası təqdim olunacaq.
2026-01-19 23:00:00
"Həyatda hərənin bir arzusu var. Nə qədər arzuna çatsan, yenə də arzulayacaqsan. Arzusuz həyat mümkün deyil. Arzular bitmir, tükənmir. Aktyorun ən böyük arzusu tamaşaçını sevindirməkdir. Tamaşaçı gülüşü aktyora bəs edir".
2026-01-19 17:50:00
Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya edilib.
2026-01-19 17:20:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor Mustafa Mehmandarov rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti baş tutdu.
2026-01-19 17:05:00
Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi "Rejissor laboratoriyası"nda Anton Pavloviç Çexovun "Ayı" adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
2026-01-19 16:20:00
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
2026-01-19 15:21:00
Səbail rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Belə ki, ev sahibi 5000 manat dəyərində məişət əşyalarının talanması barədə polisə məlumat verib.
2026-01-19 00:16:00
"Hazırda yazıçıların ödənişi davam edir və son günlər bu sahədə canlanma müşahidə olunur".
2026-01-18 18:51:00
Nizami rayonunda yerləşən ofislərin birindən noutbuk, kompüter və digər elektrik avadanlıqları, Nəsimi rayonunda isə velosiped oğurlanması barədə polisə məlumat daxil olub.
2026-01-17 23:12:00
Heydər Əliyev Fondunun dəstəyi, bp şirkətinin sponsorluğu və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Neft bumu hamıya gülümsəyir" festivalı çərçivəsində yanvarın 17-də Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub.
2026-01-17 17:16:00
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Elmin Sutayev saxlanılıb.
2026-01-17 15:01:00
Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çərçivəsində "Muğam dəstgahları"nın növbəti konserti keçirilib.
2026-01-17 00:13:00
Heydər Əliyev Mərkəzində amerikalı heykəltaraş-rəssam Kerol Förmenin (Carole Feuerman) "Suda yenidən doğulanlar" ("Reborn into the Water") adlı sərgisinin açılış mərasimi keçirilib.
2026-01-16 17:42:00
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirləri davam etdirir.
2026-01-16 15:37:00
"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi ölkənin mədəni həyatında mühüm hadisə olacaq yeni "Sərhədsiz sənət" layihəsinə start verib. Layihənin məqsədi Azərbaycan mədəniyyətinin sərhəd tanımayan gücünü nümayiş etdirmək və peşəkar sənətkarlarla gənc nəsil arasında birbaşa dialoq platforması yaratmaqdır.
2026-01-16 12:32:00
Qeyri-rəsmi birgə yaşadığı qadını boğaraq öldürməkdə ittiham olunan 48 yaşlı biznesmen Emil Ağcanovun məhkəmə istintaqı başlayıb.
2026-01-16 11:18:00
11:18
2026-01-15 20:38:00
"Fabrika" qalereyasında Arts Council Azerbaijan yeni sərgi mövsümünü "Musiqi" layihəsi ilə açdı. Tədbir təşkilatın yaranma gününə həsr olunub və ənənəyə uyğun olaraq yanvar ayında sərgi ilə qeyd olunur. təşkilata üzv olan rəssamlar iştirak ediblər və müxtəlif üslublarda 30 yaxın əsər mümayiş olunub.
2026-01-15 20:31:00
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Emil Ağacanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
2026-01-15 20:25:00
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb. Poçt markası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və "Azərpoçt" MMC -nin birgə təşəbbüsü ilə ərsəyə gəlib. Beynəlxalq Muğam Mərkəzində baş tutan təqdimat mərasimində mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, "Azərpoçt" MMC-nin İdarə heyətinin sədri vəzifəsini m.i.e. İsi Mustafayev və Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Xalq artisti, professor Sərdar Fərəcov çıxış edərək bildiriblər ki, Azərbaycanın musiqi mədəniyyətinin simvolu, peşəkar milli musiqi məktəbinin banisi, himnimizin müəllifi olan Üzeyir Hacıbəylinin 140 illik yubiley markasını yalnız filatelik məhsul deyil, milli yaddaşın və mədəni irsin vizual daşıyıcısı kimi təqdim etmək olar. Bu təqdimat dahi bəstəkarın xatirəsinin yaşamasının və gələcək nəsillərə ötürülməsində üzərimizə düşən məhsuliyyəti, bizə bir daha xatırladır. Üzeyir bəyin xatirəsinə buraxılan marka, onun irsinin daşıyıcısına çevirilərək, kiçik mədəni elçi kimi dünyanı səyahət edəcək və gələcək nəsillərə onun kim olduğunu bir daha xatırladacaq. Qeyd edək ki, 33400 tirajla dövriyyəyə buraxılan poçt markasının dizayneri Aydın Əsgərovdur. Təqdimat mərasimi Beynəlxalq Muğam Mərkəzi Cahangir Cahangirov adına Xorun ifasında Üzeyir bəyin əsərlərindən ibarət konsert proqramı ilə yekunlaşıb. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
2026-01-15 19:05:00
Ərinin qətlə yetirilməsi ilə əlaqədar sevgilisi Zahir Soltanovla birgə ittiham olunan Leyla Abbasovanın məhkəmə istintaqı gedir.
2026-01-15 18:47:00
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi alman bəstəkarı İohann Sebastyan Baxın yaradıcılığına həsr olunmuş musiqi gecəsi keçirilib. "Nadir Events"in təşkilatçılığı ilə baş tutan konsertdə Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Proqramda bəstəkarın müxtəlif musiqi alətləri üçün yazdığı məşhur konsertlər və süitalar səsləndirilib. Konsert proqramında solistlər - İrina Mehdiyeva (klavesin), Mirxalid Məmmədzadə və Kamran Talıblı (fleyta), Səid Məmmədov, Zərifə Alxazova, Kənan Məmmədzadə, Yuliya Motorina və Nadir Eyvazov (violin) virtuoz ifaları ilə çıxış ediblər. Dinləyicilər tərəfindən böyük maraqla qarşılanan musiqi gecəsi İohann Sebastyan Baxın ən tanınmış əsərlərindən olan "Menuet" və "Badinerie"nin ifası ilə yekunlaşıb. Peşəkar təşkilatçılığı ilə seçilən tədbir paytaxtın mədəni həyatında növbəti yaddaqalan hadisə kimi dəyərləndirilib. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
2026-01-15 09:47:00
Dünən Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
2026-01-14 17:39:00
Beynəlxalq Muğam Mərkəzi oxucuları 2026-cı ilə yeni nəşr etdiyi kitabla müjdələyir. Belə ki, oxuculara təqdim edilən kitab özbək xalqının böyük alim və mütəfəkkiri Zəməxşərinin (Əbdülqasım Mahmud bin Ömər bin Məhəmməd əl Xarəzmi əz- Zəməxşəri) "Müqəddimətül- ədəb" əsəridir. Türkologiyada xüsusi yeri olan əsər Beynəlxalq Muğam Mərkəzinin qardaş Özbəkistanla qarşılıqlı əlaqələrinə bir töhfədir.
2026-01-14 17:34:00
Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində qızını bıçaqlayan ana ilə bağlı polisin axtarışları nəticə verib.
