Kilosu 40 manata satılır Bütün kənd bura axın edir


Digərləri 13 May 2025 12:34:31 80 0

Kilosu 40 manata satılır  Bütün kənd bura axın edir

Toros dağlarının ətəyində özbaşına bitən və yerli sakinlər tərəfindən "göbelek" adlandırılan quzugöbəyi (morchella) göbələyi bölgədə böyük marağa səbəb olub. Bahalı qiymətinə baxmayaraq, yerli sakinlər üçün bu göbələk sadəcə gəlir mənbəyi deyil, bir ehtirasa çevrilib. Hal-hazırda kilosu 900 lirəyə (təxminən 40 manat) satılan bu nadir göbələk üçün insanlar səhərin ilk saatlarında dağlara axın edir.

Son.az xəbər verir ki, göbələk toplanması əsasən aprel ortalarında başlayır və may ayının sonuna qədər davam edir.

Bu dövrdə yağışların miqdarı məhsuldarlığa birbaşa təsir göstərir. Toros dağlarının meşəlik və yüksək ərazilərində bitən bu göbələk, çam və katran ağaclarının altında daha çox rast gəlinir.

Yerli sakinlər üçün həm gəlir, həm terapiya