Siyasət

İlham Əliyev: Bizim Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilərimiz var

2023-05-03 20:39:00

Bizim Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilərimiz var. Zonanın güclü qanunvericilik bazası var, qaydalar, fikrimcə, investorlar üçün cəlbedicidir. İlkin infrastruktur hazırda yaradılır. Biz bundan istifadə edərək, yeni istehsal sahələri və yeni biznes imkanları yaratmaq istəyirik.

Prezident: Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng potensialı var

2023-05-03 20:38:00

Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng potensialı var.

İlham Əliyev: Azərbaycan ilə Çin arasında əla münasibətlər var

2023-05-03 20:37:00

Azərbaycan ilə Çin arasında əla münasibətlər var. Si Cinpinin məni Çinin yaxşı dostu adlandırması əməkdaşlığımızın səviyyəsini nümayiş etdirməyə kifayətdir.

Prezident: Füzulidən Ermənistanla sərhədə qədər uzanan dəmir yolunun inşasını gələn il bitirəcəyik

2023-05-03 20:34:00

Biz işğal dövründə ermənilər tərəfindən sökülüb daha sonra satılan, Füzulidən Zəngilana və demək olar Ermənistanla sərhədə qədər uzanan dəmir yolunun inşasını gələn il bitirəcəyik.

İlham Əliyev: Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti var

2023-05-03 20:20:00

Zəngəzur dəhlizinin böyük potensialı var. Çin, Qırğızıstan və Özbəkistan arasında dəmiryolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, "Bir kəmər, bir yol" layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər.

Prezident: Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir

2023-05-03 20:18:00

Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir.

İlham Əliyev: Hazırda Tehrandakı səfirliyimiz bağlıdır, çünki mənim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir

2023-05-03 20:14:00

Hazırda Tehrandakı səfirliyimiz bağlıdır. Bu, mənim qərarımdır, çünki mənim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir.

Prezident: Səfirliyimizə hücum diplomatlarımızı və onların ailə üzvlərini qətlə yetirmək məqsədilə qəsdən təşkil olunmuş terror aktı idi

2023-05-03 20:04:00

Səfirliyimizə hücum diplomatlarımızı və onların ailə üzvlərini qətlə yetirmək məqsədilə qəsdən təşkil olunmuş terror aktı idi. Çünki həmin binada nəinki bizim səfirliyimiz, o cümlədən ailələrin yaşadığı mənzillər də yerləşir. Bir sıra ölkələrdə bizim təhlükəsizlik əməkdaşlarımız var, lakin yalnız İranda onlara silah gəzdirməyə icazə vermirlər.

İlham Əliyev: Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış dayanır

2023-05-03 19:32:00

Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış və məsələ dayanır. Bizim heç bir ölkə, xüsusən də qonşu ölkə ilə hər hansı problemin olmasına ehtiyacımız yoxdur.

Prezident: Biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik

2023-05-03 19:30:00

Azərbaycanda yaşayan insanlar kimi biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik. Siyasətçi olaraq anlayırıq ki, hər ölkənin xarici siyasətində prioritetlər var. İran və Ermənistan qonşudurlar.

İlham Əliyev: İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib

2023-05-03 19:28:00

İşğal vaxtı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə gəldikdə, İrandan daha çox gözləntilərimiz var idi.

ABŞ AzərbaycanErmənistan sülh sazişi üzrə danışıqların uğurla nəticələnməsində maraqlıdır Ceyk Sallivan

2023-05-03 19:04:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.

Prezident: Azərbaycan Xəzərin o tayındakı qonşularımızın öz resurslarının ixracı üçün infrastrukturumuzdan istifadə ilə bağlı planlarını dəstəkləyib

2023-05-03 18:58:00

Azərbaycan həmişə Xəzərin o tayındakı qonşularımızın öz resurslarının ixracı üçün Azərbaycanın infrastrukturundan istifadə etməsi ilə bağlı planlarını dəstəkləyib.

İlham Əliyev: Qazaxıstan neftinin Azərbaycandan nəql olunaraq həcmini artırmaq üçün danışıqlar davam edir

2023-05-03 18:50:00

Qazaxıstan neftinin Azərbaycandan nəql edilərək həcmini artırmaq üçün planlar da var və danışıqlar indi davam edir. Bizim boru kəməri infrastruktur buna imkan verir.

Beynəlxalq dairələr təcili Ermənistana ciddi təzyiqlər göstərməlidir Sahil Kərimli VİDEO

2023-05-03 18:16:00

Beynəlxalq dairələr təcili Ermənistana ciddi təzyiqlər göstərməlidir.

Prezident: Biz əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçmişik

2023-05-03 17:40:00

NATO on beş il bundan əvvəl Ukraynaya və Gürcüstana NATO üzvlüyünü vəd etmişdir. Bu, mənim xatirimdədir. Mən NATO-nun Buxarestdəki Zirvə görüşündə iştirak edirdim və Ukrayna ilə Gürcüstan bəzi aparıcı Avropa ölkələrinin rəhbərləri tərəfindən NATO-ya üzvlük üçün tədbirlər planına qəbul edilməmişdir.

İlham Əliyev: Türkiyə ilə Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək

2023-05-03 17:32:00

Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək.

XİN Belqradda məktəbdə baş verən atışma ilə bağlı başsağlığı verdi

2023-05-03 16:50:00

Serbiyanın Belqrad şəhərində məktəbdə baş verən dəhşətli atışma xəbəri bizi çox kədərləndirdi.

Prezident: AzərbaycanTürkiyə müttəfiqlik münasibətləri regional inkişafın önəmli amilidir

2023-05-03 16:49:00

Prezident Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son iyirmi ildə bizim münasibətlərimiz mənim onunla birgə səylərimiz nəticəsində təkcə qardaş xalqlar arasında deyil, eyni zamanda, müttəfiqlər arasında olan münasibətlərə çevrilmişdir.

İlham Əliyev: Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisə idi

2023-05-03 16:46:00

Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi burada, Şuşada imzalanmışdır. Bu, tarixi hadisə idi.

İlham Əliyev: Sülh sazişinin mətninə mövcud olmayan Dağlıq Qarabağı salmaq üçün istənilən cəhd qeyriməhsuldardır

2023-05-03 15:50:00

Biz onlara (Ermənistana) sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik. Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik. Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər.

Prezident: Üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil, sülh sazişi də deyil

2023-05-03 15:44:00

İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəcəyini bilmirdi. Çünki üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil. Beləliklə, sonra nəyin baş verəcəyi böyük sual işarəsi idi.

İlham Əliyev: Sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən Azərbaycan olub

2023-05-03 15:42:00

Otuzillik işğal onlara (Ermənistana - red.) heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər.

Prezident: Ermənilər ərazi bütövlüyümüzlə bağlı kompromisə gedəcəyimizi düşünürdülər

2023-05-03 15:38:00

Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmirdi. Onlar vəziyyətin olduğu kimi qalmasını və onu dondurmaq istəyirdilər. Düşünürdülər ki, işğalı legitimləşdirə biləcəklər.

Bakı İrəvana SEÇİM İMKANI VERDİ

2023-05-03 15:34:00

Cənubi Qafqaz ətrafında hazırda baş verən proseslər aktuallığına, regional əhəmiyyətinə görə 3 il əvvəlki hadisələrdən geri qalmır. Region bu gün növbəti çox ciddi dəyişikliklər astanasındadır. Bütün bu dəyişikliklər isə Azərbaycanın 44 günlük müharibədə yaratdığı yeni reallıqlar fonunda baş verir.

İlham Əliyev: 28 il ərzində Minsk qrupu heç bir nəticə vermədi

2023-05-03 14:24:00

Yeri gəlmişkən, nəticə nöqteyi-nəzərdən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi.

Azərbaycan Prezidenti: Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq

2023-05-03 14:19:00

Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər.

Prezident: İşğal dövründə Şuşanın dağıdılması bir daha göstərir ki, o, heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır

2023-05-03 13:14:00

Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi.

Prezident: Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub

2023-05-03 13:11:00

Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub və bunu zamana, siyasi vəziyyətə baxmayaraq edib.

İlham Əliyev: Biz regionda baş verən proseslərə göz yuma bilmərik

2023-05-03 13:10:00

Biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan fikir və ideyaların mübadiləsini aparmaqla praktiki addımları müzakirə etmək istəyirik və regional inkişaf proseslərinə də nəzər salmalıyıq. Çünki biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq.

Vaşinqton görüşündən Moskvaya qədər Ermənistanın dəyişməz "statuskvo" tərsliyinə qarşı Əliyevin "altda qalanın canı çıxsın" taktikası

2023-05-03 13:03:00

Azərbaycan - Ermənistan münasibətlərində problemlərin aradan qaldırılması prosesi tarixdə ən mürəkkəb mərhələlərdən birini  yaşayır. Heç keçmiş "Dağlıq Qarabağ münaqişəsi" mövcud olduğu vaxtlarda da belə mürəkkəblik və çətinlik yox idi. Dünyanın 3 güclü dövləti sayılan ABŞ, Rusiya və Fransanın hər biri problemin üstündə öz maraqlarını güdsələr də, formal olaraq birlikdə idilər. Vaxtilə onları formal bir araya gətirmiş MQ- nin həmsədrlik institutu indi daha mövcud deyil, üstəlik bu üç ölkə "ikisi birinə qarşı" prinsipi ilə açıq mənafe davasına başlayıblar. Yəni ABŞ və Fransa təxminən eyni mövqe göstərməklə tam fərqli prinsiplərlə hərəkət edən Rusiyanın hegemonluğuna son qoymağa çalışırlar. Ən fəlakətli mənzərə isə odur ki, belə mürəkkəb və çarpaz münasibətlərin içində olan hər 3 ölkə Bakı-Yerevan münasibətlərinin tənzimlənməsində üstün vasitəçilik səyləri göstərirlər. Hər kəs öndə və aparıcı olmağa çalışır. Aydın məsələdir ki, onlardan hansısa birinin təklif etdiyi sülhə doğru yol xəritəsi və ya ideya dərhal digərləri tərəfindən süngülənir və pozulur. Başqa cür mümkün də deyil. Vəziyyəti dramatikləşdirən həm də odur ki, bu mürəkkəb və çarpaz geosiyasi münasibətlərin içində Ermənistan ənənəvi oyunbazlığından qalmır və o da əslində öz mənafelərinə uyğun olaraq sülh pozuculuğu taktikasının fəal aparıcılarından birinə çevrilir. Nəzərə almalıyıq ki, indiki geosiyasi və diplomatik şərtlər çərçivəsində Ermənistan rəhbərləri özlərinə tam sərfəli heç bir normallaşma modeli görmürlər, görmək istəmirlər, ortaya qoyulan hər bir modeli açıq və ya diplomatik üsullarla sabotaj edirlər. Yəni ABŞ bir model irəli sürəndə Ermənistan onu bir bəhanə ilə pozur, ya ləngidir. Rusiya da təklif verəndə eyni ssenarilər işə düşür. Çünki Ermənistanın məqsədi hazırkı status-kvonu nəyin bahasına olsa uzatmaqdır. Bunu açıq deyirlər. Paşinyan bu günlərdə özünün məhdud çevrəsində indiki "status-kvonun" uzadılmasını erməni dövlətçiliyinin mövcudluq şərti adlandırıb, əlavə edib ki, növbəti üç il bu bizim mövcudluq şərtimizdir və bundan istifadə edərək güclənməliyik. Demək, revanş planları yaşayır, yaşadılır, hazırlıq gedir... Laçın yolunda Azərbaycan ekofəallarının aksiyası fonunda yaranmış durumda Ermənistan dekabrda nazirlərin Moskva görüşünü pozdu, Rusiya iki ölkə rəsmilərinin yüksək görüşlərinin necə olursa olsun təşkili iddiasını yenidən açıq ortaya qoydu, proses 6 aydır gedir, görüşün vaxtı hələ dəqiqləşməmiş bu dəfə Paris və Vaşinqton aktivləşdilər, Fransanın XİN başçısı Kolonna Bakıya və Yerevana gəldi, ABŞ Dövlət katibi Blinken "KPP məsələsindən" sonra daha aktivləşərək Azərbaycan və Ermənistan liderləri ilə danışdı, ardınca isə Vaşinqtonda Mirzoyanla Bayramovun mərhələli görüşlərini təşkil etdi... Sözsüz ki, nazirlərin Vaşinqton görüşünün hansı konkret nəticələr verəcəyini hətta ən skeptik adamlar da gözləyir.

Türkiyə XİN rəhbəri: Ermənistan Qarabağa silah sızdırır

2023-05-03 12:17:00

Vətən müharibəsi başa çatandan sonra Azərbaycanla Türkiyə səmimi şəkildə Ermənistanla münasibətlərin normallaşdırılmasını istədi. Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi.