Peter Mixalko gedir
Siyasət 16 May 2025 12:35:21 65 0
Peter Mixalko Azərbaycandakı diplomatik missiyasını başa vurur.
Bu haberi de oku: İlham Əliyev Albaniyada Rəcəb Tayyib Ərdoğanla görüşüb
Son.az "FinFly.az"-a istinadla xəbər verir ki, o 2021-ci ilin oktyabr ayından etibarən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.
Missiyası dövründə Mixalko Aİ ilə Azərbaycan arasında əməkdaşlığın enerji, iqtisadiyyat, münaqişədən sonrakı bərpa və iqlim gündəliyi sahələrində möhkəmləndirilməsinə töhfə verib. O cümlədən, Bakıda keçirilən COP29-a hazırlıq prosesində fəal iştirak edib.
Peter Mixalko Azərbaycana təyin olunmazdan əvvəl Aİ-nin Moldovadakı nümayəndəliyinin rəhbəri və Slovakiyanın Yunanıstandakı səfiri olub. Hazırda Aİ-nin Azərbaycandakı nümayəndəliyinə kimin rəhbərlik edəcəyi hələlik rəsmi olaraq elan olunmayıb.