Ərdoğan PKKnın ləğvini belə şərh etdi
Digərləri 13 May 2025 10:01:00 86 0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada bir sıra vacib məsələlərə toxunub. O, PKK-nın buraxılması ilə bağlı verilən qərara dair ilk dəfə şərh verərək bu addımı "Terrorsuz Türkiyə" hədəfinə doğru atılan mühüm bir addım kimi qiymətləndirib.
Bu haberi de oku: Mövqelərimiz atəşə tutuldu
Son.az xəbər verir ki, Ərdoğan çıxışında bunları qeyd edib:
"Bu gün daha bir kritik mərhələni keçdik. Mən bu qərarı mühüm dönüş nöqtəsi kimi qiymətləndirirəm. Yeni dövrün qapıları açılır, qardaşlığımıza saplanan qanlı xəncər çıxarılır. Ən böyük qazanan isə şəhidlərin ailələridir" .
Ərdoğan əlavə edib ki, hökumət və Xalq Alyansı olaraq Türkiyəni 40 ildir davam edən terror bəlasından qurtarmaq üçün əzmkar olduqlarını bir daha bəyan edirlər.
O, həmçinin Türk Əsri vizyonu, bölgədəki sülh təşəbbüsləri, iqtisadi sabitlik və beynəlxalq münasibətlərdəki mövqelərlə bağlı fikirlərini də bölüşüb. Prezident bildirib ki, Türkiyə bütün böhranları uğurla idarə edən ölkə olaraq həm regionda, həm də dünyada nüfuzunu daha da artırır.