Qəza oldu çörəklər yola dağıldı FOTO


Digərləri 03 May 2025 15:58:00 89 0

Qəza oldu  çörəklər yola dağıldı  FOTO

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı yük maşını "İsizu" markalı digər yük maşınına arxadan çırpılıb.

Qəza nəticəsində "İsizu" yoldan çıxaraq aşıb və onun içərisində olan çörəklər yerə dağılıb. "İsizu"nun sürücüsü hadisə nəticəsində xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Habere ait video