Əhmədzadənin arxasında kim dayanır?


Siyasət 20 Sen 2025 22:14:00 85 0

Əhmədzadənin arxasında kim dayanır?

Son.az politoloq Asif Nərimanlının yazısını təqdim edir. SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini, iş adamı Adnan Əhmədzadənin həbsinin səbəbləri ilə bağlı mediada yayılan məlumatlar və ona qarşı irəli sürülən ittihamlar məsələnin "dərin köklərə" malik olduğunu deməyə əsas verir.

İstintaq araşdırmasında detallar aydınlaşdırılacaq, lakin təkcə enerji sektorunun yox, həm də medianın göz önündə olan bu şəxsin qəfil həbsi yayılan məlumatların doğruluq ehtimalını da ön plana çıxarır.

Adnan Əhmədzadənin "Azəri Layt" markalı nefti digər xam məhsulla qarışdırmaqda ittiham edildiyi deyilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığı və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir. Neft bazarında Azərbaycanın etibarlı tərəfdaş imicini - bu, Avropa rəsmiləri də daxil olmaqla, alıcı ölkələrin rəhbərliyi tərəfindən mütəmadi olaraq, dilə gətirilir - nəzərə alsaq, belə bir əməl təkcə mənimsəmə kimi yox, həm də dövlət maraqlarına qarşı təxribat kimi qəbul edilməlidir. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan cinayət işi üzrə Əhmədzadənin "iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunması" bu kontekstdə təsadüfi deyil.

Əhmədzadənin necə həbs edilməsi xüsusilə diqqət çəkir: məlumatlara görə, o, ötən gün Formula-1 üzrə Azərbaycan Qran-prisinin yarışlarına baxmaq üçün əraziyə gedib, hüquq-mühafizə orqanları tərəfindən həbsi də məhz orada baş verib.

Bu detal bir ssenarini önə çıxarır: istisna deyil ki, Azərbaycan neftinə qarşı baş verən təxribat faktı ilə bağlı araşdırmada Əhmədzadənin iştirakı yeni müəyyən edilib və dərhal həbs qərarı verilib.

Əhmədzadənin neft maxinasiyasında iki sual baş verənlərin "dərin köklərinə" işıq tuta bilər.

Birincisi, maxinasiyada kimlər "əlbirdir?"

Azərbaycan sərhədlərini aşan neft fırıldağını Əhmədzadənin təkbaşına həyata keçirməsi ehtimalı zəifdir. Neft satışının mürəkkəb mexanizmini və dövlət təhlükəsizliyinin kompenenti olduğunu nəzərə alanda, bu ehtimal ümumiyyətlə sıfırlanır. İstintaq belə bir şəbəkənin mövcudluğunu mütləq aydınlaşdıracaq.

İkincisi, Əhmədzadənin arxasında hansı qüvvələr ola bilər?

İttiham aktında yer alan "iqtisadi təhlükəsizliyə qarşı təxribat" amili maxinasiyanın təkcə külli miqdarda maliyyə mənimsəməsindən ibarət olmadığını təsdiqləyir. Hətta mənimsənilən maliyyə təxribat planında icraçıların - hazırda yalnız Əhmədzadənin adı məlumdur - "qazancı" ola bilər, əsas hədəf isə məhz neft bazarında Azərbaycanın mövqelərinə zərbə endirməkdir. Bu, Əhmədzadənin arxasında müəyyən xarici qüvvələrin olması versiyasını gücləndirir.

Və bütün "xarici qüvvə" ehtimalları Moskvaya çıxır. Rusiya Azərbaycana qarşı neft təxribatında niyə maraqlı ola bilər?

a) Azərbaycanın bazardakı mövqelərinin zəifləməsi ilk növbədə Rusiyaya sərf edir;

b) Ukrayna müharibəsinə görə sanksiyalara məruz qalan Rusiyanın neft bazarındakı zəifləyən mövqeləri fonunda Azərbaycanın gücləndiyi haqda məlumatlar var: Dünya Bazarı Araşdırmaları İnstitutunun araşdırmasına görə, bu ilin altı ayı - yanvar-iyul - ərzində Azərbaycanın neft ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 5 faiz artıb;

c) Azərbaycanın enerji resursları Rusiyanın ehtiyatları ilə müqayisədə az olsa da, Avropanın enerji təhlükəsizliyində mühüm paya malikdir: Moskva Avropanın enerji təhlükəsizliyinin diversifikasiyasına zərbə endirmək niyyətindədir;

ç) Daha öncə baş verənlər - avqustun 6-da Rusiyanın Odessada Azərbaycan qazını nəql edən qaz kompressor stansiyasına, avqustun 18-də SOCAR-ın Odessa vilayətindəki neft bazasına zərbələr endirməsi də oxları yenidən Moskvaya tuşlayır;

d) Burada Rumıniya mediasının bir neçə həftə öncə yaydığı məlumat da yada düşür: bu ölkənin kəşfiyyatı Azərbaycan neftinə zərərli maddələrin Rusiya tərəfindən qatıldığı şübhələrinə malikdir.

e) Neft təxribatının Bakı-Moskva xəttindəki gərginlik fonunda Rusiyanın təzyiq planının tərkib hissəsi olduğu da istisna deyil.

Bunlar mövcud məlumatlara istinadən önə çıxan ehtimallardır. Son.az

“Qızıl damladan ağac”  Sahibinə sərvət qazandırır like
  • 20 Sen 21:42  
Digərləri “Qızıl damladan ağac” Sahibinə sərvət qazandırır

İzmirin Çeşmə yarımadasında yetişən və "qızıl damlayan ağac&quo

arrow Ətraflı
"Onmlar Ermənistanın şərəfli vətəndaşları kimi qəbul olunmalıdır" like
  • 20 Sen 21:28  
Digərləri "Onmlar Ermənistanın şərəfli vətəndaşları kimi qəbul olunmalıdır"

Ermənistanın Baş naziri Nikol Paşinyan, Türkiyə ilə aktiv dialoq apardıq

arrow Ətraflı
Qadın deputat geyiminə görə zaldan çıxarıldı like
  • 20 Sen 21:12  
Dünya Qadın deputat geyiminə görə zaldan çıxarıldı

Niderland parlamentində büdcə müzakirəsi zamanı deputat Ester Ouyhantdan F

arrow Ətraflı
"Başqa qadından övladı olsa, baxaram" like
  • 20 Sen 20:35  
Şou-biznes "Başqa qadından övladı olsa, baxaram"

"Bir qadın kimi xoşbəxtəm. Çox qadının arzuladığı sevgini yaşay�

arrow Ətraflı
İlham Əliyev Ruanda Prezidenti ilə görüşünə dair paylaşım edib like
  • 20 Sen 20:29  
Siyasət İlham Əliyev Ruanda Prezidenti ilə görüşünə dair paylaşım edib

Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Ruanda Prezidenti ilə g�

arrow Ətraflı
Adnan Əhmədzadə belə həbs edilibmiş like
  • 20 Sen 20:20  
Digərləri Adnan Əhmədzadə belə həbs edilibmiş

Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər m

arrow Ətraflı
İnək şirniyyat mağazasına hücum çəkdi  Yaralı var like
  • 20 Sen 20:08  
Digərləri İnək şirniyyat mağazasına hücum çəkdi Yaralı var

Gəncədə inək şirniyyat mağazasına hücum edib.

arrow Ətraflı
Azərbaycanda müəllimə məktəb direktorunu döydü like
  • 20 Sen 19:06  
Digərləri Azərbaycanda müəllimə məktəb direktorunu döydü

Naxçıvanda orta məktəbin direktoru döyülüb.

arrow Ətraflı
"Bura mərsiyə deməyə gəlmisən?" like
  • 20 Sen 19:00  
Şou-biznes "Bura mərsiyə deməyə gəlmisən?"

Tanınmış opera müğənnisi Ülvi Qılınc qalmaqallı açıqlamalar verib.

arrow Ətraflı
“1 il 7 aydır ki, sərhəddə əsgər ölməyib, sülh budur” like
  • 20 Sen 18:51  
Siyasət “1 il 7 aydır ki, sərhəddə əsgər ölməyib, sülh budur”

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla əldə olunan sülhü yük

arrow Ətraflı
"Bunu bilsəniz dəhşətə gələrsiniz" like
  • 20 Sen 18:30  
Şou-biznes "Bunu bilsəniz dəhşətə gələrsiniz"

"Heç kimlə ünsiyyətim yoxdur. Özümə qadağa qoymuşam. Özümə qoyd

arrow Ətraflı
Bu meyvə sayəsində ev, maşın alanlar var like
  • 20 Sen 18:17  
Digərləri Bu meyvə sayəsində ev, maşın alanlar var

Əsrlər boyu dağlıq və meşəlik ərazilərində təbii şəraitdə yetişə

arrow Ətraflı
Naxçıvanda avtobus dərəyə aşdı  15dən çox yaralı var like
  • 20 Sen 18:04  
Digərləri Naxçıvanda avtobus dərəyə aşdı 15dən çox yaralı var

Naxçıvanda ağır yol qəzası baş verib, 15-dən çox yaralı var.

arrow Ətraflı