Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…
Digərləri 10 May 2025 10:18:00 77 0
Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac olmadan, birbaşa bank kartı ilə ödəniş edə bilirlər. Azərbaycanda da vaxtaşarı bu məsələ müzakirə edilir.
Vətəndaşlar ictimai nəqliyyat vasitələrində gedişhaqqı üçün bank kartlarından nə zaman istifadə edə biləcəklər?
Son.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli bunun mümkün olduğunu deyib:
"Azərbaycanda bank sistemi buna hazırdır və texnologiya da mövcuddur. Sadəcə, müvafiq qurumlar - "Bakı Metropoliteni" QSC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla bağlı tənzimləmə işləri aparmalıdırlar. Azərbaycan Dəmir Yollarında (ADY) ödəniş plastik kartlarla həyata keçirilir. Onlar reallaşdıra biliblərsə, deməli, ölkənin maliyyə sistemi buna imkan verir. Bir az investisiya qoymaq lazımdır".