Siyasət

Səfir Muxtar Məmmədov İsrailAzərbaycan parlamentlərarası dostluq qrupunun sədri ilə görüşüb

2023-05-09 19:36:00

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Knessetin deputatı, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Belyak ilə görüşüb.

Ermənistanda qurulmuş saxta “məhkəmə prosesi”ni kəskin şəkildə pisləyirik

2023-05-09 17:36:00

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinin qanunsuz olaraq azadlıqdan məhrum edilmələrinə etiraz edib.

Şuşa sürətlə dirçəlir: Azərbaycanın incisi tarix məkanı və gələcəyin şəhəridir

2023-05-09 14:54:00

21 il əvvəl erməni işğalına uğrayan, 2020-ci ildə mənfur düşmənin tapdağından qurtulan Şuşa indi sürətlə dirçəlir, həyata qayıdır.

Prezident və Birinci xanıma Şuşada Xüsusi nümayəndəliyin inzibati binasının qarşısında görüləcək işlər barədə məlumat verilib

2023-05-09 14:44:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda olublar.

İlham Əliyev və birinci xanım Şuşada Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər FOTO

2023-05-09 14:34:00

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər.

Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışı olub

2023-05-09 14:26:00

Mayın 9-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışında iştirak edib.

Türkün yolu Zəngəzurdan, Qarabağdan keçər

2023-05-09 13:59:00

Türkün yolu Türk Dövlətləri Təşkilatından, Orta dəhlizdən, Zəngəzurdan, Qarabağdan keçər.

Qarabağın minalardan təmizlənməsi üçün əlimizdən gələni edəcəyik

2023-05-09 13:46:00

Qarabağın minalardan təmizlənməsi üçün əlimizdən gələni edəcəyik.

Hərbi pilotlarımız Türkiyə səmasında

2023-05-09 13:17:00

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təlimində növbəti tapşırıqlar yerinə yetirilib.

Prezident Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını edib FOTO

2023-05-09 12:43:00

Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub.

Prezident və birinci xanım Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər

2023-05-09 11:31:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər.

Ermənistan yenidən Bakının səbrini yoxlayır

2023-05-09 11:25:00

Ermənsitan aktiv fazaya daxil olan sülh danışıqlarını pozmaq üçün dinc dayanacaq kimi görünmür. Bakı ilə İrəvan arasında sülh danışıqlarının çox vacib günlərində məhz Prezident İlham Əliyevin Şuşadan rəsmi İrəvana bir daha xəbərdarlıq etməsi və bildirməsi ki, ya sülh, ya da təhlükəli və qeyri-sabit proseslər regionu gözləyə bilər, - bu, əslində Paşinyanın çox diqqətə alası bir mesajdır. Çünki tarixi bir şans var ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsindən əvvəl hələlik iki ölkə arasında münasibətlərin nizamlanmasına dair müəyyən məsələlərdə sazişə təkan olacaq razılaşmalar imzalansın.

ABŞ gözlənilən ƏliyevPaşinyan görüşünə MÜNASİBƏT BİLDİRDİ

2023-05-09 11:16:00

"Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel arasında keçiriləcək görüş xəbərini alqışlayırıq".

Kamaləddin Qafarov: “Azərbaycan faşizm üzərində qələbəyə möhtəşəm töhfələr verib”

2023-05-09 11:00:00

"İkinci Dünya müharibəsi bəşəriyyət tarixinə ən qanlı və ən dağıdıcı müharibə kimi daxil olub. 1941-ci ildə faşist Almaniyasının Sovet İttifaqına hücumu ilə keçmiş SSRİ-nin tərkibində olan Azərbaycan da bu müharibəyə cəlb edildi. Faşizm üzərində 1945-ci ildə əldə olunmuş qələbədə xalqımızın və respublikamızın danılmaz xidmətləri, böyük payı vardır. Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: "Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir".

Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Qrossmeyster” sənədli filmi

2023-05-09 09:57:00

İctimai Televiziya Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 3 seriyalı film hazırlayıb.

İlham Əliyev faşizm üzərində Qələbə Günü münasibəti ilə paylaşım edib

2023-05-09 08:10:00

Prezident İlham Əliyev faşizm üzərində Qələbə Günü münasibəti ilə rəsmi Twitter hesabında paylaşım edib.

Birinci vitseprezident Mehriban Əliyeva 9 may Qələbə Günü ilə bağlı paylaşım edib FOTO

2023-05-09 08:08:00

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında 9 may - Qələbə Günü ilə bağlı paylaşım edib.

Moldovada Prezident İlham Əliyev və Nikol Paşinyanın Makron və Şoltsun iştirakı ilə görüşü olacaq

2023-05-09 08:00:00

İyunun 1-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Moldovada görüşü baş tutacaq.

Azərbaycan və Ermənistan çətin məsələlərin həllində mühüm irəliləyiş əldə ediblər ABŞ Dövlət Departamenti

2023-05-08 23:59:00

Azərbaycan və Ermənistan çətin məsələlərin həllində mühüm irəliləyiş əldə ediblər.

Litva ilə İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7ci iclası keçirilib FOTO

2023-05-08 19:58:00

8 may 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Litva Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik edib. Komissiyanın iclasına Litva tərəfindən xarici işlər naziri Qabrielius Landsberqis həmsədrlik edib.

Prezident və birinci xanım Daşaltıda Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər FOTO

2023-05-08 18:04:00

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər.

Ceyhun Bayramov Litva Prezidenti ilə görüşdü FOTO

2023-05-08 17:52:00

8 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litvaya rəsmi səfəri çərçivəsində Litva Respublikasının Prezidenti Qitanas Nauseda tərəfindən qəbul edilib.

Azərbaycanda humanizm və həmrəylik ideyaları möhkəmlənir

2023-05-08 14:27:00

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Konstitusiyamızın 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib. Onu da qeyd edim ki, qəbul edilmiş əfv Sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır.

Türkiyə “Nemezis” abidəsinin sökülməsi üçün rəsmi İrəvana xəbədarlıq edib:

2023-05-08 13:53:00

Ermənistana "Nemezis" abidəsinin götürülməsi üçün müraciətlər göndərdik, əlavə tədbirlər görməyi də düşünürük.

Azərbaycan xalqının varlığına çevrilən dahi

2023-05-08 13:24:00

Ulu öndər Heydər Əliyevin doğulduğu gün - 1923-cü il 10 may əslində, Uca tanrının Azərbaycanın və Azərbaycan xalqının taleyinə yazdığı alın yazısı imiş. Həmin gün, taleyinə doğulan günəşin işığı ilə, Azərbaycan bu gün dörd tərəfini bürümüş qara buludları yarıb, işıqlı gələcəyə qovuşacaqmış...

Qərb Qarabağda Azərbaycan bayrağının dalğalanmasından narahatdır

2023-05-08 13:11:00

Artıq Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, amma bu Qərbin xoşuna gəlmir.

Azərbaycan və Litva arasında yeni sənəd imzalanacaq

2023-05-08 12:42:00

Azərbaycan və Litva gələcək əməkdaşlığın praktik istiqamətini müəyyən edən protokol imzalayacaq.

Ermənistan səmimi addım atmadığı üçün vəziyyət hələ də həssasdır

2023-05-08 11:44:00

Cənubi Qafqazda vəziyyət hələ də həssasdır. Buna səbəb də Ermənistanın səmimi addım atmamasıdır.

Azərbaycanla Litva arasında siyasi əlaqələr möhkəm təməl üzərində qurulub

2023-05-08 11:29:00

Azərbaycanla Litva arasında siyasi əlaqələr möhkəm təməl üzərində qurulub.

Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçiriləcək

2023-05-08 11:07:00

Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.

Azərbaycandakı dini konfessiya rəhbərləri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb

2023-05-08 10:44:00

Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə birgə bəyanat yayıb.

801 məhkum əfv olundu, 463 şəxs azadlıqdan məhrumetmə cəzasından azad edildi

2023-05-08 09:58:00

Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq, Ulu Öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiq qalaraq, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini xatırlayaraq, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək, cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərini inanaraq, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqları müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il mayın 8-də "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncam imzalamışdır.