Siyasət
2023-03-31 08:15:00
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 110 gündür ki, davam edir.
2023-03-31 07:48:00
Türk Dövlətləri Təşkilatı 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tvitter hesabında paylaşım edib
2023-03-31 07:43:00
Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Əsasnaməsini ratifikasiya üçün ölkə parlamentinə göndərməyə cəsarəi çatmaz.
2023-03-31 07:37:00
Müdafiə Nazirliyi İran Ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydərinin ittihamlarına cavabında bildirib ki, bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur.
2023-03-31 07:32:00
"Təslimçilərin əli ilə Sünikdəki Teq kəndi bu gün tam hüquqlu sərhədə çevrilib".
2023-03-31 07:00:00
30 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas tərəfindən qəbul edilib.
2023-03-30 21:34:00
Azərbaycana düşmən kəsilmiş İran mümkün olan bütün vasitələrə əl ataraq ölkəmizi zəiflətmək, insanlarımızı qorxutmaq, dövlətimizi gücdən salaraq yox etmək arzusundadır.
2023-03-30 21:10:00
Ermənistan qatıldığı "Demokratiya Sammiti"nin yekun bəyannaməsini şərtlə imzalayaraq Rusiyanı dəstəklədiyini düşünür. Halbuki, rəsmi İrəvanın bu addımı Moskvanı ələ salmaq sayıla bilər.
2023-03-30 20:26:00
30 mart 2023-cü il tarixində Fələstin Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin azadlıq hərəkatının lideri Yasir Ərafatın ev muzeyini ziyarət edib.
2023-03-30 20:02:00
Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir.
2023-03-30 19:46:00
Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan ərazisində kənar elementlər mövcud deyildir.
2023-03-30 16:30:00
Hazırda bəzi dövlətlərin, o cümlədən, İran rejiminin Azərbaycanda dindən siyasi məqsədlər və insanlar arasında qarşıdurma yaratmaq məqsədilə istifadəyə, dindarlar arasında radikal fikirlərin yayılmasına çalışması açıq hiss olunur.
2023-03-30 15:44:00
Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə də vəsait köçürüləcək.
2023-03-30 15:38:00
Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" 29 iyun 2012-ci il tarixli qanununun tətbiqi barədə" 4 sentyabr 2012-ci il tarixli və "Tikinti işlərinin dayandırılması Qaydası"nın təsdiq edilməsi haqqında" 22 may 2015-ci il tarixli nömrəli fərmanlarında dəyişiklik edib.
2023-03-30 15:16:00
Prezident İlham Əliyev Z.R.Mikayılovun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
2023-03-30 15:15:00
Prezident İlham Əliyev Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.
2023-03-30 14:42:00
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən yeddi il ötür. Bu parlaq qələbə bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Aprel döyüşləri böyük zəfərin başlanğıcı kimi tariximizə yazıldı, ən müasir silah və texnika ilə tam təmin olunmuş Azərbaycan Ordusunun, peşəkar, vətənpərvər, qəhrəman əsgərlərimizin gücünü nümayiş etdirdi. Bu qələbənin tarixi əhəmiyyəti ondadır ki, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.
2023-03-30 14:26:00
Ermənistanın son həftələrdə Azərbaycana qarşı təcavüzkar ritorikanı artırması, 5 və 20 mart tarixlərində silahlı qüvvələrimizə qarşı təxribatlara yol verməsi və bölgəyə əlavə qüvvələr yığması bir faktdır. Həm 30 illik işğal dövründə, həm də 2020-ci ildən sonra Ermənistanın hər təxribata hazırlaşmazdan əvvəl bütün məsuliyyəti Azərbaycan üzərinə atması və təxribatlara yol verməsi hər kəsə məlumdur.
2023-03-30 14:09:00
Ermənistan baş naziri Nikol Paşinyanın bölgədəki vəziyyətə dair növbəti dəfə manipulyasiya cəhdləri qəbuledilməzdir.
2023-03-30 14:05:00
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib.
2023-03-30 13:54:00
Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasaının Prezidenti Şarl Mişellə telefonla danışıb.
2023-03-30 13:14:00
Ermənistan ipə-sapa yatmadıqca, istər danışıqlar masasında, istərsə də Qarabağda manevr imkanlarını hər ötən gün daha da daraldır. Rəsmi İrəvanın havadarlarına, hamilərinə arxayın olub Azərbaycanla keçmiş ritorika ilə danışmaq cəhdləri ermənilərin başında çatlayacaq problemi daha da böyüdür.
2023-03-30 11:50:00
1988-1992-ci illər ərzində qeyd olunan cinayətlər planlı şəkildə davam etdirilib, Ermənistan hökuməti, "Qarabağ" və "Krunk" komitələri tərəfindən Qərbi Azərbaycanın 185 yaşayış məntəqəsindən 250 mindən artıq azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən zorla qovulmaqla deportasiyaya və təqibə, 216 azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qəsdən öldürülməklə soyqırıma məruz qoyulub.
2023-03-30 10:54:00
Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə İranın dörd min terrorçu göndərdiyi barədə məlumatlar təsdiqini tapır. Bu dəfə bu məlumatları Əsassız Soyqırım İddiaları ilə Mübarizə Dərnəyi (ASİMED) prezidenti Savaş Eğilməz səsləndirib. Xatırladaq ki, Son.az bundan əvvəl bu xəbərləri təqdim etmişdi.
2023-03-30 09:46:00
Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.
2023-03-30 09:44:00
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni hərtərəfli tərəfdaşlıq sazişi energetika sahəsində, xüsusən bərpa olunan enerji sferasında daha sıx əməkdaşlığın təməlini qoyacaq.
2023-03-30 09:38:00
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.
2023-03-30 09:18:00
Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərin möhkəmlənməsinə kömək edəcək.
2023-03-30 07:26:00
Xarici işlər naziri Ceyhun Bayramovun və İsrailin xarici işlər naziri Eli Kohenin iştirakı ilə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimi keçirilib.
2023-03-29 23:39:00
29 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində Baş nazir Binyamin Netanyahu tərəfindən qəbul edilib.
2023-03-29 22:42:00
Azərbaycan xarici siyasətində bütün ölkələrlə dost və tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq edib.
2023-03-29 22:21:00
İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbrik edib.