Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb


Siyasət 21 Sen 2025 17:01:00 60 0

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi Bakı Təhlükəsizlik Forumunun üçüncü iclasının açılışı münasibətilə təbrik edir və hər birinizi səmimi-qəlbdən salamlayıram.

Qlobal arenada kəskinləşən geosiyasi ziddiyyətlər fonunda beynəlxalq təhlükəsizlik sisteminin qorunub saxlanılmasında vacib rolu olan təhlükəsizlik və kəşfiyyat qurumlarını bir araya gətirən Bakı Təhlükəsizlik Forumunun davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir. Foruma olan marağın ildən-ilə artması müzakirəyə çıxarılan mövzuların vacibliyini əyani şəkildə əks etdirir.

Dünya sürətlə dəyişir və hər gün yeni çağırışlar, yeni təhdidlər özünü büruzə verir. Müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə zəmin yaradır. Eyni zamanda beynəlxalq müstəvidə münaqişələrin alovlanması, terrorçu təşkilatların yenidən fəallaşması, eləcə də kibertəhdidlərin artması müşahidə olunur. Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyur. Bu kontekstdə dini ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı kimi hüquqazidd əməllərin beynəlxalq təhlükəsizlik sistemini sarsıtması ciddi narahatlıq doğurur. Şübhəsiz, müasir dövrün bu cür problemlərinin həlli yeni yanaşmaların, yeni vasitələrin tətbiqini, ən əsası isə ölkələrin birgə səylərini və sıx əməkdaşlığını tələb edir. Bu baxımdan Bakı Təhlükəsizlik Forumunun qlobal və regional təhlükəsizliyin ən aktual məsələləri barədə açıq və konstruktiv fikir mübadiləsinin aparılması üçün faydalı platformaya çevrilməsini görməkdən məmnunluq duyuruq.

Azərbaycan Respublikası müstəqillik qazandığı ilk gündən etibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəkləyib. Biz inanırıq ki, sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür. Azərbaycan yerləşdiyi bölgədə - Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün konstruktiv addımlar atır. Qarşıya qoyduğumuz əsas hədəflərdən biri regionda qarşılıqlı inama, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulmasıdır. Hesab edirik ki, bu istiqamətdə yürüdülən məqsədyönlü fəaliyyət gələcəkdə qonşu ölkələr arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə təkan verəcəkdir.

Bildiyiniz kimi, 2025-ci ilin avqust ayının 8-də Vaşinqtonda ABŞ-nin şahidliyi ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamə imzalanmışdır. Beləliklə, ölkələrimiz arasında uzun müddət davam edən münaqişəyə son qoyulması və sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılmışdır. Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunması təkcə bizim region üçün deyil, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacaqdır.

Beynəlxalq təhlükəsizlik problemlərinin qarşısının alınmasında və həllində xüsusi xidmət orqanlarının birgə fəaliyyət göstərməsi həlledici rola malikdir. Əminəm ki, bugünkü müzakirələr səmərəli olacaq və konfransda səsləndiriləcək təhlillər və tövsiyələr daha təhlükəsiz bir gələcəyin formalaşmasına əhəmiyyətli töhfələr verəcəkdir.

Keçən il Bakı Təhlükəsizlik Forumunun ənənəvi olaraq hər il təşkil edilməsi və davamlı fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş təklif iştirakçı ölkələr tərəfindən fəal şəkildə dəstəklənmişdir. Bununla əlaqədar olaraq ötən müddət ərzində Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsinin və onun Katibliyinin təsis edilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Hazırkı iclasda əldə olunmuş ümumi razılıq əsasında Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsinin və ondan irəli gələn təşəbbüslərin qəbul olunması nəzərdə tutulur. Bütün bunlar Forumun təsisatlanması istiqamətində atılmış mühüm addımlardır. Azərbaycan Təşkilat Komitəsinin işinin koordinasiyası funksiyasını öz üzərinə götürərək Bakı Təhlükəsizlik Forumuna öz dəstəyini verməyə davam edəcəkdir.

Hər birinizi bir daha ürəkdən salamlayır və konfransın işinə uğurlar arzulayıram".

Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar like
  • 21 Sen 16:53  
Digərləri Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar

Gəncə şəhərində 18 yaşlı oğlan döyülüb. 

arrow Ətraflı
Lundiy adası: Müasir dünyadan biraz uzaqda həyat like
  • 21 Sen 16:42  
Digərləri Lundiy adası: Müasir dünyadan biraz uzaqda həyat

Şimal Devon sahillərində, Bristol Körfəzində yerləşən Lundiy adası (Lu

arrow Ətraflı
Gecikmiş kreditə nə qədər və hansı müddətdə cərimə tətbiq edilə bilər? like
  • 21 Sen 16:26  
Digərləri Gecikmiş kreditə nə qədər və hansı müddətdə cərimə tətbiq edilə bilər?

Kredit gecikmələrinə görə tətbiq edilən cərimənin məbləği ümumi bor

arrow Ətraflı
Şamaxıda 15 yaşlı qız nişanlanır?  DİN araşdırır like
  • 21 Sen 16:24  
Digərləri Şamaxıda 15 yaşlı qız nişanlanır? DİN araşdırır

Sosial şəbəkələrdə Şamaxıda 15 yaşlı qıza nişan mərasimi keçirilə

arrow Ətraflı
Yollarda görünüş məsafəsi məhdudlaşacaq like
  • 21 Sen 16:18  
Digərləri Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb.

arrow Ətraflı
Rusiya Baş nazirinin müavini axtarışa verildi like
  • 21 Sen 16:06  
Dünya Rusiya Baş nazirinin müavini axtarışa verildi

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Federasiyası Baş nazirinin müa

arrow Ətraflı
Biləsuvarda sürücü ürək tutmasından öldü like
  • 21 Sen 15:51  
Digərləri Biləsuvarda sürücü ürək tutmasından öldü

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində Solmaz Məmmədovanın kitab təqdimatı keçirilib  FOTO like
  • 21 Sen 15:36  
Digərləri Heydər Əliyev Mərkəzində Solmaz Məmmədovanın kitab təqdimatı keçirilib FOTO

Sentyabrın 20-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad Ray

arrow Ətraflı
Bakıda oğurluq edən gənclər SAXLANILDI like
  • 21 Sen 15:35  
Digərləri Bakıda oğurluq edən gənclər SAXLANILDI

Nizami və Suraxanı rayonlarında oğurluq edənlər saxlanılıblar.

arrow Ətraflı
"30 manata 1015 səhifədən şərh yazırlar" like
  • 21 Sen 15:16  
Şou-biznes "30 manata 1015 səhifədən şərh yazırlar"

"Əzilən insanlar cavab qayatara bilmədikləri üçün illərlə içləri

arrow Ətraflı
Hakimliyə namizədlərlə test imtahanı keçirilib like
  • 21 Sen 15:00  
Digərləri Hakimliyə namizədlərlə test imtahanı keçirilib

Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim ştatlarının komplektl

arrow Ətraflı
Azərbaycandakı yarışda "Formula 2"nin pilotlarına cəza verilib like
  • 21 Sen 14:40  
Digərləri Azərbaycandakı yarışda "Formula 2"nin pilotlarına cəza verilib

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprin

arrow Ətraflı
İsraillı nazirin sərt açıqlaması çağırışlara səbəb oldu like
  • 21 Sen 14:26  
Dünya İsraillı nazirin sərt açıqlaması çağırışlara səbəb oldu

İsrailin Sosial Bərabərlik və Qadınların Təşəffüskarlığı naziri Ma

arrow Ətraflı
Günəş yenidən “oyanır”  XƏBƏRDARLIQ like
  • 21 Sen 14:10  
Dünya Günəş yenidən “oyanır” XƏBƏRDARLIQ

Elmi araşdırmalar göstərir ki, Günəş uzun müddət aşağı fəaliyyət m

arrow Ətraflı
Fərdaya ağır itki like
  • 21 Sen 13:55  
Şou-biznes Fərdaya ağır itki

Tanınmış aktyor Fərda Xudaverdiyev ağır itki üz verib.

arrow Ətraflı