1600 manatadək artırılan müavinət kimlərə ödənilir? İZAH


Digərləri 13 May 2025 09:47:00 99 0

1600 manatadək artırılan müavinət kimlərə ödənilir?  İZAH

Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə olan ödənişdir. Belə ki, minimum əmək haqqının artırılması ilə bağlı olaraq bu müavinətin məbləği 1380 manatdan 1600 manatadək yüksəlib. Bu müavinətin qanunla təsbiq edilməsinə baxmayaraq monitorinqlər göstərir ki, bu ödənişlərdən istifadə edənlərin sayı çox deyil. Halbuki, bu cəza çəkmədən azad olunan vətəndaşlar üçün müavinət almaq üçün vacib imkandır.

Son.az xəbər verir ki, bunu Milli Məclis deputati Vüqar Bayramov qeyd edib.

O bildirib ki, müavinət cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilir: "Bu zaman qanunvericilikdə müəyyən edilmiş əsaslarla, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərə penitensiar müəssisələri tərəfindən verilən arayış təqdim edilməklə ödəniş həyata keçirilir".

Deputatın sözlərinə görə, müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli məbləğindədir: "Yəni həmin şəxslərə 1600 manat ödənilir. Müraciət kifayət qədər sadədir. Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı və məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarı təqdim olunmaqla müavinətin alınmasını rəsmilləşdirmək mümkündür.