Həkimlər evə yolladı, süni intellektdən soruşdu dərhal xəstəxanaya qaçdı
Dünya 07 Dek 2025 14:00:00 69 0
Norveçdə yaşayan 49 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxananın Təcili yardım şöbəsinə müraciət edib. İlkin müayinədən sonra həkimlər onun vəziyyətinin ciddi olmadığını bildirərək mədə turşuluğuna qarşı dərman yazıb evə göndəriblər. Lakin ağrıları səngiməyən xəstənin həyatını bu dəfə süni intellekt xilas edib.
Bu xəbəri də oxu: Ev deyil, gizli bank imiş: Arxeoloji qazıntılarda 90 kilo sikkə tapıldı
Son.az xəbər verir ki, ağrıları getdikcə güclənən və narahat olan kişi simptomlarını ətraflı şəkildə süni intellekt əsaslı Qrok adlı söhbət robotuna danışıb. Qrokun cavabı isə tamamilə fərqli olub: sistem xəstənin vəziyyətinin ciddi ola biləcəyini, bunun mədə xorasının deşilməsi və ya atipik apendisit ola biləcəyini qeyd edib və dərhal xəstəxanaya qayıdıb kompüter tomoqrafiyası (KT) etdirilməsini tövsiyə edib.
Qrokun xəbərdarlığı ilə yenidən xəstəxanaya qayıdan kişi həkimlərə aldığı mesajı göstərərək KT müayinəsindən keçmək istədiyini bildirib. Aparılan tomoqrafiya nəticəsində xəstənin apendisitinin demək olar ki, yırtılmaq üzrə olduğu müəyyən edilib. O, dərhal əməliyyata alınıb və 6 saat davam edən uğurlu əməliyyatdan sonra sağlamlığına qovuşub.
Ölüm təhlükəsindən dönən xəstə yaşadığı hadisəni belə ifadə edib: "Mən bu gün sağam və yaxşıyam, çünki həkimlərin gözündən qaçan vəziyyəti bir süni intellekt gördü." Lalə Qüdrətova Son.az
Müğənni Natavan Həbibi sosial şəbəkə hesabında maraqlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
"Şipşirin" kimi təqdim edilməkdən narahat deyiləm, pis deyil. Am
Oktyabrın 12-də Mingəçevir şəhərində 1 yaşlı körpəsini binanın zirz
Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti hökm s�
Dekabrın 8-dı Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı
Bakıda restorana gedən müştərini artıq təkcə menyudakı qiymətlər yox,
ABŞ Prezidenti Donald Tramp bir sıra məşhura Kennedi Mərkəzinin medalını
Xəbər verdiyimiz kimi, Biləsuvarda "Lexus" markalı minik avtomobil
Müğənni Nicat Rəhimov "Şeron" qrupundan getməsindən danışıb.
Əsnəmək sadəcə yuxu əlaməti deyil, mürəkkəb bioloji prosesləri işə
Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın ad gününə gedib-getm�
Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA), Ukraynanın Çernobil Nüvə Stansiy
Dünyaca tanınmış ABŞ pop ulduzu Keti Perri Kanadaın keçmiş Baş naziri
