Xəbərlərin siyahısı
2025-10-21 13:14:00
Son.az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib.
2025-10-21 12:53:00
Dünyanın ən populyar mesajlaşma tətbiqi "WhatsApp" hər il on minlərlə hesabı xəbərdarlıq etmədən qalıcı olaraq silir. Hesab silindikdə mesajlar və şəxsi məlumatlar geri qaytarıla bilməz.
2025-10-21 12:46:00
Oktyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
2025-10-21 12:39:00
Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir
2025-10-21 12:30:00
Fransanın keçmiş prezidenti Nikola Sarkozi bu gün 5 illik həbs cəzasını çəkmək üçün həbsxanaya yollanıb.
2025-10-21 12:28:00
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfərinin iki ölkə arasında strateji tərəfdaşlığın gələcək inkişafı üçün çox böyük əhəmiyyətini qeyd edib.
2025-10-21 12:22:00
"BakuBus" MMC bulvar ərazisində qəzaya uğrayan marşrut avtobusu ilə bağlı açıqlama verib.
2025-10-21 12:15:04
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.
2025-10-21 12:13:00
Son vaxtlar iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin sürətlə yayılması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bu vəziyyət xüsusilə də ucuz qiymətə satılan dönər məhsullarına olan münasibəti gündəmə gətirib və sosial mediada geniş müzakirələrə səbəb olub.
2025-10-21 12:07:00
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə "Orta dəhlizin inkişafı" (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub.
2025-10-21 12:06:16
"SF Azerbaijan" şirkətinə məxsus "Manato"kredit təşkilatına məhdudiyyət qoyulub.
2025-10-21 11:55:00
Yeni Zelandiyada 21 yaşlı gənc içdiyi pivədən sonra komaya düşərək həyatını itirib.
2025-10-21 11:49:00
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan çox nağd pul və qiymətli zinət əşyalarının dələduzluq yolu ilə ələ keçirildiyi barədə xəbər yayılıb.
2025-10-21 11:44:00
Paytaxtın müxtəlif rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin kirayə qiymətləri arasında ciddi fərqlər mövcuddur.
2025-10-21 11:39:00
Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub.
2025-10-21 11:39:00
Bakıda sərnişin avtobusu qəza törədib.
2025-10-21 11:20:00
Binəqədi rayonu Karl Maks adlanan ərazidə yol kənarı yaşıllıq ərazinin qəsdən qurulduğu iddia edilir.
2025-10-21 11:08:00
İstanbul Respublika Baş Prokurorluğunun "Can Holdinq" və "Ciner Qrup"la bağlı apardığı istintaq çərçivəsində keçirilən ikinci dalğa əməliyyatı nəticəsində 11 nəfər həbs edilib, daha 14 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri seçilib.
2025-10-21 10:54:00
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın mərkəzində baş vermiş yol qəzasının görüntülərini yayıb.
2025-10-21 10:47:00
Müdafiə sənayesi üzrə sabiq nazir Yavər Camalovun ailəsində ağır itki baş verib.
2025-10-21 10:45:00
Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyinə yoluxma halları qeydə alınmayıb.
2025-10-21 10:41:00
XXI əsrin üçüncü onilliyinə qədəm qoyan Avropa İttifaqı dərin sistem dəyişikliyinin astanasındadır. On illərlə davam edən liberal konsensusun hegemonluğu və inteqrasiyanın tədricən dərinləşməsi dövrü başa çatır. İndi qitə siyasi balansı dəyişməklə kifayətlənməyən, Avropa layihəsinin "genetik kodunu" yenidən yazmaq gücündə olan fenomenlə üz-üzədir. Fransa və Almaniyadan tutmuş Niderland və İtaliyaya qədər ifrat sağ populistlərin yüksəlişi artıq kənar, marjinal proses deyil. Bunlar yaxın illərdə Avropa ÜDM-nin yarıdan çoxuna nəzarət edən hökumətləri formalaşdıra biləcək siyasi qüvvələrdir.
2025-10-21 10:36:00
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi toxum, ting və digər əkin materiallarının sertifikatlaşdırılma xidmətlərinin həyata keçirilməsi üçün AZS ISO/ IEC17065:2021 "Uyğunluğun qiymətlənədirilməsi - məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşmasını aparan orqanlara dair tələblər" standartına uyğun akkreditasiya olunub.
2025-10-21 10:28:00
Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev TV Müsavatın baş redaktoru Sevinc Telmanqızına açıqlama verib.
2025-10-21 10:25:00
"Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari münasibətlər son dövrdə sürətlə inkişaf edir və bu əməkdaşlıq ölkələrimizin gələcək tərəfdaşlığının mühüm təməlini qoyur".
2025-10-21 10:18:00
"Apple" keçən ay iOS 26 yeniləməsinin buraxılmasından sonra inkişaf prosesini tam sürətlə davam etdirir. Şirkət 26.1 versiyası ilə başlayan yeni beta mərhələsində yalnız səhvləri aradan qaldırmağı deyil, həm də vacib funksiyaları buraxmağı planlaşdırır. Yaxın aylarda 26.1-dən 26.4-ə qədər olan yeniləmələr "iPhone"lara bir sıra yeni funksiyalar gətirəcək.
2025-10-21 10:05:00
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albanese ilə görüşün əvvəlində jurnalistlərə açıqlama verib.
2025-10-21 10:03:00
Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı "Akorda" Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
2025-10-21 09:56:00
Masazırdan şəhər istiqamətinə fəaliyyət göstərən 525 nömrəli avtobusun gec gəlməsi sakinləri narahat edir. Sərnişinlər tək avtobuslardan yox, sürücülərdən də şikayətcildirlər.
2025-10-21 09:41:00
Xəbər verdiyimiz kimi, oktyabrın 18-nə keçən gecə Mingəçevirdə 19 yaşlı Ləman Məmmədlinin meyiti şəhərin Günəşli Bağlar adlanan ərazisində asılı vəziyyətdə tapılıb.
2025-10-21 09:38:00
Qəza Boss kimi tanınan reper Rəşadət Əliyev vəfat edib.
2025-10-21 09:20:00
Tərtərdə kişi keçmiş həyat yoldaşını döyüb.
2025-10-21 09:11:00
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
2025-10-21 09:07:00
Əməkdar mədəniyyət işçisi, tarzən, Ağdamın "Şur" ansamblının bədii rəhbəri Fərhad Paşayev vəfat edib.
2025-10-21 08:41:00
Zürix Federal Texnologiya İnstitutunda aparılan yeni elmi tədqiqat, dərin nəfəs alıb verməyin ağciyərlərin elastikliyini bərpa etməkdə mühüm rol oynadığını ortaya çıxarıb.
2025-10-21 07:07:00
Oktyabrın 20-dən 26-a kimi həftəlik ulduz falı üç bürc üçün dönüş nöqtəsi vəd edir. Bu dövr onlar üçün xüsusilə vacib olacaq - tale onlara keçmişdən azad olmaq, harmoniya cəlb etmək və yaxınları ilə bağlarını gücləndirmək imkanı verəcəkdir.
2025-10-21 06:06:00
Mütəxəssislər bəzi dərmanların qəbul edildiyi müddətdə qəhvə içməyin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq ediblər. Səbəb kofeinin dərmanların tərkibindəki maddələrlə qarşılıqlı təsirə girərək yan təsirləri artırması və ya müalicənin təsirini zəiflətməsidir.
2025-10-21 04:04:00
Havaların dəyişməsi ilə birlikdə qrip virusuna yoluxma halları artmağa başlayıb. Həkimlər bildirirlər ki, düzgün yanaşma və sadə qaydalara əməl etməklə qripdən daha tez qurtulmaq mümkündür.
2025-10-21 03:03:00
İzmirdə yaşayan 51 yaşlı Cavidan Akkaya həyatını dəyişdirən hadisəni təsadüfən pişiyi sayəsində yaşayıb. O, Şanlı adlı pişiyini oxşayarkən onun qarnında sərtlik hiss edib və bir həftə sonra özünü yoxladıqda sinəsində oxşar sərtlik aşkar edilib.
2025-10-21 02:02:00
Miqren adətən bir tərəfli, döyücü və ya şiddətli ağrı ilə müşayiət olunan xroniki nevroloji bir xəstəlikdir. Bu ağrıya tez-tez ürək bulanması, qusma, işığa və səsə qarşı həssaslıq da qoşulur.
2025-10-21 01:01:00
Son günlərdə mövsümi soyuqdəymə və qrip hallarının artması ilə öskürək bir çox insan üçün ciddi narahatlığa çevrilib. Mütəxəssislər bildirirlər ki, bəzi təbii vasitələr immuniteti gücləndirərək bu problemin qarşısını almaqda kömək edə bilər.
2025-10-21 00:53:00
Son günlərdə artan qrip halları ilə birlikdə öskürək bir çox insan üçün can sıxan bir problemə çevrilib. Lakin nənələrimizin illərdir istifadə etdiyi bu təbii şərbət resepti öskürəyi, bəlğəmi və sinədəki xışıltını qısa zamanda aradan qaldırır.
2025-10-21 00:41:00
Hacıqabulun Meyniman kəndində 23 yaşlı oğlan ilə 16 yaşlı qızın planlaşdırılan toy mərasimi dayandırılıb.
2025-10-21 00:30:00
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Suraxanı rayonunun Bahar və Dədə Qorqud qəsəbələrini Zığ dairəsi-Hava Limanı avtomobil yoluna birləşdirən giriş, çıxış və yanaşma yolları tikir.
2025-10-21 00:25:00
Bir zamanların "Ağalarova" ləqəbli məşhur modeli Diana Mehdiyeva indi məhbus həyatı yaşayır. Son.az xəbər verir ki, bloger və aparıcı Nail Kəmərli Diana ilə həbsxanadan süjet hazırlayıb. Narkotik vasitələrin külli miqdarda saxlanması, daşınması və istifadəsinə görə həbs olunan Diana öz acınacaqlı taleyindən söz açıb. 18 yaşında modellik fəaliyyətinə başlayan Diana, qısa zamanda şöhrətə çatıb, maddi gəlir əldə edib. Lakin narkotiklə tanışlığı onun əlindən hər şeyini alır, qazandığı dostlar da bir-bir onu tərk edir. Vəziyyət o yerə çatır ki, Diana pis vərdişi ucbatından iş tapa bilmir və gənc yaşda enerji içki bankalarını toplamağa başayır, hətta oğurluğa əl atır. Diananın həbsdə hələ 4 ili qalır. Onun sözlərinə görə, həbsdən çıxanda artıq 39 yaşı olmuş olacaq. Sonda o, tutduğu əməldən xeyli peşman olduğunu dilə gətirib. Daha ətraflı videoda: Son.az
2025-10-21 00:19:00
"Özümü aparıcı hesab etmirəm. İndi də elədir. Aktyor kimi fəaliyyət göstərirəm.
2025-10-21 00:05:00
2024-cü il noyabrın 16-da Bakının Nizami rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, cinayət Özbəkistan küçəsi 1-də kafenin qarşısında baş verib.
2025-10-21 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
2025-10-20 23:52:00
Ötən gün Xaçmazda baş verən qətlin təfərrüatları məlum olub.
