Türkiyə israrlıdır, Ərdoğan Putinlə danışacaq
Siyasət 16 May 2025 16:50:00 59 0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 15-də ukraynalı həmkarı Volodimir Zelenski ilə Ankarada görüş zamanı Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərini müzakirə edib. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bu haberi de oku: Putin İstanbula Zelenski ilə görüşə niyə gəlmədi? ƏSL SƏBƏBLƏR
Ərdoğan hazırkı mərhələdə müharibənin gedişatı birbaşa danışıqlar yolu ilə həlli zəruri etdiyini bildirib.Türkiyə Prezidenti danışıqlara başlamaq üçün tarixi fürsətdən istifadə edildiyini, həm texniki, həm də liderlər səviyyəsində ola biləcək danışıqları güclü şəkildə dəstəklədiyini vurğulayıb. O, həmçinin, iki ölkənin prezidentinin görüşünə də ev sahibliyi etməyə hazır olduğunu əlavə edib. Rusiya Prezidenti Vladimir Putinin və Ağ Ev rəhbəri Donald Trampın İstanbula getməməsi görüşdən gözləntiləri xeyli dərəcədə azaltdı. Bu görüşün nəticəsinin atəşkəsə səbəb olma ehtimalı çox azdır.
Son.az xəbər verir ki, mövzunu siyasi şərhçi Kənan Novruzov şərh edib:
"Yayılan məlumatda diqqətçəkən bir neçə məqam var. Birincisi, görünən odur ki, Türkiyə də Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların tərəfdarıdır. Çünki rəsmi Ankara da başa düşür ki, bu, daha optimal variantdır. Üçüncü güclərin prosesə müdaxiləsi yalnız prosesi mürəkkənləşdirir. Həm ABŞ, həm də Avropa bu məsələyə öz maraqları kontekstindən yanaşır. İkincisi, rəsmi Ankara İstanbuldakı danışıqları tarixi fürsət kimi qiymətləndirir. Doğrudur, Rusiya və ABŞ prezidentlər səviyyəsində görüşdə iştirak etmədi. Buna baxmayaraq, prosesin davamı gələ bilər. Rəsmi Vaşinqton da bu məsələdə xüsusi iradə ortaya qoya bilər. Yəni, indi, doğrudan da, tarixi fürsət yaranıb. Bu, bəlkə də, həm Moskva, həm də Kiyev üçün son şansdır".
Ekspert qeyd edib ki, rəsmi Ankara bildirib ki, Rusiya və Ukrayna liderlərinin görüşünə ev sahibliyi etməyə hazırdır. Bu, onların hər ikisinə, xüsusilə də Putinə növbəti çağırışdır. Görünən odur ki, Türkiyə belə bir görüşə ev sahibliyi etməyə iddialıdır:
"Məsələyə bu konteksdən yanaşsaq deməliyik ki, gələcəkdə Türkiyədə yenidən görüşlər keçirilə bilər. Həmçinin yaxın günlərdə Ərdoğanla Putin arasında telefon danışığının baş tutması da mümkündür".
Aysel Əkbər Son.az