Xəbərlərin siyahısı

DYP 2 gəncin öldüyü yol qəzası barədə məlumat yaydı VİDEO FOTO

2025-11-04 11:15:00

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Göygöldə 2 gəncin öldüyü, 2-nin yaralandığı yol qəzası barədə məlumat və görüntü yayıb.

Aysun: "Atası qızımla görüşməyib, süni intelellektdir"

2025-11-04 11:14:00

Müğənni Aysun İsmayılova keçmiş ərindən danışıb.

Nepalda qar uçqunu: 7 ölü, 5 yaralı

2025-11-04 11:13:00

Cənubi Asiyada qar uçqunu olub.

Gələn il Prezident təqaüdləri və ünvanlı sosial yardımlara nə qədər vəsait ayrılacaq? RƏSMİ

2025-11-04 11:10:00

2026-cı ildə Prezident təqaüdlərinin maliyyələşdirilməsi üçün 2 144 700 000, ünvanlı dövlət sosial yardımlarının verilməsi üçün 465 000 000 manat ayrılacaq.

AzTVdə nöqsanlar aşkarlandı

2025-11-04 11:07:00

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC üzrə dövlət vəsaitlərinin və digər əmlakın idarə olunmasının auditinin nəticələri açıqlanıb.

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

2025-11-04 11:02:00

Qaradağ Rayon İcra Hakimiyyətində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən yoxlamalar zamanı həbs edilən Qafar Abdullayev deputatın qardaşı oğlunun vəzifəsini icra edirmiş.

5 Gün 5 Gecə tarixi endirimlər olacaq FOTO

2025-11-04 11:00:00

Tamstore marketlər şəbəkəsi 5-9 noyabr tarixi aralığında "5 gün, 5 gecə Tarixi Endirimlər" sloqanı ilə bütün mağazalarında gündəlik təlabat məhsullarında xüsusi endirimlər təklif edəcək. Endirimdə sümüklü dana döş əti 1 kiloqramı 12.99 manat, Hicaz təzə toyuq paket 1 kiloqram 4.55 manat, banan 1.99 manat, Pegah kərə yağı 1 kq 12.98 manat, Leya günəbaxan yağı 1 litr 2.98 manat, Tajdar Hindistan basmati düyü kisə 2 kiloqram 5.98 manat, Riçard çay 90 qram 1.74 manat, Ariel 3 kiloqram 9.48 manat olacaq. Qeyd edək ki, bu özəl kampaniya zamanı 300 çeşid gündəlik tələbat məhsulu 60 %-ə qədər endirimlə təklif olunacaq.

Metro ilə bağlı şikayətiniz varsa, bu nömrəyə zəng edin YENİLİK

2025-11-04 10:51:00

"Bakı Metropoliteni" QSC xidmət keyfiyyətinin artırılması məqsədilə daha bir yenilik edib.

"Evə saqallı kişilər gəlirdi,17 illik ailəm bir ayda dağıldı"

2025-11-04 10:25:00

Bakı sakini ailəsində baş verən qalmaqallı hadisə ilə bağlı bloqer Nail Kəmərlinin "YouTube" kanalında yayımlanan verilişə müraciət edib.

Kafedə dava salan şəxs məhkəmə zalında həbs edildi

2025-11-04 10:11:00

Qusar Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rahib Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Türkiyədə də dabaq xəstəliyi aşkarlandı Karantin elan olundu

2025-11-04 10:09:00

Türkiyənin Mudurnu rayonunda dabaq xəstəliyi aşkarlanıb. 

Tanınmış aparıcı anasını öldürdü FOTO

2025-11-04 10:05:00

Tanınmış aparıcı Angelynn Mock anasını qətlə yetirməkdə ittiham olunur.

Tanınmış estetikcərrahdan KÜTLƏVİ ŞİKAYƏT Əməliyyat etdiyi qadının burnu çürüyür?

2025-11-04 09:54:00

Ötən həftə sosial şəbəkələrdə qulaq-burun-boğaz (lor) həkimi və estetik-cərrah kimi tanınan Rəşad Məmmədovun əməliyyat etdiyi 3 qadının şikayəti işıqlandırılmışdı.

Avro və rubl yenidən ucuzlaşdı RƏSMİ

2025-11-04 09:19:00

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Rusiyada daha bir güclü zəlzələ oldu

2025-11-04 09:16:00

Kamçatka bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib.

Xəzər sahilində 112 ölü suiti aşkarlanıb

2025-11-04 09:11:00

Qazaxıstanın Mangistau vilayətinin ekologiya departamentinin əməkdaşları Xəzər dənizinin sahillərində 112 suiti cəsədi aşkar ediblər.

Əlikramın başına iş gəldi

2025-11-04 09:07:00

Müğənni Əlikram Bayramovun başına iş gəlib.

Bu adaya hamı vizasız girə bilər Ən gözəl çimərliklər oradadır

2025-11-04 08:41:00

Sakit okeanının qərbində, Fransadan beş dəfə böyük əraziyə səpələnmiş 600-dən çox adadan ibarət gizli bir cənnət var - Mikroneziya Federal Dövlətləri.

ChatGPT artıq bu sualların cavabını verə bilməyəcək

2025-11-04 08:23:00

OpenAI ChatGPT üçün inqilabi hesab olunan yeni qaydalar tətbiq edib. 29 oktyabr tarixindən etibarən qüvvəyə minən bu dəyişikliklərə görə, ChatGPT artıq dərman adları və dozası barədə məlumat verə, məhkəmə ərizələri (iddia ərizələri) hazırlaya və ya investisiya məsləhəti təqdim edə bilməyəcək.

Ağızda dağılan ətin sirri Ləzzətli quzu yeməyi resepti

2025-11-04 08:08:00

Soyuq qış günlərində həm isinmək, həm də doyumlu və ləzzətli bir yemək axtarırsınızsa, bu resept məhz sizin üçündür. Quzu incik, düzgün bişirildikdə elə yumşaq olur ki, ət sümükdən özü-özünə ayrılır.

"Buna görə gecə hoteldə qalmışam"

2025-11-04 07:07:00

Müğənni Niyam Salami formada qalma sirrini bölüşüb.

Heyvanlardan yoluxur, qızdırmayla başlayır Ölümcül xəstəlik yayıldı

2025-11-04 06:06:00

Seneqalda sentyabrın sonunda başlayan "Rift Vadisi Qızdırması" epidemiyası getdikcə daha da geniş yayılır.

Diş fırçalayarkən edilən 4 SƏHV

2025-11-04 05:05:00

Mütəxəssislərə görə, dişlərinizi necə fırçalamağınız ağız sağlamlığı üçün neçə dəfə fırçaladığınızdan daha vacibdir.

Ev heyvanı ilə eyni yataqda yatanlara ciddi xəbərdarlıq

2025-11-04 04:04:00

Bir çox insan gecələr pişiyi və ya iti ilə yatmağı rahatlaşdırıcı hesab edir. Onların istiliyi və sakit nəfəsi bəzən ən gözəl yuxu yoldaşı kimi görünür. Lakin baytar mütəxəssislər xəbərdarlıq edir: bu vərdiş hər zaman zərərsiz deyil.

Bu canlı öz ömrünü uzada bilir 250 ildir yaşayır

2025-11-04 03:03:00

Alimlər Qrenlandiya balinasının (yaybaşı balina) uzunömürlülük sirrini açmağa çox yaxındırlar. 250 ilə qədər yaşayan bu nəhəng canlı təkcə okeanların deyil, həm də insanlığın qocalma və xərçənglə mübarizəsində mühüm ipucları saxlaya bilər.

Namiq Qaraçuxurlu xanımı ilə paylaşım etməsindən danışdı

2025-11-04 02:02:00

Meyxanaçı Namiq Qaraçuxurlu xanımı ilə paylaşdığı fotodan danışıb.

Almaniyada hər üçüncü şirkət ixtisara hazırlaşır

2025-11-04 01:01:00

Almaniyada hər üçüncü şirkət 2026-cı ildə ixtisarlar planlaşdırır.

Pezeşkiandan məktəblilərə jest

2025-11-04 00:51:00

İran Prezidenti Məsud Pezeşkian maaşının bir hissəsini ölkədə yeni məktəblərin tikintisinə bağışlayıb.

“Ukraynaya sponsorluq cinayətdir” Zaxarova

2025-11-04 00:50:00

"Rusiya İtaliyaya Ukraynaya sponsorluğun cinayət olduğunu xatırladacaq".

Şəbnəm Mətanətin cavabını verdi "Dəyəri olmayan..."

2025-11-04 00:36:00

Xəbər verdiyimiz kimi, müğənni Mətanət Əsədova həmkarı Şəbnəm Tovuzlunun ünvanına sərt sözlər deyib.

Dəhşətli qəzada ölən İsbinin əmisi oğlu da

2025-11-04 00:11:00

Xəbər verdiyimiz kimi, ötən gün gecə Göygöldə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Günün qoroskopu: Tələsməyin

2025-11-04 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

“Dirək var, amma işıq yanmır” Mətanət

2025-11-03 23:34:00

Aparıcı Mətanət Əliverdiyeva Saray qəsəbəsində yolların işıqlandırılmamasından şikayətlənib.

Özəl sektorda fiziki şəxslərdən gəlir vergisində yeni güzəştlərin tətbiqinə mərhələli keçid

2025-11-03 23:25:00

Ölkəmizdə sosial rifahın yüksəldilməsi, biznes mühitinin əlverişliliyinin artırılması və qeyri-neft sektorunda rəsmi məşğulluğun təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə hökumət 2026-cı ildən etibarən özəl sektorda fiziki şəxslərin gəlir vergisinə dair yeni, mərhələli güzəştlərin tətbiqinə başlayır.

Özünü model kimi təqdim edən Tünzalə külli miqdarda pul mənimsədi

2025-11-03 23:18:00

Özünü model kimi təqdim edərək diqqət mərkəzinə düşmək istəyən "Ömrü Sultani-777" ləqəbli Tünzalə Sultanovadan şikayət var. O, başqasının külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunur.

Trampa inam reytinqi ən aşağı həddə

2025-11-03 23:11:00

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini dəstəkləyən amerikalıların faizi 37-yə enib.

Gecələr teztez ayılırsınıza Bu qidalardan yeyin

2025-11-03 22:57:00

Alimlər meyvə və tərəvəz istehlakının artırılmasının yuxunun keyfiyyətinə əhəmiyyətli şəkildə müsbət təsir etdiyini müəyyən ediblər.

Romada tarixi qüllə çökdü 4 yaralı var

2025-11-03 22:40:00

İtaliyanın paytaxtı Romada məşhur Kolizeyin yaxınlığında yerləşən Torre dei Conti adlı orta əsr qülləsi qismən çöküb. Hadisə zamanı bir işçi ağır yaralanıb, digəri isə dağıntılar altında qalıb.

“Qizil Pəri”nin nominantlari müəyyənləşdi

2025-11-03 22:20:00

Azərbaycan Kino Akademiyası "Qızıl PƏRİ" peşə mükafatının Seçim Komissiyasının üzvləri 13.10.2025 - 30.10.2025 tarixlərində müsabiqəyə təqdim olunmuş 420 ərizə formasına və onlarla bağlı аudiovizual əsərlərə baxış keçirərək, "Qızıl Pəri" mükafatının nominasiyalarını və nominantları (namizədləri) təqdim olunmuş ərizə formalarına əsasən aşağıdakı qaydada və tərkibdə müəyyənləşdirmişdir. 

II Qareginin qardaşı oğlu həbs edildi

2025-11-03 22:18:00

Ermənistanda II Qareginin qardaşı oğlu Ambartsum Nersisyan xuliqanlıq və təbliğat kampaniyasının aparılmasına mane olmaqda ittiham edilərək məhkəmə qərarı ilə bir ay müddətinə həbs olunub.

Təranə Muradovanın Azerbaijan Dance Festival çərçivəsində keçirilən “Night of the Dancing Diamonds” gecəsində möhtəşəm çıxışı

2025-11-03 22:11:00

Möhtəşəm Azerbaijan Dance Festival çərçivəsində JW Marriott Absheron Baku otelində dünyanın ən yaxşı rəqs cütlüklərinin çıxış etdiyi unikal və parlaq gala-şou - "Night of the Dancing Diamonds" (Rəqs edən brilyantların gecəsi) keçirilib. Gecənin kulminasiya anı Azərbaycanın Xalq artisti, əfsanəvi rəqqasə və xoreoqraf Təranə Muradovanın səhnəyə çıxışı olub. Bu möhtəşəm rəqs axşamı məhz onun yubileyinə həsr olunub. Təranə Muradova öz müəllif quruluşunda müasir bal rəqsi elementlərini milli rəqs üslubu ilə zərif şəkildə birləşdirərək təqdim edib. Bu mədəniyyətlərin və üslubların sintezi səhnəni bir sehrli məkana çevirdi - burada ənənə ilə müasirlik, zərifliklə güc, Şərqlə Qərb qovuşurdu. Tamaşada altıqat dünya çempionu, əməkdar idman ustası Eldar Cəfərov və dünya və Avropa çempionu, xoreoqraf-quruluşçu Denis Taqintsev iştirak ediblər. Sənətkarlar Azərbaycanın Xalq artisti Emin Ağalarovun musiqisi altında ağ-qara geyimdə səhnəyə çıxaraq plastik və ritm harmoniyasını yaratdılar. Tamaşaçılar üçün bu gecə bir sənət kəşfi oldu. Təranə Muradova, uzun illər boyu Azərbaycanı milli və xalq rəqsləri ilə beynəlxalq arenada tanıdan sənətkar, bu dəfə müasir və dinamik rəqs ritmlərində tam yeni bir ampluada səhnəyə çıxdı. Hər bir addımı sənətə olan sevginin səmimi ifadəsinə çevrildi. 60 yaşlı Təranə Muradovanın bu möhtəşəm çıxışı bir daha sübut etdi ki, yaradıcılığın yaşı yoxdur. O, sanki səhnədə uçurdu - yüngül, parlaq, daxili işıqla dolu. Tamaşaçılar onun çıxışını ayaqüstə alqışlarla, güllərlə və səmimi sevgiləri ilə qarşıladılar. Bu, həqiqətən sehrli bir an idi! (videonu mətnin sonunda izləyə bilərsiniz). Festivalın təşkilatçıları - Azərbaycan Rəqs Şurası (AZDC), onun rəhbəri, Azərbaycanın Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova və Smooth & Rhythm Dance Style (SRDS) şirkəti, qurumun təsisçisi və prezidenti Olqa Krasnyanskayanın rəhbərliyi ilə fəaliyyət göstərib. Festival çərçivəsində bir neçə gün ərzində WDC AL World Championships, WDC European Championships, Pro-Am World Cups kimi nüfuzlu beynəlxalq yarışlar keçirilib. Yarışlarda Ballroom, Latin və Smooth kateqoriyalarında solo və cüt rəqqaslar - uşaqlardan və yeniyetmələrdən tutmuş böyüklər, peşəkarlar və Pro-Am iştirakçılarına qədər bütün yaş qrupları çıxış ediblər. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Aspirinin diabetə də xeyri var imiş

2025-11-03 22:00:00

Aspirin diabet xəstələrində ürək riskini azalda bilər.

Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların çıxışı başladı

2025-11-03 21:29:00

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 3-də davam etdirilib.

Balkonda paltar qurudursansa iki dəfə düşün

2025-11-03 21:28:00

Xüsusilə sıx nəqliyyatın olduğu ərazilərdə balkonda paltar qurutmaq ciddi sağlamlıq riski yaradır. Ekoloqların sözlərinə görə, şəhər mərkəzlərində və maşınların çox hərəkət etdiyi küçələrə baxan balkonlar fərqinə varmadan zərərli maddələri sanki "filtr" kimi toplayır.

“Tikəmizi də tapmayacaqlar, yavaş sür!” Atasının maşınını qaçırıbmış

2025-11-03 21:10:00

Ötən gecə Göygöldə iki nəfərin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən ağır yol qəzasının detalları məlum olub.

Komaya düşən polkovnik vəfat etdi FOTO

2025-11-03 21:02:00

Ehtiyatda olan polis polkovniki Fazil Hüseynov vəfat edib.

Həbs olunan icra başçısı bundan

2025-11-03 21:00:00

Balakənin həbs edilən keçmiş icra başçısı İslam Rzayev apellyasiya şikayəti verməkdən imtina edib.

YAY Qalereyası gənc rəssam Moukun (Əli İsrafilov) “Astaasta” adlı yeni fərdi sərgisini təqdim edib FOTO

2025-11-03 20:29:00

YAY Qalereyası gənc rəssam Mouk-un (Əli İsrafilov) "Asta-asta" adlı yeni fərdi sərgisini təqdim edib. Açılışda paralel proqram çərçivəsində yerli rok qrupu "DədəBaba"xüsusi olaraq bu axşam üçün hələ yayımlanmamış albomlarından seçilmiş əsərləri canlı şəkildə ifa edib. Sərgi açılışında sənətin müxtəlif sahələrindən gələn ziyarətçilər, kolleksiyaçılar və sənət həvəskarlar iştirak edib.  Sərgi, rəssamın YARAT Müasir İncəsənət Məkanında iki aylıq rezidentura proqramı çərçivəsində yaratdığı ən son əsərlərini təqdim edir. Burada nuar ruhlu personajların yaşadığı, yarı unudulmuş motelə bənzər dünya üzə çıxır. Bu fiqurlar eyni anda həm bir-birinə bağlı, həm də yalqızdılar: hər biri özünəməxsus rituallarını icra edir, təkrarlanan hərəkətlər və vərdiş halına çevrilmiş jestlərlə tənhalığın ritmini yaradır. Biz obyektlər vasitəsilə insanlarla üzləşir, insanlar vasitəsilə isə obyektləri yenidən kəşf edirik. Tanış məkanlarda şəxsi rituallar, arzular və sosial münasibətləri araşdıran bu əsərlər vasitəsilə rəssam zamanı, düşüncəni və mövcudluğu yenidən mənalandırır.

"Kişi gecə min hoqqadan çıxıb, səhər gəlməlidir..."

2025-11-03 20:24:00

Müğənni Günel Ələkbərova "Öz aramızda" verilişində maraqlı açıqlamalar verib.

Ehtiras və ahəng ritmində ilk beynəlxalq Baku Tango Marathon keçirilib FOTO

2025-11-03 20:15:00

Azərbaycan paytaxtında ilk dəfə Baku Tango Marathon keçirilib - bu möhtəşəm tədbir dünyadan argentinalı tango sevərlərini bir araya gətirib. Təsirli musiqi, hərəkət və duyğular Dreamland Golf Club-un füsunkar məkanında birləşib. Marafona 10-dan çox ölkədən iştirakçılar qatılıb - onların arasında Azərbaycan, Gürcüstan, Türkiyə, İtaliya, ABŞ və digər ölkələrin rəqqasları yer alıb. Rəqs bayramının ab-havası hələ tədbirdən bir gün öncə - Premium Park Hotel-də keçirilən enerjili pre-party milonga ilə başlayıb. Burada rəqqaslar ilk dəfə parketdə görüşərək böyük tango marafonunun ritmini hiss ediblər. Tədbirin təşkilatçısı, Bakının ilk argentinalı tango məktəbi olan IN Tango-dur. Layihənin məqsədi şəhərin mədəni inkişafını dəstəkləmək, beynəlxalq əlaqələri genişləndirmək və Azərbaycanın adını dünya tango xəritəsində daha da tanıtmaqdır. Üç gün ərzində qonaqlar ehtiras və improvizasiya ilə dolu gündüz və axşam milonqalarda - ənənəvi tango gecələrində iştirak ediblər. Musiqi ab-havasını Türkiyə, Gürcüstan, Argentina və Azərbaycandan gələn tango DJ-ləri yaradıb, hər anı isə türkiyəli fotoqraf Altuğ Güvendiren lentə alıb.