Siyasət
2023-05-05 17:26:00
Mayın 5-də Xocavənd rayonunun Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməli qoyulub.
2023-05-05 17:16:00
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər.
2023-05-05 17:12:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər.
2023-05-05 16:58:00
Heydər Əliyev beynəlxalq lider kimi özünü sübut edib.
2023-05-05 16:15:00
Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub.
2023-05-05 14:52:00
Dünyada baş verən geosiyasi dəyişikliklərin qlobal təchizat zəncirlərinə təsiri geri dönülməz oldu. Ciddi uğursuzluqlardan qaçınmaq üçün Avrasiyanın ən böyük oyunçuları ənənəvi marşrutların əvəzinə yeni tədarük yolları axtarmağa başladılar. Bununla əlaqədar olaraq onların çoxu Azərbaycana müraciət etdi. Bu gün Prezident İlham Əliyevin tranzitin inkişafı üzrə strategiyası növbəti dəfə öz müstəsna xarakterini göstərdi.
2023-05-05 14:02:00
Mayın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.
2023-05-05 13:55:00
"Məlum olduğu kimi, cari ilin aprel ayının əvvəlində İranın ölkəmizdəki Səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan edilmişdi".
2023-05-05 13:54:00
Ermənistan yenə ikibaşlı oyun oynayır. Vaşinqtonda 4 günlük görüşlərin gedişində Bakı ilə İrəvan arasında sülh istiqamətində danışıqlarla bağlı müsbət siqnallar gəlsə də rəsmi İrəvan "oyunbozanlıq" etməkdə davam edir. Halbuki dünənə kimi okeanın o tayında gerçəkləşən görüşlərdə əldə olunan nəticələr, razılaşmalar Ermənistan siyasi sferasında çox böyük narahatlıqlar yaratmışdı. Hətta bununla bağlı İrəvandan ard-arda bəyanatlara da şahid olduq.
2023-05-05 11:50:00
Türkiyənin TRT World telekanalının saytında Türkiyənin müdafiə naziri Hulusi Akarın Ermənistan-Azərbaycan münasibətlərinə dair məqaləsi dərc olunub.
2023-05-05 11:38:00
Heydər Əliyevin enerji layihələrində Gürcüstana verdiyi önəm sayəsində Gürcüstan dünya səviyyəsində mühüm yer tutdu.
2023-05-05 07:36:00
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul etmək şərəf idi".
2023-05-04 23:55:00
Dörd gündür davam edən Vaşinqton danışıqlarının yekunu: tərəflər "sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə razılaşıb; bəzi əsas məsələlər üzrə mövqelər fərqli olaraq qalır.
2023-05-04 23:37:00
"Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".
2023-05-04 23:07:00
1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
2023-05-04 22:52:00
Azərbaycan və Ermənistan arasında yekun razılaşma əldə olunması mümkündür.
2023-05-04 22:47:00
Razılaşmanın əldə olunması təkcə Azərbaycan və Ermənistan xalqlarına deyil, həm də bu ölkələrin hüdudlarından kənara da xeyir verəcək.
2023-05-04 22:44:00
Sülh sazişinin mətnində Ermənistanın 29,8 min kv.km-lik ərazisinin Azərbaycan tərəfdən tanınmasının dəqiqliklə əks olunmasını razılaşdırmaq hələ mümkün olmayıb.
2023-05-04 22:38:00
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə olunub.
2023-05-04 22:35:00
Azərbaycan və Ermənistan arasında davamlı sülhün yeganə yolu dialoq yoludur.
2023-05-04 21:56:00
ABŞ-da Azərbaycan, Ermənistan və ABŞ-ın dövlət katibi Entoni Blinkenin xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.
2023-05-04 20:49:00
ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli danışıqların yekun raundu başlayıb.
2023-05-04 20:30:00
Mayın 4-də Cəbrayıl rayonunun Horovlu kəndinin təməli qoyulub.
2023-05-04 20:26:00
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində inşa edilən akademik Mehdi Mehdizadə adına tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
2023-05-04 19:48:00
ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfrans dövlətimizin haqq səsinin növbəti təzahürü oldu.
2023-05-04 19:30:00
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 330 kV-luq "Cəbrayıl" qovşaq yarımstansiyasının açılışını edib.
2023-05-04 18:40:00
Mayın 4-də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimi olub.
2023-05-04 18:25:00
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərində inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib.
2023-05-04 17:54:00
Ermənistanın baş naziri Nikol Paşinyanın 4 may tarixində Çex Respublikasının baş naziri ilə birgə mətbuat konfransında çıxışı zamanı ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi, habelə guya Azərbaycanın Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməsi, Qarabağ bölgəsində humanitar böhran yaratdığı ilə bağlı dəfələrlə səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik.
2023-05-04 17:47:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının təməlinin qoyulması mərasimində iştirak edib.
2023-05-04 17:26:00
"Baku Network" platforması çərçivəsində Milli Məclisin deputatları Sevil Mikayılova, Tural Gəncəliyev və Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimlinin iştirakı ilə Şuşada baş tutan növbəti beynəlxalq konfransda keçirilən müzakirələr, Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatlar, beynəlxalq dairələrə verdiyi mesajlar ətrafında fikir mübadiləsi aparılıb.
2023-05-04 16:58:00
ABŞ heç vaxt olmadığı qədər qərarında qəti görünür. Söhbət Ermənistanla Azərbaycan arasında yekun sülh sənədinin imzalanması prosesindən gedir.