Siyasət
2023-05-31 15:20:00
Biz strateji tərəfdaşımız olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçiririk. Bütün işlər plana uyğun getsə, gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq.
2023-05-31 15:18:00
Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir.
2023-05-31 15:08:00
Enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bu gün hamı bunu artıq aydın görür ki, bizim halda bu, hər iki məsələdir - həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir.
2023-05-31 15:02:00
Biz özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, əslində lider, aparıcı ölkə olsun.
2023-05-31 14:52:00
"ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi qaydalarına dəyişiklik edilib.
2023-05-31 14:50:00
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında fərman imzlayıb.
2023-05-31 14:40:00
İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan Respublikasına rəsmi səfəri mayın 31-də başa çatıb.
2023-05-31 13:08:00
Cari hadisələr, Prezident İlham Əliyevin son bir ay ərzində keçirdiyi görüşlər, etdiyi səfərlər və aparılan müzakirələrin məzmunu və əhatə dairəsi ölkəmizin beynəlxalq nüfuzunu, Bakının nəyinki regional miqyasda əsas mərkəzə çevrildiyi, hətta qlobal gündəliyə təsir edən və mühüm məsələlərin həllində söz sahibi kimi çıxış etdiyi təsdiq edir.
2023-05-31 12:56:00
Bakı Enerji Həftəsi enerji sektorunda keçirilən aparıcı beynəlxalq tədbirlərdən biridir.
2023-05-31 12:26:00
Ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və birinci xanımı Mixal Hersoq mayın 31-də dünya mədəni irs abidələrindən sayılan İçərişəhərlə tanış olublar.
2023-05-31 12:22:00
Azərbaycan malik olduğu zəngin təbii ehtiyatlardan istifadə etməklə, alternativ və bərpa olunan enerji istehsalının artırılmasına, dekarbonizasiya və enerji mənbələrinin diversifikasiyası kimi qlobal gündəliyə mühüm töhfələr verir. Ortamüddətli perspektivdə ölkəmiz alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və "yaşıl enerji"nin ‒ hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir.
2023-05-31 12:20:00
1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması uğuru, dayanıqlı inkişafı, iqtisadi müstəqilliyi və nəticədə siyasi müstəqilliyi təmin edə biləcək yeganə addım idi.
2023-05-31 12:18:00
1994-cü ildən başlayaraq 30 ilə yaxındır ki, Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir. 1994-cü il Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının başlanğıc ili idi.
2023-05-31 12:06:00
Böyük Britaniyanın Baş naziri Rişi Sunak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
2023-05-31 11:30:00
Xankəndində konkret məqsədlərlə göndərilmiş Ruben Vardanyan özünü "publik fiqur" elan edərək Azərbaycana meydan oxuyur. O, "yeni müharibə" anonsunu verərək, Azərbaycan Ordusuna qarşı döyüşlərə başlaya biləcəklərini də istisna etməyib.
2023-05-31 11:24:00
Azərbaycan, Cənub Qaz Dəhlizi də daxil olmaqla, Orta Dəhlizin inkişaf etdirilməsindən tutmuş enerji dayanıqlığını gücləndirən enerji diversifikasiyasının artırılmasına qədər, təhlükəsiz enerji təchizatına olan qlobal ehtiyacın ödənilməsinə kömək edir.
2023-05-31 11:02:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattı qəbul edib.
2023-05-31 10:20:00
"Görünən odur ki, ya Nikol Paşinyanın öz hökuməti üzərində nəzarəti sıfra bərabərdir, ya da o, yenidən bütün maraqlı tərəfləri razı salmağa çalışır".
2023-05-31 10:18:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışında iştirak edir.
2023-05-31 07:38:00
Ermənistan və Azərbaycan arasında sülh danışıqları davam edir və biz bunu görməkdən məmnunuq.
2023-05-31 07:22:00
Peru paytaxtının mərkəzi Azərbaycan bayrağının rənglərinə boyanıb.
2023-05-31 00:05:00
Mayın 30-da Bakıda Heydər Əliyev Mərkəzində İsrail Dövlətinin Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
2023-05-30 23:52:00
Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və xanımı Mixal Hersoq mayın 30-da Heydər Əliyev Mərkəzində olublar.
2023-05-30 22:17:00
30 may tarixində UNESCO-nun mənzil-qərargahında "Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında" 1970-ci il Konvensiyasına tərəf ölkələrin 7-ci sessiyası öz işinə başlayıb.
2023-05-30 21:55:00
"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Prezident İlham Əliyevə məktub göndərib.
2023-05-30 21:44:00
Azərbaycanla İsrail arasında uçuşların sayı tezliklə artırılacaq.
2023-05-30 19:42:00
İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
2023-05-30 19:02:00
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
2023-05-30 17:36:00
Türkiyədə keçirilən prezident seçkisinin 2-ci turunda qalib gələn Ərdoğan bundan sonra Qərbin çağırışlarına əhəmiyyət verməyəcək və özünə uyğun olanı edəcək.
2023-05-30 17:16:00
Qarabağ problemi ilə hazırda Avropa və Qərbin mühüm nüfuzlu siyasətçiləri məşğul olur. Rusiyada da ayrı-ayrı qütblərin bir neçə istiqamətdə maraqları burada toqquşur. Bu baxımdan hadisələr qısa müddət ərzində çox ciddi təhlükələrə şərait yarada bilər. Qarabağdakı əhalinin kimliyini müəyyən etmək üçün əsas hesablama nöqtəsi 1988-ci ildə orada yaşamış insanlar və sonrakı nəsillər əsas götürülür. Bu dövr ərzində ermənilər tərkibinin dəyişməsindən ötrü hədsiz çox çalışıblar. Məqsəd azərbaycanlılar və ermənilərin demoqrafik artımındakı fərqi azaltmaq olub. Azərbaycanın demoqrafik üstünlüyü tam prioritetdir.
2023-05-30 17:08:00
Azərbaycanda rəsmi səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və xanımı Mixal Hersoq mayın 30-da Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
2023-05-30 17:06:00
Hər ötən saat Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında Azərbaycan Ordusunun antiterror əməliyyatına daha çox ehtiyac yaranmağa başlayır. Kişinyov görüşü yaxınlaşdıqca bunu xüsusilə hiss etməyə başlamışıq. İstər Ermənistan-Azərbaycan sərhəddində olsun, istərsə də sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə olan qeyri-qanuni erməni silahlıları tərəfindən artıq ardıcıl bir neçə gündür ki, silahlı insidentlər bir-birini əvəz edir.