Siyasət
2023-03-28 14:28:00
Bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır.
2023-03-28 14:27:00
Əlbəttə ki, azad edilmiş torpaqlarda indi və gələcəkdə hər bir kənd bərpa ediləcək.
2023-03-28 14:26:00
Laçın şəhərinin bütün infrastrukturu - su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, 50 kilometrdən çox daxili yollar yenidən qurulur.
2023-03-28 14:25:00
Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Məscidin təməlini də mən Laçında olarkən özüm şəxsən qoydum.
2023-03-28 14:24:00
Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur.
2023-03-28 14:23:00
Kəlbəcər-Laçın yolu yenidən qurulur və bölgədə bir çox tunellər inşa ediləcək.
2023-03-28 14:22:00
Artıq iki ildən çoxdur ki, Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb. Bildiyiniz kimi, Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir.
2023-03-28 14:21:00
İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi. Çünki Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi.
2023-03-28 14:20:00
Müharibədən ötən iki il yarım müddət ərzində bütün dünya, eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü.
2023-03-28 14:19:00
Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir.
2023-03-28 14:17:00
İndi hər şey aydın oldu - Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil.
2023-03-28 14:16:00
Uzun illər aparılmış danışıqlar əsnasında hər zaman vasitəçilər Laçın rayonuna hansısa xüsusi bir yanaşma sərgiləyirdilər və Ermənistan bütövlükdə Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı.
2023-03-28 14:15:00
Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik.
2023-03-28 14:14:00
Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb oldu. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etdi və bu, daha böyük faciələrə yol açdı.
2023-03-28 14:13:00
Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edildi. Bu, ölkəmiz üçün, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi.
2023-03-28 14:12:00
İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar.
2023-03-28 14:11:00
Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək.
2023-03-28 13:10:00
Məsim Əhməd oğlu Məmmədov "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
2023-03-28 12:57:00
İllər uzunu özünü dünyaya Avropanın ən sabit, demokratik və təhlükəsiz ölkəsi imici ilə sırımağa çalışan Fransa ağır günlərini yaşayır. Özünü "demokratiyanın beşiyi" sayan ölkənin daxilində etirazlar günbəgün artır. Hadisələrin gedişi onu deməyə əsas verir ki, ölkə növbəti inqilaba sürüklənir. Paytaxt Paris də daxil olmaqla ölkəni bürüyən iğtişaşlar, sosial tələblər, diskriminasiya elementləri Fransanın, bütövlükdə Avropanın gündəmini tutub. Getdikcə nüfuzunu itirməkdə olan hakimiyyət pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan mübahisəli qanun layihəsinini ortaya atıb və bu da kütləvi tətillər və etirazlara rəvac verib.
2023-03-28 11:02:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan Günü təşkil edilib və iftar süfrəsi açılıb.
2023-03-28 10:41:00
Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və fəaliyyətinin müəyyənləşdirilməsi idi. O, Azərbaycan təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə qəfildən öz xidmət təyinatını dəyişmiş şəxsi heyət üçün bütün dəyərlərin yenidən qiymətləndirilməsi; yenidən təşkilatlanma ilə əlaqədar şaşqınlıq vəziyyəti səciyyəvi idi və bunlar obyektiv çətinliklər idi. Lakin bu dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı səbəbindən o zamankı Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumatlar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısına çevrilmişdi.
2023-03-28 10:27:00
Qarabağda yaşanan son hadisələr, Azərbaycan ordusunun Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə separatçılara qarşı keçirdiyi təmizləmə əməliyyatları dünya mediasının diqqət mərkəzindədir. Əvvəlcə ondan başlayaq ki, artıq beynəlxalq ictimaiyyət və xüsusən də mediası anlamağa başlayır ki, "Dağlıq Qarabağ" anlayışı mövcud deyil və arxivə atılıb. Bəlli olduğu kimi, illər uzunu xarici və xüsusən də Rusiya mediası bu terminlərdən geniş istifadə edib.
2023-03-28 09:55:00
Bu gün təhlükəsizlik orqanlarının əməkdaşları müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrinin təxribatlarından qətiyyətlə qoruyurlar
2023-03-28 09:27:00
Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.
2023-03-28 08:56:00
ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir.
2023-03-28 08:51:00
"Asiya İnkişaf Bankı (AİB) artıq 2024-2028-ci illər üçün Azərbaycanla yeni ölkə tərəfdaşlığı strategiyasının hazırlanmasına başlayıb".
2023-03-28 08:43:00
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 107 gündür ki, davam edir.
2023-03-27 22:08:00
Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini yenidən Bakıya dəvət edib. Əvvəlki təklif martın 13-də təqdim edilmişdi, gəlmədilər.
2023-03-27 21:12:00
27 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.
2023-03-27 20:45:00
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb.
2023-03-27 18:58:00
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
2023-03-27 18:05:00
"İkinci dərəcəli" dövlət və xalq saydığı məkanlarla insanlara sürəkli "demokratiya dərsi" keçməyə çalışan Fransanın indiki hakimiyyəti insan haqlarını hədəfə alan müstəbid kimi davranır. Rəsmi Paris üçün demokratiya, deyəsən, vətəndaşlarla istədiyi kimi davranmaq azadlığıdır.