Azərbaycanda iş günləri 4ə endirilir? MÜHÜM YENİLİK
Digərləri 14 May 2025 09:25:00 59 0
Azərbaycanda bəzi aylarda ard-arda qeyri-iş günlərinin olması müxtəlif aspektlərdən dəyərləndirilir. Bayram və istirahət günləri bir tərəfdən insanların dincəlməsi üçün fürsət yaradır, digər tərəfdən isə işlərin dayanması ilə bağlı narahatlıqlar doğurur. Xüsusilə özəl sektorda bu məsələ zaman-zaman narazılıqlara səbəb olur.
Bu haberi de oku: Pianodan Kabinetə: Leyla Quliyeva direktor təyin edildi
Qeyri-iş günlərinin çoxluğu məhsuldarlığa və iqtisadi proseslərə necə təsir edir?
Son.az-ın məlumatına görə, globalinfo.az-a danışan iqtisadçı Altay İsmayılov deyib ki, Azərbaycan istirahət günlərinin sayına görə bəzi ölkələrdən öndədir:
"Buna obyektiv yanaşsaq, deyə bilərik ki, istirahət günlərinin çox olması iqtisadiyyata zərərlidir. Digər tərəfdən, insanların hazırkı psixoloji durumu onların effektiv çalışması ilə əlaqəlidir. Tətil günlərinin olması da buna təsir edir. Paralel olaraq, vətəndaşların fiziki rahatlığı bu yolla təmin olunur".