Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib


Siyasət 04 May 2025 23:40:00 49 0

Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib

Mayın 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə Maqsud İbrahimbəyovun zəngin yaradıcılıq irsindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Maqsud İbrahimbəyovla bağlı xatirələrini bölüşüb. O, görkəmli sənətkarla uzun illər davam edən dostluğundan söz açaraq bildirib ki, Maqsud İbrahimbəyov təkcə istedadlı yazıçı və dramaturq deyil, həm də dərin intellektə və güclü yumora malik bir insan olub.

Xalq yazıçısı çıxışında Maqsud İbrahimbəyovun özünəməxsus yumor hissindən danışaraq, onun zarafatlarının hər zaman düşündürücü və incə məna daşıdığını bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu çıxışında Maqsud İbrahimbəyovu qeyri-adi yumor hissinə və incə zarafatlara sahib bir şəxsiyyət kimi xatırladığını qeyd edib. Polad Bülbüloğlu Maqsud İbrahimbəyovla dostluq dövründə onun ssenaristi olduğu filmlərinə, tamaşalarına musiqi bəstələdiyini bildirərək deyib: "Bu, sadə dostluq deyil, deyərdim ki, yaradıcılıq dostluğudur. Maqsud həmişə iradəli və məqsədyönlü idi, eyni zamanda o, zarafatları ilə bizi həmişə güldürərdi".

Onun sözlərinə görə, Maqsud İbrahimbəyovun zarafatları və aforizmləri indiyə qədər yaşayır, dilə gətirilir.

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman çıxışında bildirib ki, Maqsud İbrahimbəyovun şəxsiyyətinin miqyası, intellekti və insani cazibəsi onun yaradıcılığını da üstələyirdi. O, Maqsudu dövrünü müşahidə edən, dərin düşüncəli və tamamilə qərəzsiz bir şəxs kimi xarakterizə edib. M.Qusman, həmçinin vurğulayıb ki, İbrahimbəyov güclü yumor hissinə malik, insanlarla asanlıqla ünsiyyət quran biri olub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Maqsud İbrahimbəyovun çox qürurlu bir insan olduğunu bildirib. O, yazıçı ilə uzun illərə dayanan dostluğundan söz açaraq, M.İbrahimbəyovun yüksək mənəvi dəyərlərə sahib, zəngin intellektə malik və cəmiyyətə böyük töhfələr vermiş bir şəxsiyyət olduğunu vurğulayıb.

Tədbirdə, həmçinin yazıçının ssenari müəllifi olduğu filmlərdən seçilmiş fraqmentlər təqdim olunub.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova gecənin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinə dərin təşəkkürünü bildirib.

Çıxışlardan sonra Maqsud İbrahimbəyovun "Püstə ağacı" əsəri əsasında hazırlanmış və Vaqif Əsədovun rejissoru olduğu eyniadlı mono-tamaşanın nümayişi olub.

Qeyd edək ki, Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi Prezident İlham Əliyevin 2025-ci il 13 fevral tarixli Sərəncamına əsasən təşkil olunub. Son.az

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər like
  • 04 May 23:20  
Siyasət Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

Mayın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin

arrow Ətraflı
Moskvada binada partlayış  2 ölü, 15 yaralı var like
  • 04 May 23:13  
Digərləri Moskvada binada partlayış 2 ölü, 15 yaralı var

Moskvanın cənub-qərbində yaşayış binasında baş vermiş partlayış nət

arrow Ətraflı
Bu yolda sürət həddi endirildi like
  • 04 May 23:00  
Digərləri Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

arrow Ətraflı
Ölümdən başqa hər dərdin dərmanı: Bir stəkan bəs edir like
  • 04 May 22:47  
Digərləri Ölümdən başqa hər dərdin dərmanı: Bir stəkan bəs edir

Min illərdir Yaxın Şərqdən Asiyaya qədər şəfa axtaranların sevimlisi o

arrow Ətraflı
Bakıda binada yaşayış olaola növbəti söküntü like
  • 04 May 22:25  
Digərləri Bakıda binada yaşayış olaola növbəti söküntü

Nəsimi rayonu Qərib Babayev küçəsində sakinlər binada yaşaya-yaşaya evl

arrow Ətraflı
May ayında beç bürc xəzinə qazanacaq like
  • 04 May 22:03  
Digərləri May ayında beç bürc xəzinə qazanacaq

May ayı bəzi bürclər üçün maliyyə sıçrayışı hazırlayıb. 

arrow Ətraflı
Pul cəlb etmək üçün: 4 güclü qaraçı ritualı like
  • 04 May 21:37  
Digərləri Pul cəlb etmək üçün: 4 güclü qaraçı ritualı

Qaraçı ritualları taleyinizi dəyişdirə biləcək güclü bir vasitədir, l

arrow Ətraflı
Dünya qərara gəldi ki, Rusiyanı bitirmək lazımdır like
  • 04 May 21:23  
Digərləri Dünya qərara gəldi ki, Rusiyanı bitirmək lazımdır

SSRİ-nin dağılmasından sonra sivil dünya qərara gəldi ki, Rusiya zəiflə

arrow Ətraflı
" Onun 45 müştərisi var, biri də mənəm" like
  • 04 May 21:10  
Şou-biznes " Onun 45 müştərisi var, biri də mənəm"

Müğənni Lətifə Soyuöz dırnaqları ilə bağlı deyilənlərə cavab verib

arrow Ətraflı
Xaçmazda qəzada xəsarət alanların adları açıqlandı like
  • 04 May 20:56  
Digərləri Xaçmazda qəzada xəsarət alanların adları açıqlandı

Xaçmazda baş verən qəzada 4 nəfər xəsarət alıb.

arrow Ətraflı
Putin soyuducusunun içini göstərdi like
  • 04 May 20:49  
Digərləri Putin soyuducusunun içini göstərdi

Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə Kremldəki soyuducusu

arrow Ətraflı
Azərbaycan nümayəndə heyəti Suriyada səfərdədir like
  • 04 May 20:22  
Siyasət Azərbaycan nümayəndə heyəti Suriyada səfərdədir

Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Azərbaycan nümayənd

arrow Ətraflı
Tramp varislərini açıqladı like
  • 04 May 20:00  
Dünya Tramp varislərini açıqladı

ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Mar

arrow Ətraflı
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi like
  • 04 May 19:34  
Şou-biznes "Kurtlar Vadisi"nin aktyoru vəfat etdi

Usta sənətçi Adilə Naşitin bacısı oğlu, 68 yaşlı aktyor Naşit Özcan

arrow Ətraflı